Məhkəmə qərarları › İş №2(011)-2927/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2927/2024

15.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2927/2024 15.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı tərəflər arasında bağlanmış əmək müqaviləsinin xitam verilməsi və əmək bildirişinin sistemdən silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildən doğulmuşdur. Onun 65 yaşı tamam olmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixində "xxxx" MMC-yə sürücü vəzifəsinə qəbul edilmişdir. Lakin orada adına aktiv əmək müqaviləsi açılsa da, o, işlə təmin edilməmişdir. Hal-hazırda "xxxx" MMC fəaliyyətini dayandırdığına görə iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciəti cavabsız qalmışdır. Hal-hazırda iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Mərkəzinə müraciət etsə də, adına aktiv əmək müqaviləsi mövcud olduğuna görə ona əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyərək və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixində əmək müqaviləsi bağlanılmış bununla bağlı bildiriş (xxxxxxx000102) xx.xx.2022-ci il tarixində mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmişdir. Bildiriş aktivdir. İşçi İddiaçı işəgötürən Cavabdeh MMC –yə əmək müqaviləsinə xitam verilməsi və Əmək Müqaviləsinə xitam verilməsi barədə müraciət etsə də, tərəflər arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi istiqamətində hər hansı hərəkət etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən isə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü xitam verilə bilər. Həmin Məcəllənin Maddə 69-cu naddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad edilən müddəalarının tələblərini nəzərə alaraq və mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin həqiqi hallarını təhlil edərək məhkəmə belə qənaətə gəlir ki, işəgötürən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət etsə də, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsinin bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X1 Xidmətinə həvalə edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin İddiaçı ilə Cavabdeh MMC xx.xx.2020-cü il tarixdə bağlanmış əmək müqaviləsinə ((xxxxxxx000102 nömrəli bildiriş) xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsinin bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X1 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar