Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3016/2021 21.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ İş № 2(011)-3016/2021 Azərbaycan Respublikası adından Q Ə T N A M Ə Bakı şəhəri Xətai Rayon Məhkəməsi 16 iyun 2021-ci il Bakı şəhəri Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh və qeyrisinə qarşı etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh, X6 və "xxxx" MMC-yə qarşı - 09 avqust 2017-ci il tarixdə 7E/3842 reyestrli etibarnamənin, (050) ***-**-** saylı telefon nömrə ilə bağlı tərtib edilmiş 17 mart 2018-ci il tarixli və 12 yanvar 2021-ci il tarixli fakturalı xətt sisteminə aid abunəçinin adından başqa şəxsin adma keçirilməsi formaları, (050) ***-**-** saylı telefon nömrə ilə bağlı bağlanmış 17 mart 2018-ci il tarixli və 12 yanvar 2021-ci il tarixli abunə müqavilələrin etibarsız hesab edilməsi və və (050) ***-**-** saylı telefon nömrənin iddiaçının adına qeydiyyatın bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının adına (050) ***-**-** saylı telefon nömrəsi olmuşdur. İddiaçı müəyyən bir müddət həmin nömrədən istifadə etməmişdir. Bu yaxında ona həmin nömrə ilə bağlı borcu olması barədə məlumat verilmişdir, o da buna yanlışlıq olduğunu hesab edərək, özü aspirantura ilə bağlı Ukraynada çox vaxt olduğundan ciddi bu məsələ ilə məşğul olmamışdır. Sonuncu dəfə dövlət sərhədi keçən zaman ona borcu olduğu bildirilmişdir və gələcəkdə müəyyən problemlər olacağı bildirilmişdir. Buna görə növbəti dəfə Bakıda olanda, o telefon nömrəsi ilə maraqlananda, ona bildirmişdirlər ki, nömrə artıq iddiaçının adına deyil. O araşdırmış və ona məlum olmuşdur ki, guya 2017-ci ildə o cavabdehin adına etibarnamə vermişdir. Etibarnaməni də Sumqayıt şəhər 6 saylı notariat kontoru tərəfindən təsdiqlənmişdir. Sumqayıtda yerləşən notariat kontora müraciət etmiş və orada ona yazılı qaydada bildirdilmişdir ki, 4 saylı notariat ofisinin notariusu tərəfindən 6 saylı notariat kontorunun etibarnamələrin qeydiyyatı aparılan kitabına iddiaçının və təqaüddə olan notarius X1 iştirakı ilə baxış keçirilmişdir. Qeyd edilən tarixdə onun iştirakı ilə 09.08.2017-ci il tarixdə 7E/3842 reyestr nömrəli etibarnamənin 6 saylı dövlət notariat kontorunda rəsmiləşdirilməmişdir. Ona görə iddiaçı hesab edir ki, etibarnamə saxta olduğundan etibarsız hesab edilməlidir və (050) ***-**-** saylı telefon nömrə iddiaçının adına bərpa olunmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi X10 iştirak etdiyi məhkəmə iclasında iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək iddiaya iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək qeyd edir ki, 050 *** ** ** saylı telefon nömrəsi onun mülkiyyətində olmuş, bir müddət istifadə etməmiş, sonradan həmin nömrənin borcu olduğu üçün onun aeroportda saxlanılmışdır. Həmin nömrəni Cavabdeh iddiaçıdan hələ 2010-cu ildə pul ödəyərək alıb. Həmin dövrdən bu günədək, o nömrə cavabdehin istifadəsində olub. İddiaçı son 11 ildə bu nömrədən istifadə etməyib. Sadəcə, o zaman nömrənin bir addan başqa ada keçirilməsi həyata keçirilmədiyindən, iddiaçı cavabdehə etibarnamə verib. Həmin etibarnamənin vaxtı bitdiyindən, cavabdeh iddiaçıdan nömrəyə dair yeni etibarnamə verməsini xahiş edib, iddiaçı da yenidən hazırda mübahisəiəndirilən etibarnaməni verib. Həmin etibarnamənin saxtalığına dəlalət edən heç bir hal yoxdur. İkincisi, hətta etibarnaməni iddiaçı özü imzalamayıbsa belə, ona artıq 2017-ci ildən məlumdur ki, bu nömrə etibarnamə əsasında cavabdehin istifadəsindədir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə və Abunə Müqavilələrinin şərtlərinə əsasən nömrə istifadəyə verilərkən həmin nömrə ilə bağlı bütün hüquqlar və vəzifələr ancaq abunəçiyə (nömrə adına rəsmiləşdirilmiş şəxs) tətbiq edilir. Abunəçinin istifadəsində olan nömrə ilə bağlı hər hansı əməliyyatın həyata keçirilməsi, həmçinin yazışmaların aparılması yalnız abunəçinin şəxsən özünün və yaxud abunəçinin verdiyi etibarnamə (müvafiq qaydada tərtib və təsdiq olunmuş) əsasında səlahiyyətli şəxsin iştirakı ilə həyata keçirilə bilər. Şirkətdə mövcud olan elektron məlumat bazaları əsasında araşdırma aparılmışdır. 09 avqust 2017-ci il tarixli, X7 tərəfindən Cavabdeh verilmiş Reyestrdə 7E-3842 nömrə ilə qeyd edilmiş etibarnaməyə əsasən Cavabdeh, 17.03.2018-ci il tarixində abunəçinin səlahiyyətli nümayəndəsi qismində çıxış edərək 050 *** ** ** nömrədə addan-ada əməliyyatı həyata keçirmişdir. Həmin əməliyyat həyata keçirilənədək, müvafiq etibarnamənin düzgün rəsmiləşdirilmədiyinə və ya ləğv edildiyinə dair hər hansı rəsmi məlumat Maraqlı şəxs MMC-yə daxil olmayıb. Beləliklə də 050 *** ** ** nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda Maraqlı şəxs MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. Maraqlı şəxs MMC tərəfindən abunəçilərin istifadəsinə verilən nömrə ilə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 12.6-cı maddəsinə əsasən Abunəçi (fiziki və ya hüquqi şəxslər) tərəfindən verilən bu Müqavilə üzrə fəaliyyət göstərmək hüququnu təsdiq edən etibarnamə ləğv olunduqda və ya digər sənədlərin təsir qüvvəsinin itirilməsinə dair müvafiq məlumat təqdim edilməyənədək, Abunəçinin səlahiyyətli nümayəndəsinin göstərişlərinə əsasən “Azercell” tərəfindən həyata keçirilən əməliyyatlar lazımi qaydada icra olunmuş hesab olunur. İİ. Maraqlı şəxs MMC tərəfindən təqdim edilən mobil rabitə xidmətləri çərçivəsində abunəçilərə istifadə etdikləri nömrənin hansı seriya və nömrə ilə başlaması ilə bağlı isə heç bir fərq qoyulmur. Azərbaycan Respublikasının qanunvericiliyinə və Abunə Müqavilələrinin şərtlərinə əsasən Maraqlı şəxs MMC tərəfindən nömrə abunəçinin mülkiyyətinə deyil, istifadəsinə verilir. Azərbaycan Respublikasının qanunvericiliyinə və Abunə Müqavilələrinin şərtlərinə əsasən nömrə istifadəyə verilərkən həmin nömrə ilə bağlı bütün hüquqlar və vəzifələr ancaq abunəçiyə (nömrə adına rəsmiləşdirilmiş şəxs) tətbiq edilir. Abunə Müqaviləsinin 10.3.-cü maddəsinə əsasən Abunəçi Müştəri Xidmətlərinə rəsmi/yazılı müraciət etməklə istənilən vaxt Müqaviləyə xitam verə bilər. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən ölkənin nömrə resursu, ölkə kodu, həmçinin ölkə kodlu yüksək səviyyəli domen dövlətə məxsusdur. Beləliklə də nömrə resursu üzrə mülkiyyət hüququ hər hansı abunəçiyə, operatora deyil, yalnız dövlətə məxsusdur. Belə olan halda nömrə resursundan istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən Maraqlı şəxs MMC-yə ödənişli əsaslar ilə verilib. Qeyd edilənləri nəzərə alaraq dövlətin mülkiyyəti olan nömrə resursları heç bir vaxt operatorlar tərəfindən satılmır. Burada yalnız operatora ayrılan nömrə resursundan istifadə hüququ ödənişli əsaslar ilə istifadəçilərə, abunəçilərə verilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan, 09.08.2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, etibar edən X8 Maraqlı şəxs MMC-də onu təmsil etməyi, X3 adına olan (050) ***-**-** nömrə ilə bağlı bütün əməliyyatları aparmağı, dublikatını çıxarmağı, izahlı qaimələri əldə etməyi, həmin nömrəni istənilən şəxsin və addan-ada keçirməyi, bunun üçün lazımi müqavilələri bağlamağı, müqavilələrdə imza etməyi, adından istənilən məzmunda ərizələr verməyi, ərizələri imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edilən Cavabdeh etibar etmişdir. Etibarnamə Sumqayıt şəhəri 6 saylı dövlət notariat kontorunun dövlət notariusu X2 tərəfindən imzasının həqiqiliyini təsdiq edilərək reyestrdə 7E/3842 nömrə ilə qeyd edilmişdir. AR Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin 29.01.2021-ci il tarixli 335 nömrəli İddiaçı ünvanladığı məktubuna əsasən ünvan 1 qeydiyyatı aparılan kitabına İddiaçı və təqaüddə olan notarius X1 iştirakı ilə baxış keçirildi. 09.08.2017-ci il tarixdə 7E/3842 reyestr nömrəli etibarnamənin 6 saylı dövlət notariat kontorunda rəsmiləşdirilməmişdir. Maraqlı şəxs MMC-nin 04.05.2021-ci il tarixli 9201 nömrəli məktubunda qeyd edilmişdir ki, 13.03.2006-cı il tarixində Maraqlı şəxs MMC ilə X8 arasında abunə müqaviləsi bağlanmış və ********** nömrə abunəçinin istifadəsinə verilmişdir. 09 avqust 2017-ci il tarixli, X8 tərəfindən Cavabdeh verilmiş Reyestrdə 7E-3842 nömrə ilə qeyd edilmiş etibarnaməyə əsasən Cavabdeh, 17.03.2018-ci il tarixində abunəçinin səlahiyyətli nümayəndəsi qismində çıxış edərək ********** nömrədə addan-ada əməliyyatı həyata keçirmişdir. Daha sonra 12.01.2021-ci il tarixində Cavabdeh Maraqlı şəxs MMC-yə müraciət edərək müvafiq forma imzalanmaqla nömrə istifadədən çıxarılmış, onunla bağlanmış abunə müqaviləsinə xitam verilmiş, ********** nömrədə addan-ada əməliyyatı həyata keçirilmiş və X6 ilə yeni abunə müqaviləsi bağlanmışdır. Əməliyyat həyata keçirilənədək, müvafiq etibarnamənin ləğv edildiyinə dair hər hansı rəsmi məlumat Maraqlı şəxs MMC-yə daxil olmamışdır və hazırda ********** nömrə X4 istifadəsindədir. Maraqlı şəxs MMC-nin İddiaçı ünvanladığı 09.02.2021-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə və Abunə Müqavilələrinin şərtlərinə əsasən nömrə istifadəyə verilərkən həmin nömrə ilə bağlı bütün hüquqlar və vəzifələr ancaq abunəçiyə (nömrə adma rəsmiləşdirilmiş şəxs) tətbiq edilir. Abunəçinin istifadəsində olan nömrə ilə bağlı hər hansı əməliyyatın həyata keçirilməsi, həmçinin yazışmaların aparılması yalnız abunəçinin şəxsən Özünün və yaxud abunəçinin verdiyi etibarnamə (müvafiq qaydada tərtib və təsdiq olunmuş) əsasında səlahiyyətli şəxsin iştirakı ilə həyata keçirilə bilər. 09 avqust 2017-ci il tarixli, X7 tərəfindən Cavabdeh verilmiş Reyestrdə 7E-3842 nömrə ilə qeyd edilmiş etibarnaməyə əsasən Cavabdeh, 17.03.2018ci il tarixində abunəçinin səlahiyyətli nümayəndəsi qismində çıxış edərək 050 *** ** ** nömrədə addan-ada əməliyyatı həyata keçirmişdir. Həmin əməliyyat həyata keçirilənədək, müvafiq etibarnamənin düzgün rəsmiləşdirilmədiyinə və ya ləğv edildiyinə dair hər hansı rəsmi məlumat Maraqlı şəxs MMC-yə daxil olmayıb. Beləliklə də, 050 *** ** ** nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda Maraqlı şəxs MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. Maraqlı şəxs MMC ilə X8 arasında bağlanmış 13.03.2006-cı il tarixli abunə müqaviləsinə əsasən ********** nömrə abunəçi X3 istifadəsinə verilmişdir. 17.03.2018-ci il tarixli Abunə müqaviləsinə əsasən X8 tərəfindən Cavabdeh verilmiş etibarnaməyə əsasən Cavabdeh, ********** nömrədə addan-ada əməliyyatı həyata keçirmişdir. 12.01.2021-ci il tarixli Abunə müqaviləsinə əsasən Cavabdeh Maraqlı şəxs MMC-yə müraciəti ilə müvafiq forma imzalanmaqla nömrə istifadədən çıxarılmış, onunla bağlanmış abunə müqaviləsinə xitam verilmiş, ********** nömrədə addan-ada əməliyyatı həyata keçirilmiş və X6 ilə yeni abunə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən əqdlərin etibarlılığını şübhə altına alan halların sübuta yetirilməsi üçün məhkəmə kifayət qədər sübut təqdim edilməmişdir. Odur ki, iddia sübuta yetirilmədiyindən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın əsasını təşkil edən faktiki halların mövcüdluğu iddiaçı tərəfindən sübut edilməlidir. Lakin, iddiaçı bununla bağlı kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələblərinin əsasını təşkil faktiki halların mövcud olmadığına dair qənaətə gələrək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə əhəmiyyətsiz əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Odur ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olduğundan və hazırkı iddia tələbinə tətbiq edilmədiyindən, cavabdehin ərizəsi məhkəmə tərəfindən nəzərə alınmamalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessuaı Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh, X6 və "xxxx" MMC-yə qarşı - 09 avqust 2017-ci il tarixdə 7E/3842 reyestrli etibarnamənin, (050) ***-**-** saylı telefon nömrə ilə bağlı tərtib edilmiş 17 mart 2018-ci il tarixli və 12 yanvar 2021-ci il tarixli fakturalı xətt sisteminə aid abunəçinin adından başqa şəxsin adma keçirilməsi formaları, (050) ***-**-** saylı telefon nömrə ilə bağlı bağlanmış 17 mart 2018-ci il tarixli və 12 yanvar 2021-ci il tarixli abunə müqavilələrin etibarsız hesab edilməsi və və (050) ***-**-** saylı telefon nömrənin iddiaçının adına qeydiyyatın bərpa edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3016/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3016/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver