Məhkəmə qərarları › İş №2(011)-2901/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2901/2024

12.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2901/2024 12.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə) qarşı “mənzilin naturada bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qanuni nümayəndəsi İsmayılova İlhamə İsmayıl qızına qarşı (mübahisə predmeti barədə tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə) – "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 3691 saylı "xxxx" müqaviləsi üzrə Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944A məhəllə, 5 saylı binanın 50 saylı mənzilinin İddiaçı və Cavabdeh (qanuni nümayəndəsi İsmayılova İlhamə İsmayıl qızı) arasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5355/2019 saylı xx.xx.2019-cu il tarixli qərarında göstərilən paylara uyğun naturada bölünməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X8 arasında Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 A məhəllə, 5 saylı binanın, 50 saylı mənzilinə dair xx.xx.2007-ci il tarixli 3691 saylı “alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən sahəsi 89,8 kv.metr olan iki otaqlı mənzilin 1 kv.metri 1.040 manat olmaqla olmaqla, ümumi məbləği 93.392 manat müəyyən olunmuşdur. Sonradan mənzilin nömrəsi 50-dən 70-ə dəyşdirilmişdir. Mənzilin dəyərinin bir hissəsi 34.903,32 manat X8 tərəfindən ödənilmişdir. Mənzilin alıcısı X8 xx.xx.2014-cü ildə vəfat etmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İ 671336 saylı, xx.xx.2014-cü il tarixli “Ölüm haqqında şəhadətnamə” verilmişdir. X3 ölümündən sonra Bakı şəhəri 30 saylı Notariat Kontorunda onun vərəsələrinin razılığı əsasında (arvadı - İddiaçı, qızı - X4, qızı - X9, qızı - X11, atası - X5) mərhumun arvadı İddiaçı adına vərəsəlik işi açılmışdır. Həmçinin onun qızı kimi göstərilən Cavabdeh da adına vərəsəlik işi açılmışdır. X9 xx.xx.2014-cü il tarixində 30 saylı notariat kontorunda 7E-5864 saylı reyestr nömrəsi ilə, X11 və X4 7E-5865 və 7E-5866 saylı reyestr nömrələri ilə, X5 Tovuz rayon Notariat Kontorunda xx.xx.2014-cü ildə X2 miras qalmış əmlakdan vərəsəlik payından İddiaçı xeyrinə imtina etmişlər, həmçinin gələcəkdə bu barədə heç bir iddiaları olmayacağını da qeyd etmişlər. Vərəsələrin adından müxtəlif vaxtlarda göstərilən mənzilə dair məsələnin qanuni həlli üçün məhkəmələrə müraciət olunmuş, lakin problemin həlli mümkün olmamışdır. Sonuncu dəfə yuxarıda göstərilən iddiaçıların adından "xxxx" ASC-yə qarşı Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 A məhəllə, 5 saylı binanın, 50 saylı mənzilinə dair vərəsəlik qaydasında pay hüquqlarının müəyyən olunmasına və qalıq borcun paylara uyğun bölünməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3183/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 A məhəllə, 5 saylı binanın, 50 saylı mənzilinə X8 tərəfindən ödənilmiş hissəsi 34.903,32 manat vəsaitin yarısı 17.451,66 manat hissəsində İddiaçı bütünlüklə, digər yarısı olan 17.451,66 manatın isə 5/6 hissəsinə vərəsəlik qaydasında pay hüququ tanınmaqla, onun həmin ödənilmiş paya münasibətdə vərəsəlik payı, ümumilkdə 11/12 hissə müəyyən edilmiş, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944A məhəllə, 5 saylı binanın, 50 saylı mənzilinə dair X8 tərəfindən ödənilmiş 34.903,32 manat 17451, 66 manatın 11/12 hissəsində Cavabdeh vərəsəlik qaydasında pay hüququ tanınmış Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944 A məhəllə, 5 saylı binanın, 50 saylı mənzilə dair qalıq borcun ödənilməsi İddiaçı və Cavabdeh müəyyən edilmiş vərəsəlik payları üzrə onların üzərinə qoyulması qət olunmuşdur. Həmin qətnamədən "xxxx" ASC və 3-cü şəxs Cavabdeh nümayəndəsi İsmayılova İlhamə İsmayıl qızı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3066/2019 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3183/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən 3-cü şəxs Cavabdeh nümayəndəsi İsmayılova İlhamə İsmayıl qızı və vəkil X6 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5355/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3066/2019 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsi Cavabdeh pay hüququnun müəyyən edilməsi hissəsində dəyişdirilmiş, qətnamə qalan hissə də dəyişdirilmədən saxlanılmışdır. Hazırda həmin mənzil bütünlüklə İsmayılova İlhamə İsmayıl qızı tərəfindən zəbt edilmişdir. Bu isə digər vərəsələrin hüquqlarını kobud surətdə pozur. Daha sonra məhkəmə baxışı yetkinlik yaşına çatmış Cavabdeh qismində iştirakı ilə davam etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 3691 saylı "xxxx" müqaviləsi üzrə Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944A məhəllə, 5 saylı binanın 50 saylı mənzilinin 11/12 hissəsinin İddiaçı Nağı qızına və 1/12 hissəsinin Cavabdeh aid edilməklə naturada bölünməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etmiş və məhkəmədən işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A saylı məhəllə, ev 5, 50 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3066/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-3183/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnaməyə əsasən iddiaçılar İddiaçı, X14, X4, X9 və X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı, iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh göstərilməklə pay hüquqlarının müəyyən olunmasına və qalıq borcunun paylara uyğun bölünməsi tələbinə dair iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 2944 “A” saylı məhəllədə yerləşən 5 saylı binanın 50 saylı mənzilinə X7 tərəfindən ödənilmiş 34. 903,32 (otuz dörd min doqquz yüz üç manat otuz iki qəpik) manat vəsaitinin yarısı 17451,66 (on yeddi min dörd yüz üç manat altmış altı qəpik) manat hissəsinə İddiaçı bütövlükdə, digər yarısı olan 17452,66 ( on yeddi min dörd yüz əlli bir manat altmış altı qəpik) manatın isə 5/6 hissəsinə vərəsəlik qaydasında pay hüququ tanınmaqla, onun həmin ödənilmiş paya münasibətdə vərəsəlik payının ümumilikdə 11/12 hissə müəyyən edilməsi, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 2944 “A” saylı məhəllədə yerləşən 5 saylı binanın 50 saylı mənzilinə X7 tərəfindən ödənilmiş 34.903,32 (otuz dörd min doqquz yüz üç manat otuz iki qəpik) manat vəsaitinin yarısı 17.451,66 (on yeddi min dörd yüz üç manat altmış altı qəpik) manatın 1/12 hissəsinə Cavabdeh vərəsəlik qaydasında pay hüququnun tanınması, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 2944 "A” saylı məhəllədə yerləşən 5 saylı binanın 50 saylı mənzillə bağlı qalıq borcunun ödənilməsi İddiaçı və Cavabdeh müəyyən edilmiş vərəsəlik payları üzrə onların üzərinə qoyulması qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5355/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, üçüncü şəxs Cavabdeh nümayəndəsi İsmayılova İlhamə İsmayıl qızının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi Cavabdeh pay hüququnun müəyyən edilməsi hissəsində dəyişdirilmiş, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A saylı məhəllə, ev 5, 50 saylı mənzilinə X8 tərəfindən ödənilmiş 34.903,32 manat vəsaitin yarısı olan 17.451,66 manatın 1/6 hissəsinə Cavabdeh vərəsəlik qaydasında pay hüququ tanınmış, qətnamə digər hissədə ödənilmiş pulun yarısı olan 17.451,66 manata bütünlüklə və ödənilmiş pulun yarısı olan digər 17.451,66 manatın 5/6 hissəsinə İddiaçı pay hüququnun tanınması hissəsində) dəyişdirilmədən saxlanması qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A saylı məhəllə, ev 5, 50 saylı mənzil "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 3691 saylı "xxxx" müqaviləsinə əsasən ASC tərəfindən dəyəri 93.392 manat müəyyən edilməklə sonuncuya satılmışdır. Sahib Qasımov 2014-cü ildə vəfat etmişdir. Vəfat etdiyi vaxtadək mənzilin dəyərinin 34.903,32 manat hissəsi Sahib Qasımov tərəfindən ödənilmişdir. Hazırda mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və heç bir vərəsəyə rəsmi reyestrdə paylarının qeydə alınmasına dair çıxarış verilməmişdir. Mübahisəli mənzilin tam dəyərinin ödənilməsi və mənzilə dair mülkiyyət hüququnun (ona dair payın) iddiaçıya keçməsi iş materialları ilə müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi, qanunvericinin tələbinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Hazırda isə iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmadığından, onun payının naturada ayrılması barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh (mübahisə predmeti barədə tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə) qarşı – mənzilin naturada bölünməsi barədə iddia ərizəsi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar