Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2985/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X3 İddiaçı cavabdeh X1 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı çıxarışın etibarısz hesab edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası X2 onun, bacısının və qardaşının razılıq ərizəsi olmadan Sovet Hökuməti tərəfindən ailələrinə verilən paylı mülkiyyəti qeyri-qanuni yolla öz adına özəlləşdirmişdir. Məhkəmə iddia ərizəsini və ərizənin dəlillərini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə;. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair AR Ali Məhkəməsi Plenumunun xx.xx.2015-X6 Qərarı:
17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Məhkəmənin mövqeyi: İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının etibarsız hesab edilməsini xahiş etdiyi çıxarış-reyestrdəki qeydiyyat mənzilin özəlləşdirilməsi əsasında aparılmışdır. Mənzillərin özəlləşdirilməsi isə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən həyata keçirilir və həmin qanundan irəli gələn münasibətlər publik hüquqi münasibətlərdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya məhkəmə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsinin qəbulundan imtina edildiyindən dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı cavabdeh X1 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. xx.xx.2025-X6, ********** nömrəli mədaxil qəbzinə əsasən "xxxx" ASC-nin Əhmədli filialında dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, çıxarışın etibarsız hesab edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim:Leyla Şövkətli-Mənsimli