Məhkəmə qərarları › İş №2(011)-3176/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3176/2025

20.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3176/2025 20.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşə yaşayış sahəsindən istifadə hüququa xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi (mənzil) anası X2 tərəfindən notarial qaydada təsdiq edilmiş, xx.xx.2019-cu il tarixli vəsiyyətnamə ilə iddiaçıya miras qoyulmuşdur. Qeyd edir ki, hazırda həmin mənzildə iddiaçının qardaşı Cavabdeh da qeydiyyatdadır. Lakin Cavabdeh həmin mənzildə yox, tamamilə başqa ünvanda yaşayır və hazırda onun həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. Bu səbəbdən, yaşadığı mənzilə olan qeydiyyatına xitam verilməsi üçün Cavabdeh dəfələrlə müraciət etsə də, o, bu müraciətlərə əsassız şəkildə müsbət cavab verməmişdir. Məlumat olaraq bildirilir ki, Cavabdeh iddiaçıya qoyulmuş bu mirasdan pay tələb etmək hüququ yoxdur. Belə ki, həmin mənzil iddiaçıya miras qoyulan zaman gələcəkdə hansısa mübahisəli vəziyyətin yaranmaması üçün anası X2 tərəfindən qardaşı Cavabdeh müvafiq məbləğdə pul vəsaiti də verilmişdir. Ehtiyac yaranarsa, bu faktı təsdiqləyən şahidlərin ifadələri ilə də tanış ola bilərsiniz. İddiaçı hesab edir ki, tələbinə və yuxarıda göstərilənlərə əsasən, ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməlidir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2019-cu il tarixli vəsiyyətnamədən görünür ki, X2 ölən günədək ona məxsus olan bütün əmlakını, ünvan 4 ünvanında yaşayan İddiaçı vəsiyyət etmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-55/2A-39926 nömrəli məktubdan görünür ki, iddiaçının Cavabdeh ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması barədə müraciətinin icrasından imtina edilmişdir. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş notariat işindən görünür ki, X1 ölümü ilə bağlı vərəsəlik işi açılmış, lakin mərhumdan miras qalmış ünvan 4 ünvanına dair şəhadətnamə verilməmişdir. Həmin notariat işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 8İ-9950 reyestr nömrəli ərizədən görünür ki, X3 anasından irs qalmış mirasın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmişdir. Həmin notariat işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 8İ-9949 reyestr nömrəli ərizədən görünür ki, Nümayəndə anasından irs qalmış mirasın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmişdir. Həmin notariat işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 8İ-9948 reyestr nömrəli ərizədən görünür ki, İddiaçı anasından irs qalmış mirasdan ona çatası hissəyə dair vərəsəlik şəhadətnaməsini verilməsini xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 157624 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.1998-ci ildə X1 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hü-ququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hü¬qu¬qu həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixin¬dən əmələ gəlir. Yenə həmin Məcəllənin 152.1-152.4-cü maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hü¬qu¬qu təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş sə¬la¬hiy¬yət¬lə¬ri¬dir (ona məx¬sus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyina¬tından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi mü¬qəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanun¬veri¬ci¬li¬yin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərə¬fin-dən təminat altına alınmış həmin əmlak üzərindəki hü¬quq¬la¬rına üçüncü şəxslərin qeyri-hü-quqi müdaxiləsini aradan götürmək, bu zaman öz mü¬la¬hi¬zəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 157624 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.1998-ci ildə X1 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. X2 xx.xx.2021-ci il tarixində ölmüş və mərhum ölməmişdən əvvəl ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 20 ünvanında yerləşən 37 nömrəli mənzili qızı İddiaçı vəsiyyət etmişdir. Mərhumun ölümündən sonra vərəsəlik işi açılmış, digər vərəsələri əmlakdan onlara düşən vərəsəlik payından iddiaçının xeyrinə imtina etmiş, cavabdeh notariat ofisinə yazılı şəkildə müraciət etməmişdir. Buna görə də mübahisəli mənzilə dair vərəsəlik şəhadətnaməsi verilməmişdir. Hazırda iddiaçı cavabdehn həmin mənzildə yaşamadığını, onun ayrıca mənzilinin olduğunu və anası tərəfindən vərəsəlik mübahisəsinin yaranmaması üçün cavabdehə pul məbləğinin verildiyi istinad edərək, cavabdehin mənzildən olan istifadə hüquqlarının itirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mübahisəli mənzilin İddiaçı vəsiyyət edilməsinə dair vəsiyyətnamə olmasına baxmayaraq, iddiaçı hazırda həmin mənzilin mülkiyyətçisi hesab edilmir, onun mənzil üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır ki, o, belə bir tələblə məhkəməyə müraciət etsin. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Belə ki, iddiaçı mülkiyyətçi hesab edilmədiyindən onun digər şəxsin mənzildən istifadə hüququna xitam verilməsi barədə mövcud tələblə məhkəməyə müraciət etmək hüququ yoxdur. Bundan başqa məhkəmə hesab edir ki, iddia həmçinin ona görə də təmin edilməməldir ki, Cavabdeh anasının vərəsəsidir. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən onun həmin əmlakdan məcburi pay almaq hüququ vardır. Məhkəmə hazırkı qətnaməni qəbul edərkən işin faktiki hallarını əsas götürür. Belə ki, iddiaçı mənzilin mülkiyyətçisi statusunu əldə etdikdən sonra yenidən hazırkı tələblə iddia qaldırmaq hüququ vardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar