Məhkəmə qərarları › İş №2(011)-2913/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2913/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2913/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evindən çıxarılma və pul tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 25.11.2020-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Bakı şəhəri 50 saylı notariat ofisində 25.11.2020-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı barəsində müqavilə bağlamış, daha sonra alddadıldığını başa düşmüşdür. Ev alan şəxs 1 həftə öncə qiymət danışmağa gələndə ondan evi niyə satmasını soruşmuş o da borcu olduğuna görə satdığını demişdir. 3-4 gün sonra qapı döyülmüş və evi alan ailəsi ilə birlikdə evə gəlmişdir. Sonra yoldaşı ona real alıcı olduqlarını və evi bəyəndiklərini, demiş və qiyməti soruşmuşdur. O da son qiymətin 85.000 manat olduğunu demişdir. 2 gün sonra makler ona evi almaq istəyən adamın 89.000 manata razılaşdığını deyərək notariusa gəlməsini bildirmişdir. Notariusda alqısatqı edib, çölə çıxmışdır. Vergi çox tutulmaması üçün ona 69.000 manata qol çəkdirmişdirlərÇöldə isə 26000 manat pul vermişdirlər. Soruşandakı niyə 26000 manat?, makler demişdir ki, qalan pulun yerinə obyekt verilir. O da razı olmadığını bildirmişdir. Aldadıldığını gördükdə notariusa geri qayıtmış, lakin bağlı olmuşdur. Səhər saat 10:00-da notariusa getmiş, aldadıldığını Kənan müəllimə söyləmişdir. Ağlamışdır, yanında qohumları da var idi. O da demişdir ki, bu mümkün deyil. Prosesin gedişatında Cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evindən çıxarılma və pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 3 saylı fərdi yaşayış evindən məcburi çıxarılması, 01.12.2020-ci il tarixindən mənzildən çıxdığı günədək hər ay üçün 400 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə aralarında Bakı şəhər 50 saylı notariat ofisində bağlanılmış ******* saylı 25.11.2020-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini onun mülkiyyətinə vermişdir. Müqavilənin 5-ci maddəsinə görə, alıcı bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan 69.000 manat məbləği satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmişdir. Həmin müqavilənin 16-cı bəndinə uyğun olaraq müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunu miqdarını tərəflər müəyyən edə bilirlər. Bu müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi hesab edilir. Lakin müqavilə üzrə öhdəliklər İddiaçı tərəfindən hələ də icra edilməmişdir. 25.11.2020-ci il tarixində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qanuni şəkildə alqı-satqı müqaviləsinə əsasən notariat ofisində alınmasına baxmayaraq, cavabdeh tərəfindən mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradılır, qanunsuz hərəkətləri nəticəsində evdən çıxmır və müqavilə üzrə öz öhdəliklərini icra etmir. Həmin tarixdən etibarən mənzili ayı 400 manat olmaqla icarəyə verəcəkdi. Qarşı tərəf evdən çıxmadığına görə həmin mənzili 5 aydır ki, icarəyə verə bilmir və bununla da ona maddi ziyan dəymişdir. Məhkəmə tərəfindən Bakı şəhəri 50 saylı notariat ofisi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsində göstərilən xüsusatları təsdiq edib iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini qəbul etməyərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verib ilkin iddia tələbin rədd olunması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdrıb hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ümumi sahəsi 1397.97 kv/m olan 3 saylı fərdi yaşayış evinin 3-cü mərtəbəsindəki 2 otaqdan ibarət, ümumi sahəsi 64.1 kv.m. olan hissəsi ümumi paylı mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 06.07.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan alıcı Cavabdeh ilə satıcı İddiaçı arasında bağlanmış 25.11.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ümumi sahəsi 1397.97 kv/m olan 3 saylı fərdi yaşayış evinin 3-cü mərtəbəsindəki 2 otaqdan ibarət, ümumi sahəsi 64.1 kv.m. olan hissəsini 69000 manat müqabilində alıcının mülkiyyətinə vermişdir. Müqavilənin 5-ci maddəsinə görə, alıcı bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmişdir. Müqavilənin 8-ci bəndinə görə satıçı alıcıya 3-cü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, 13-cü bəndinə görə isə 25.12.2020-ci il tarixdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Ümumi paylı mülkiyyətçilərin paylı mülkiyyət hüququq üzrə onlara məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin digər mülkiyyətçilərə məxsus paylarının satılması ilə əlaqədar satın almaqla üstünlük hüququndan istifadə etməməsi və gələcəkdə bu hüququqdan istifadə etmək arzusunda olmaması, bununla əlaqədar həmin payların digər şəxslərə satılmasına razılıqlarına dair notariat qaydasında təsdiqlənmiş ərizələri notariat işinə əlavə olunmuşdur. İş materiallarında olan alıcı Cavabdeh tərəfindən Bakı şəhəri 50 saylı notariat ofisi xüsusi notariusu X1 ünvanlanmış 25.11.2020-cı il tarixli ərizənin surətindən görünür ki, o, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ümumi sahəsi 1397.97 kv/m olan 3 saylı fərdi yaşayış evinin 3-cü mərtəbəsindəki 2 otaqdan ibarət, ümumi sahəsi 64.1 kv.m. olan hissəsinin 69000 manat qiymətə satılması barədə razılığa gəldiklərini göstərmiş və qeyd olunan məbləğin depozit hesabına qəbul olunmasını xahiş etmişdir. ünvan 3 ünvanladığı 25.11.2020-cı il tarixli məktubun surətindən görünür ki, Cavabdeh tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 69.000 manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra yaranmış 767,25 manat vergi öhdəliklərini (borcu) dövlət xəzinədarlığına ödənilməsi məqsədi ilə əmlakın satış dəyərindən çıxıldıqdan sonra, 68.232,75 manatının İddiaçı verilməsi üçün bankda olan AZ94AİİB******************** nömrəli depozit hesabına qəbul olunması xahiş olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14.07.2015-ci il tarixli Qərarında qeyd etmişdir ki, “mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 421.1-ci maddəsinin tərəblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə görə isə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən nülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi 27.08.2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən İddiaçı ilə Cavabdeh arasında, birinciyə məxsus Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ümumi sahəsi 1397.97 kv/m olan 3 saylı fərdi yaşayış evinin 3-cü mərtəbəsindəki 2 otaqdan ibarət, ümumi sahəsi 64.1 kv.m. olan hissəsinə dair 25.11.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin qanunvericiliyin tələblərinə riayət olunmaqla bağlanmasını, ilkin iddia üzrə iddiaçı tərəfindən mənzilin 89000 manata satılması, ona cəmi 26000 manat verilməsi ilə bağlı mülahizələrinə dair mötəbər sübutların təddim edilməməsini, bununla da, ilkin iddia tələbinin əsassız olmasını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, ilkin iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 3 saylı fərdi yaşayış evindən çıxarılmalıdır. Qarşılıqlı iddia tələbi qalan hissədə kifayət qədər əsaslandırılmadığından təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehlə aralarında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 25.11.2020-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə ilkin iddia tələbi təmin edilməsin. İlkin iddianın verilməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 3 saylı fərdi yaşayış evindən çıxarılsın. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar