Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-314/2024 06.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti olmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, əri Cavabdeh2 və oğlu Cavabdeh3 ünvan 1 ünvanda yerləşən dövlət mənzil fonduna aid evin qanunsuz olaraq zəbt etdikləri 905 saylı mənzilindən digər yaşayış sahəsi verilmədən mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.H.Rzayev iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri ərazisində yerləşən dövlət mənzil fonduna aid yaşayış binaları, o cümlədən ünvan 2 ünvanda yerləşən 9 mərtəbəli keçmiş yataqxana binası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2003-cü il tarixli 8/1 saylı sərəncamı ilə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansına və istismar edilməsi üçün 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. ünvan 2 ünvanda yerləşən binada daimi yaşayan sakinlərlə yanaşı, məcburi köçkün ailələri də məskunlaşmışdır. O cümlədən həmin binanın, yaşayış sahəsi 16,6 kv.metr olan bir otaqlı 905 saylı mənzilində 1993-cü ildən Fizuli rayonundan məcburi köçkün X4 ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsini Mülki Kollegiyasını xx.xx.2023-cü il tarixli 2(102)-1273/2023 saylı Qərarından məlum olmuşdur ki, əvvəllər məcburi köçkün ailəsinin məskunlaşdığı 905 saylı otaqda hazırda Cavabdeh1, əri Cavabdeh2 və oğlu Cavabdeh3 heç bir hüquqmüəyyənedici sənəd olmadan özbaşına zəbt etməklə həmin mənzildə yaşayırlar. X7 Nəriman oğlunun Cavabdeh1 və digərlərinə qarşı mənzildən çıxarılmaya dair iddiasına mahiyyəti üzrə baxılmış, “iddianı qaldırmaya subyektiv hüququ” olmadığı səbəbindən tələbi təmin edilməmişdir. ünvan 2 ünvanda yerləşən bina İddiaçı balansında olduğundan, üzərinə balansında olan dövlət mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək funksiyası qoyulduğundan, qeyd edilən ünvandakı 905 saylı mənzilin zəbt olunmasını qarşısının alınması üçün Birlik tərəfindən qanunamüvafiq qaydada zəruri tədbirlər görülməlidir. Göründüyü kimi, cavabdehlər Cavabdeh1, əri Cavabdeh2 və oğlu Cavabdeh3 dövlət mənzil fonduna məxsus ünvan 2 evin 905 saylı mənzilinə köçmələri üçün heç bir hüquqmüəyyənedici sənədləri olmamış və cavabdehlər həmin mənzili özbaşına tutmuş, beləliklə də iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavadehlər zəbt etdikləri yaşayış sahəsini boşaltmaqdan əsassız olaraq imtina etmişlər. Ona görə də, cavabdehlər Cavabdeh1, əri Cavabdeh2 və oğlu Cavabdeh3 ünvan 2 evin dövlət mənzil fonduna aid 905 saylı mənzilini qanunsuz olaraq zəbt etmələri nəzərə alınıb, onların digər yaşayış sahəsi verilmədən həmin mənzildən çıxarılmaları zəruridir. Sonda A.H.Rzayev qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə 19 yanvar 2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh2 izahat verərək illərdir ki, həmin mənzildə yaşadıqlarına görə evinin əlindən alınmasına razı olmadığını, evi maklerdən pul verib aldıqlarını, lakin evin rəsmi sənədi olmadığını bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 16 ildən artıqdır ki, ünvan 4 ünvanında yaşayır, hal-hazırda həmin mənzildə övladı ilə birgə yaşayır, neçə illərdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir, İİ dərəcəli onkoloji xəstədir, hal-hazırda həmin mənzildə yaşasa da qeydiyyatı yoxdur, ona görə də həmin mənzildə uzun müddət yaşadığını, ağır xəstəlikdən əziyyət çəkdiyini nəzərə alaraq məhkəmədən onun həmin mənzilə pasport qeydiyyatına alınmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi Ə.Q.Bayramov izahatında bildirdi ki, Bakı şəhəri ərazisində yerləşən dövlət mənzil fonduna aid yaşayış binaları, o cümlədən ünvan 2 ünvanda yerləşən 9 mərtəbəli keçmiş yataqxana binası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2003-cü il tarixli 8/1 saylı sərəncamı ilə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansına və istismar edilməsi üçün 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. ünvan 2 ünvanda yerləşən bina İddiaçı balansında olduğundan, üzərinə balansında olan dövlət mənzil fondunun istismarı, idarə olunması və qorunmasını təşkil etmək funksiyası da onun səlahiyyətləri hüdudunda olduğundan iddia tələbinin təmin olunmasına etiraz etmədiyini, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Mənzil- Kommunal Təsərrüfatı Departamentinin Xüsusi təyinatlı MKTB-nin strukturuna daxil olan mənzil-kommunal istismar sahələrini dislokasiyasında əlavələr və dəyişikliklər edilməsi haqqında xx.xx.2003-cü il tarixli 8/1 saylı sərəncamı ilə Gəncə prospekti 15 (Vunq Tau küçəsi) ünvanda yerləşən yaşayış binaları (keçmiş yataqxanalar) 118 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin İddiaçınə ünvanlanan xx.xx.2023-cü il tarixli 3-21-3/2-13955/2023 saylı məktubuna əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti, Mənzil-Kommunal Təsərrüfatı Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat №15416) balansında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışdan (Əmlak haqqında məlumat) görünür ki, Bakı şəhər İcra Hakimiyyəti, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan ünvan 6 ünvana dair 2-ci korpus 1986-cı ildə istismara verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 118 saylı Mənzil Kommunal İstismar Sahəsinin Xətai rayonu, Vunq Tau küçəsi ev 15 (1-ci korpus) mənzil 905-də yaşayan Cavabdeh1 ünvanlanan xx.xx.2014-cü il tarixli 11/118 saylı, xx.xx.2014-cü il tarixli 12/118 saylı, xx.xx.2014-cü il tarixli 13/118 saylı Xəbərdarlıq məktublarından görünür ki, sonuncuya qeyri-qanuni zəbt edilmiş mənzilin 3 gün müddətində boşaldılması, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 118 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2014-cü il tarixli 14/118 saylı Aktından görünür ki, Xətai rayonu, Vunq Tau küçəsi ev 15 (1-ci korpus) mənzil 905-də Laçın rayonundan məcburi köçkün kimi məskunlaşmış X4 və ailəsi naməlum səbəbdan başqa ünvana çıxıb getmişlər. Ünvana yerində baxış zamanı müəyyən olunmuşdur ki, həmin mənzilə heç bir hüquqi sənəd olmadan Cavabdeh1 zəbt etmişdir. İş materiallarında olan AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh1 Bakı şəhəri Vunq Tau küçəsi, korpus 1, ev 15, 908 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1273/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunan işin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1557/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh2, Cavabdeh1 və onların yetkinlik yaına çatmayan övladları 2015-ci il təvəllüdlü Cavabdeh3 ünvan 7 ynvanında yerləşən 905 saylı mənzildən çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)-6041/2022 saylı 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh2, Cavabdeh1 və onların yetkinlik yaşına çatmayan övladları 2015-ci il təvəllüdlü Cavabdeh3 ünvan 7 ünvanında yerləşən 905 nömrəli mənzildən çıxarılması” hissəsində ləğv olunmuş, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması qət edilmişdir. İddiaçının vəkili X.Q.Babayeva kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1273/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarı ilə iddiaçı Məmmədov Qürbət Nəriman oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 6041/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Bakı şəhər Xətai rayon Polis İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanan xx.xx.2022-ci il tarixli 101-36596-1222 saylı məktubunun surətindən görünür ki, Cavabdeh2 Şəmkir rayonu Zəyəm kəndi, Cavabdeh1 və Cavabdeh3 ünvan 9 ünvanında qeydiyyatdadır. Adları qeyd olunan şəxslər ünvan 10 ünvanında qeydiyyatda aşkar olunmadı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, X5 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 2 ünvanda yerləşən bina dövlət mənzil fonduna aid olmaqla İddiaçı balansındadır, cavabdehlərdən Cavabdeh2 Şəmkir rayonu Zəyəm kəndində pasport qeydiyyatında, Cavabdeh1 və Cavabdeh3 isə ünvan 9 ünvanında qeydiyyatda olmasına baxmayaraq, həmin binanın 905 saylı mənzilində yaşayırlar, həmin mənzil cavabdehlərin qanunsuz sahibliyindədir. Cavabdehlərə zəbt olunan 905 saylı mənzilin boşaldılması ilə bağlı xəbərdarlıqlar edilmişdir. Bununla belə, cavabdehlərin iddiaçının balansında olan mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, mübahisə predmeti olan keçmiş yataqxana binası iddiaçının balansında olduğundan, dövlət mənzil fondunun istismarı, idarə olunması və qorunmasını təşkil etmək funksiyası da onun səlahiyyətləri hüdudunda olduğundan, cavabdehlərin isə adıçəkilən mübahisəli mənzilə dair heç bir hüquqmüəyyənedici sənədi olmadığından, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə görə, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin qərarda orderli mənzilın hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən 905 saylı mənzildən çıxarılmalıdırlar. Məhkəmə dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən dövlət mənzil fonduna aid evin 905 saylı mənzilindən çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-314/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-314/2024
06.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver