Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3162/2025 23.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı1 ştirakı ilə, İddiaçılar İddiaçı1, X1 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçılar İddiaçı1, X1 mərhum X3 övladlarıdır. Cavabdeh isə onların bibisidir. İddiaçıların mərhum atası ünvan 1 ünvanda ev tikmişdir. Lakin, həmin ərazidə tikilən evlərə hüquqmüəyyəndici sənəd verilmədiyindən ataları evə çıxarış ala bilməmişdir. Buna görə də həmin evə vərəsəlik şəhadətnaməsi ala bilməmişdirlər.
2. Daha sonra iddiaçıların bibisi olan Cavabdeh həmin evə köçmuş, həmçinin o həmin evi başqa-başqa adamlara kirayəyə vermişdir. İddiaçılar bununla bağlı ona iradlarını bildirsələr də, bu heç bir nəticə verməmişdir.
İddiaçının tələbi:
3. Cavabdeh və onun evə yerləşdiridiyi kirayəşinlərin öz əmlakları ilə birlikdə iddiaçıların atalarının istifadəsində olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları, ödədikləri 325 manat vəkilin xidmət haqqıının və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
4. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. 22 may 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı1 öz izahatında bildirmişdir ki, o 2006-cı il tarixində evlənmiş, 2007-2008-ci illərdə həmin ərazini 30.000 manat almışdır. Daha sonra o, bir müddət rayonda, bir müddət Çin Xalq Respublikasında yaşamışdır. 2019-cu ilin yayında atası xəstə olan zaman onu Gəncə Şəhərində öz yanlarına aparmışdırlar. Atası təziq xəstəsi olmuşdur. Onun ana və atası ayrılan zaman o ailəli olmuşdur. Atası Azərbaycana gələn zaman 2007-ci ildən sonra Bakıda öz tikdirdiyi evdə yaşamışdır.
6. 22 may 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi (vəkili) X7 öz izahatında bildirmişdir ki, iddiaçılar İddiaçı1, Abdullayeva X6 Cavabdeh qardaşının qızlarıdır. İddiaçıların mərhum atası ünvan 1 ünvanda ev tikmişdir. Lakin, həmin ərazidə tikilən evlərə hüquqmüəyyəndici sənəd verilmədiyindən ataları evə çıxarış ala bilməmişdir. Daha sonra 2021-ci il tarixdə vəfat etmişdir. Daha sonra iddiaçıların bibisi olan Cavabdeh həmin evə köçmuş, həmçinin o həmin evi başqa-başqa adamlara kirayəyə vermişdir. İddiaçılar bununla bağlı ona iradlarını bildirsələr də, bu heç bir nəticə verməmişdir. Cavabdehin qeydiyyat yeri Gədəbəy şəhəridir. İddiaçılar ataları sağ olan zaman həmin evə gəlib-getmişdirlər. Daha sonra cavabdeh açarı dəyişmişdir. X3 Gədəbəydə anasının adına da evi olmuş, lakin o ölən zaman onun bacıları analarını notariusa aparmış və bağışlama müqaviləsi əsasında həmin evi də öz adlarına keçirmişdirlər. Hazırki evin çıxarışı yoxdur. Lakin, iddiaçıların həmin evə gözlənti hüququ vardır. Atası öləndən sonra iddiaçılar mübahisəli mənzilə görə vergi ödəmişdirlər. Cavabdehin nümayəndəsi yalnız bir iddiaçıya (İddiaçı1) münasibətdə evdə yaşamadığını bildirmişdir. Lakin, hazırki işdə 3 iddiaçı vardır. Cavabdeh qeyd etmişdir ki, 2022-ci ildə evin su və işıqla bağlı kommunal xərclərini cavabdeh və onun bacısı ödəmişdir. Lakin, iddiaçıların atası 2021-ci ildə ölmüşdür. İddiaçı1 evləndiyi üçün atası ilə az yaşamış, digər bacıları isə çox yaşamışdırlar. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. 22 may 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X10 öz izahatında bildirmişdir ki, iddiaçıların subyektiv hüquqları yoxdur. Buna görə də onların hazırda iddia qaldırmaq hüquqları yoxdur. Həmçinin, 9 aprel 2025-ci il tarixində şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə qeyd edilmişdir ki, cavabdehlər Gədəbəydə yerləşən torpaq sahəsi üzrə qanun üzrə vərəsədirlər. Hazırki mübahisə predmeti üzrə vərəsəlik işi açılmamışdır. İddiaçılar qeyd etmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini ataları tikmiş və bütün kommunal xərcləri o ödəmişdir. Lakin, “Azəriqaz” İB və "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavablara əsasən, kommunal xərclər Şahid5 adına olmuşdur. Cavabdeh mübahisəli mənzili X16 və Şahid5 almışdırlar. 2017-ci il tarixində cavabdeh Adilə xanımın adına qaz layihəsi verilmişdir. Sözügedən torpağın alınması zamanı alqı-satqı müqaviləsi bağlanmamış, Səmədov Əhsən mübahisəli evi Adilə xanıma etibarnamə əsasında vermişdir. İddiaçılar həmin evdə yaşamamışdırlar. Hansı halların yaşamaq hesab edilməsi ilə bağlı AR Mənzil Məcəlləsində geniş məlumat qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı 2006-cı ildə evlənmiş, 2007-ci il tarixində mübahisəli mənzilin yerləşdiyi ərazi alınmışdır. Deməli, iddiaçı həmin mənzildə yaşamamışdır. İddiaçı verilmiş suallara qeyri-dəqiq cavablar vermişdir. Həmin mənzil iddiaçıların atası tərəfindən tikildiyini hesab etsək belə, həmin əmlaka hüquq müəyyənedici sənəd yoxudur. Buna görə də gözlənti hüququndan söhbət gedə bilməz. Qanunvericilikdə həm şifahi, həm də yazılı əqdlərin bağlanması müəyyən edilmişdir. Bələdiyyə tərəfindən verilmiş sənəddə həmin mülkiyyət barədə 2021, 2022, 2023 və 2024-cü illər üzrə vergilər ödənilmiş, lakin Abdullayev Nürəddin 2021-ci il tarixində vəfat etmişdir. Məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. 22 may 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən şahid X8 öz izahatında bildirmişdir ki, şəxsi hesab vərəqəsini könə tarixə uyğun vurmaq mümkün deyil. Mübahisəli torpağın nə vaxt satılması ilə bağlı məlumatının olmadığını, lakin Abdullayev Nürəddin 2020-ci ildən vergi ödəyicisi və istifadəçisi kimi qeydiyyata durmuşdur. Evin kimin tərəfindən tikilməsi barədə məlumatının olmadığını bildirmişdir. Həmin torpaq bələdiyyənin balansında olan torpaqdır.
9. 22 may 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Şahid1 öz izahatında bildirmişdir ki, Nürəddin onun xalasının əri olmuşdur. Mübahsiəli mənzil 2008-2009-cu illərdə Nürəddin tərəfindən tikilmişdir. Onun bacılarını orada görməmişdir. Həmçinin, mərhum evi özü üçün tikdiyini bildirmişdir. Nürəddinin 3 qızı olmuşdur. Qızları həmin evdə yaşamamışdırlar. Qızlarından biri Türkiyədə, ikisi isə Gəncədə yaşayır. O, Nürəddinlə 2-3 dəfə evə baxımışdır. Torpağı da alanda onunla birgə gedib baxmışdırlar. Nürəddin 2008-ci ildə torpağı almış, 2009cu ildə evi tikməyə başlamışdır. Nürəddinin böyük bacısı Bakıda yaşamışdır. Ev hazır olandan sonra Nürəddin ona evi kirayəyə veriyini bildirmişdir. Nürəddin xəstə olan vaxt Gəncədə qızı ilə qalmışdır. Xəstə olan vaxtlar Bakıya gəlməmişdir.
10. 22 may 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Şahid2 öz izahatında bildirmişdir ki, mübahisəli mənzil Abdullayev Nürəddinə məxsusdur. Nürəddin Bakıda onlara gəlib-gedən zaman torpaq aldığını bildirmişdir. Həmçinin, onun özü də həmin əraziyə getmiş və evin yarımtikili halını görmüşdür. Qızlarının həmin evdə yaşadıqları barədə məlumatının olmadığını bildirmişdir. Nürəddin həmçinin evin qızlarına aid olduğunu bildirmişdir. Gəncə hadisələri zamanı iddiaçılar Gülnar və Günel Bakıya gəlmiş, onlara məxsus köhnə evdə qalmışdırlar. Qızlar atasının evində kirayədə qalan olduğu üçün orda qala bilmədiklərini bildirmişdirlər. Nürəddin xəstə olan zaman 2 il qızı Günel ilə yaşamış, kürəkəni onu Gürcüstana aparmışdır.
11. 22 may 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Şahid3 öz izahatında bildirmişdir ki, Nürəddin mübahisəli mənzilin yerləşdiyi torpağı 2008-ci ildə almışdır. O, 2016-cı ildə evi görmüş, yuxarı mərtəbənin təmiri qalmışdır. Evi bacısına verməsi barədə heç nə deməmişdir. Evin birinci mərtəbəsini kirayəyə verəcəyini bildirmişdir. Nürəddinin ortancıl qızı Günel Bakıya gəlmiş, həmin evdə qalmışdır. O, Nürəddini Gürcüstan Respublikasına müalicə üçün aparmışdır. Nürəddin evi satacağı barədə heç nə deməmişdir. Bağı tikdirən zaman da öz hesabına tikdirmişdir. Nürəddinin bacısı Adilə Gədəbəydə yaşamışdır.
12. 22 may 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Şahid4 öz izahatında bildirmişdir ki, mübahisəli mənzili bacısı 10-15 il əvvəl almışdır. Bacısı torpağı alan zaman o, bacısı, əri və oğlu orda olmuş, onlar qonşusu Nazilədən almışdırlar. Qardaşı orada olmamışdır. Nazilə onlara torpağı özü təklif etmiş, onlar isə almışdır. Torpağı onlar almış və evi də onlar tikdirmişdirlər. Evin ustalarını da onlar danışmışdır. Evin materiallarını Dərnəgüldən almışdırlar. Otaqları bir-bir düzəltdirmişdirlər. Qardaşının yas mərasimini bacısı ilə o keçirmişdirlər. Qardaşı əvvəllər Çin Xalq Respublikasına gedib-gəlmiş, sonra xəstələnmişdir.
13. 22 may 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Şahid5 öz izahatında bildirmişdir ki, torpaq sahəsini o Nazilə və Adiləya satmışdır, satan zaman torpaq sahəsində tikili olmamışdır. Sonradan Adilə xanım və bacısı Nazilə xanım oranı hasara almış və ev tikmişdirlər. Nürəddin Nazilə xanımın qardaşı olmuşdur. Evi yavaş-yavaş tikdirmişdirlər. O pulu Nazilə xanımdan almışdır. Nürəddin xəstə olan zaman həmin evdə qamışdır. Ona Nazilə xanım baxmışdır.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
14. AZ-İİ 274388 №-li Ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür və barədə ölüm haqqında akt qeydləri kitabında 23 № ilə qeyd edilmişdir.
15. Xətai Rayonu Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli, 01/1759 №-li məlumata əsasən, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Mirhəsənağa küçəsi, 16B ünvanında fərdi yaşayış evi vətəmdaş X3 istiadəsindədir və Xətai rayonu Əhmədli Bələdiyyəsinin BAMS proqramında vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
16. Gədəbəy Rayon İcra Hkimiyyəti başçısının Gədəbəy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-44/2-122/2025 saylı, 12 may 2025-ci il tarixli məlumata əsasən, Gədəbəy şəhər sakini Cavabdeh Gədəbəy Şəhəri, Yenikəmd kəndi ünvanında qeydiyyatdadır və ünvan 3 Rayonu Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında Şəhadətnamə.
18. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli, V-56/2024 saylı Şəhadətnamə.
19. Xətai Rayonu MKTB tərəfindən verilmiş FPİ seriyalı, 779807 №-li mənzil-kommunal xidməti üçün mədaxil qəbzi.
20. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən verilmiş abonent kartına əsasən, **********002:38340544 №-li abonent kartı Cavabdehnın adına qeydiyyata alınmışdır.
21. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ ilə Cavabdeh Təhmə qızı arasında bağlanmış Su təchizatı və sularının axıdılması xidmətərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2017-ci il tarixli müqavilə.
22. “Azəriqaz” İB tərəfindənm verilmiş 29 aprel 2025-ci il tarixli, 14-2-2-4/2-501/2025 №-li məlumata əsasən, X2 Sistemində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Seyid Mirhəsənağa küçəsi, 16B ünvanında yerləşən fərdi yaşayış evi üzrə X14 istehlakçı kimi qeydiyyata alınmışdır.
23. Şahid5 ilə “Azəriqaz” İB arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli, AKX-04063xx/xx-2022 №-li müqavilə.
24. İş materiallarına əlavə edilmiş digər sənədlər. Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikasının Konstitusiyası:
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi;
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı.
30. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.
31. X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il Qərarı.
32. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il Qərarı.
33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali MəhkəməsininPlenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı.
Məhkəmənin mövqeyi:
34. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.
35. İddia tələbi Cavabdeh və onun evə yerləşdiridiyi kirayəşinlərin öz əmlakları ilə birlikdə iddiaçıların atalarının istifadəsində olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması ilə bağlıdır.
36. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan tikilinin qanunsuz tikili olması mülki işin mübahisəsiz halıdır. İddiaçılar cavabdehin onların mərhum atalarına məxsus olan mülkiyyəti mənimsəməsi nəticəsində mülkiyyət hüququnun pozulmasını iddia etsələr də, məhkəmə araşdırması nəticəsində müəyyən orlunmuşdur ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və hüquqi statusu etibarilə özbaşına tikilidir.
37. Məhkəmə qeyd editr ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək ixtiyarı yoxdur. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Özbaşına tikiliyə yalnız öz əmlakı kimi sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunan sahiblik hüquqları vardır. İddiaçılar özbaşına tikili üzərində sahiblik hüququnun yaranması əsası kimi həmin torpağın ataları tərəfindən alındığını, üzərindəki özbaşına tikilinin də mərhum ataları tərəfindən tikildiyini, onların mərhum atalarının vərəsələri kimi həmin tikiliyə gözlənti hüquqlarının olduğunu iddia etmişdirlər.
38. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçılar cavabdehin qardaşı qızlarıdır, iddiaçılar daimi olaraq mübahisəli tikilidə yaşamamışdırlar. Məhkəmə araşdırması zamanı ifadə vermiş şahidlər iddiaçıların mərhum atalarının orda yaşadığını, lakin onun həmin torpağı almasını, evi necə tikdirdiyini gördmədiklərini qeyd etmişlər, cavabdeh tərəfin şahidləri isə torpağın cavabdeh tərəfindən alındığını, cavabdeh və bacısı tərəfindən tikdirildiyini bildirmişdirlər. (§8, §9, §10, §11, §12, §13).
39. Məhkəmə hesab edir ki, iddiaçıların hazırki iddianı qaldırmaqda subyektiv hüquqları mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. (§29) Bu konteksdə hüquqi qiymətləndirmə aparılan zaman iddiaçıların mübahisə pretmedi olan tikililərə subyektiv hüququn ilkin elementi olan “hüquqi ixtiyarlarının” mövcud olmadığı müəyyən edildiyindən, onların başqa (borclu) şəxslərdən tələb etmək hüququnun və bu hüquqların müdafiə edilməsini tələb etmək hüquqlarının mövcud olmadığı müəyyənləşdirilir.
40. Eyni zamanda məhkəmə hesab edir ki, nə iddiaçıların, nə də cavabdehin mübahisə predmeti olan özbaşına tikiliyə hər hansı mülkiyyət hüququ olmadığından iddia tələbinin təmin edilməsi hüquqdan sui-istifadə hallarına zəmin yaradacaqdır.
41. Belə ki, məhkəmə qeyd edir ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
42. Nəzərə alınmalıdır ki, “Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir.
43. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar sırasına müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi və s. kimi hallardır.
44. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. (§32)
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. (§31, §32)
46. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün ilk növbədə şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.” (§31)
47. Məhkəmə qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz...
49. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna, mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır.
50. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
51. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsasızdır və rədd edilməlidir.
Məhkəmə xərcləri:
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia rədd edilsin
2. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova