Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2893/2024 08.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh direktoru X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh direktoru tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 38 nömrəli əmrin ləğv olunması, məktəbdə yenidən “fortepiano müəllimi” kimi işə bərpa olunma və işləmədiyi dövr üçün ödənilməyən əmək haqlarının ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1977-1981-ci illərdə Şəki orta ixtisas musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil almışdır. 1981-ci ildə həmin kolleci fortepiano ixtisası üzrə bitirmişdir. 2000-ci ilə kimi Şəki şəhərində musiqi müəllimi kimi işləmiş, 2000-ci ildən xx.xx.2023-cü il tarixinədək Xətai rayonu, Cavabdehndə fortepiano müəlliməsi işləmiş və xx.xx.2023-cü il tarixində onun əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixində 65 yaşı tamam olduğu üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.1,-ci maddəsinə əsasən məktəb tərəfindən xx.xx.2023-cü il tarixli 38 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinin ləğv olunması ilə bağlı inzibati qaydada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və digər aidiyyəti qurumlara şikayət ərizəsi göndərmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin cavab məktubunda bildirilmişdir ki, işə bərpa olunmaqla bağlı məhkəməyə müraciət etsin. Halhazırda həyat yoldaşı ilə birgə yaşayır və yoldaşı ağır ürək xəstəsidir. Ailənin gəliri onun və yoldaşının birlikdə aldığı 850 manat əmək pensiyası məbləğindən ibarətdir. İşlədiyi 42 il ərzində qüsursuz, nümunəvi müəllimə kimi fəaliyyət göstərmişdir və dəfələrlə təşəkkürlər almışdır. Həmçinin qeyd edir ki, oğlu X1 Müharibəsi və antiterror əməliyyatları qazisidir, müharibə veteranıdır. 1 oğlu və 1 qızı var. Oğlu hərbi kapitan rütbəsində həkim kimi Vətən Müharibəsində və antiterror əməliyyatlarında ön cəbhədə vuruşub və bu xidmətlərinə görə cənab Prezident Ali Baş Komandan, Baş Nazir və Müdafiə Naziri tərəfindən medallarla təltif olunmuşdur. Belə ki, oğlu Cənab Ali Baş Komandan tərəfindən “Fizulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə, Baş Nazir tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı ilə, Müdafiə Naziri tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli və “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur. Antiterror əməliyyatlarında iştirak edən hərbiçilərin təltif olunması üçün işlər aparılır. Hal-hazırda oğlu kapitan rütbəsində hərbi həkim kimi orduda xidmət edir. İşlədiyi musiqi məktəbində yeganə şəxs iddiaçıdır ki, oğlu müharibələrdə iştirak etmişdir. Heç bir şəxsin övladı ölkə üçün əhəmiyyət kəsb edən son müharibədə iştirak etməmişdir. Beləliklə, 42 il ərzində qüsursuz fəaliyyəti, ailənin maddi vəziyyətinin aşağı olması, oğlu X2 Vətən Müharibəsində və antiterror əməliyyatlarında şücaətlə iştirak etməsini nəzərə alaraq, qazi və veteran anası kimi barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli 38 nömrəli əmrin ləğv olunmasını, yenidən Cavabdehndə işə bərpa edilməsini və işləmədiyi dövr üçün ödənilməyən əmək haqlarının ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və izahatında bildirdi ki, o, bilir ki, 65 yaşı olduğuna görə işdən azad edilib. Lakin işdən azad olmasına zərurət yox idi. O, hələ işləyə bilərdi. Buna görə də, yenidən işə bərpa edilməsini və məcburi iş buraxmaya görə əmək haqqının ona verilməsini xahiş edir. Cavabdeh direktoru X5 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, İddiaçı S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət məktəbində müəllim vəzifəsində işləmişdir və çalışmanın yaş həddinə çatması ilə əlaqədar xx.xx.2023-cü il tarixli 38 nömrəli əmrlə qanunamüvafiq qaydada onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işlədiyi müddətdə nizam-intizamlı işçi olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.5-ci maddəsində qeyd edilir ki, “Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.” İddia ərizəsində G. Lətifova qeyd edir ki, hal-hazırda məktəbdə 100 nəfərdən çox əməkdaş çalışır ki, 65 yaşı bitmişdir və çalışma müddəti uzadılmış yalnız 1 müəllim vardır. Lakin İddiaçı bu iddiası həqiqətə uyğun deyildir. Belə ki, S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət məktəbində işçilərin sayı 2023-cü ilin sentyabr ayında 96, oktyabr ayında 97 və dekabr ayının sonunda 96 nəfər olmuşdur ki, onlardan da çalışmanın yaş həddinə çatmış iki işçinin çalışma müddəti uzadılmışdır. Müəllim İddiaçı yaşı çalışmanın yaş həddinə çatdıqda isə artıq çalışmanın yaş həddinə çatmış iki işçi müəssisədə çalışırdı. İddiaçı xx.xx.2024-cü il tarixli hazırlıq iclasında təxmini olaraq bu səpkidə qeyd etmişdir ki, məktəbin direktoru müəssisənin ümumi işçilərinin sayına aid deyildir və bu səbəbdən də direktor sözügedən qanunun 10- 1.5-ci maddəsində göstərilən işçilərin ümumi sayının 2 faizinə daxil deyildir. Lakin qeyd edir ki, müəssisədə çalışma müddəti uzadılacaq işçilərin sayının müəyyən edilməsi üçün həmin müəssisədə müxtəlif vəzifələrdə çalışan bütün işçilərin sayı nəzərə alınaraq işçilərin ümumi sayının 2 faizi müəyyən olunur. İddiaçı iddia ərizəsində 42 il ərzində qüsursuz fəaliyyətini, ailəsinin maddi vəziyyətinin aşağı olmasını, oğlunun Vətən Müharibəsində və antiterror əməliyyatında şücaətlə iştirak etməsini əsas gətirərək qazi anası kimi barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli 38 nömrəli əmrin ləğv olunmasını, yenidən işə bərpa edilməsini və işləmədiyi dövr üçün ödənilməyən əmək haqqının ödənilməsi tələbini irəli sürmüşdür. Lakin qeyd olunanlarla bağlı 65 yaşına çatmış işçinin çalışma müddətinin uzadılması ilə əlaqədar qanunvericilikdə hər hansı güzəştlər nəzərdə tutulmur. Belə ki, qanunu pozaraq yuxarıda qeyd olunanlara görə və xüsusilə də müharibə veteranlarının valideynlərinə güzəşt məqsədilə müəssisədə 65 yaşına çatmış işçilərin sayının 2 faizindən artıq işçinin çalışma müddətinin uzadılması ilə bağlı qanunvericilikdə hər hansı bir qeyd yoxdur. Əlavə olaraq qeyd edir ki, xx.xx.2024-cü il tarixli hazırlıq iclasında İddiaçı etiraf etmişdir ki, məktəb rəhbərliyi tərəfindən qəbul edilən qərar qanunauyğundur. İddiaçı oğlunun antiterror əməliyyaatılarında iştirakı təqdirə layiqdir və bu ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilmişdir. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsində qeyd edilmişdir ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Məcəllənin qeyd edilən maddəsindən də göründüyü kimi, işçinin çalışma müddətinin mütləq olaraq uzadılması ilə bağlı müəssisə rəhbərinin üzərinə qanunvericiliklə hər hansı bir vəzifə qoyulmamışdır. Yəni müəssisədə çalışma müddəti uzadılmış işçilərin olmadığı halda belə 65 yaşına çatmış bu və ya digər işçinin çalışma müddəti uzadıla və uzadılmaya bilər. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən müəllim İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hər bir halda qanunauyğundur və qanun pozuntusuna yol verilməmişdir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə 1 saylı Uşaq İncəsənət məktəbinə fortepiano ixtisası üzrə müəllim təyin edilmiş, xx.xx.2023-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə əmək müqaviləsi ləğv edilərək, işdən azad edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli 38 nömrəli əmrdən çıxarışının surətindən görünür ki, İddiaçı - fortepiano ixtisası üzrə müəllim Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinın çalışmanın yaş həddinə çatması ilə əlaqədar xx.xx.2023-cü il tarixdən əmək müqaviləsi ləğv edilərək işdən azad edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 2001-2023-cü illər ərzində Cavabdehndə fortepiano ixtisası üzrə müəllim vəzifəsində işləmişdir. O, 65 yaşına çatdığından Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı qanunvericilik normalarını qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 10-1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Həmin Məcəllənin 10-1.2.-ci maddəsinə görə dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Həmin Məcəllənin 10-1.4.-cü maddəsinə görə bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə görə müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. Həmin Məcəllənin 10-1.6-cı maddəsinə görə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. Göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən müəssisənin yaş həddinə çatmış işçisi ilə əmək müqaviləsinin uzadılması barədə qanunvericinin müvafiq norması (Əmək Məcəlləsinin 10-1.2-ci maddəsi) imperativ (məcburi) deyil, dispozitiv (subyektlərə digər davranış imkanları verən) xarakterli normadır. Məhkəmə qeyd edir ki, iddiaçının işdən azad edilməsi qanunvericiliyin tələbləri qaydasında həyata keçirildiyindən və onunla əmək müqaviləsinin uzadılmasının məcburiliyi barədə şərt qanunvericilikdə nəzərdə tutulmadığından, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2893/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2893/2024
08.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver