Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-319/2023 11.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi ilə, Nəsibova Çinarə Aydın qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC və qeyrisinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MTK-ya qarşı cavabheh ‘‘Orxan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında inşa etdiyi çox mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 134.23 kv.m sahədən, 3 otaqdan ibarət xx.xx.2006-cı il tarixli 11 saylı müqavilə əsasında iddiaçıya 53.692 ABŞ dolları məbləğində pula satılmış 293 saylı mənzil, ünvan 1 ünvanda inşa etdiyi çox mərtəbəli yaşayış binasının 15-ci mərtəbədə yerləşən 126,87 kv.m sahədən, 3 otaqdan ibarət xx.xx.2006-cı il tarixli 12 saylı müqavilə əsasında iddiaçıya 50.748 ABŞ dolları məbləğində pula satılmış 294 saylı mənzil və ünvan 1 ünvanda inşa etdiyi çox mərtəbəli yaşayış binasının 14-cü mərtəbədə yerləşən 126,87 kv.m sahədən, 3 otaqdan ibarət xx.xx.2006-cı il tarixli 13 saylı müqavilə əsasında iddiaçıya 50.748 ABŞ dolları məbləğində pula satılmış 287 saylı mənzilin və cavabheh Cavabdeh2 tərəfindən inşa edilən ünvan 2 ünvanında yerləşən yaşayış binasının 3-cü giriş qapısının 2-ci mərtəbəsində yerləşən 131,0 kv.m qeyri-yaşayış (ofis) sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə xx.xx.2006-cı il tarixdə cavabdehin ünvan 3 ünvanında tikdiyi binadan 134.23 kv.m sahədən, 3 otaqdan ibarət 15-ci mərtəbədə yerləşən 293 saylı mənzilin alınmasına dair 11 saylı müqavilə bağlamış və mənzilin dəyərini, yəni 53.692 ABŞ dolları pulu tam şəkildə cavabhehə ödəmişdir. Bundan başqa iddiaçı Cavabdeh1 ilə xx.xx.2006-cı il tarixdə cavabdehin ünvan 1 ünvanda tikdiyi binadan 126,87 kv m sahədən 3 otaqdan ibarət 15-ci mərtəbədə yerləşən 294 saylı mənzilin alinmasma dair 12 saylı müqavilə bağlamış və mənzilin dəyərini, yəni 50.748 ABŞ dolları pulu tam şəkildə cavabhehə ödəmişdir. Bundan başqa iddiaçı Cavabdeh1 ilə xx.xx.2006-cı il tarixdə cavabdehin ünvan 1 ünvanda tikdiyi binadan 126,87 kv m sahədən 3 otaqdan ibarət 14-ci mərtəbədə yerləşən 287 saylı mənzilin alınmasına dair 13 saylı müqavilə bağlamış və mənzilin dəyərini, yəni 50.748 ABŞ dolları pulu tam şəkildə cavabhehə ödəmişdir. Bundan başqa iddiaçı Cavabdeh1 ilə xx.xx.2006-cı il tarixdə cavabdehin ünvan 1 ünvanda tikdiyi binadan 134,23 kv m sahədən 3 otaqdan ibarət 14-ci mərtəbədə yerləşən 286 saylı mənzilin alinmasma dair 14 saylı müqavilə bağlamış və mənzilin dəyərini, yəni 53.692 ABŞ dolları pulu tam şəkildə cavabhehə ödəmişdir. Yuxarıda qeyd etdiyi müqavilələr əsasında 4 mənzilin müqavilədə nəzərdə tutulan dəyərlərini cavabdehbrə tam ödəməyinə baxmayaraq cavabdeh müqavilə şərtlərinə əməl etməmiş və bu günə qədər iddiaçıya məxsus olan mənzilləri təhvil verməmişdir. Bu uzun müddət ərzində cavabdehlə keçirdiyi çoxsaylı görüşlərində cavabdeh iddiaçıya məxsus mənzillərin tezlikə ona veriləcəyinə dair söz versələr də təəsüf olsun ki, verdiyi vədlərini yerinə yetirmədiklərindən iddiaçı da öz növbəsində nəhayət hüquqlarının müdafiəsi üçün 17 sentyabr 2018-ci il tarixdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əmlak tələbinə dair iddia ərizəsi əsasında Xətai rayon məhkəməsinin hakimi Səadət Səlimova tərəfindən məhkəmə iclası xx.xx.2018-ci il tarixdə təyin edilmişdir. Cavabdeh1 MMC-nin hüquqi varisi və Cavabdeh2 MTK-nın nümayəndəsi vəkil X3 təyin edilmiş məhkəmə iclasına getməyəcəyi təqdirdə iddiaçıya Cavabdeh2 tərəfindən inşa edilən ünvan 2 ünvanında yerləşən yaşayış binasının 3-cü giriş qapısının 2-ci mərtəbəsində yerləşən 131,0 kv.m. qeyri-yaşayış (ofis) sahəsini və Bakı şəhərinin mərkəzində yerləşən yeni yaşayış binalarının birindən 3-4 otaqlı tam təmirli mənzil verəcəyini vəd etdi. İddiçı Cavabdeh1 MMC-nin hüquqi varisi və Cavabdeh2 MTK-nın nümayəndəsi vəkil X2 vədinə inanaraq xx.xx.2018-ci il tarixdə təyin edilmiş məhkəmə iclasına getməmişdir. Xətai rayon məhkəməsinin hakimi Səadət Səlimova tərəfindən məhkəmə iclası xx.xx.2018-ci il tarixdə təyin edilmişdir. Cavabdeh1 MMC-nin hüquqi varisi və Cavabdeh2 MTK-nın nümayəndəsi vəkil X3 təyin edilmiş məhkəmə iclasına getməyəcəyi təqdirdə iddiaçıya Cavabdeh2 tərəfindən inşa edilən ünvan 2 ünvanında yerləşən yaşayış binasının 3-cü giriş qapısının 2-ci mərtəbəsində yerləşən 131,0 kv.m. qeyr-yaşayış (ofis) sahəsini və Bakı şəhərinin mərkəzində yerləşən yeni yaşayış binalarından birindən 3-4 otaqlı tam təmirli mənzil verəcəyini yenidən vəd etdi. İddiaçı Cavabdeh1 MMC-nin hüquqi varisi və Cavabdeh2 MTK-nın nümayəndəsi Kərimov Şahbaz vəkil Namaz oğlunun vədinə inanaraq xx.xx.2018-ci il tarixdə təyin edilmiş məhkəmə iclasına getməmişdir. Xətai rayon məhkəməsinin hakimi Səadət Səlimova 19 dekabr 2018ci il tarixli qərarla iddiaçının Cavabdeh1 MMC-yə və Cavabdeh2 MTK” ya qarşı 4 yaşayış mənzillərini iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsii baxılmamış saxladı. İddiaçı cavabdehin nümayəndəsinin vədinə əməl edib Xətai rayon məhkəməsinin hakimi Səadət Səlimova tərəfindən xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə təyin edilmiş məhkəmə iclaslarına getməmişdir. Cavabdeh1 MMC-nin hüquqi varisi və Cavabdeh2 MTK-nın nümayəndəsi vəkil X3 təyin edilmiş məhkəmə iclasına getməyəcəyi təqdirdə iddiaçıya vəd etdiyi Cavabdeh2 tərəfindən inşa edilən ünvan 2 ünvanında yerləşən yaşayış binasının 3-cü giriş qapısının 2-ci mərtəbəsində yerləşən 131,0 kv.m qeyri-yaşayış (ofis) sahəsini və Bakı şəhərinin mərkəzində yerləşən yeni yaşayış binalarından birində 3- 4 otaqlı tam təmirli mənzil vermədi. Deməli Cavabdeh1 MMC-nin hüquqi varisi və Cavabdeh2 MTK-nın nümayəndəsi, vəkil X2 məqsədi iddiaçını aldatmaq olmuş və verdiyi yalançı vədlə ona təyin edilmiş məhkəmə iclaslarına getməkdən yayındırmaqla iddia ərizəsi məhkəmədə baxılmamış saxlanmasina nail olmaq imiş. 2019-cu ilin axırlarında (dəqiq tarixi məlum deyil) Cavabdeh1 MMC-nin hüquqi varisi və Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili X3 iddiaçının rəhmətlik qudası X4 rayonu, Yeni Yasamal 1-də yerləşən binadan 3 otaqlı təmirsiz mənzil vermişdir. İddiaçı həmin mənzilin yerləşdiyi ünvanı xatırlamır. İddiaçı Şahbaz Kərimov tərəfindən rəhmətlik qudası Miradil Həsənova verilmiş həmin mənzili Cavabdeh1 tərəfindən ünvan 1 ünvanda inşa etdiyi çox mərtəbəli yaşayış binasının 14-cü mərtəbədə yerləşən 134,23 kv m sahədən 3 otaqdan ibarət xx.xx.2006-cı il tarixli 14 saylı müqavilə əsasında iddiaçıya 53.692 ABŞ dolları məbləğində pula satılmış 286 saylı mənzilin əvəzi kimi qəbul edir. Cavabdeh2 satış üzrə meneceri X6 öğlu 26 fevral 2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 tərəfindən inşa edilən ünvan 2 ünvanında yerləşən yaşayış binasının 3-cü giriş qapısının 2-ci mərtəbəsində yerləşən 131,0 kv.m. qeyri-yaşayış (ofis) sahəsinin iddiaçıya satılması barədə cavabdeh tərəfindən müqavilə tərtib edilmiş, lakin qeyd etdiyi 131,0 kv.m. qeyri-yaşayış (ofis) sahəsi cavabdeh tərəfindən hazırki vaxta kimi iddiaçıya verilməmişdir. İddiaçı həmin müqaviləni imzalamamışdır. Belə ki, həmin müqavilənin sonunda “Payçı” İddiaçı sözünün aşağı hissəsində qeyd olunmuş imza iddiaçıya məxsus deyildir. Həmin qeyri-yaşayış sahəsi başqa şəxsə satılmışdır. 02 sentyabr 2022-ci il tarixdə Xətai Rayon Məhkəməsində əmlak tələbinə dair iddia ərizəsi əsasında toplanmış 2(011)-8446/2018 saylı qərardada əlavə olunmuş sənədlərin surətlərini çıxartdırarkən onun adından yazılmış 14 may 2019-cu il tarixli icraatın təzələnməsinə dair ərizəyə rast gəlmişdir və həmin ərizənin surətini çıxartdırmışdır. Həmin ərizəni iddiaçı yazmamışdır və hər hanı bir şəxsdən də xahiş etməmişdir ki, belə məzmunda onun adımdan ərizə yazsın. Həmin ərizənin sonunda imza sözündən sonra İddiaçı sözünün qarşısında qeyd olunmuş imza iddiamıya məxsus deyildir. Məhz həmin saxta ərizə əsasında onun adından 14 may 2019-cu il tarixdə icraatın təzələnməsi barədə Xətai rayon məhkəməsinə müraciət olunmuş, məhkəmənin hakimi Sərdar Mehralıyev tərəfindən 24 may 2019-cu il tarixli qərardadla mülki iş üzrə icraatın təzələnərək işə mahiyyəti üzrə baxılmasına dair ərizə təmin edilməmiş və iddia ərizəsi baxılmamış saxlanmışdır. Cavabdeh2 satış üzrə meneceri X6 öğlu ilə guya aralarında bağlanmış 26 fevral 2015-ci il tarixli müqavilənin sonunda “Payçı” İddiaçı Atamoğlan oğlu sözünün aşağı hissəsində qeyd olunmuş imza iddiaçıya məxsus deyildir. Eləcədə 14 may 2019-cu il tarixli icraatın təzələnməsinə dair ərizənin sonunda imza sözündən sonra İddiaçı sözünün qarşısında qeyd olunmuş imza iddiaçıya məxsus deyildir. Cavabdeh1 MMC-yə və Cavabdeh2 MTK-ya qarşı əmlak tələbimə dair mülki iş üzrə işin baxılmamış saxlanması barədə xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və 24 may 2019-cu il tarixli qərardadların ləğv olunması, icraatın təzələnməsinə, işin yenidən məhkəmə baxışına təyin olunmasına və məhkəmə- xəttşünüaslıq ekspertizasının təyin olunmasna dair qərar qəbul olunması məqsədi ilə 21 sentyabr 2022-ci il tarixdə Xətai Rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyevə ərizə ilə mürüciət etmişdir. Sərdar Mehrəliyevin 22 sentyabr 2022-ci il tarixli qərardadı ilə ərizəsi təmin etməmişdir. Sərdar Mehrəliyev həmin qərardadında iddiaçıya yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmişdir. İddiaçı hüquqlarının müdafiəsi üçün yenidən ümumi qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehdən ünvan 3 ünvanında tikdiyi binadan 134.23 kv.m sahədən, 3 otaqdan ibarət 15-ci mərtəbədə yerləşən 293 saylı, ünvan 1 ünvanda tikdiyi binadan 126,87 kv m sahədən 3 otaqdan ibarət 15-ci mərtəbədə yerləşən 294 saylı, ünvan 1 ünvanda tikdiyi binadan 126,87 kv m sahədən 3 otaqdan ibarət 14-ci mərtəbədə yerləşən 287 saylı mənzilə görə ödədiyi 155.188 ABŞ dolları məbləğində pul vəsatinin tutularaq iddiaçıya ödənilməsi və ya, ayrı yerdə tikilmiş ümumi sahəsi 387.97 kv.m təşkil edən 3 mənzilin iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 MTK-nin nümayəndəsi X3 məhkəməyə iddiaya etirazla müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilələrin və qəbzlərin müvafiq qaydada imzalanmadığını bilib, xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 22. saylı, notariat kontorunda müqavilələri təsdiq etdirdikdən sonra Cavabdeh1 MMC faktiki yerləşdiyi ünvana gəlib müqavilələrin əslini cəmiyyətin nümayəndəsinə təqdim etmiş və həmin yaşayış sahələrinin əvəzinə ünvan 4 ünvanında yerləşən Cavabdeh1 MMC tərəfindən inşasına başlanmış binanın 3-cü giriş, 2-ci. mərtəbəsindən 131 kv metr qeyri-yaşayış sahəsi ilə əvəz edilməsinə dair müqavilə bağlamşdır.'l’0.Ö6.2ÖÖ8-ci ildə Cavabdeh1 MMC-nin Cavabdeh2 MTK-ya qoşulması nəticəsində ləğv edilmişdir. xx.xx.2013- cü ildə Cavabdeh2 MTK-nin sifarişi əsasında Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi. X1 Baş İdarəsi tərəfindən Xətai rayonu, G.Şıxlınski köçəsi 29422 D saylı məhəllədə yaşayış binaları (A,B,C blokları) tikinti normalarına uyğun hesab edilməsinə dair rəy verilmişdir. xx.xx.2013cü ildə isə həmin nazirliyin təhlil qrupu tərəfindən 420 saylı rəy verilmişdir. 26 fevral 2015-ci ildə isə Cavabdeh1 MMC-nin Cavabdeh2 MTK-ya qoşulması nəticəsində ləğv olunmasını bilib həmin müqavilənin Cavabdeh2 MTK ilə bağlanmasını kooperativdən xahiş etmişdir. 2006-cı il tarixli Kooperativ Cavabdeh1 MMC-nin adından səlahiyyətsiz şəxsin bağladığı müqavilədə göstərilən pul vəsaitinin əvəzinə l iyun 2007-ci il tarixdə müqavilənin əslini iddiaçıdan geri götürüb onunla S31 kv metr sahəyə dair Cavabdeh2 MTK-nin adından müqavilə bağlanmışdır. xx.xx.2018-ci il tarixdə İddiaçı Cavabdeh1 MMCnin ünvanına ərizə ilə müraciət edib mənzillərin (zərərin) əvəzinə aldığı 130 kv metr qeyriyaşayış satıəsini yenidən "xxxx" MMC-nin Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş yaşayış binasının 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən 357.7 kv metr sahəsi olan. 3 otaqlı mənzillə əvəzləşdirmişdir. xx.xx.2019-cu il tarixdə Q.Güiəliyev notarial təsdiq olunmuş ərizə ilə müraciət edib xx.xx.2018-ci il tarixli müqavilənin pozulması ilə əlaqədar nizamnaməyə uyğun tədbir görülməsini xahiş etmişdir, İddiaçı ərizəsinə əsasən zərərin əvəzinə verilmiş 108 saylı mənzili satmış və satışdan əldə edilən pul vəsaitini götürmüşdür. İddiaçı xx.xx.2018-ci il tarixdə müqavilələrin və onların notarial təsdiq edilmiş nüsxələrinin etibarsız hesab edilməsinə dair ərizə də vermişdir Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2006-cı il tarixdə ünvan 3 ünvanında tikdiyi binadan 134.23 kv.m sahədən, 3 otaqdan ibarət 15-ci mərtəbədə yerləşən 293 saylı, ünvan 1 ünvanda tikdiyi binadan 126,87 kv m sahədən 3 otaqdan ibarət 15-ci mərtəbədə yerləşən 294 saylı, ünvan 1 ünvanda tikdiyi binadan 126,87 kv m sahədən 3 otaqdan ibarət 14-ci mərtəbədə yerləşən 287 saylı və ünvan 1 ünvanda tikdiyi binadan 134,23 kv m sahədən 3 otaqdan ibarət 14-ci mərtəbədə yerləşən 286 saylı mənzillərin satılmasına dair 11 saylı, 12 saylı, 13 saylı və 14 saylı müqavilələr imzalanmışdır. İddiaçı həmin mənzillərə görə cavabdehə müvafiq olaraq 53.692 ABŞ dolları, 50.748 ABŞ dolları, 50.748 ABŞ dolları və 53.692 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Bununla bağlı iddiaçıya Cavabdeh1 MMC tərəfindən arayışlar verilmişdir. İddiaçıya ünvan 1 ünvanda tikdiyi binadan 134,23 kv m sahədən 3 otaqdan ibarət 14-ci mərtəbədə yerləşən 286 saylı mənzilin əvəzi olaraq Yasamal rayonu, Yeni Yasamal 1-də yerləşən binadan 3 otaqlı təmirsiz mənzili verilmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin iddia ərizəsinə etirazı və verdiyi vəsatətlərdən görünür ki, xx.xx.2008-ci il tarixində Cavabdeh1 MMC ləğv edilmiş, onun hüquqi varisi kimi öhdəlikləri Cavabdeh2 MTK-ya ötürülmüşdür. Qeyd edilən müqavilələrin imzalandığına baxmayaraq, həmin mənzillər bu günə qədər iddiaçıya təhvil verilməmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı öhdəliyini icra edərək mənzillərin müqavilədə nəzərdə tutulmuş dəyərini tam şəkildə ödəsə də, müqavilə üzrə digər tərəf həmin mənzilləri iddiaçıya təhvil verməməklə müqavilə öhdəlikləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 450.2-ci maddəsinə əsasən öhdəliyin icra edilmədiyi halda zərərin əvəzinin ödənilməsi və onun icra edilməməsi üçün dəbbə pulunun ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad edir. Həmin Məcəllənin 450.3-ci maddəsinə əsasən kreditorun gecikdirilmə nəticəsində marağını itirdiyi icranı qəbul etməkdən imtina etməsi, habelə peşman haqqı kimi müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi borclunu öhdəliyin naturada icrasından azad edir. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə məhkəmə hesab edir ki, iddia qismən əsaslı hesab edilərək, 155.188 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 MMC-nin işini davam etdirən Cavabdeh2 MTK-dan iddiaçının xeyrinə tutulmalıdır. İddia Cavabdeh1 MMC-yə münasibətdə təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş həqiqi hallara əsaslanaraq hesab edir ki, iddia qismən əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh2 MTK-dan ödəniş gününə qüvvədə olan məzənnə ilə 155.188 (yüz əlli beş min, yüz səksən səkkiz) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbasova Əminə
Məhkəmə qərarları › İş №2(011)-319/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-319/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver