Məhkəmə qərarları › İş №2(011)-3010/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3010/2022

30.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3010/2022 30.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi onun Ermənistan Respublikasının Qafan rayonu, Şabadin kəndində anadan olduğunu doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonu, Şabadin kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Qafan rayonu, Şabadin kəndində anadan olmuşdur. Dövlətin qanunlarına həmişə riayət edən daim bir Azərbaycan vətəndaşıdır. Onun doğum haqqında şəhadətnaməsi ona məlum olmayan hansısa səbəbdən itmişdir. Onun məhkəməyə müraciət etməkdə məqsədi doğum haqqında şəhadətnaməsi olması faktının məhkəmə tərəfindən təsdiq edilməsi və bunun əsasında yeni şəhadətnamə almağıdır. Bununla bağlı o, Bakı şəhəri 6 saylı Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin 6 saylı Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsindən ona xx.xx.2022-ci i tarixdə imtina məktubu gəlmişdir. Həmin imtina məktubun cavabına əsasən o, məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətindədir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs 6 saylı Bakı “Asan xidmət” X7 məhkəməyə xx.xx.2022-ci il tarixində məktub göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin anası şahid X2 bildirdi ki, xx.xx.1947-ci il tarixdə Qafan rayonu, Şabadin kəndində anadan olmuşdur. 5 övladı var. Ərizəçi xx.xx.1971-ci il tarixdə doğulmuşdur. Qaçqın gələn vaxt ərizəçinin doğum haqqında şəhadətnaməsi itmişdir. Məhkəmə iclasında ərizəçinin qardaşı şahid X5 izahat verərək əlavə olaraq bildirdi ki, ərizəçi ondan 2 yaş böyükdür. X1, atası X3r. Bacısının evi ilə əlaqədar olaraq sənədləri düzəltmək lazım olduqda bacısı doğum haqqında şəhadətnaməsinin itdiyini bildirdi. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq he sab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. İş materialları ilə müəyyən olunur ki, ərizəçi doğum haqqında şəhadətnamənin alınması barədə 6 saylı Bakı “Asan xidmət” X4 müraciət etmiş, 6 saylı Bakı “Asan xidmət” X7 tərəfindən xx.xx.2022-ci il tarixli, 05/Q-456/75 saylı məktubla doğum haqqında şəhadətnamənin bərpa edilməsindən AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı Qərarına əsaslanaraq imtina edilmiş və imtinanın səbəbi kimi qeyd edilmişdir ki, kifayət qədər zəruri sənədlər təqdim edilmədiyindən doğum haqqında arayışın şöbə tərəfindən verilməsi qeyri mümkündür. Bu səbədən, ərizəçinin doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair tələbinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun doğum tarixi xx.xx.1971-ci il qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətində qeyd edilmiş məlumatlar əsasında müəyyən edilir ki, ərizəçinin doğulduğu yer Ermənistan Respublikası, Qafan rayonu, doğulduğu tarix, xx.xx.1971-ci il qeyd edilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Şabadin kəndində doğulmasının qeyd edilməsi faktı iş materialları və şahid ifadələri ilə öz təsdiqini tapdığından, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Şabadin kəndində doğulmasının qeyd edilməsi faktı təsdiq edilsin. Doğum haqqında şəhadətnamədə Ərizəçi atası X6, X1 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar