Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-289/2022 05.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu Əbilov küçəsində yerləşən 2 mərtəbəli, 412.96 kv.m. ümumi sahəsi, 0.02568 ha torpaq sahəsindən ibarət 38/1 nömrəli fərdi yaşayış evinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, 0.02568 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 412.56 kv.m yaşayış sahəsindən ibarət 38/1 nömrəli fərdi yaşayış evi birgə mülkiyyət hüququ uzrə onun və Cavabdeh Lətiv oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 17.07 2009-cu il tarixində qeydə alınmışdır. Hazırda ailə üzvləri ilə birlikdə həmin evin ümumi yaşayış sahəsi 206.48kv.m., torpaq sahəsi 0,01234 ha olan hissəsində yaşayır. Cavabdeh 2 mərtəbəli 206.48 kv.m. ümumi yaşayış sahəsi 0.01284 ha sahəsindən ibarət 38/1 nömrəli fərdi yaşayış sahəsində oz ailəsi llə birlikdə yaşayır. Hər iki yaşayış sahəsinin giriş-çıxışı ayrı olduğu uçün hər kəs mərzilə dair kommunal xərcləri (su, qaz və elektrk ödənişlərini) özü həyata keçirir. Onun sahəsinin cavabdehin sahəsinə heç bır aidiyyəti yoxdur. Hətta daıvaza və hasar belə ayrıdır. Hesab edir kı, ona məxsus 2 mərtəbəli 206.48 kv.m. ümumi yaşayış sahəsi, 0.01284 ha köməkçi torpaq sahəsindən ibarət 38/1 nömrəli fərdi yaşayış sahəsindəki payı digər mülkiyyətçinin payından ayrılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin MH seriyalı, ******* saylı çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində istifadədə olan 0.02568 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 242.56 kv.m yaşayış, 115.4 kv.m qeyri-yaşayış (yarımzirzəmi, mansard), 170.4 kv.m köməkçi sahədən ibarət 38/1 nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı. Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində 115 nömrəli reyestr kitabının 10466 nömrəli vərəqində 17.07 2009-cu il tarixində qeydiyyata alınmışdır.oğlunun adlarına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.04.2021-ci il tatrixli, 2(011)-1872/2021 saylı qətnaməsindən görünür ki, İddiagi İddiaçı oglunun Cavabdeh ogluna qarşı ümumi birgə əmlaka dair paylann müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmiş, tərəflərin ümumi birgə mulkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində istifadədə olan, 0,02568 ha torpaq sahəsində yərləşən 2 mərtəbəli, 10 otaqlı, 242,56 kv.m yaşayış, 115,4 kv.m qeyri-yaşayış (yarımzirzəmi, mansard), 170,4 kv.m köməkçi sahədən ibarət 38/1 saylı evın üzərində tərəflərin baraber payları müəyyən edilməklə, 1/2 payı üzərində iddiaçının, 1/2 payı üzərində cavabdehin mülkiyyət hüququ tanınması qət edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, 38/1 nömrəli fərdi yaşayış evinin ümumi sahəsi 412,96 kv.m, yerləşdiyi torpağın sahəsi 0.025680 ha təşkil edir. İş materiallarında olan 18.03.2022-ci il tarixli 10/6432 saylı ekspert rəyindən görünür ki, aparılmış tədqiqatla, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, 38/1 nömrəli fərdi yaşayış evinin mülkiyyətçilər İddiaçı və Cavabdeh paylarına uyğun real bölgüsünün mümkün olduğu müəyyən olunur. Belə ki, mübahisə predmeti olan tikilinin faktiki olaraq bölünmüş vəziyyətdə olduğu və tərəflərin istifadəsində olan hissələrin mülki iş materiallarında olan **********-10301 reyestr nömrəli çıxarışda qeyd olunan paylara və İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4. bəndlərində və Məhkəmə Tikinti-X1 Metodlarında qeyd olunan bölgü qaydalarına uyğun olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə hesab edir ki, mübahisəli mülkün real bölgüsünün mümkünlüyü barədə ekspert rəyi nəzərə alınmaqla, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində istifadədə olan 0.02568 ha torpaq sahəsində yerləşən ümümi sahəsi 412.96 kv.m. olan 38/1 saylı evin ümümi sahəsi 206.48 kv.m. olan yaşayış sahəsi İddiaçı mülkiyyətinə, digər 206.48 kv.m. olan yaşayış sahəsi Cavabdeh mülkiyyətinə verilməklə naturada bölünməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində istifadədə olan 0.02568 ha torpaq sahəsində yerləşən, tərəflər arasında faktiki olaraq bölünmüş vəziyyətdə olan 412.96 kv.m. ümümi sahədən ibarət 38/1 saylı fərdi yaşayış evinin iddiaçının istifadəsində olan 206.48 kv.m. sahədən ibarət yaşayış sahəsi İddiaçı mülkiyyətinə və cavabdehin istifadəsində olan 206.48 kv.m. sahədən ibarət yaşayış sahəsi Cavabdeh mülkiyyətinə verilməklə naturada ayrılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərinin olan 25 (iyirmi beş) manat hissəsi İddiaçı, 25 (iyirmi beş) manat hissəsi Cavabdeh tutulub dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-289/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-289/2022
05.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver