Məhkəmə qərarları › İş №2(011)-2899/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2899/2024

16.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2899/2024 16.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı Ərizəçi Arı̇ f oğlunun Bakı Şəhəri 36 Sayli Dövlət Notarı̇ at Kontorunu maraqlı şəxs qismində cəlb etdiyi ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi Arı̇ f oğlu Bakı Şəhəri 36 Sayli Dövlət Notarı̇ at Kontorunu maraqlı şəxs qismində cəlb etdiyi ərizə ilə müraciət edərək mülkiyyət hüququ əsasında məhrum atam X1 məxsus Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, Mahmud İbrahimov küçəsi, ev 20 saylı evin miras əmlak kimi qəbul etməyi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və mirasın qəbul edilməsi vaxtının uzadılmasını xahiş etmişdir. Ərizəçi Arı̇ f oğlu xx.xx.2024-cü il tarixli ərizə ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, ərizəçinin ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasına dair ərizəsi məhkəməyə daxil olduğundan, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququna malik olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb QƏRARA ALDİM: Ərizəçi Arı̇ f oğlu Bakı Şəhəri 36 Sayli Dövlət Notarı̇ at Kontorunu maraqlı şəxs qismində cəlb etdiyi ərizə ilə müraciət edərək mülkiyyət hüququ əsasında məhrum atam X1 məxsus Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, Mahmud İbrahimov küçəsi, ev 20 saylı evin miras əmlak kimi qəbul etməyi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və mirasın qəbul edilməsi vaxtının uzadılmasınına dair ərizə qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar