Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-303/2022 10.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, cavabdehlə 2001-ci ildə nikaha daxil olmuş və birgə nikahlarından üç övladları doğulmuşdur. Bakı şəhəri, Xəai rayonu, General Mehmandarov küçəsi, 82 saylı evin bir otaqlı 81 saylı mənzili ailənin yeganə yaşayış sahəsidir. Cavabdeh övladları ilə birlikdə onu mənzilə buraxmır və bu səbəbdən müvəqqəti yaxınlarının yaşayış sahəsində sığınacaq tapmışdır. Mənzilə daxil olmağa cəhd etsə də, cavabdehin müqaviməti ilə rastlaşmış və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 82 saylı evin bir otaqlı 81 saylı mənzilinə 3 övladı ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsinə dair qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ünvan 3 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 22 dekabr 2001-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 25 aprel 2005-ci il təvəllüdlü X2 və 28 fevral 2014-cü il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 309457 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 290868 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 634431 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 82, 81 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 05 dekabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 08 dekabr 2021-ci il tarixli, 33/4260№-li məlumatdan görünür ki, Cavabdeh sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2021- çıxış, xx.xx.2021giriş; İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, sözügedən ünvana 96 saylı MKİS-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman məlum olmuşdur ki, Cavabdeh göstərilən ünvanda yaşamır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış arayışın təqdim edilməsi barədə məktubdan görünür ki, mövcud arxiv məlumatlarına əsasən ünvan 2 ünvanında yerləşən mənzil 07 iyun 1994-cü il tarixdə ilkin olaraq X1 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontorunun xx.xx.2001-ci il tarixli 4Ə-07-1108 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmiş və 17 yanvar 2002-ci il tarixdə qeydiyyata alınmışdır. Sözügedən mənzil hazırda Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsi müəyyən edir ki, hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evdə 2008-ci ildən yaşadığından mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan əvvəlki Azərbaycan Respublikası Mənzil Məcəlləsi tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı Cavabdeh ilə 22 dekabr 2001-ci ildə rəsmi nikahla ailə qurmuş, birgə rəsmi nikahlarından 25 aprel 2005-ci il təvəllüdlü X7, 28 fevral 2014-cü il təvəllüdlü X9 və 16 noyabr 2002-ci il təvəllüdlü X5 adlı üç övladları doğulmuşdur. İddiaçı 2001-ci il tarixdən ünvan 2 ünvanında yerləşən mənzilə gəlin köçərək həmin mənzildə yaşamış, eyni zamanda həmin ünvanda qeydiyyata alınmışdır. ünvan 3 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 22 dekabr 2001-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 25 aprel 2005-ci il təvəllüdlü X2 və 28 fevral 2014-cü il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, İddiaçı 2001-ci il tarixdən ailə qurduğu cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə gəlin köçərək yaşadığından, eyni zamanda həmin ünvanda qeydiyyata alındığından, onun və iki azyaşlı uşaqlarının həmin mənzilə dair istifadə hüququ yarandığından, iddiaçının iki uşaqları ilə yaşamağa başqa yaşayış yeri olmadığından, iddiaçının və uşaqların mənafeyi üstün tutularaq iddia təmin edilməli, iddiaçı iki azyaşlı uşağı ilə ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. İddiaçı övladları 25 aprel 2005-ci il təvəllüdlü X6 və 28 fevral 2014-cü il təvəllüdlü X9 ilə ünvan 2 ünvanında yerləşən mənzilə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-303/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-303/2022
10.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver