Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3025/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7128 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə dost olduğundan ona inanmış və cavabdehin kredit müqaviləsi üzrə Bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh "xxxx" ASCnin Şəmkir Rayon Filialından götürdüyü kreditin ödənişindən yayınmışdır. O, əmək haqqını "xxxx" ASC-dən aldığı üçün Bank cavabdehin kredit ödənişlərini onun əmək haqqına yönəltmiş və müxtəlif aylarda əmək haqqından tutulmalar edilmişdir. Ümumilikdə, bu günə kimi həmin kredit müqaviləsi üzrə 7128 manat ödəniş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı, cavabdeh tərəfindən ona 1200 manat ödənildiyini bildirərək, iddia tələbinin həcmini həmin məbləğə uyğun azaldaraq, cavabdehdən iddiaçının xeyrinə 5928 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2022-ci il il tarixli, GTKR5123211A182 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC Cavabdeh 35 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 10000 manat kredit vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən İddiaçı zamin kimi müqavilə üzrə müştərinin bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün birgə məsuliyyət götürmüşdür. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 3331 saylı Arayışından görünür ki, İddiaçı "xxxx" ASC-də xx.xx.2022-ci il tarixində Cavabdeh adına rəsmiləşdirilmiş 10000 manat məbləğli GTKR5123211A182 saylı Gündəlik tələbat kreditinə zamin durmuş, xx.xx.2025-ci il tarixdə kredit tam ödənilmişdir, qeyd edilən müqavilə üzrə İddiaçı heç bir öhdəliyi yoxdur. İddiaçı məxsus ödəniş kartı üzrə çıxarışlardan və "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli hesabatından görünür ki, İddiaçı tərəfindən GTKR5123211A182 saylı kredit müqaviləsi üzrə 7128,88 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. 119.1. Müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən olunur ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ayrı-ayrı vaxtlarda zamin İddiaçı tərəfindən 7128,88 manat məbləğində ödəniş edilmişdir. İddiaçı həmin məbləğdən 1200 manatın cavabdeh tərəfindən ona qaytarıldığını bildirərək, cavabdehdən iddiaçının xeyrinə yerdə qalan 7128 – 1200 = 5928 manat məbləğin qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və 5928 manatın iddiaçıya qaytarılması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Odur ki, sadalanan qanunvericilik normalarının tələblərinə uyğun olaraq, İddiaçı zamin kimi borclu Cavabdeh əvəzinə məsuliyyətlə bağlı çəkdiyi zərərin əvəzini ödəməyi tələb etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5928 manat pul və 79,28 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №2(011)-3025/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3025/2025
27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver