Məhkəmə qərarları › İş №2(011)-3197/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3197/2022

12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3197/2022 12.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Ağamehdi oğlu, Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı və bağışlama müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3 Ağamehdi oğlu, Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh3 Ağamehdi oğlu ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən evin 74 mənzilinin bağışlanmasına dair müqavilənin və Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən evin 74 mənzilinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və İddiaçı Cavabdeh3 Ağamehdi oğlunun övladlarıdır. Keşlə qəsəbəsi, Gəncə küçəsi 14 ünvanında yerləşən ata mülki satılaraq, alınan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qasımov 15A ünvanında yerləşən evin 74 saylı mənzili xx.xx.1998-ci il tarixdə alınmışdır və mənzilə dair mülkiyyət hüquqları Cavabdeh3 Ağamehdi oğlunun adına qeydiyyata alınmışdır. Lakin Cavabdeh3 Ağamehdi oğlu həmin mənzili digər oğlu Cavabdeh1 bağışlamış və onun adına çıxarış verilmişdir. Cavabdeh1 həmin mənzili Cavabdeh2 satmışdır. İddiaçı hesab edir ki, qeyd edilən müqavilələr etibarsız hesab edilməlidir. Belə ki, Cavabdeh1 bağışlanmış ünvan 1 ünvanında yerləşən evin 74 mənzildən və ünvan 3nda yerləşən 133 saylı mənzildən İddiaçı düşən məcburi payların müəyyənləşdirilməsi, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı verilməsi barədə qətnamənin çıxarılmasına dair iddia məhkəmə baxışındadır. Cavabdehlər məhkəmə mübahisəsi olduğu halda, hüquqlarından sui-istifadə edərək, təxirə salmadan mənzilə dair alqı-satqı müqaviləsi bağlayırlar ki, İddiaçı məcburi pay almaq hüququndan istifadə edə bilməsin. Belə ki, Cavabdeh3 Ağamehdi oğlunun Cavabdeh1 başqa xx.xx.2010-cu ildə anadan olmuş İddiaçı olduğu halda, sonuncunun qanuni nümayəndəsi olan Nümayəndənın razılığı olmadan həmin mənzili Cavabdeh2 sata bilməzdi. İddiaçı ünvan 1 ünvanında yerləşən evin 74 mənzildə doğulub, boya-başa çatmışdır, hal-hazırda 11 yaşı var. Bundan başqa Cəfərov X7 Toğrula xx.xx.2019-cu ildə atası olduğu müəyyən edilmişdir. Atalıq müəyyən edilməklə İddiaçı Cavabdeh3 Ağamehdi oğlunun əmlaklarına vərəsəlik hüququ yaranmışdır. Odur ki, iddiaçının qanuni nümayəndəsi hesab edir ki, mübahisəli mənzilə dair əqdin bağlanıldığı zaman onun razılığı alınmalı idi. Eyni zamanda, iddiaçının qanuni nümayəndəsi həmin mənzilin təmirini öz şəxsi vəsaiti hesabına aparmışdır. Mənzilin təmirinə 20000 manat məbləğində pul xərcləmişdir. Cavabdeh3 Ağamehdi oğlu qanunazidd hərəkətləri ilə mülki qanunvericiliyin tələblərini pozmuş və nəticədə iddiaçının hüquqlarına və qanuni mənafelərinə xələl gətirmişdir. Belə ki, İddiaçı qanunla qorunan vərəsəlik hüquqlarını, ailə üzvü olaraq, mənzildən yararlanmaq, istifadə etmək və vərəsəlik payı almaq imkanlarının məhdudlaşdırdığı üçün, bağışlama müqaviləsi bağlandığı andan etibarsız sayılır. Həmin müqavilənin etibarsız hesab edilməsi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış alqı-satqı müqaviləsinin və nəticələrinin ləğv edilməsinin əsaslarını yaradır. İddiaçının qanuni nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia aşağıda göstərilənlərə görə əsassız hesab edilərək rədd edilməldir. Belə ki, mülki iş materiallarında olan Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 tam mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən evin 74 mənzil Cavabdeh1 bağışlanmışdır. Həmin müqavilənin bağışlanması zamanı Cavabdeh3 arvadı X3 mənzilin bağışlanmasına etiraz etmədiyinə dair ərizə təqdim etmişdir. İş materiallarında olan Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 tam mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən evin 74 mənzili 35600,00 manata Cavabdeh2 satmışdır. Mənzilin alqı-satqısı zamanı Cavabdeh1 arvadı X4 mənzilin satılmasına etiraz etmədiyinə dair ərizə təqdim etmişdir. Mənzilin dəyəri notariusun depozit hesabına mədaxil edilmişdir. İş materiallarında olan B.S.Həsənov, Nümayəndə, X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2008-ci il tarixli aktın surətindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2-1247 saylı, xx.xx.2007-ci il tarixli icra vərəqəsi əsasən X5 uşağı ilə birlikdə Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi 74a ünvanında yerlən evin 74 saylı mənzilindən çıxarılmalı idi. X17 mənzili tam boşaldıb, qapının üstündə olan qıfılı da çıxarıb aparmış, oboy və pol sökülmüş, elektrik lampaları çıxarılmış, mənzildə heçnə qalmamışdır. Boş mənzili tələbkarın etibarnamə üzrə nümayəndəsi Nümayəndə təhvil aldı. İş materiallarında olan ünvan 4 ünvanında qeydiyyatda olan X6, ünvan 5 ünvanında qeydiyyatda olan X8 və ünvan 6 ünvanında qeydiyyatda olan X9 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, Nümayəndə 2008-ci il tarixdən bu günkü günə qədər ailə üzvləri ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 15A, mənzil 74-də müvəqqəti qeydiyyat vəsiqəsi ilə yaşayır. Nümayəndə mənzilə köçərkən mənzil tam təmirsiz olmuşdur. Həmin mənzil tam olaraq, Nümayəndə tərəfindən təmir edilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh3 ona aid mülki işləri və cinayət işlərinin aparmağı və bu tapşırığın yerinə yetirilməsi əlaqədar olan bütün hərəkətləri etməyi Nümayəndə etibar edir. İş materiallarında olan ünvan 7 ünvanında yerləşən evin 74 mənzilin əsaslı təmir işlərinin smeta sənədinin surətindən görünür ki, təmir işlərinin dəyəri 17387,5 manat təşkil etmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Məhkəmə həmin Qərara istinadən qeyd edir ki, bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biridir. Bu hüquqların məhdudlaşdırılması isə yalnız qanunvericilik qaydasında ola bilər və belə məhdudlaşdırma digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməlidir. Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ərarvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. ... Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Göründüyü kimi, İddiaçı atası Cavabdeh3 münasibətdə məcburi pay almaq hüququna malik olan şəxslərin sırasına daxil olsa da, onun məcburi pay tələb etmək hüququ yaranmamışdır. Belə ki, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir, miras isə miras qoyan fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Belə olan halda, əşyanın bağışlamasından iki ildən artıq müddət keçməmiş olsaydı iddiaçı onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payının tamamlanmasını tələb edə bilərdi. Bunun əksi olaraq, iddiaçının gələcəkdə məcburi pay almaq hüququn əmələ gəlməsi ehtimalına əsaslanaraq, mənzilin mülkiyyətçisi olan Cəfərov X2 iradə ifadəsi nəticəsində bağlanılmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin şəxsin dövlət tərəfindən tanınan və qorunan konstitusion hüququ olan mülkiyyət hüququnun lüzumsuz dərəcədə məhdudlaşdırılması demək olardı. Digər tərəfdən məhkəmə qeyd edir ki, Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın bağışlama müqaviləsinin və Cavabdeh1 ilə X15 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə müvafiq qaydada bağlanılmışdır və həmin müqavilələrin etibarlılığını şübhə altına alan Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş hallardan hər hansı biri mövcud deyil. Məhkəmə, mənzilin iddiaçının qanuni nümayəndəsi tərəfindən təmir edilməsi ilə bağlı dəlillərə qiymət verərək, qeyd edir ki, qanunvericilikdə əmlaka dair bağlanılmış müqavilələrin etibarsızlığının əmlakın mülkiyyətçisi olmayan şəxs tərəfindən təmir edilməsi kimi əsası müəyyən edilməyib. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3 Ağamehdi oğlu, Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh3 Ağamehdi oğlu ilə Cavabdeh1 arasında ünvan 7 ünvanında yerləşən evin 74 mənzilinin bağışlanmasına dair müqavilənin və Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 7 ünvanında yerləşən evin 74 mənzilinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia iddia əsassız olduğuna görə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh3 Ağamehdi oğlu, Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh3 Ağamehdi oğlu ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən evin 74 mənzilinin bağışlanmasına dair müqavilənin və Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 7 ünvanında yerləşən evin 74 mənzilinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar