Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2895/2024 12.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən miras əmlakın (mənzilin) tərəfindən faktiki qəbul etmə faktının və vərəsəliyin həmin ünvanda açılma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sübutları təqdim edilmədən verdiyindən, geri qaytarılmalıdır. Belə ki, mülki işi araşdırarkən müəyyən olunmuşdur ki, iddiaçı bundan əvvəl 6 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisinə müraciət etmiş, notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan isə miras qoyan şəxsin ölümü haqqında şəhadətnamə, miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənəd, miras qoyanın əmlak üzərində hüquqlarını təsdiq edən sənəd (akt, şəhadətnamə və ya qeydiyyat vəsiqəsi) və həmin əmlakı faktiki qəbul etməsinə dair sübut təqdim edilmədiyindən ərizəçinin vərəsəliyə çağırılması əsası müəyyən edilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin məktub notariat hərəkətlərinin keçirilməsindən imtina məktubu kimi qiymətləndirilə bilməz. Belə ki, məktubun məzmunundan görünür ki, ölüm haqqında şəhadətnamə, daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd və miras qoyanla ərizəçi arasında qohumluq münasibətlərini təsdiq edən sənədlər təqdim edilməmişdir. Yəni, qeyd edilən sənədlər ərizəçi tərəfindən notariat ofisinə təqdim ediləcəyi təqdirdə notariat ofisi tərəfindən müvafiq hərəkətlər həyata keçirilicəkdir. Bundan başqa mülki-prosessual qanunvericiliyin təhlilindən aydın olur ki, tərəflər (iddiaçı, cavabdeh ) və üçüncü şəxslər iddia icraatında (MPM-nin 12-23-cü fəsilləri) mövcuddurlar. Xüsusi icraat qaydasında baxılan işlər (MPM-nin 30-40-7-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir (bu növ icraat üzrə tərəflər mövcud deyildir. Qanunverciliyin tələbindən göründüyü kimi üçüncü şəxslər xüsusi icraat qaydasında deyil, iddia icraat qaydasında iddiaçının verdiyi tələblər üzrə baxılan işlərdə iştirak edirlər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Sadalanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qeyri-müəyyən olduğundan hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir Göstərilən Məcəllənin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: Ərizəçi ünvan 1 ünvanda yerləşən miras əmlakın (mənzilin) tərəfindən faktiki qəbul etmə faktının və vərəsəliyin həmin ünvanda açılma faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № 2(011)-2895/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 12 fevral 2023-cü il Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, Ərizəçi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 09:45-də başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 10:00-də qurtardı. Protokol 12 fevral 2023-cü il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-2895/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2895/2024
12.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver