Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3192/2020 13.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1 Cavabdehin nümayəndəsi və vəkili Seyidov İkram Möhlüd oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh 3000 ABŞ dollarının, 2700 manat pulun və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, tərəflərin aralarında olan razılaşmaya əsasən Cavabdeh istifadəsində olan “xxxx” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə ilə ilkin 3000 ABŞ dolları ödədikdən sonra qalan 4800 manatı hər ay 200 manat ödəmək şərti ilə iddiaçıya verdi. Həmin vaxt cavabdeh ona bildirdi ki, pulu tam ödədikdən sonra avtomobili iddiaçının adına rəsmiləşdirəcəkdir. Sonralar iddiaçı hər ay 200-250 manat olmaqla cavabdehə 2700 manat verdi. Cavabdeh də ondan aldığı pulları banka köçürməli olduğu halda, həmin pulları banka köçürməmişdir. Bundan sonra özünü “Nikoyl” bankın işçisi kimi təqdim edən şəxs borca görə ondan avtomobili geri tələb etdi. İddiaçı bu barədə cavabdehə bildirdikdən sonra cavabdeh bankla razılaşdığına görə bir müddət bankın işçiləri onu narahat etmədi. Sonralar bankın işçiləri borca görə gəlib maşını iddiaçıdan alıb apardılar. Buna qədər iddiaçı avtomobilə görə cavabdehə 3000 ABŞ dolları və 2700 manat pul ödəmişdir. Cavabdehdən dəfələrlə avtomobili və ya əvəzində ona ödədiyi pulu tələb etməyinə baxmayaraq cavabdeh hal-hazıra kimi olan müddətdə nə avtomobili, nədəki avtomobilə görə ödədiyi pulu iddiaçıya qaytarmamışdır. Eşitdiyinə görə, cavabdeh iddiaçıya satmış olduğu avtomobili bankdan götürüb başqasına satmışdır. İddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, nümayəndəsi və vəkilinin izahatının məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddiaya etirazla müraciət edərək məhkəməyə bildirmişdir ki, 2014-cü ildə Musayev Sərxan adlı şəxslə aralarında baş tutmuş razılaşma üzrə tərəfindən Musayev Sərxana qabaqcadan 1000 manat ödənilməklə onun istifadəsində və həmçinin 8000 ABŞ dolları borcla “Nikoil” bankın girovunda olan Mersedes Benz E-240 markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında Musayev Sərxandan almışdır. Razılaşmalarına əsasən o ödəniş qrafiki üzrə, aylıq olaraq 315 ABŞ dollarından “Nikoil” banka olan borcu tam ödəməli və sonda Sərxan Musayev həmin avtomobili onun adına rəsmiləşdirilməli idi. 2014-cü ilin dekabr ayında avtomobili satmaq istəyi olmuş və bu barədə o bəzi tanışlarını məlumatlandırmışdır ki, bu zaman ümumi tanışı olan şəxsin vasitəçiliyi ilə İddiaçı avtomobilə baxmaq üçün gəlib və avtomobilə baxıb bəyənərək, onu almaq arzusunda olduğunu bildirmişdir. İddiaçı qabaqcadan ona 1000 manat, hər ay olaraq isə ödəniş qrafiki üzrə “Nikoil” banka 315 ABŞ dollarının ödəməli olduğunu və yalnız avtomobilə görə banka olan borcun tam ödənilib qurtardıqdan sonra, həmin avtomobil üzərində tam sərəncam verilmək hüququ ilə ona baş etibarnamə veriləcəyini bildirmişdir. Lakin, İddiaçı həmin anda maddi imkanının zəif olduğunu ona söyləyərək qabaqcadan cəmi 500 manat (iddia ərzəsində göstərdiyi kimi 3000 ABŞ dolları deyil) məbləğində pul vəsaiti vermiş və qalıq 500 manatı isə avtomobilə görə banka olan borcun tam ödənilib qurtardıqdan sonra, ona baş etibarnamə veriləcəyi vaxtda verəcəyinə dair söz vermişdir. İddiaçı söylədiklərinə inandığından tərəfindən ona avtomobili idarə etmək hüququ ilə etibarnamə və həmçinin avtomobili onun istifadəsinə verilmişdir. Lakin 2015-ci ilin yanvar ayında İddiaçı tərəfindən “Nikoil” banka olan borcdan ödəmədiyindən tərəfindən onun cavabdehə ilkin olaraq verdiyi 500 manatdan xx.xx.2015-ci il tarixdə yanvar ayı üçün 308 ABŞ dolları (308 ABŞ dolları=240 AZN) banka ödənilmişdir. 2015-ci ilin fevral ayında ölkədə baş vermiş 1-ci “Devalvasiya” səbəbindən öz maddi vəziyyətinin kəskin pis olduğunu ona bildirən İddiaçı inandığından tərəfindən daha iki ay xx.xx.2015-ci il tarixdə fevral ayı üçün 310 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə isə həmin ilin mart ayı üçün daha 308 ABŞ dolları “Nikoil” banka ödənilmişdir. İddiaçı tərəfindən 2015-ci ilin aprel ayında, həmin ay üçün “Nikoil” banka olan borcdan ödənilmədiyindən avtomobilin ona geri qaytarılması üzrə aralarında telefon vasitəsilə mübahisə yaranmışdır ki, banka ödənilməsi üçün ona poçt vasitəsilə cəmi bir neçə ay ərzində, 2015-ci ilin may, iyun, iyul və avqust aylarında olmaqla, ümumilikdə 800 manat məbləğində pul vəsaiti göndərmişdir. Ödənişlə bağlı “Nikoil” bank tərəfindən avtomobilin sahibi Sərxan Musayevin narahat edilməməsi səbəbindən, həmçinin İddiaçı guya ödənişin sonunda onunla hesablaşacağına dair verdiyi vədlərə inandığından, poçt vasitəsilə İddiaçı göndərdiyi vəsaitin üzəri öz vəsaiti hesabına düzəldilərək “Nikoil” banka ödənişlər edilmişdir. İddiaçı razılaşmaya məhəl qoymayıb, banka olan ödənişləri ödəməkdən ümumiyyətlə yayındığından, 2015-ci ilin avqust ayında “Nikoil” bankın işçiləri tərəfindən avtomobilin öz istifadəsindən alınacağı ilə üzləşdiyindən təkrarən (öz atası ilə birlikdə) ona müraciət edərək ona maddi köməklik göstərməyini xahiş etmiş və guya sonda onunla hesablaşacağına tam əmin olmağına onu inandıra bilmişdir ki, xx.xx.2015-ci il tarixdə tərəfindən avtomobilin borcundan daha 1000 ABŞ dolları (1000 ABŞ dolları 1.05 kursu ilə =1000 AZN) “Nikoil” banka ödənilmiş və bank tərəfindən yeni, əlavə ödəniş qrafiki tərtib olunaraq verilmişdir. Avtomobil istifadəsində olan İddiaçı həmin əlavə qrafik üzrə də banka olan borcun ödənişdən yayınaraq 2015-ci ilin sentyabr ayında özünə və atasına etdiyi çoxsaylı zəngləri üzrə ona poçt vasitəsilə cəmi 258 manat məbləğində pul vəsaiti göndərmişdir ki, həmin məbləğin də üstü bir daha öz vəsaiti hesabına artırılaraq xx.xx.2015-ci il tarixdə banka 364 ABŞ dolları (364 ABŞ dolları 1.05 kursu ilə = 367AZN) ödəmişdir. Daha sonra, 2015-ci ilin oktyabr ayının sonunda ona zəng edən İddiaçı öz maddi imkanının hədsiz aşağı olduğunu bildirərək, noyabr və dekabr ayları üçün ödənişləri özünün köməyi olmadan banka etməyini və guya hesablayıb onun ödədiyi bütün pulları dekabr ayının sonlarında, mütləq halda ona qaytaracağını, qaytara bilmədiyi halda isə avtomobili geri qaytaracağına dair vədlər verərək xahiş etmişdir ki, o, öz vəsaiti hesabına xx.xx.2015-ci il tarixdə 364 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə isə daha 365 ABŞ dolları, tərəfindən “Nikoyl” banka ödənilmişdir. (729 ABŞ dolları 1.05 kursu ilə = 730 AZN) Lakin sonradan, 2015-ci ilin dekabr ayında ölkəmizdə baş vermiş 2-ci “Devalvasiya”dan sonra İddiaçı tərəfindən “Nikoyl” banka ümumiyyətlə heç bir məbləğdə ödəniş edilmədiyindən və həmçinin, həmin devalvasiya nəticəsində onun da ödəniş etmək üçün maddi imkanının olmadığından bankın işçiləri tərəfindən avtomobil İddiaçı istifadəsindən alınmışdır ki, daha sonra da həmin avtomobil bank tərəfindən satılmışdır. Avtomobil öz istifadəsində olduğu bir ildən artıq müddət ərzində İddiaçı tərəfindən avtomobilin borcuna görə “Nikoyl” banka olan borcun ödənilməsi üçün ona cəmi olaraq 1558 manat (500 manat ilkin+1058 manat poçt vasitəsilə) məbləğində pul vəsaitinin verildiyi bir halda, həmin müddət ərzində, İddiaçı çoxsaylı yalvar-yaxarlarına inandığından onun tərəfindən “Nikoil” banka ümumilikdə 3019 ABŞ dolları (2962 AZN) məbləğində pul vəsaiti ödənilmişdir ki, həmin məbləğ də avtomobil öz istifadəsində olan iddiaçının ona verdiyi məbləğdən daha çoxdur. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili, İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi tamamilə əsassız və saxta olduğundan və həmçinin, həmin tələb üzrə qanunla müəyyən edilmiş iddia müddəti keçdiyindən həmin iddia tələbi üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlər nəzərə alınmaqla rədd edilməlidir. Belə ki, iş materiallarında olan, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh sahibliyində olan “xxxx” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobil ASC “xxxx” Sığorta Şirkətində xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək (sığorta müqaviləsinin qüvvədən düşmə tarixi) sığortalanmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, X6 (göndərən) tərəfindən Cavabdeh (alan) müxtəlif vaxtlarda ödəniş məqsədi göstərilmədən, 1050 manat məbləğində pul göndərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş mədaxil qəbzlərinin surətlərinə əsasən Cavabdeh tərəfindən “Nikoil” Banka ödəniş təyinatı kredit olmaqla xx.xx.2015-ci il tarixdə 308 USD, xx.xx.2015-ci il tarixdə 310 USD, xx.xx.2015-ci il tarixdə 308 USD, xx.xx.2015-ci il tarixdə 1000 USD, xx.xx.2015-ci il tarixdə 364 USD, xx.xx.2015-ci il tarixdə 364 USD, xx.xx.2015-ci il tarixdə 365 USD məbləğində, cəmi 3019 ABŞ dolları məbləğində pul ödənilmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadə verərək, bildirmişdir ki, o, iddiaçının qaynatasının qonşusudur, cavabdehi də o, mübahisəli avtomobili alan zaman tanımışdır. O, iddiaçının avtomobili kreditlə alacağını, ayda ya 200 manat, ya da 200 ABŞ dolları ödəyəcəyini bilmişdir. İddiaçı cavabdehə avtomobilə görə ödəniş edəndə o, da həmin vaxt iştirak etmişdir, iddiaçı cavabdehə beh verən zaman orada 3 nəfər olmuşdur. Mülki iş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ifadə verərək, bildirmişdir ki, o, iddiaçının 2014-2015-ci illərdən tanıyır. Belə ki, özü də maşın alqı-satqısı ilə məşğuldur. Cavabdehi də qabaqcadan tanımışdır. İddiaçı maşını cavabdehdən onun iştirakı ilə almışdır, hətta şirinlik kimi ona 50 manat da vermişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadə verərək, bildirmişdir ki, o, cavabdehin qonşusudur. 10 ildən artıqdır ki, cavabdehi tanıyır. İddiaçı maşını alanda görmüşdür. İddiaçı maşını almaq üçün pulu cavabdehə məxsus kafedə vermişdir. Həmin vaxt kafedə ondan başqa iddiaçı və cavabdeh olmuşdur. Həmin maşının mülkiyyətçisinin kim olmasını bilmir. O, özü də etibarnamə əsasında həmin avtomobili bir müddət idarə etmişdir. Mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, şəxsin ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində yaranmışdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçıya cavabdehin təqsirli, qanuna zidd hərəkətləri nəticəsində hər hansı zərərin vurulduğu öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı hər iki tərəfin verdikləri izahatlarından aydın olmuşdur ki, cavabdeh sahibliyində olan nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamə vermiş, iddiaçı isə həmin nəqliyyat vasitəsinin satın alınması üçün götürülmüş kreditin ödənişlərini hər ay ödəməyə öhdəsinə götürmüşdür. İddiaçı hal-hazırda cavabdehə həmin nəqliyyat vasitəsinə görə 3000 ABŞ dolları ilkin ödəniş və daha sonra 2700 manat məbləğində vəsaiti hissə-hissə ödədiyini, lakin cavabdehin həmin pul vəsaitlərini mənimsədiyini bildirsə də, məhkəmə araşdırması zamanı qeyd edilən hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin əsasını təşkil edən hallar məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı Cavabdeh 3000 ABŞ dollarının, 2700 manat pulun və 30 manat ödəmiş olduğum dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3192/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3192/2020
13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver