Məhkəmə qərarları › İş №2(011)-293/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-293/2023

01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-293/2023 01.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi – hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1941-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda doğulmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi; ata qrafasında X4, ana qrafasında X7 göstərilməklə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi atası X3 və X2 ilə birgə Bakı şəhəri, Yasamal rayonunda yaşamışlar. Ərizəçi onların birgə nikahlarından xx.xx.1941-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda doğulmuşdur. X2 xx.xx.1979-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonunda vəfat etmişdir. Hazırda doğum haqqında şəhadətnaməsini, arxiv sənədləri əldə edə bilməmiş, buna əsasən doğum haqqında şəhadətnamənin əldə edilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan məktub ilə doğum haqqında şəhadətnamənin bərpasının qeyri-mümkün olduğunu bildirərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Doğum haqqında şəhadətnaməni digər qaydada əldə edə bilməmişdir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş İş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1941-ci il tarixdə Azərbaycanda doğulmuşdur. İş materiallarından görünür ki, Ərizəçi ilə X1 xx.xx.1968-ci il tarixdə 575 nömrəli akt ilə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra ərə “Qüdrətov”, arvada “Qüdrətova” soyadı verilmişdir. Ər-arvadın qarşılıqlı razılığı əsasında nikahın pozulması xx.xx.1982- ci ildə 28 nömrəli akt qeydi ilə Maraqlı şəxsndə dövlət qeydiyyatına alınmışdır. İşdə olan AZ-İİ seriyalı, 272444 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 (ərizəçinin keçmiş əri ) xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İşdə olan 167 saylı ölüm haqqında akt qeydinin surətindən görünür ki, X8 (ərizəçinin anası) xx.xx.1979-cu ildə Bakı şəhərində ölmüşdür. İşdə olan 657 saylı ölüm haqqında akt qeydinin surətindən görünür ki, X9 24.xx.1996-cı ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxiv İdarəsi tərəfində verilmiş xx.xx.2022-ci il tarixli DA-02464-2022 saylı məktubdan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1941-ci ilə dair Bakı Şəhəri Şaumyan (Xətai) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında Ərizəçi təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxiv İdarəsi tərəfində verilmiş xx.xx.2023-cü il tarixli 3-48-DA/2-00045/2023 saylı məktubdan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1941-ci ilə dair Bakı Şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında Ərizəçi təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 31 avqust 2022-ci il tarixli, xx/xx-2753/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 1-ci bəndində “Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadığı ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmədə ifadə verərək bildirdi ki, o, ərizəçi ilə iki tərəfli qohumdur. Belə ki, onun doğma atası X6 1961-ci il tarixində Ərizəçi ilə ailə qurmuş, 1962-ci ildə isə atası ilə olan nikahından bir övladları olmuşdur. Sonradan isə ərizəçi ilə atası arasında olan nikah pozulmuş və 1968-ci ildə Ərizəçi yenidən nikaha girmişdir. Aralarında qohumluq münasibətləri olduğu üçün onun valideynləri vəfat etdikdən sonra o, Ərizəçi oğlu ilə evlənmişdir. Hazırda isə ərizəçi onun qaynanası, həm də ögey anasıdır. Ərizəçinin anası isə X10 olmuşdur. Onun Feyzi adlı həyat yoldaşı olmuş və bu nikahdan Tamara, Rüqəyya və İbrahim adlı uşaqları anadan olmuşdur. Rüqəyya nisbətən tez dünyasını dəyişmiş, 1967-ci ildə İbrahim, təxmini 2000-ci illərdə isə Tamara vəfat etmişdir. 1940-cı ildə isə Kafiyə xanım Mahmud İsmayılov ilə tanış olmuş, el adəti ilə evlənmiş, lakin müharibə başlandığından aralarında rəsmi nikah olmamışdır. Müharibə bitdikdən sonra ərizəçinin atası X3 qayıtmış və qızına el adəti ilə toy etmişdir. Ərizəçi xx.xx.1941-ci il tarixində anadan olmuşdur. Lakin o, öz doğum gününü hər il mart ayının 29-da qeyd edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Göründüyü kimi, doğum faktını təsdiq edən həkim şəhadətnaməsi olmadıqda, doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalarının 14-cı bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 12 .04.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərabaycan Respublikasının Ali Məhkəməsi Plenumunun Qərarınının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və şahid ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin vərəsəlik eləcə də, hər hansı bir sənədləşmə aparılmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin Ərizəçi adına doğum qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, doğum faktını qeydə almalı olan yeganə orqan qeydiyyat şöbəsi doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1941ci il tarixdə Bakı şəhəri Yasamal rayonunda anadan olması, atasının X3, anasının isə X8 olması ərizəçinin izahatı ilə, şahid ifadəsi ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1941-ci il tarixdə Bakı şəhəri Yasamal rayonunda anadan olması, atasının X4 oğlu, anasının isə X8 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar