Məhkəmə qərarları › İş №2(011)-3057/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3057/2021

02.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3057/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçınun cavabdeh “xxxx” MMC-yə qarşı işdən azad olunduğu Əmək Məcəlləsinin 70-ci maddənin “d” bəndini başqa maddə ilə əvəz olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı - Əmək Məcəlləsinin 70-ci maddəsinin “d" bəndini digər maddə ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə vəziyyəti ilə bağlı olaraq Bakı şəhərində yaşayır. Bir çox yerlərdə satıcı kimi işləmişdir. Belə ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi “X6” MMC-də, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi “xxxx" MMC-də işləmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-yə xəzinədar vəzifəsinə təyin olunmuşdur. Lakin, işlədiyi qısa müddət ərzində işdə baş verən anlaşılmazlığa görə onu xx.xx.2019-cu il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə, yəni sınaq müddətində özünü doğrultmağına görə işdən azad olunmuşdur. Bu da ümumiyyətlə onun əmək fəaliyyətinə kölgə salaraq, artıq heç bir yerdə işləyə bilmir. Düşünür ki, cavabdeh tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Çünki, həmin maddə işçi iş günü ərzində işə gəlməməsi, spirtli içki, narkotik və ya psixotrop maddə qəbul edib, işə sərxoş vəziyyətdə gəlməsi, mülkiyyətçiyə təqsirli hərəkətsizliyi ilə zərər vurulması, iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi, yaxud onların ölümünə səbəb olması kimi hallar baş verdikdə tətbiq oluna bilər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X3 məhkəmədə iddiaya etiraz edərək, bildirmişdir ki, xx.xx.2019-cu il tarixində Cavabdeh MMC-nin Parakəndə satış departamentinə kassir vəzifəsinə işə qəbul edilmiş İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilmiş iddia ərizəsində qeyd edilən işdən azad olunduğu Əmək Məcəlləsinin 70-ci maddənin “d” bəndinin başqa maddə ilə əvəz olunması tələbi üzrə iddia müddəti keçdiyi üçün iddia rədd edilməlidir. İddiaçı üçün “hüququn pozulmasının aşkar edildiyi gün” sonuncu iş günü - xx.xx.2019-cu il tarixi olub (xx.xx.2019-cu il tarixli 438K №-li əmrlə əmək müqaviləsinə xitam verilmişdir). İddia ərizəsi sonuncu iş günündən 1 il, 3 ay keçdikdən sonra - xx.xx.2021-ci tarixində verilib. O, iddia müddəti keçdiyindən, iddia müddətinin bərpası üçün əsas olmadığından və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-nin ərakəndə satış departamentinə kassir vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən işin birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsini birtərəfli qaydada poza bilər. İş materillarında olan Cavabdeh MMC xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubuna əsasən Pərakəndə satış departamentində kassir vəzifəsində işləyən İddiaçı xəbərdar edilmişdir ki, işlədiyi sınaq müddəti ərzində ona tapşırılmış işlərə etinasız yanaşdığına, müəssisə daxili davranış qaydalarına riayət etmədiyinə görə sınaq müddətində özünü doğrultmadığı müəyyən edilmişdir. Əmək Müqaviləsinə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin "d" bəndinə əsasən (smaq müddəti ərzində özünü doğrultmadığına görə) xitam veriləcəkdir. İş materillarında olan Bölgə müdiri X5 Cavabdeh MMC-nin Baş Direktoru Burhan Yasin Sevahilə ünvanladığı Xidməti Məlumata əsasən bildirmişdir ki, İddiaçı sınaq müddəti ərzində ona tapşırılmış işlərə etinasız yanaşdığına, rəhbərinin verdiyi göstərişləri keyfiyyətli yerinə yetirmədiyinə və müştərilərlə düzgün davranmadığına görə sınaq müddətində özünü doğrultmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alıb bu barədə tədbir görməyini xahiş edir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli 438 K nömrəli əmrinə əsasən Cəmiyyətin Pərakəndə satış departamentində kassir vəzifəsində işləyən İddiaçı sınaq müddəti ərzində ona tapşırılmış işlərə etinasız yanaşdığına, rəhbərinin verdiyi göstərişləri keyfiyyətli yerinə yetirmədiyinə görə təyin olunmuş vəzifədə özünü doğrultmadığı müəyyən edilmişdir. İddiaçı Əmək Müqaviləsinə xx.xx.2019-cu il tarixindən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin "d" bəndinə əsasən (sınaq müddəti ərzində özünü doğrultmadığına görə) xitam verilməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı əmək kitabçasının notarial təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli 369K nömrəli əmrinə əsasən MMC-nin Pərakəndə satış departamentinə kassir vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli 438K nömrəli əmrinə əsasən Əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində özünü doğrultmadığına görə) xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “g” bəndinə əsasən əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək işəgötürənin hüququdur. Həmin Məcəllənin 51-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci bəndinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “d” bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işçi Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli Əmək müqaviləsi 3 aylıq sınaq müddəti müəyyən edilməklə bağlanıldığından və işçi sınaq müddəti ərzində təyin olunmuş vəzifədə özünü doğrultmadığından, işəgötürən Cavabdeh MMC tərəfindən yuxarıda qeyd edilmiş əmək müqaviləsini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə ləğvi edilməsi qanuni və əsaslı olmuşdur. Odur ki, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı - Əmək Məcəlləsinin 70-ci maddəsinin “d" bəndini digər maddə ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilməlidir. Məhkəmə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, hazırkı iddia ilə bağlı iddia müddəti tətbiq edilməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, iddiaçı “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli əmri ilə sonuncu iş günündə yəni xx.xx.2019-cu il tarixdə əldə etmiş, lakin buna baxmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə, Azərbaycan Respublikasə Əmək Məcəlləsində müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürməklə, xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Odur ki, iddiaçı iddia müddətini ötürdüyünə görə iddia müddəti tətbiq edilməklə də iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Sadalanan xüsusatlarla və istinad edilən hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğudan rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı Əmək Məcəlləsinin 70-ci maddəsinin “d" bəndini digər maddə ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar