Məhkəmə qərarları › İş №2(011)-314/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-314/2020

16.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-314/2020 16.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızınınsədrliyi, X3katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada ayrılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçıCavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 31, 56 saylı mənzilin 5/6 hissə pay hüququna uyğun naturada bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzil, ünvan 1 ünvanı iddiaçının mərhum atası X1 mülkiyyətində olmuş, atasının vəfatından sonra (xx.xx.2011-ci ildə) vərəsəlik yolu ilə 5/6 hissə iddiaçının olmaqla rəsmiləşdirilmiş və iddiaçının adına AR ƏMDK yanında DƏDRX-in çıxarışı verilmişdir. Mənzilə dair qalan 1/6 hissə isə açıq saxlanılmışdır. Qeyd edilən ünvanda iddiaçı və ailə üzvləri, eyni zamanda Cavabdeh və ailə üzvləri yaşayır. Cavabdeh və onun ailə üzvləri ilə aralarında daim cavabdehin təqsiri ucbatından narahatlıq yaranır. Dəfələrlə bu narahatlıqlar hüquq mühafizə orqanlarına edilən müraciətlərlə nəticələnmişdir. Mənzil 5 yaşayış otağından, mətbəx, sanitar qovşaq və s. ibarətdir. İddiaçı öz otaqlarından, cavabdeh də öz otağından istifadə edir, evin natura qaydasında bölünməsi tam mümkündür. Cavabdehlə əvvəllər də aralarında mübahisə olmuşdur. Hazırda aralarında münasibət o qədər də qənaətbəxş deyil. Aralarında tez-tez mübahisələr və münaqişələr mövcuddur. Ona görə də hesab edir ki, mənzilin naturada bölünməsi daha məqsədəmüvafidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 31 saylı evin, 56 saylı mənzili 1/6 hissə (açıq saxlanılır) X4 və 5/6 hissə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ seriyalı 502549 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 5588 nömrəli rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən 31 saylı evin, 56 saylı mənzilin tərəflər arasında 1/6 və 5/6 paylarına uyğun olaraq iki təcrid hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan ekspert rəyindən də aydın olur ki, göstərilən mənzilin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, mövcud iddia tələbi təmin edilə bilməz. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci iddiaçılardan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti də iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 31, 56 saylı mənzilin 5/6 hissə pay hüququna uyğun naturada bölünməsi barədə iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar