Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-317/2022 13.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə (üçüncü şəxslər "xxxx" MMC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, X6 və X11 cəlb edilməklə) qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, mənzillərə sahiblik hüququnun tanınması və mənzillərin təhvil verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cəlb edilməklə) – Cavabdeh X2 ünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli 9 girişli binasının 2-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 106,7 kv.metrdən ibarət olan 3otaqlı 16 saylı və 106,39 kv.metrdən ibarət olan 3-otaqlı 18 saylı mənzillərə dair cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi, həmin mənzillərə sahiblik hüququnun tanınması və mənzillərin ona təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ‘‘AQP İnşaat” X4 ilə ünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli 9 girişli binada yerləşən 2-ci blok, 2-ci mərtəbə, ümumi sahəsi 106,7 kv.metrdən ibarət olan 16 saylı 3-otaqlı mənzilə və ünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli 9 girişli binada yerləşən 2-ci blok, 2-ci mərtəbə, ümumi sahəsi 106.39 kv.metrdən ibarət olan 18 saylı 3-otaqlı mənzilə dair xx.xx.2015-ci il tarixində 16 və 18 saylı mənzilllərin alğı-satqısı müqavilələri iddiaçı tərəfindən bağlanmışdır. Müqavilələrə əsasən hər bir mənzilin ümumi dəyəri 75000 manat məbləğində müəyyən edilmişdir. Hər bir mənzil üçün 75000 manat olmaqla iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixində 150000 manat məbləğ cavabdehə ödənilmiş və bu barədə mənzillərin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı təqdim edilmişdir. Bu mənzillərin alınması ilə yanaşı iddiaçı eyni vaxtda Zabrat qəsəbəsində şəxsi villa tikdirdiyinə görə və həmin ilin payızında ikinci devalvasiya ilə əlaqədar müəyyən maliyyə çətinliyi yarandığından bu iki mənzildə təmir işlərinin aparılması və ya bura hansısa sərmayə qoymaq fikrində deyildi, digər tərəfdən də pandemiya hamı kimi iddiaçının da biznesinə təsirsiz ötüşməmişdir. İddiaçının mənzillərində məşğul olmaq fikrinə düşəndə bəlli olmuşdur ki, mənzilindən cavabdehin əməkdaşları ofis kimi istifadə edir, bu azmış kimi mənzillərinin başqasına satılmasını da bildirmişlər. Belə olan halda iddiaçı məhkəməyə üz tutmaqdan başqa çarəsinin olmamasını anlamışdır. "xxxx" MMC, X6 və X1 iş üzrə üçüncü şəxslər qismində cəlb edilmişdirlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC-nə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və gəməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, X3 və X7 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə bildirişi göndərilmiş, lakin DƏDRX-nin nümayəndəsi və digər üçüncü şəxslər məhkəməyə gəlməmiş və gəməmələrinin səbələri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə üçüncü şəxslərin (nümayəndələrinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan şirkət Cavabdeh MMC (direktoru X8) ilə alıcı İddiaçı arasında bağlanmış 16 saylı xx.xx.2015-ci il tarixli müqaviləsindən görünür ki, ünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli 9 girişli binada yerləşən ərazi GH-001, GH-007, GH- 008 saylı binanın 2-ci blokun 2-ci mərtəbəsində yerləşən 16 saylı 3 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 75000 manat tam ödənilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Xəqani Rüstəmov küçəsi 8 ünvanındakı 7 mərtəbəli 9 girişli yaşayış binasının 2-ci girişində, 2-ci mərtəbəsindəki, 16 nömrəli, sahəsi 106.7 kv.metr, 3 otaqlı mənzilin sahibi İddiaçıdur, pay haqqı tam ödənilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixli A-3822 saylı mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 16 nömrəli mənzil üçün 75000 manat tam ödəniş etmişdir. İş materiallarında olan şirkət Cavabdeh MMC (direktoru X8) ilə alıcı İddiaçı arasında bağlanmış 18 saylı xx.xx.2015-ci il tarixli müqaviləsindən görünür ki, ünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli 9 girişli binada yerləşən ərazi GH-001, GH-007, GH- 008 saylı binanın 2-ci blokun 2-ci mərtəbəsində yerləşən 18 saylı 3 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 75000 manat tam ödənilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Xəqani Rüstəmov küçəsi 8 ünvanındakı 7 mərtəbəli 9 girişli yaşayış binasının 2-ci girişində, 2-ci mərtəbəsindəki, 18 nömrəli, sahəsi 106.39 kv.metr, 3 otaqlı mənzilin sahibi İddiaçıdur. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixli A-3821 saylı mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 18 nömrəli mənzil üçün 75000 manat tam ödəniş etmişdir. İş materiallarına əlavə edilən Cavabdeh MMC (direktoru X8) ilə "xxxx" MMC-nin direktoru X10 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ilkin müqavilənin surətindən görünür ki, X10 54381 manatın 48942,90 manatını, gələcəkdə Bakı şəhəri İH başçısının xx.xx.2012-ci il tarixli 285 nömrəli sərəncamına əsasən “Ağ Şəhər” kompleks tikinti layihəsi çərçivəsində Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binasında sahəsi 241,69 kv.metr olan qeyri yaşayış sahəsinin X8 tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış aldıqdan sonra, yəni xx.xx.2018-ci ilədək "xxxx" MMC-nin mülkiyyətinə verilməsi barədə müqavilə imzalamağı öz öhdəsinə götürməsi müqabilində Cavabdeh MMC-nin direktoru X5 notariusun bankda olan depozit hesabı vasitəsi ilə ödəyir, qalan 5438,10 manatı isə "xxxx" MMC-nin mülkiyyətinə verilməsi barədə əsas müqavilə imzalandığı vaxt ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan şirkət Cavabdeh MMC (direktoru X8) ilə alıcı X6 arasında bağlanmış 152 saylı xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli binada yerləşən ərazi GH-001, GH-007, GH-008 saylı binanın 7-ci blokun 2-ci mərtəbəsində yerləşən 100 saylı 3 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən X3 təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 90418 manat müəyyən edilmişdir. İş materiallarında olan şirkət Cavabdeh MMC (direktoru X8) ilə alıcı X12 arasında bağlanmış 153 saylı xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanında inşa etdiyi 7 mərtəbəli binada yerləşən ərazi GH-001, GH-007, GH-008 saylı binanın 7-ci blokun 2-ci mərtəbəsində yerləşən 101 saylı 3 otaqdan ibarət mənzilin Cavabdeh MMC tərəfindən X9 təhvil verilməsi öhdəliyi götürülmüşdür. Qeyd edilən müqavilənin 3.1-ci maddəsinə əsasən, göstərilən mənzilin ümumi dəyəri 90695 manat müəyyən edilmişdir. İş üzrə təyin edilmiş sənədlərin texniki eksperizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli 5/174 saylı rəyindən görünür ki, Cavabdeh MMC-nin direktoru X8 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 16,18 nömrəli müqavilələrin, maliyyə arayışlarının və mədaxil orderlərinin qəbzlərinin üzərlərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə bir başa vurulmuşdur. Eyni müqavilələrdə, maliyyə arayışlarında və mədaxil orderlərinin qəbzlərində “Şirkət” “Direktor” və “Rəhbər” qrafalarında olan imzalar faksimilə klişe vasitəsilə əks olunmuşdur. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilələrə əsasən, dəyəri ödənildikdən sonra ünvan 1 ünvanında MMC-nin inşa etdiyi 7 mərtəbəli 9 girişli binanın 2-ci blok, 2-ci mərtəbəsində yerləşən 16 və 18 saylı mənzillər MMC tərəfindən İddiaçı təhvil verilməli idi. Həmçinin, eyni tarixli mədaxil orderi qəbzlərində və maliyyə arayışlarında qeyd edilmişdir ki, mənzillərin ayrı-ayrılıqda hər birinin dəyəri olan 75000 manat İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Mənzillər sonradan iddiaçıya təhvil verilmədiyindən, iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etməli olmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 16 və 18 saylı müqavilələr üzrə öhdəlik İddiaçı tərəfindən tam şəkildə yerinə yetirilsə də, Cavabdeh MMC tərəfindən müqavilə üzrə götürülmüş öhdəlik yerinə yetirilməmiş və mənzillər iddiaçıya təhvil verilməmişdir. Həmçinin, məhkəmə araşdırılması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, “Ağ şəhər” kompleks tikinti layihəsi çərçivəsində inşa edildiyi yaşayış binasında sahəsi 241,69 kv.metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə ilkin müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC ilə "xxxx" MMC arasında gələcəkdə əsas müqavilənin bağlanması nəzərdə tutulsa da, lakin belə müqavilə bağlanmamışdır. Məhkəmə ilk növbədə iş üzrə iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2015ci il tarixli 16 və 18 saylı müqavilələrə hüquqi qiymət verərək hesab edir ki, həmin müqavilələr məzmunca podrat müqavilələridir, qanunvericiliyin tələbləri pozulmadan bağlanmışdır və müqavilələrin faksimile vasitəsilə təsdiqlənməsi qanunvericiliyin tələblərinə zidd olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. Məhkəmə həmçinin Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış ilkin müqaviləyə hüquqi qiymət verərək, hesab edir ki, qeyri-yaşayış sahəsinə dair sonradan ilkin müqavilənin tərəfləri arasında əsas müqavilə bağlanmadığından, ilkin müqavilə üzrə götürülmüş öhdəliklərə xitam verilmişdir. Həmin müqavilənin predmeti olan daşınmaz əmlak, yəni 241,69 kv.metr qeyri-yaşayış sahəsinin məhz İddiaçılə bağlanmış müqavilənin predmeti olan daşınmaz əmlakla, yəni 16 və 18 saylı mənzillərlə eyni olub-olmaması halı iddiaçı və üçüncü şəxs tərəfindən məhkəmədə mübahisələndirilmədiyindən, ilkin müqavilə üzrə götürülmüş öhdəliklərə xitam verildiyindən, məhkəmə hesab edir ki, bu məsələnin araşdırılmasına zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə mübahisəli mənzillərə sahiblik hüququ əldə etmişdir. Odur ki, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli 16 və 18 saylı müqavilələr üzrə yerinə yetirilməmiş öhdəliklər yerinə yetirilərək, mübahisəli mənzillər iddiaçıya təhvil verilməli və iddiaçının mənzillərə dair sahiblik hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında olan 7 mərtəbəli 9 girişli binasının 2-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 106,7 kv.metr ibarət olan 3-otaqlı 16 saylı və 106,39 kv.metr ibarət olan 3-otaqlı 18 saylı mənzillərə İddiaçı sahiblik hüququ tanınsın. xx.xx.2015-ci il tarixli 16 və 18 saylı müqavilələr üzrə öhdəliklər yerinə yetirilərək, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında olan 7 mərtəbəli 9 girişli binasının 2-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 106,7 kv.metr ibarət olan 3-otaqlı 16 saylı və 106,39 kv.metr ibarət olan 3-otaqlı 18 saylı mənzillər İddiaçı təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-317/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-317/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver