Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3066/2020 12.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.670 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx xxxxxx 2004-cü il tarixli, 34/2 saylı Bakı şəhəri, Suraxanı rayonu, X3 əsasən X7 fərdi ev tikintisi üçün Zığ qəsəbəsinin qərb hissəsində 400 kv.m torpaq sahəsi ayrılmışdır. xx xxxxxx 2014-cü il tarixdə bağlanan ilkin müqaviləyə əsasən, X7 fərdi ev tikintisi üçün Zığ qəsəbəsinin qərb hissəsində 400 kv.m. torpaq sahəsi ayrılmışdır. xx xxxxxx 2014-cü il tarixdə bağlanan ilkin müqaviləyə əsasən, X5 istifadəsində olan Bakı şəhəri, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 400 kv.m. torpaq sahəsi etibarnamə üzrə Cavabdeh tərəfindən 25.670 manata iddiaçıya satılmışdır. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı ərizə ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ bələdiyyəsinə müraciət etmişdir və Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli, 1289 saylı cavab məktubunda cizgidə göstərilən yerin mövcud torpaq sahəsinə aid olmaması bildirilmişdir. İddiaçı həmin tarixə qədər Cavabdeh ona 25.670 manat qarşılığında satdığı Bakı şəhəri, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 400 kv.m. torpaq sahəsinin sənədlərinin tam şəkildə qaydasında olan və qanuni torpaq sahəsi kimi bilib o məbləğdə almışdır. İddiaçı cavabdehə dəfələrlə pulunun qaytarılması barədə müraciət etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarından görünür ki, İddiaçı ilə və Cavabdeh arasında Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə verilmiş sərəncama əsasən, xx xxxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın alğı-satqısına dair ilkin müqavilə bağlanmış, müqavilə üzrə cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 400 kv.m. torpaq sahəsini iddiaçıya verməli, iddiaçı isə bunun müqabilində 25.670 manat pul vəsaitini ödəməli olmuşdur. İddiaçı ilkin müqavilənin şərtlərindən irəli gələrək 25.670 manat pul vəsaitini notariusun bankda açılmış depozit hesabına köçürmüş, Cavabdeh həmin məbləği qəbul edib təhvil almışdır. İddiaçı istinad edilən müqaviləyə əsasən torpaq sahəsi ilə bağlı sənədləşdirmə işlərinin aparılmasını öz üzərinə götürmüşdür. İddiaçı ona verilmiş torpaq sahəsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayonu Zığ bələdiyyəsinə müraciət etmiş, forma-sxemdə göstərilən yerin ona satılmış torpaq sahəsinə aid olmaması ona bildirilmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli ilkin müqavilə bağlanmaqla hər bir tərəf üzərinə öhdəlik götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin alğı-satqı müqaviləsini rəsmiləşdirən notariat orqanı tərəfindən müqavilənin rəsmiləşdirilməsinə əsasən olan sənədlərin mötəbərliyi yoxlanılmadan müqavilə bağlanmış və iddiaçı tərəf müqavilə üzrə nəzərdə tutulan məbləği notariusun depozit hesabına keçirmişdir. İddiaçı aidiyyəti qurumlara sənədləşmə işlərinin aparılması üçün müraciətlər etdikdən sonra belə bir sahənin mövcud olmadığını özü üçün bəlli etmiş və cavabdehə bununla bağlı dəfələrlə müraciətlər etmiş, lakin müraciətləri nəticəsiz qalmışdır. İddiaçı ona müqavilə əsasında verilmiş torpaq sahəsindən məhrum olmuş və ödədiyi pul ona geri qaytarılmamışdır. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən müqavilə üzrə ödəmiş olduğu pulu tələb etmişdir. Məhkəmə araşdırması zamanı bələdiyyəyə verilmiş sorğuya gələn cavabdan müəyyən olmuşdur ki, X5 adına Bakı şəhəri, Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamış və sənədləşdirmə işləri aparılmamışdır. Göstərilən xüsusatlara və sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki iddiaçı cavabdehdən ödədiyi pulu geri tələb etməkdə haqlı olduğudundan, cavabdehin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməsi, yəni satdığı torpaq sahəsini iddiaçıya təhvil verməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır və ona görə də təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 25.670 (iyirmi beş min altı yüz yetmiş) manat pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3066/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3066/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver