Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-313/2025 03.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ona mərhum atası X10 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evinin və 0,04 ha torpaq sahəsinə dair mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1979-cu ildə Ermənistan Respublikası Masis rayonu Nizami kəndində anadan olmuşdur. X5r. O, xx.xx.2011-ci tarixdə vəfat etmişdir və bu hal xx.xx.2011-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 1240 nömrə ilə qeyd edilmişdir. X4 2 övladı vardır. Onlar Ərizəçi və X8r. X12 uzun müddətdir ki, xaricdə yaşayır və həmin toropaq sahəsinin ərizəçinin adına rəsmiləşdirilməsinə etiraz etmir. X6 xx.xx.2011-ci tarixdə vəfat edərkən onun adında AR Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 257 saylı “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” Sərəncamı ilə “fərdi yaşayı evi tikilməsi məqsədi ilə ayrılmış 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi miras qalmışdır. Ərizəçi həmin vaxtdan həmin yaşayış evində yaşayır və bütün kommunal xərcləri onun tərəfindən ödənilir. Hazırda həmin yaşayış evi və torpaq sahəsi vərəsələrə miras qalmışdır. X10 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evinin və 0,04 ha torpaq sahəsinin Ərizəçi adına rəsmiləşdirilməsinə digər vərəsələr: anası X21 və bacısı X12 etiraz etmirlər və bununla bağlı sənədlər ərizəyə əlavə edilib. X10 miras qalmış əmlakın ünvan 1 ünvanda yerləşən yaşayış evinin və 0,04 ha torpaq sahəsinin Ərizəçi vərəsəsi kimi adına rəsmiləşdirilməsi ilə əlaqədar 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat ofisinə müraciət etmişdir. 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat ofisi tərəfindən bildirilmişdir ki, X19 xx.xx.2011-ci tarixdə vəfat etdiyinə görə onun adına V-2019 saylı vərəsəlik işi açılmışdır və AR Mülki Məcəlləsinin 1246-cı (miras qoyanın öldüyü məqamda qüvvədə olan) maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçəndən sonra mirasın qəbuluna yol verilmir. 1248-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilımiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Ona mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etməyi barədə hüquqlarının olması izah edilmişdir və bununla əlaqədar xx.xx.2024-cü il tarixli, № 3-16-5/7-860-15/24 saylı imtina məktubu verilmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermişdir və məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin nümayəndəsi, X12 və X21 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 10 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri Xətai rayonu, Pivzavod küçəsində 23 nömrəli evdə qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə Ermənistan, Masis rayonunda anadan olmuş, atası X19, anası X18r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2011-ci ildə ölmüşdür. İş materiallarında olan X7 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2011-ci ildə ölmüş atası Ərizəçi miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Ərizəçi adına özəlləşdirilməsinə və çıxarış alınmasına etiraz etmir. İş materiallarında olan X7 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2011-ci ildə ölmüş atası Ərizəçi irs qalmış (yaşayış (ev, mənzil və otaq) qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirası faktiki qəbul etməmiş, etmək niyyətində deyildir. İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə “X9” AQİS-dən çıxarışdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi atasının X19 olması müəyyən edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1982-ci ildə Ermənistan, Masis rayonunda anadan olmuş, atası X19, anası X18r. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, xx.xx.2011-ci ildə vəfat etmiş atası X19 adına V-/2019 saylı vərəsəlik işi açılmışdır. Mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan Xətai rayonu İcra Hakimiyyətinin Başçısının 15 nömrəli xx.xx.1999-cu il tarixli “Qəsəbədaxili Ərazidə Torpaq sahəsinin ayrılması haqqında” sərəncamdan çıxarışın surətindən görünür ki, Rüstəmov küçəsi, ev 43, mənzil 3-də yaşayan vətəndaş X17 Pivzavod küçəsi 23 saylı evin yaxınlığında cizgidə göstərilən sahədə 0,04 ha torpaq sahəsi ayrılmalı və fərdi ev tikintisinə icazə verilməlidir. İş materiallarında olan Xətai rayonu İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə X19 arasında bağlanılmış xx.xx.1999-cu il tarixli 49 saylı müqavilənin surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 15 saylı sərəncamı ilə ev tikdirən vətəndaş X19 qəsəbənin Zığ şossesi 30 küçəsində, arxa həyəti 20,0 metr, 400,0 kv.m olmaqla müddətsiz istifadə etmək hüquqi əsasında torpaq sahəsi verilmişdir. İş materialarında olan Azərbaycan Respublikası Xətai rayonu İcra Hakimiyyətinin Başçısının Aparatının xx.xx.2023-cü il tarixli Ərizəçi ünvanlanmış məktubunun surətindən görünür ki, fərdi yaşayış evinə və torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət tərəfindən mülkiyyət hüququ verildikdən sonra notarial qaydada addan ada keçirilə bilər. İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlanmış məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Ərizəçi adına xx.xx.2024-cü il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzindəki notariat ofisində vərəsəlik işi açılmış, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X9nın reyestri xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, valideynləri 1930-cu il təvəllüdlü X22 (xx.xx.2001-ci İldə vəfat edib) ilə 1933-cü il təvəllüdlü X26 (xx.xx.2019-cu ildə vəfat edib) olan xx.xx.1957-ci il təvəllüdlü Fədayət Əliyevin (xx.xx.2011-ci ildə vəfat etmişdir) doğumu haqqında akt qeydinin xx.xx.2019-cu ildə Xətai rayon Qeydiyyat şöbəsində bərpa edildiyi məlum olmuşdur. X2 ilə X21 olan xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi doğumu haqqında akt qeydi xx.xx.1996-cı ildə Nizami rayon Qeydiyyat şöbəsində bərpa edilmişdir. Qeyd edilir ki, «X9» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən F.Əliyevin nikahına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan Xətai rayon Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Xətai rayonu, Pivzavod küçəsi 23 saylı ünvanda Ərizəçi pasport qeydiyyatdandır. Həmin ünvanda evin və torpağın onlarda heç bir hüquqi sənədi yoxdur. İş materiallarında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlanmış məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi 23 və onun yerləşdiyi 0,04 ha torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Nümayəndə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, təqdim edilmiş xx.xx.2023-cü i tarixli, 3-48-2F/2-Ə- 062225552/2023 saylı Milli Arxiv idarəsinin məktubunda Xətai Rayon İcr< Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 15 saylı X3 barədə məlumat aşkar olunmadığı qeyd olunmuşdur. Bundan başqa, ərizəçinin vərəss olmasına dair vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədi notariat ofisinin məktubu sənədlər toplusuna əlavə olunmamışdır. Əlavə olaraq, idarəni mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçmə işlərini aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrs qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrind qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyes haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara göı daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16- cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin və onun üzərində olan fərdi yaşayış evinin onun xx.xx.2011-ci ildə vəfat etmiş atası X10 miras qalmış əmlak olaraq özü tərəfindən faktiki qəbul edildiyinin məhkəmə tərəfindən müəyyən olunmasını xahiş edir. İş materiallarından görünür ki, Pivzavod küçəsi, ev 23 ünvanında yerləşən əmlakada dair X11 adına AS seriyalı 090669, 090078, 090336, 090415, 090437, 090218 saylı əmlak sığortası şəhadətnamələri müvafiq olaraq xx.xx.2018, xx.xx.2011, xx.xx.2013, xx.xx.2014, xx.xx.2012-ci il tarixlərdə verilmişdir. İş materiallarından görünür ki, Pivzavod küçəsi, ev 23 ünvanında yerləşən əmlakada dair X11 adına SSR Dövlət Sığorta İdarəsinin seriya 00054 olan 427763 saylı, 00051 seriya olan 041732 saylı şəhadətnamələri xx.xx.1190, xx.xx.1995-ci illərdə verilmişdir. İş materiallarından görünür ki, Pivzavod küçəsi, ev 23 ünvanında yerləşən əmlakada dair X11 adına SSR Dövlət Sığorta İdarəsinin seriya 00024 olan 461972 saylı şəhadətnaməsi xx.xx.1992-ci il tarixdə verilmişdir. İş materiallarından görünür ki, Pivzavod küçəsi, ev 23 ünvanında yerləşən əmlakada dair X11 adına SSR Dövlət Sığorta İdarəsinin seriya 00009 olan 354188 saylı, 00051 seriya olan 033978 saylı şəhadətnamələri xx.xx.1994, xx.xx.1996-cı il tarixlərdə verilmişdir. İş materiallarından görünür ki, Pivzavod küçəsi, ev 23 ünvanında yerləşən əmlakada dair X11 adına əmlakın sığortalanması haqqında 041119 saylı polis xx.xx.1998-ci il tarixdə verilmişdir. İş materiallarından görünür ki, Pivzavod küçəsi, ev 23 ünvanında yerləşən əmlakada dair X11 adına əmlakın sığortalanması haqqında 101971 saylı polis xx.xx.1999-cu il tarixdə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir). Həmin Məcəllənin 1273-1-ci maddəsinə görə vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. . (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir). Həmin Məcəllənin 1248.1-cı maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1252-ci maddəsinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişlər. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarının 10.2-ci bəndinə əsasən mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Həmin Qərarın 10-cu maddəsinə görə məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd edir ki, mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları və vəzifələrin toplusu daxildir. ünvan 1 ünvanında yerləşən yaşayış evinin və 0,04 ha torpaq sahəsinin - miras qoyan şəxsin (X19) mülkiyyəti olmaqla miras kütləsinə daxil olması iş materialları ilə müəyyən edilmədiyindən, ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mirasın faktiki qəbulu miras kütləsinə daxil olan əmlak aktivi barəsində icra oluna bilər. Konkret əmlak predmetinin miras qoyana məxsus olması, yəni sonuncunun əmlak aktivinə aid olunması iş materialları ilə müəyyən edilmədiyi halda mirasın faktiki qəbulu barədə ərizə təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş Plenum Qərarının 10.2-ci maddəsinin tələbləri çərçivəsində hazırda miras qoyana məxsus olmuş, lakin üzərində hüquqların qeydiyyatı həyata keçirilməmiş əmlaka dair mülkiyyət hüququ müəyyən edilə (qeydə alına) bilməz. Sözügedən rəsmiləşdirmə ilə bağlı ərizəçinin məhkəməyədək müvafiq dövlət orqanlarına müraciət etmək hüququ, həmçinin ərizəçinin nümayəndəsinə ünvanlanmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçi tərəfindən mübahisəli daşınmaz əmlak üzərində miras qoyanın mülkiyyət hüququnun mövcudluğunu təsdiq edən müvafiq sübutlar məhkəməyə təqdim edilmədiyindən, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizəçi - mərhum atası X10 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evinin və 0,04 ha torpaq sahəsindən ibarət miras əmlakın faktiki qəbul olunmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-313/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-313/2025
03.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver