Məhkəmə qərarları › İş №2(011)-3200/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3200/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3200/2025 18.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı5, İddiaçı10 nümayəndəsi X3, iddiaçılar İddiaçı11, İddiaçı3, İddiaçı8, İddiaçı1, İddiaçı9, İddiaçı2 vəkili-nümyaəndəsi Vəkil1, Cavabdeh MTK-nın vəkili-nümayəndəsi X11, Cavabdeh MTK-nın nümayəndəsi X12 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı8, İddiaçı6, İddiaçı7, İddiaçı4, İddiaçı9, İddiaçı10 və İddiaçı11 Cavabdehnə qarşı yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvülərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi və “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə bütün tikinti sənədlərini əlavə etməklə yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və istismar aktının alınması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı8, İddiaçı6, İddiaçı7, İddiaçı4, İddiaçı9, İddiaçı10 və İddiaçı11 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvülərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi və “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə bütün tikinti sənədlərini əlavə etməklə yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və istismar aktının alınması öhdəliyinin Cavabdeh MTK-nın uzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xətai rayonu, S.Ə.Şirvani küçəsi,2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok 8-ci mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 197 saylı mənzilə ay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın sədri X22 ilə müqavilə bağlamışdır, həmin müqaviləyə əsasən hər kv.m sahə üçün 900 manat olmaqla 105 kv.m sahə üçün cəmi 95000 manat pulu əvvəlki payçıya ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir, onun tərəfindən pay haqqının tam ödənilməsi müqavilənin sonunda “dəyəri əvvəlki payçı X17 ödənildi” sözləri ilə qeyd edilmiş, əvvəlki payçı X26 və MTK-nın sədri X22 tərəfindən imzalanmaqla”Hidayət-N” MTK-nın möhürü ilə təsdiqlənmişdir.Mənzilə dair pay haqqını tam ödəməyinə baxmayaraq nə maliyyə arayışı, nə də mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvülərinin ümumi yığıncağının qərarı Cavabdeh MTK tərəfindən indiyədək iddiaçıya təqdim edilməmişdir.Həmin sənədlərin təqdim edilməsi üçün dəfələrlə MTK-nın nümayəndəsi Venera Rüstəmovaya müraciət etsə də müxtəlif bəhanələr gətirərək həmin sənədləri iddiaçıya təqdim etməkdən boyun qaçırmışlar, digər payçlarla birlikdə MTK-nın sədri Svetlana Kazımovaya məktubla müraciət edərək sənədlərin verilmədiyi halda məhkəməyə müraciət edəcəklərini bildirsələr də həmin sənədlər onlara təqdim edilməmiş, bu da onların mənzilə Çıxarış almalarına süni maneçilik törətməklə qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. İddiaçı2 xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində ümumi sahəsi 153 kv.m olan 151 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın sədri X22 ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən hər kv.m sahə üçün 850 manat olmaqla 153 kv.m sahə üçün cəmi 130000 manat pulu əvvəlki payçıya ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir, onun tərəfindən pay haqqının tam ödənilməsi müqavilənin sonunda “dəyəri əvvəlki payçı X31 ödənildi” sözləri ilə qeyd edilmiş, əvvəlki payçı X36 və MTK-nın sədri X22 tərəfindən imzalanmaqla”Hidayət-N” MTK-nın möhürü ilə təsdiqlənmişdir.Mənzilə dair pay haqqını tam ödəməyinə baxmayaraq nə maliyyə arayışı, nə də mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvülərinin ümumi yığıncağının qərarı Cavabdeh MTK tərəfindən indiyədək iddiaçıya təqdim edilməmişdir. Həmin sənədlərin təqdim edilməsi üçün dəfələrlə MTK-nın nümayəndəsi Venera Rüstəmovaya müraciət etsə də müxtəlif bəhanələr gətirərək həmin sənədləri iddiaçıya təqdim etməkdən boyun qaçırmışlar, digər payçlarla birlikdə MTK-nın sədri Svetlana Kazımovaya məktubla müraciət edərək sənədlərin verilmədiyi halda məhkəməyə müraciət edəcəklərini bildirsələr də həmin sənədlər onlara təqdim edilməmiş, bu da onların mənzilə Çıxarış almalarına süni maneçilik törətməklə qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. İddiaçı3 xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Xətai rayonu, S.Ə.Şirvani küçəsi,2319cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok 12-ci mərtəbə, ümumi sahəsi 105 kv.m sahəsi olan 217 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın sədri X27 ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən hər kv.m sahə üçün 377 manat olmaqla 105 kv.m sahə üçün cəmi 39585 manat pulu ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir, onun tərəfindən pay haqqının tam ödənilməsi müqavilənin sonunda Cavabdeh MTK-nın sədri X13 imzası və möhürü ilə təsdiqlənmişdir.Mənzilə dair pay haqqını tam ödəməyinə baxmayaraq nə maliyyə arayışı, nə də mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvülərinin ümumi yığıncağının qərarı Cavabdeh MTK tərəfindən indiyədək iddiaçıya təqdim edilməmişdir. Həmin sənədlərin təqdim edilməsi üçün dəfələrlə MTK-ya müraciət etsə də müxtəlif bəhanələr gətirərək həmin sənədləri iddiaçıya təqdim etməkdən boyun qaçırmışlar, digər payçlarla birlikdə MTK-nın sədri Svetlana Kazımovaya məktubla müraciət edərək sənədlərin verilmədiyi halda məhkəməyə müraciət edəcəklərini bildirsələr də həmin sənədlər onlara təqdim edilməmiş, bu da onların mənzilə Çıxarış almalarına süni maneçilik törətməklə qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. İddiaçı9 xx.xx.2005-ci il tarixdə Bakı şəhəri,Xətai rayonu, S.Ə.Şirvani küçəsi,2319cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 125 kv.m sahəsi olan 46 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh kiçik müəsisəsinin, sonradan isə onun hüquqi varisi olan Cavabdeh MTK-nın sədri X43 oölu ilə müqavilə bağlamışdır.Həmin müqaviləyə əsasən hər kv.m sahə üçün 280 ABŞ dolları olmaqla 125 kv.m sahə üçün cəmi 38000 ABŞ dolları pulu ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir, onun tərəfindən pay haqqının tam ödənilməsi müqavilənin sonunda Cavabdeh MTK-nın sədri X13 imzası və möhürü ilə təsdiqlənmişdir. Mənzilə dair pay haqqını tam ödəməyinə baxmayaraq nə maliyyə arayışı, nə də mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvülərinin ümumi yığıncağının qərarı Cavabdeh MTK tərəfindən indiyədək iddiaçıya təqdim edilməmişdir. Həmin sənədlərin təqdim edilməsi üçün dəfələrlə MTK-ya müraciət etsə də müxtəlif bəhanələr gətirərək həmin sənədləri iddiaçıya təqdim etməkdən boyun qaçırmışlar, digər payçlarla birlikdə MTK-nın sədri Svetlana Kazımovaya məktubla müraciət edərək sənədlərin verilmədiyi halda məhkəməyə müraciət edəcəklərini bildirsələr də həmin sənədlər onlara təqdim edilməmiş, bu da onların mənzilə Çıxarış almalarına süni maneçilik törətməklə qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. İddiaçı4 xx.xx.2006-cı il tarixdə Bakı şəhəri,Xətai rayonu, S.Ə.Şirvani küçəsi,2319cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 105 kv.m sahəsi olan 60 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh kiçik müəsisəsinin, sonradan isə onun hüquqi varisi olan Cavabdeh MTK-nın sədri X43 oölu ilə müqavilə bağlamışdır.Həmin müqaviləyə əsasən hər kv.m sahə üçün 297 manat olmaqla 105 kv.m sahə üçün cəmi 31185 manat pulu ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir, onun tərəfindən pay haqqının tam ödənilməsi müqavilənin sonunda Cavabdeh MTK-nın sədri X13 imzası və möhürü ilə təsdiqlənmişdir. Mənzilə dair pay haqqını tam ödəməyinə baxmayaraq nə maliyyə arayışı, nə də mənziltikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvülərinin ümumi yığıncağının qərarı Cavabdeh MTK tərəfindən indiyədək iddiaçıya təqdim edilməmişdir. Həmin sənədlərin təqdim edilməsi üçün dəfələrlə MTK-ya müraciət etsə də müxtəlif bəhanələr gətirərək həmin sənədləri iddiaçıya təqdim etməkdən boyun qaçırmışlar, digər payçlarla birlikdə MTK-nın sədri Svetlana Kazımovaya məktubla müraciət edərək sənədlərin verilmədiyi halda məhkəməyə müraciət edəcəklərini bildirsələr də həmin sənədlər onlara təqdim edilməmiş, bu da onların mənzilə Çıxarış almalarına süni maneçilik törətməklə qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. İddiaçı5 xx.xx.2006-cı il tarixdə Bakı şəhəri,Xətai rayonu, S.Ə.Şirvani küçəsi,2319cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 130 kv.m sahəsi olan 2 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh kiçik müəsisəsinin, sonradan isə onun hüquqi varisi olan Cavabdeh MTK-nın sədri X43 oölu ilə müqavilə bağlamışdır.Həmin müqaviləyə əsasən hər kv.m sahə üçün 350 ABŞ dolları olmaqla 130 kv.m sahə üçün cəmi 45500 dolları pulu ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir, onun tərəfindən pay haqqının tam ödənilməsi müqavilənin sonunda Cavabdeh MTK-nın sədri X13 imzası və möhürü ilə təsdiqlənmişdir. Mənzilə dair pay haqqını tam ödəməyinə baxmayaraq nə maliyyə arayışı, nə də mənziltikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvülərinin ümumi yığıncağının qərarı Cavabdeh MTK tərəfindən indiyədək iddiaçıya təqdim edilməmişdir. Həmin sənədlərin təqdim edilməsi üçün dəfələrlə MTK-ya müraciət etsə də müxtəlif bəhanələr gətirərək həmin sənədləri iddiaçıya təqdim etməkdən boyun qaçırmışlar, digər payçlarla birlikdə MTK-nın sədri Svetlana Kazımovaya məktubla müraciət edərək sənədlərin verilmədiyi halda məhkəməyə müraciət edəcəklərini bildirsələr də həmin sənədlər onlara təqdim edilməmiş, bu da onların mənzilə Çıxarış almalarına süni maneçilik törətməklə qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. İddiaçı8 xx.xx.2006-cı il tarixdə Bakı şəhəri,Xətai rayonu, S.Ə.Şirvani küçəsi,2319cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 12-ci mərtəbə, ümumi sahəsi 105 kv.m sahəsi olan 220 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh kiçik müəsisəsinin, sonradan isə onun hüquqi varisi olan Cavabdeh MTKnın sədri X43 oölu ilə müqavilə bağlamışdır.Həmin müqaviləyə əsasən hər kv.m sahə üçün 314 manat olmaqla 135 kv.m sahə üçün cəmi 42390 manat pulu ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir, onun tərəfindən pay haqqının tam ödənilməsi müqavilənin sonunda Cavabdeh MTK-nın sədri X13 imzası və möhürü ilə təsdiqlənmişdir. Mənzilə dair pay haqqını tam ödəməyinə baxmayaraq nə maliyyə arayışı, nə də mənziltikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvülərinin ümumi yığıncağının qərarı Cavabdeh MTK tərəfindən indiyədək iddiaçıya təqdim edilməmişdir. Həmin sənədlərin təqdim edilməsi üçün dəfələrlə MTK-ya müraciət etsə də müxtəlif bəhanələr gətirərək həmin sənədləri iddiaçıya təqdim etməkdən boyun qaçırmışlar, digər payçlarla birlikdə MTK-nın sədri Svetlana Kazımovaya məktubla müraciət edərək sənədlərin verilmədiyi halda məhkəməyə müraciət edəcəklərini bildirsələr də həmin sənədlər onlara təqdim edilməmiş, bu da onların mənzilə Çıxarış almalarına süni maneçilik törətməklə qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. İddiaçı6 xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 130 kv.m sahəsi olan 12 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın nümayəndəsi Venera Rüstəmova ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən hər kv.m sahə üçün 1076 manat olmaqla 130 kv.m sahə üçün cəmi 140000 manat pulu əvvəlki payçıya ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir, onun tərəfindən pay haqqının tam ödənilməsi müqavilənin sonunda “dəyəri əvvəlki X4 ödənildi” sözləri ilə qeyd edilmiş, əvvəkli payçı X4 ödənildi” sözləri qeyd edilmiş, əvvəlki payçı X6 və MTK-nın nümayəndəsi Venera Rüstəmova tərəfindən imzalanmaqla Cavabdeh MTK-nın möhürü ilə təsdiqlənmişdir. Mənzilə dair pay haqqını tam ödəməyinə baxmayaraq nə maliyyə arayışı, nə də mənziltikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvülərinin ümumi yığıncağının qərarı Cavabdeh MTK tərəfindən indiyədək iddiaçıya təqdim edilməmişdir. Həmin sənədlərin təqdim edilməsi üçün dəfələrlə MTK-nın nümayəndəsi Venera Rüstəmovaya müraciət etsə də müxtəlif bəhanələr gətirərək həmin sənədləri iddiaçıya təqdim etməkdən boyun qaçırmışlar, digər payçlarla birlikdə MTK-nın sədri Svetlana Kazımovaya məktubla müraciət edərək sənədlərin verilmədiyi halda məhkəməyə müraciət edəcəklərini bildirsələr də həmin sənədlər onlara təqdim edilməmiş, bu da onların mənzilə Çıxarış almalarına süni maneçilik törətməklə qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. İddiaçı7 xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində ümumi sahəsi 135 kv.m olan 194 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın sədri X22 ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən hər kv.m sahə üçün 1037 manat olmaqla 135 kv.m sahə üçün cəmi 140000 manat pulu əvvəlki payçıya ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir, onun tərəfindən pay haqqının tam ödənilməsi müqavilənin sonunda “dəyəri əvvəlki payçı X1 və MTK-nın sədri X22 tərəfindən imzalanmaqla ”Hidayət-N” MTK-nın möhürü ilə təsdiqlənmişdir. Mənzilə dair pay haqqını tam ödəməyinə baxmayaraq nə maliyyə arayışı, nə də mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvülərinin ümumi yığıncağının qərarı Cavabdeh MTK tərəfindən indiyədək iddiaçıya təqdim edilməmişdir. Həmin sənədlərin təqdim edilməsi üçün dəfələrlə MTK-nın nümayəndəsi Venera Rüstəmovaya müraciət etsə də müxtəlif bəhanələr gətirərək həmin sənədləri iddiaçıya təqdim etməkdən boyun qaçırmışlar, digər payçlarla birlikdə MTK-nın sədri Svetlana Kazımovaya məktubla müraciət edərək sənədlərin verilmədiyi halda məhkəməyə müraciət edəcəklərini bildirsələr də həmin sənədlər onlara təqdim edilməmiş, bu da onların mənzilə Çıxarış almalarına süni maneçilik törətməklə qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. İddiaçı10 xx.xx.2008-ci il tarixdə Bakı şəhəri,Xətai rayonu, S.Ə.Şirvani küçəsi,2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 2-ci blok, mansard mərtəbə, ümumi sahəsi 91 kv.m sahəsi olan 157 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh kiçik müəsisəsinin, sonradan isə onun hüquqi varisi olan Cavabdeh MTK-nın sədri X27 ilə müqavilə bağlamışdır.Həmin müqaviləyə əsasən hər kv.m sahə üçün 300 manat olmaqla 91 kv.m sahə üçün cəmi 27300 manat pulu ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir, onun tərəfindən pay haqqının tam ödənilməsi müqavilənin sonunda Cavabdeh MTK-nın sədri X13 imzası və möhürü ilə təsdiqlənmişdir. Mənzilə dair pay haqqını tam ödəməyinə baxmayaraq nə maliyyə arayışı, nə də mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvülərinin ümumi yığıncağının qərarı Cavabdeh MTK tərəfindən indiyədək iddiaçıya təqdim edilməmişdir. Həmin sənədlərin təqdim edilməsi üçün dəfələrlə MTK-nın nümayəndəsi Venera Rüstəmovaya müraciət etsə də müxtəlif bəhanələr gətirərək həmin sənədləri iddiaçıya təqdim etməkdən boyun qaçırmışlar, digər payçlarla birlikdə MTK-ya məktubla müraciət edərək sənədlərin verilmədiyi halda məhkəməyə müraciət edəcəklərini bildirsələr də həmin sənədlər onlara təqdim edilməmiş, bu da onların mənzilə Çıxarış almalarına süni maneçilik törətməklə qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. İddiaçı11 xx.xx.2005-ci il tarixdə Bakı şəhəri,Xətai rayonu, S.Ə.Şirvani küçəsi,2319cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 60 kv.m sahəsi olan 193 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh kiçik müəsisəsinin, sonradan isə onun hüquqi varisi olan Cavabdeh MTK-nın sədri X27 ilə müqavilə bağlamışdır.Həmin müqaviləyə əsasən hər kv.m sahə üçün 224 manat olmaqla 60 kv.m sahə üçün cəmi 13400 manat pulu ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir, onun tərəfindən pay haqqının tam ödənilməsi müqavilənin sonunda Cavabdeh MTK-nın sədri X13 imzası və möhürü ilə təsdiqlənmişdir. Mənzilə dair pay haqqını tam ödəməyinə baxmayaraq nə maliyyə arayışı, nə də mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvülərinin ümumi yığıncağının qərarı Cavabdeh MTK tərəfindən indiyədək iddiaçıya təqdim edilməmişdir. Həmin sənədlərin təqdim edilməsi üçün dəfələrlə MTK-ya müraciət etsə də müxtəlif bəhanələr gətirərək həmin sənədləri iddiaçıya təqdim etməkdən boyun qaçırmışlar, digər payçlarla birlikdə MTK-nın sədri Svetlana Kazımovaya məktubla müraciət edərək sənədlərin verilmədiyi halda məhkəməyə müraciət edəcəklərini bildirsələr də həmin sənədlər onlara təqdim edilməmiş, bu da onların mənzilə Çıxarış almalarına süni maneçilik törətməklə qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. İddiaçılar qeyd edilən mənzillərdə müvafiq bina tikilib qurtardıqdan və müqavilədə nəzərdə tutulan müddətdən etibarən yaşadıqlarını və mənzilə dair pay haqqını ödəmələri ilə bağlı Cavabdeh MTK tərəfindən onlara qarşı hər hansı bir pretenziya olmamışdır,halhazırda yaşadıqları binada yanğından mühafizə sistemində olan problemlər, binanın mərtəbələrində daxili yanğın su kranlarının, avtomatik yanğın xəbərverici siqnalizasiya qurğularının quraşdırılmaması və sair bu kimi bir sıra problemlər Cavabdeh MTK tərfindən aradan qaldırılmadığı üçün bina indiyədək istismara qəbul edilməmişdir. Belə ki, Fövqəladə Hallar Nazirliyi X38 Xidməti tərəfindən 2017,2013,2019-cu illlərdə qeyd edilən yaşayış binasında yanğın texniki müayinə aparılaraq yuxarıda sadalanan yanğından mühafizə sistemində aşkar olunan çatışmazlıqların təxirəsalınmaz qaydada aradan qaldırılması istiqamətində işlərin görülməsi, əsk təqdirdə baş verə biləcək yanğın hadisəsinin MTK rəhbərliyinin üzərinə düşəcəyi qeyd olunmuşdur.Lakin qeyd olunan çatışmazlıqlara görə Cavabdeh MTK barəsində bir neçə il ərzində dəfələrlə məhkəmə qaydasında inzibati cərimə tətbiq edilməsinə baxmayaraq MTK tərəfindən qeyd olunan işlər indiyədək görülməmişdir.Hətta sonuncu dəfə Fövqəladə Hallar Nazirliyi X38 Xidməti 3-cü Ərazi X38 İdarəsi tərəfindən yaşayış binasında keçirilən yanğın texniki müayinə zamanı YTQ-nin № 01- 2001, bənd 6.1; 65; 10.4, 9.1; 8.4-cü tələblərinin pozulması faktı aşkar edilərək protokol tərtib edilmiş və Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə Cavabdeh MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1 -ci maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində inzibati cərimə ediİmişdir.Ona görə də hesab edirlər ki, məhkəmə tərəfindən biz iddiaçılara maliyyə arayışının, həm də mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının təqdim ediİməsi, həmçinin binanın istismara verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı7 nümayəndəsi Balaxanım Süleymanova, İddiaçı10 nümayəndəsi X8, İddiaçı6, iddiaçılar İddiaçı11, İddiaçı3, İddiaçı8, İddiaçı1, İddiaçı9, İddiaçı2 vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, MTK-nın əvvəlki təsisçisi vəfat etmişdir, həmin vaxtlar bəzi mənzillərə müqavilələr iki dəfə bağlanmışdır, onları aydınlaşdırmaq məqsədi ilə iddiaçılara maliyyə arayışı təqdim olunmamışdır, əks halda onların tələb etdikləri sənədlərin verilməsinə etirazları olmamışdır. X30 Nazirliyi X38 Xidməti 3-cü Ərazi X38 İdarəsi tərəfindən yaşayış binasında qüsurlar aşkar edildiyindən bina istismara verilməmişdir.Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X28 eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Tikintidə X10 Agentliyinin və Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi X38 Xidməti 3-cü Ərazi X38 İdarəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh MTK-nın sədri X22 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X47 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 105 kv.metr olan 197 nömrəli mənzili izolə olunmuş 2 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. Cavabdeh MTK-nın sədri X9 nümayəndəsi X28 ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X47 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 153 kv.metr olan 151 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. Fiziki şəxs X27 ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X47 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 105 kv.metr olan 217 nömrəli mənzili izolə olunmuş 2 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. Fiziki şəxs X27 ilə İddiaçı4 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X47 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 105 kv.metr olan 60 nömrəli mənzili izolə olunmuş 2 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. Fiziki şəxs X27 ilə İddiaçı5 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X47 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 130 kv.metr olan 2 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. Cavabdeh MTK-nın nümayəndəsi X28 ilə X18 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X47 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 130 kv.metr olan 12 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. Cavabdeh MTK-nın nümayəndəsi X28 ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X47 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 135 kv.metr olan 194 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. Fiziki şəxs X27 ilə İddiaçı8 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X47 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 135 kv.metr olan 220 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. Fiziki şəxs X27 ilə İddiaçı9 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X47 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 125 kv.metr olan 46 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. Fiziki şəxs X27 ilə İddiaçı10 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X47 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 2-ci blok, mansard mərtəbəsində yerləşən ümumi sahəsi 91 kv.metr olan 157 nömrəli mənzili izolə olunmuş 2 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. Fiziki şəxs X27 ilə İddiaçı11 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X47 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.metr olan 193 nömrəli mənzili izolə olunmuş 1 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. Cavabdeh MTK-nın sədri Svetlana Kazımovaya Bakı şəhəri, Xətai rayonu, X47 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının payçıları tərəfindən ünvanlanmış məktubun surətindən görünür ki, pay haqqını tam ödədiklərini göstərərək maliyyə arayışının 30 gün müddətində onlara təqdim edilməsini xahiş etmişlər, əks halda məhkəməyə müraciət edəcəklərini bildirmişlər. Cavabdeh MTK-ya iddiaçılar tərəfindən ünvanlanmış məktubun surətindən görünür ki, onlar Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiklərini bildirərək maliyyə arayışlarını və Hidayət-N” MTK-nın üzvülərinin ümumi yığıncağının qərarını onlara təqdim edilməsini xahiş etmişlər. Poçt göndərişinin verilməsi haqqında xəbərnamənin surətindən görünür ki, Cavabdeh MTK həmin məktubu xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh MTK-nın sədri xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixədək X27, 2.01.2015-ci il tarixdən hazırki vaxtadək X15r. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh Kiçik müəssisəsinin xx.xx.2007-ci il tarixdə təşkilati-hüquq forması dəyişdirilərək Cavabdehnə çevrilmişdir. Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi X38 Xidməti 3-cü Ərazi X38 İdarəsinin xx.xx.2018-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X47 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında xx.xx.2018-ci il tarixdə baş vermiş yanğın hadisəsi ilə əlaqədar yanğın-texniki müayinə keçirilmiş və müəyyən edilmişdir ki, yaşayış binası Dövlət Qəbul Komissiyası tərəfindən qəbul olunmadan istismar olunur, yaşayış binasının mərtəbələrində daxili yanğın su kranları quraşdırılmamışdır, yaşayış binasında tüstüsorucu və havabasıcı qurğularquraşdırılmamışdır,yaşayış binasının zirzəmi mərtəbəsində avtomatikm yanğın söndürmə qurğusu, tüstüsorucusu ventilyasiya sistemi və daxili yanğın su kranları quraşdırılmamışdır, yaşayış binasının mərtəbələrinin dəhlizlərində və qeyri-yaşayış sahələrində avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu quraşdırılmamışdır, mövcud su hovuzunun üzərində tikinti işləri aparılmış və yanğın avtomobillərinin su götürməsi məhdudlaşdırılmışdır, binanın bütün elektrik təsərüfatının izolyasiyasının gərginliyinə müqavimətinin dözümlüyü barədə mütəxəssislər tərəfindən yoxlama keçirilib sazlığı barədə sınaq protokolu tərtib olunmamışdır, kommunikasiya xətlərinin keçdiyi yerlər passiv yanğınsöndürmə vasitələri ilə təmin edilməmişdir, bina odsöndürən balonlarla və yanğınsöndürmə topları ilə təmin edilməmişdir, qeyd olunan çatışmaqlıqların aradan qaldırılması istiqamətində təxirə salınmaz tədbirlərin görülməsi və görülmüş işlərlə əlaqədar 3-cü ərazi X38 idarəsinə məlumat verilməsi tələb olunmuş,əks təqdirdə baş verə biləcək hər hansı bir yanğın hadisəsinin məsuliyyətinin Cavabdeh MTK-nın üzərinə düşəyi barədə xəbərdarlıq etmişlər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh MTK xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmış, təşkilati-hüquqi forması kooperativ, nizamnamə kapitalının miqdarı 200 manat olmaqla xx.xx.2022-ci il tarixdə Çıxarış verilmiş, Cavabdeh MTK-nın təsisçiləri X19, X23, X5, X44 oölu, X33, X22 və X28, qanuni təmçilsi X15r. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-289/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, analoji iş üzrə müəyyən edilmişdir: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin müraciətə baxılması barədə Bakı şəhəri, Xətai rayonu, X47 küçəsi, 2319-cu məhəllə ünvanında yerləşən bina sakinlərinə verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunun surətindən görünür ki, müraciətdə qeyd olunan çoxmənzilli yaşayış binasının istismara qəbul edilməməsi ilə bağlı bildirilmişdir ki, bundan əvvəl yuxarıda göstərilən ünvandan Nazirliyə daxil olmuş vətəndaş Xanlar Məmmədovun eyni məzmunlu müraciəti əsasında Nazirlik tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu məktubu göndərilmişdir. Komitədən verilən məlumata əsasən Cavabdeh MTK (keçmiş Cavabdeh kiçik müəssisəsi) tərəfindən inşa edilmiş 16 mərtəbəli 3 girişli yaşayış binası Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 247 nömrəli (bənd 44) Sərəncamının tələbinə əməl edilmədən, yəni yaşayış binasının tikintisi qeydiyyatdan keçirilmədən inşa edilmiş və dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilmədən 2009-cu ildən məskunlaşdırılmışdır. Həmçinin bildirilmişdir ki, hazırda tikintisinə icazə tələb olunan obyektlərin istismarına icazə verilməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014cü il 16 sentyabr tarixli 309 nömrəli “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısfnın təsdiq edilməsi haqqında Qərarı”nın tələblərinə uyğun olaraq zəruri sənədlər tam tərkibdə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na əsasən tikinti obyektinə dair kod təqdim edildikdən sonra həyata keçirilir. Bununla əlaqədar, Cavabdeh MTK tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinə uyğun olaraq zəruri sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surətlərinin tam tərkibdə elektron qaydada /e:tikinti.gov.az/ internet səhifəsinə daxil olmaqla təqdim edilməsi məqsədəuyğun hesab olunur. Eyni zamanda, sözügedən məsələyə dair Nazirliyin sorğu məktubuna cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən bildirilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyi və X38 Xidməti tərəfindən sözügedən çoxmənzilli bina problemlərin (təhlil qrupunun rəyinin olmaması, yanğından mühafizə sistemində və kommunikasiya təminatında (lift, qaz, su və kanalizasiya) nöqsanlar) olması səbəbindən istismara qəbul edilməmişdir. Bununla əlaqədar, çoxmənzilli binada qısa müddət ərzində rəydə qeyd olunmuş texniki problemlərin aradan qaldırılması Fövqəladə Hallar Nazirliyi tərəfindən Cavabdeh MTK rəhbərliyinin nəzərinə çatdırılmış və lazımi tövsiyələr verilmişdir. Çoxmənzilli binada mənzillərin çıxarışlarla təmin olunması məsələsi ilə bağlı bildirilir ki, qeyd olunan ünvanda yerləşən çoxmənzilli yaşayış binasına dair dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi barədə “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı” və ya binanın istismarına icazə sənədi verildikdən sonra sözügedən məsələyə qanunamüvafiq qaydada baxılması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında' Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə uyğun olaraq mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əlavə edilməklə ərizə ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhərində yerləşən hər hansı bir mərkəzinə müraciət olunmalıdır. Çoxmənzilli binanın idarə olunmasına etinasız münasibət göstərilməsi ilə bağlı qeyd edilir ki, qeyd olunan çoxmənzilli binanın ümumi əmlakının saxlanması və sakinlər üçün normal mənzilkommunal xidmətlərinin təmin edilməsi, eləcə də müraciətdə qaldırılan məsələlərin həlli məqsədilə binada Mənzil Məcəlləsinin müddəalarına uyğun sahə mülkiyyətçilərinin yaxından iştirakı ilə idarəetmənin təşkili məqsədəuyğun hesab olunur. Eyni zamanda bildirilmişdir ki, müraciət olunduğu təqdirdə Nazirliyin aidiyyəti əməkdaşları tərəfindən çoxmənzilli binada idarəetmənin təşkili istiqamətində köməklik göstəriləcəkdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023cü il tarixli müraciətə baxılması barədə verilmiş cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X47 küçəsi, 23/19-cu məhəllə ünvanında inşa edilmiş yaşayış binasında yerləşən mənzillərin sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı ərizənin cavablandırılmaması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətə (daxilolma qeydiyyatı: 3-21/3-5- 44178/2023, xx.xx.2023-cü il) aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, X47 küçəsi, 23/19-cu məhəllə ünvanında yerləşən çoxmənzilli yaşayış binasına dair dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi barədə “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı” və ya binanın istismarına icazə sənədi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli kollektiv müraciətlərə baxılmasının nəticəsi barədə verilmiş cavab məktubunun surətindən görünür ki, ünvan 9 ünvanında Cavabdeh (MTK) tərəfindən inşa edilmiş çoxmənzilii binanın istismara qəbul edilməməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatından və birbaşa daxil olmuş kollektiv müraciətlərə (daxilolma qeydiyyatları: İN-D/O- KOL-200/2022, xx.xx.2022-ci il, İN-D/O-KOL-200/2022/2, xx.xx.2022-ci il) İqtisadiyyat Nazirliyində baxılmışdır. Eyni zamanda sözügedən məsələyə dair Nazirliyin sorğu məktubuna cavab olaraq Bakı şəhəri Xətai Rayon icra Hakimiyyətindən bildirilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyi və X38 Xidməti tərəfindən sözügedən çoxmənzilli bina problemlərin (təhlil qrupunun rəyinin olmaması, yanğından mühafizə sistemində və kommunikasiya təminatında (lift, qaz, su və kanalizasiya) nöqsanlar) olması səbəbindən istismara qəbul edilməmişdir. Bununla əlaqədar çoxmənzilli binada qısa müddət ərzində rəydə qeyd olunmuş texniki problemlərin aradan qaldırılması Fövqəladə Hallar Nazirliyi tərəfindən Cavabdeh MTK rəhbərliyinin nəzərinə çatdırılmış və lazımi tövsiyyələr verilmişdir. Qeyd olunanlarla yanaşı bildiririk ki, sözügedən yaşayış binası müvafiq icra hakimiyyəti orqanı tərəfindən istismara qəbul edildikdən sonra həmin binada mənzillərə dair hüquqmüəyyənedici sənədləri ərizəyə əlavə etməklə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə hüquqların qeydiyyata alınması məsələsinə baxılacaqdır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2014-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X13 vərəsələri X23, X2r. Onlara bərabər hissədə qalmış miras əmlak : X20 məxsus Cavabdeh MTK-da olan 60 faiz təşkil edən nizamnamə kapitalından ibarətdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi haqqında verilmiş cavab məktubundan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində X13 (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə, X12 (VÖEN: **********) xx.xx.2013-cü il tarixdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçota alınmaları barədə məlumat mövcuddur. Məlumat bazasına əsasən X12 uçota alınarkən fəaliyyət növünün “Digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri” olması, xx.xx.2023-cü il tarixdə tərəfindən təqdim edilmiş məlumat dəyişikliyi ərizəsinə əsasən fəaliyyət növünün “Ev təsərrüfatında təmizlik” fəaliyyətinə dəyişdirilməsi və hazırda vəziyyətinin aktiv olması barədə məlumat mövcuddur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi haqqında verilmiş cavab məktubundan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində X13 (VÖEN: **********) vergi uçotunun vəfat etməsi səbəbindən xx.xx.2022-ci il tarixdə ləğv edilməsi barədə məlumat mövcuddur. Dövlət vergi xidmətinin bazasına əsasən Rövşən Rüstəmov “ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı” fəaliyyət növü üzrə vergi uçotuna alınmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllədə (məhəllə 23/19, ev 3) inşa edilmiş 16 mərtəbəli, 3 girişli yaşayış binasının tikintisini həyata keçirən subyektlərə (hüquqi və ya vergi orqanlarında qeydiyyata alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) dair məlumatların (ad, qeydiyyat ünvanı, VÖEN, işlərin aparılması müddəti) verilməsi barədə müraciətə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılaraq, bildirilmişdir ki, Komitənin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39- cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 110.4. Mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyriyaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. 110.5. Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir. 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2 Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3 Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 8.0.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri- yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) dövlət qeydiyyatı üçün əsaslarından biridir. 8.0.9.2. Çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010- cu il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, X47 küçəsi, 2319-cu məhəllə ünvanında inşa edilmiş çoxmərtəbəli bina istismara qəbul aktının alınmamasına baxmayaraq, sakinlərin istifadəsinə verilmişdir. İddiaçılar tərəfindən həmin binanın tərkib hissəsi olan müvafiq mənzillərin inşasına dair bağlanılmış müqavilələrin surətləri məhkəməyə təqdim edilmişdir. Həmin müqavilələrdən görünür ki, müvafiq mənzillər tikildikdən sonra iddiaçılara təhvil verilməli və iddiaçılar isə mənzillərin dəyərini ödəməlidir, yəni, mənzil tikintisi ilə bağlı iddiaçılarla bağlanmış müqavilələr podrat müqavilələridir. Podrat müqaviləsinə əsasən, tikilmiş mənzilləri iddiaçılara təhvil verməklə yanaşı, podratçı həm də, mənzillərə dair mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədləri iddiaçılara təhvil vermək öhdəliyi daşıyır. Cavabdehin müvafiq sənədləri təqdim etməməsi nəticəsində iddiaçıların əmlak hüquqları pozulur və onlar mənzillərini öz adlarına dövlət qeydiyyatına ala bilmirlər. Bundan başqa podrat münasibətlərində podratçının “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə vermək” öhdəliyi mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan ağlabatan bütün hərəkətlərin də icrasını, o cümlədən, binanın istismara qəbul aktının alınması üçün müvafiq dövlət orqanına podratçının müraciətini də nəzərdə tutur. Həmçinin iddiaçılarla podrat müqavilələrinin X27, X28 və ya X22 arasında bağlanması, yəni, eyni binanın tərkib hissələri olan müxtəlif mənzillərin inşası ilə bağlı yaranmış podrat münasibətlərində tərəfin (podratçının) dəyişməsi tikilmiş mənzillərə dair əmlak hüquqlarının qeydiyyatı üçün zəruri sənədlərin verilməsi və binanın istismara qəbulu ilə bağlı müəyyən hərəkətlərin edilməsi ilə bağlı podratçının ümumi vəzifələrinə təsir etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsində qanuniverici tərəfindən ifadə olunmuş mövqe ondan ibarətdir ki, tikintisi başa çatmayan binanın tərkib hissəsinin əldə olunması ilə bağlı yaranmış podrat münasibətlərində podratçının dəyişməsi tərəflərin arasında yaranmış münasibətlərə podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Bundan başqa, həmin maddədə qanunverici tərəfindən müəyyən edilmişdir ki, binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq podratçının öhdəsinə düşən vəzifələrdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçılarla podrat müqavilələrinin X27, X28 və ya X22 arasında bağlanmasından asılı olmayaraq onlar kooperativin üzvü hesab olunur. Belə ki, yuxarıda istinda edilən normaların məzmunundan göründüyü kimi, yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş və mənzilin dəyərini ödəyən istənilən şəxs avtomatik olaraq kooperativin üzvü hesab olunur. Yəni, mənzil tikinti koopartivinə üzv olmayan şəxsin ilki olaraq mütləq qaydada "xxxx" MTK-nın üzvü olduqdan sonra yaşayış sahəsinin verilməsi barədə ümümi yığıncağın qərarının verilməsi barədə imperativ qayda qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, iddiaçıların bir qismi mənzillərə pay haqqının əldə edilməsinə dair müqaviləni Cavabdeh MTK ilə deyil, MTK-nın ilkin sədri fiziki şəxs X32 ilə bağlamış olsalar belə, müvafiq mənzillərə dair müqavilələr bağlandığı tarixdən həmin mənzillər iddiaçıların faktiki istifadəsində və sahibliyindədir. Yəni, iddiaçılar mənzilin dəyərini, yəni pay haqqını tam ödəməklə bilavasitə MTK-nın üzvləri hesab olunmuşlar. Şərh edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçıların mənzil tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi və “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Aərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2014-cü il tarixli 309 nömrəli qərarında tələb olunan bütün tikinti sənədlərini müraciətə əlavə etməklə Bakı şəhəri, Xətai rayonu, X47 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və istismar aktının alınması öhdəliyinin cavbdeh Cavabdeh MTK-nın üzərinə qoyulması tələblərinə dair iddiası əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı8, İddiaçı6, İddiaçı7, İddiaçı4, İddiaçı9, İddiaçı10 və İddiaçı11 mənzil tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi və “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Aərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2014-cü il tarixli 309 nömrəli qərarında tələb olunan bütün tikinti sənədlərini müraciətə əlavə etməklə Bakı şəhəri, Xətai rayonu, X47 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və istismar aktının alınması öhdəliyi cavbdeh Cavabdeh MTK-nın üzərinə qoyulsun. 100 manat dövlət rüsumunun əvəzi cavbdeh Cavabdeh MTK-dan tutularaq İddiaçı5 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar