Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2997/2024 16.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətini maraqlı şəxs qismində cəlb edilməklə Azərbaycan Respublikasında yaşama faktının və başqa ölkənin vətəndaşı olmaması faktının müəyyən olunmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi onun heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı və 1998-ci il tarixdən hal-hazıradək fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində daim yaşamağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, o, Sverdlovsk vilayəti, Krasnoturinsk şəhərində anadan olmuşam. Orta təhsilini belə almamışdır. Sovet dönəmində ona SSRİ-nin pasportu verilmiş və bu pasport əsasında təxminən 1990-cı ildə Azərbaycan Respublikasına gəlmişdir. Bir müddət sonra təxminən 1998-ci ildə SSRİ-nm pasportu əsasında Rusiya Federasiyasına getmiş və elə həmin il Azərbaycan Respublikasına qayıdayaraq hal hazırki dövrə qədər Azərbaycan Respublikasında yaşayır. Bununla bağlı hal-hazıradək şəxsiyyətini təsdiq edən sənədi almamışdır. Şəxsiyyətini təsdiq edən sənəd almaq üçün Rusiya Federasiyasının səlahiyyətli qurumlarına müraciət etmiş olsa da, Rusiya Federasiyasının Azərbaycan Respublikasında səfirliyi tərəfindən xx.xx.2023-c üil tarixli № 1316/ko əsasən onun Rusiya Federasiyası vətəndaşı olmamağı barədə rəsmi cavab verilmişdir. Hal hazırda ünvan 1 ünvanda yaşayır. SSRİ-nin pasportunu itirmişdir. Yeganə şəxsiyyətini təsdiq edən sənəd doğum haqqında şəhadətnamədir. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X2 izahatında bildirdi ki, ərizəçi 15-16 il onun evində kirayə qalıb, iki qızı var. Məhkəmə iclasında dindirilmiş şahid X1 izahatında bildirdi ki, ərizəçini 10 ildir ki tanıyır, 35 ildir ki, kirayə yaşayıb. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi sonuncu məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə ərizəçinin, şahidlərin izahatlarını, ərizənin dəlillərinin və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: № 813022 saylı doğum haqqında şəhadətnamənin tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçi xx.xx.1970-ci ildə Sverdlovsk vilayəti Krasnoturinsk şəhərində anadan olmuşdur. Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti Mənzil Kommunal təsərrüfat Birliyinin 66 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, 242 nömrəli arayışda qeyd edilmişdir ki, ərizəçi Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, 25 saylı mənzilində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, məktubunda qeyd edilmişdir ki, ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1970-ci il tarixdə Sverdlovsk vilayəti Krasnoturinsk şəhərində doğulmuş, 1998-cı il tarixində Azərbaycan Respublikasına gələrək burada yaşamağa bağlamışdır. Ərizəçi hazırda doğulduğu Rusiya Federasiyasının vətəndaşı deyil. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmadığından Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsi üçün onun heç bir dövlətin vətəndaşı olmaması və Azəbaycan Respublikasında daimi yaşamasının müəyyən edilməsi hüquqi əhəmiyyətə malik olduğundan, lakin ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azəbaycan Respublikasında daimi yaşamasına dair müvafiq sənədləri isə başqa qaydada əldə edə bilmədiyindən hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, bu səbəbdən onun ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçiyə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi və şəxsiyyət vəsiqəsinin alınması üçün zəruridir. Belə ki, Mülki Prosessual Məcəllənin 311-ci maddəsində müəyyən edilmişdir ki, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi zamanı məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi heç bir ölkənin vətəndaşı olmaması və 1998-cı il tarixdən Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən edilsin. Bu qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-2997/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2997/2024
16.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver