Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2987/2021 15.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı - İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xatai rayonu, Rahib Məmmədov küçəsi, 24 saylı evin 23 saylı mənzilinə köçürülməyi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının vəfat etmiş babasının mülkiyyətindədir. Valideyinləri 1988-ci ildə həmin mənzildə qeydiyatda olmaqla yaşamış, iddiaçı özü də həmin mənzildə anadan olmuş, bugün də həmin mənzildə pasport qeydiyyatındadır, lakin cavabdeh şəxs, yəni onun doğma əmisi ailəsi ilə qeyd olunan mənzildə yaşayır, onu və ailə tərkibini mənzilə buraxmır. Dəfələrlə iddiaçı mənzilə getsə də, heç bir əsası olmadan qanunsuz olaraq qeydiyyatda olduğu mənzildə yaşamağına imkan vermir. Onun hərəkəti qanunsuz olmaqla yanaşı eləcə də humanizm prinsipinə əsaslanmır. İddiaçı teleqramla müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Cavabdehin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etmədiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını mülki iş üzrə təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassızdır, buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin 20.04.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 24, 23 saylı mənzil 27.02.2001-ci il tarixdə X7 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 061977 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 24, 23 saylı mənzil 27.02.2001-ci il tarixdə X7 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin arayışına əsasən İddiaçı Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 24, 23 saylı mənzildə 1990-cı il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 82 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 23.02.2021-ci il tarixli 156 nömrəli arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 24 nömrəli evin, 23 nömrəli mənzilində İddiaçı, anası X5 və qızı X14 qeydiyyatdadır. AZ-İ seriyalı 270790 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X15 06.12.2007-ci il tarixdə ölmüşdür. AZ-İİ seriyalı 060987 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X8 07.12.2019-cu il tarixdə ölmüşdür. Xəlilov Maral, İddiaçı, Xəlilov Xəlil, Şirinova Mehparə, Mikayılova Nəzirə, Gülnaz tərəfindən imzalanmış 28.04.2007-ci il tarixli əlyazmadan görünür ki, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 24, 23 saylı mənzildə yaşayan X5, oğlu İddiaçı tərəfindən Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən notariusa məlumat verirlər ki, qayınatası Xəlilov Xəlil tərəfindən ona verilmiş Zabrat qəsəbəsində verilən 18 kvadrat metr sahəsi olan ev vermişdir, bu şərtlə ki, X4 Kənanla birlikdə müvəqqəti qeydiyyatdan çıxmaq şərti ilə yaşayırlar. X9 Xəlildən heç bir ev iddiası yoxdur. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.07.2021-ci il tarixli 4/912 nömrəli ekspert rəyinə əsasən 28.04.2007-ci il tarixli sənəddə “2. İddiaçı” yazıları qarşısında olan imza İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 126 manat təşkil edir. Mülki iş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı ilə 2001-ci ildən qonşudur. Bir gün X11 onları evinə çağırdı və sənəd imzalatdı ki, gəlininin və nəvəsinin evdən imtina etməsinə şahidlik etsin, imza çəksin. Qonşular da imza çəkmişdir. Ondan sonra o orada Xəlilova Maralın yaşadığını görməmiş, ancaq oğlu İddiaçı yaşamışdır. Sənədin məzmunu ondan ibarət idi ki, Xəlilova Maral və oğlu İddiaçı Zabrat qəsəbəsində onlar üçün alınan evin müqabilində Bakı şəhəri, Rahib Məmmədov küçəsi 24, mənzil 23-dən imtina edirdi. X19 özü yazmışdı, qırmızı qələmlə yazılmışdı. Sonralar İddiaçı həmin evə nadir hallarda gəlirdi, yaşamırdı. Kənanın ailə qurmağını eşitmiş, lakin o evdə toy olmayıb, toyun harada olmağını bilmir. Mülki iş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı babası ilə qonşu idi. İddiaçı atası rəhmətə gedəndən bir neçə il sonra anası ailə qurdu və Kənan babasıqilə qaldı. Bir gün X11 qonşuları evinə çağırdı və sənəd imzalatdı ki, gəlininin və nəvəsinin evdən imtina etməsinə şahidlik etsinlər və imza çəksinlər, onlar da imza çəkmişdir. Ondan sonra o orada Xəlilova Maralın yaşadığını görməmiş, ancaq oğlu İddiaçı yaşayıb. Həmin mənzildə hal-hazırda Kənanın əmisi Xəlilov Xəlil, nənəsi, babası, bibiləri yaşayır. Babanın aldığı evi ailə problemlərini həll etmək üçün satıblar. Kənanın toyunda iştirak etməmişdir. Həmin mənzildə toy olmayıb. Mülki iş üzrə şahid qismində dindirilmiş X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı onun vəfat etmiş qardaşının oğludur. Qardaşı 1990-cı ildə rəhmətə getdi. Ondan sonra bir müddət orada yaşadılar. Bir müddət sonra anası evdən çıxıb. Kənan məktəbi bitirənə qədər o evdə yaşayıb. Atası rəhmətə gedənə yaxın Kənanla anası üçün ev aldı. Kənanın toyu o evdə olmayıb. Kənan mübahisəli evdə toyundan sonra da yaşamayıb. Kənana uzun illər nənəsi babası baxıb. Beləliklə mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 24 saylı evin 23 saylı mənzilində 1990-cı ildən qeydiyyata düşmüşdür. Həmin mənzil 27.02.2001-ci il tarixdə iddiaçının babası X7 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı məktəbi bitirib ailə qurduqdan sonra, yəni 6 aydan artıq müddətdə sözügedən mənzildən köçüb getmişdir. İddiaçının həmin mənzildə istifadə hüququ yaransa da, istifadə hüququnun yarandığı dövrdə qüvvədə olan Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən o, mənzildən istifadə hüququnu itirmişdir. Belə ki, mülki mübahisənin hüquqi əsasını təşkil edən “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi şəxsin yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi həmin şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdüyü müəyyən edildiyi halda mümkündür. Məhkəmə prosesi zamanı iddiaçının daimi yaşamaq üçün mübahisəli mənzildən 6 aydan uzun müddətə köçdüyü sübut edilmişdir. Sadalananları əsas gətirərək, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı mübahisəli mənzildə yaranmış istifadə hüququ sonuncunun 6 aydan uzun müddətə həmin mənzili tərk etməsi səbəbilə itirildiyindən onun ailə üzvləri ilə birlikdə mübahisəli mənzilə köçürülməsinə dair iddiası təmin oluna bilməz. Odur ki, iddiaçının İddiaçı Cavabdeh qarşı - İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 24 saylı evin 23 saylı mənzilinə köçürülməyi barədə iddiası istinad edilən normativ hüquqi aktların tələblərinə uyğun olaraq əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı - İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xatai rayonu, Rahib Məmmədov küçəsi, 24 saylı evin 23 saylı mənzilinə köçürülməyi barədə iddiası rədd edilsin. Məhkəmə xərci iddiaçıya aid edilsin. İddiaçı aparılmış ekspertiza tədqiqatına görə 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2987/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2987/2021
15.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver