Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3023/2022 30.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X7, Cavabdehlər Cavabdeh1 və X3 iştirakı ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlərin ünvan 1 ünvanda yaşayış sahəsinə istifadə huququnun itirilmiş hesab olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 4 saylı evin, 13 saylı mənzili (bundan sonra – Mənzil) xx.xx.1981-ci il tarixli, 180382 nömrəli order əsasında iddiaçının atası X5 verilmiş və orderdə onun dörd övladı – Aydın, Azər, Azad və Asif (iddiaçı) Ağayevlərin adları göstərilmişdir. Mənzilin sahibi X8 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Cavabdehlər – Cavabdeh1 Mənzilin sahibi olmuş Hüseyn Ağayevin keçmiş gəlini, Ehtibar Ağayev isə nəvəsi - Azad Ağayevin arvadı və övladıdır. Cavabdeh1 xx.xx.1993-cü il tarixdə Azad Ağayevlə nikaha daxil olaraq, 1995-ci ildən, Ehtibar Ağayev isə 1999-cu ildən Mənzildə yaşamışlar. Cavabdeh1 ilə Azad Ağyevin nikahları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2006-cı il tarixdə pozulmuşdur. Həmçinin də, iddiaçının qardaşları - Azad Ağayevə, Aydın Ağayevə, habelə Cavabdeh1, X4 və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “sosial kirayə müqaviləsinin bağlanılması” barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1903/2013 saylı, xx.xx.2013-cü il tarixli qətmaməsi ilə təmin edilməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayon icraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli 31 saylı qərarına əsasən ünvan 1 20 aprel 1981-ci il tarixli 180382 saylı Orderlə mərhum atası X5 verilmişdir. Atası 2 dekabr 2008-ci tarixdə vəfat etmişdir. Onun ölümündən sonra kirayə müqaviləsi üzrə öhdəliklərin icrasını o həyata keçirir. X1 keçmiş arvadı Cavabdeh1 03 mart 1995-ci ildə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 4, mənzil ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 noyabr 2006-cı il tarixli 2-2155/2006 saylı qətnaməsinə əsasən X9 ilə Cavabdeh1 nikahları pozulmuşdur. Buna baxmayaraq Cavabdeh1 nikahları pozulmamışdan altı ay öncədən oğlu Cavabdeh2 ilə birikdə mənzidən getmiş, lakin hazırda parsport qeydiyyatında qalmışlar. Artıq 16 ilə yaxındır ki, cavabdehlər qeydiyyatda olduqları mənzildə yaşamırlar və qeydiyyatda qalması formal xarakter daşıyır. Cavabdehlər mənzil kirayə müqaviləsi üzrə üzərinə düşən vəzifələri icra etmir, kommunal xərclərinin ödənilməsində iştirak etmirlər. İddiaçı, onun vəkili və nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehlər məhkəməyə təqdim etdikləri yazılı etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Mənzilin iddiaçının atasına orderlə verilməsi, iddiaçının və cavabdehlərin onun ailə üzvləri (iddiaçının övladı, cavabdehlərin isə keçmiş gəlini və nəvəsi) kimi Mənzildən istifadə hüquqlarının xx.xx.2000-ci il tarixdən yaranması, Mənzilə dair hazırda orada qeydiyyatda olan, yaxud yaşayan şəxslərin heç biri ilə kirayə müqaviləsinin bağlanmaması, habelə mülkiyyət hüquqlarının qeydiyyata alınmaması işin mübahisəsiz hallarıdır. Belə olan halda iddiaçının hazıkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququa malik olmasının müəyyən edilməsinin iş üçün əhəmiyyətlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. Həmçinin də, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilən müddəalar hüquq və azadlıqlarının, eləcə də maraqlarının pozulmasını ehtimal edən bütün fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi üçün məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasını təsbit etmişdir. Qanunvericilik müəyyən edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını (cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri) araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Çünki, iddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. İşin əvvəldə göstərilən mübahisəsiz hallarından da, müəyyən edilir ki, Mənzil iddiaçının atası Hüseyn Ağayevə order əsasında verilmiş və Mənzilə dair sosial kirayə müqaviləsi də onunla bağlanmışdır. İddiaçının və onun digər qardaşlarının adları orderdə Hüseyn Ağayevin ailə üzvləri kimi göstərilməklə, Cavabdeh1 1995-ci ildə Mənzilə gəlin köçərək, Ehtibar Ağayev isə xx.xx.1999-cu ildən Mənzildə yaşamışlar. Eyni zamanda, işin mübahisəsiz halları ilə o da müəyyən edilir ki, Mənzilin orderlə sahibi olmuş Hüseyn Ağayev xx.xx.2008-ci il tarixdə ölmüş, bundan sonra Mənzilə dair onun ailə üzvlərindən heç kəslə sosial kirayə müqaviləsi bağlanmamışdır. Hətta, iddiaçının onunla Mənzilə dair sosial müqavilə bağlanması barədə iddiası da Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətmaməsi ilə təmin edilməmişdir. Buna görə də, hazırda iddiaçının Məznzildə qeydiyyatda olan, yaxud yaşayan digər şəxslərlərlə eyni statusa malik yalnız istifadə hüququ vardır və o, hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Məhkəmə qeyd edir ki, əvvəlcə iddiaçı Mənzilə dair onunla sosial kirayə müqaviləsinin bağlanılmasını təmin etməli, bundan sonra bu iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. Məhkəmənin qənaətinə görə iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmadığından, cavabdehlərin Mənzilə dair istifadə hüquqlarının mövcud olub-olmamasının yoxlanılmasına hazırkı iddia daxilində zərurət yoxdur. Mülki Prosessual Məcəlləsi müəyyən edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə). Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildikdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-3023/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3023/2022
30.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver