Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2896/2021 19.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – cavabdehin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 3A, mənzil 81-dən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 3A, mənzil 81-i keçmiş mülkiyyətçisi olan bacısı X3 09.02.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən hədiyyə almışdır. Lakin, bacısının əri, iş üzrə Cavabdeh həmin mənzildə qeydiyyatda qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AN-İ ******* nömrəli 30.04.2012-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X8 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 3A saylı evin 81 saylı mənzilini alıcı X4 mülkiyyətinə vermiş, alıcı isə mənzili 50.000 manat ödəməklə almışdır. 04.02.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən X11, mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 3A saylı evin 81 saylı mənzilini tam hissəsini hədiyyə alan İddiaçı bağışlamışdır. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 3A saylı evin 81 saylı mənzilin bağışlanmasına dair 04.02.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial təsdiqi üzrə aparılmış notariat işinə əlavə edilmiş Cavabdeh ərizəsindən görünür ki, sonuncu ərizəsində birgə nikahları dövründə əldə edilmiş arvadı X7 məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 3A saylı evin 81 saylı mənzilini bağışlamasına etiraz etmir, həmçinin bəyan edir ki, mənzilə dair hüquqi rejimi müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarışın notarial təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 3A saylı evin 81 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. AR DİN-in Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 22.02.2021-ci il tarixli arayışına əsasən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 3A saylı evin 81 saylı mənzilində qeydiyyatdadır. Mülki iş üzrə şahid qismində dindirilmiş X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, iddiaçı X1 qonşusu və ailə dostudur. Cavabdehı iddiaçının və onun bacısının vasitəsilə tanış olmuşdur. X6 İlham ilə ailə qurandan sonra Gülər atası və anası ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, ev 1B, blok 2-də yaşayır, İlham isə ünvan 1 ünvanından yerləşən mənzildə Cəbiyeva Gülər və İddiaçı yaşayırlar. Onları atası rəhmətə gedəndən sonra əvvəl yaşadıqları ev satıb, hal-hazırda yaşadıqları evi almışdırlar. ünvanında yerləşən evi əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 3A, mənzil 81 cavabdeh X2 ilə iddiaçının bacısı olan X11 ilə birgə nikah dövründə X4 adına satınalınsa da, o, həmin mənzilin bağışlanma müqaviləsi rəsmiləşdirildiyi zaman mənzilin sahibi kimi əmlakın özgəninkiləşdirilməsi etiraz etməmişdir. Belə olan halda 04.02.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanması və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində mənzilin keçmiş mülkiyyətçilərinin mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6 cı bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılması iddiaçının mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ saxlana bilməz. Beləliklə, iddia təmin edilərək, Cavabdeh mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş mülki işin həqiqi hallarına əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 3A nömrəli evin 81 nömrəli mənzilindən Cavabdeh istifadə hüququna xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2896/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2896/2021
19.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver