Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-468/2025 13.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə) qarşı öhdəliyin icra edilərək mənzillərin və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4241/2024 nömrəli, 15 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 16 mart 2012-ci il tarixdə bağlanmış Cavabdeh ünvan 1 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 95.75 kvadrat metrdən ibarət olan, 2 otaqdan ibarət 70 saylı mənzilə dair, 16 mart 2012-ci il tarixdə bağlanmış Cavabdeh ünvan 1 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun, 14cü mərtəbəsində yerləşən, ümumi sahəsi 95.75 kvadrat metrdən ibarət olan, 2 otaqdan ibarət 76 saylı mənzilə dair, 26 iyun 2012-ci il tarixdə bağlanmış Cavabdeh ünvan 1 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 1-ci blokunun, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 93.50 kvadrat.metrdən ibarət olan, 2 otaqdan ibarət 22 saylı mənzilə dair, 26 iyun 2012-ci il tarixdə bağlanmış Cavabdeh ünvan 1 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 1-ci blokunun, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 120 kvadrat.metrdən ibarət olan, 3 otaqdan ibarət 38 saylı mənzilə dair, 26 iyun 2012-ci il tarixdə bağlanmış Cavabdeh ünvan 1 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 114.83 kvadrat metrdən ibarət olan, 3 otaqdan ibarət 13 saylı mənzilə dair və 26 iyun 2012-ci il tarixdə bağlanmış Cavabdeh ünvan 1 ünvanda inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun, 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kvadrat.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə dair müqavilələr üzrə öhdəliklər Cavabdeh ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) tərəfindən icra edilsin, həmin mənzillər və qeyri-yaşayış sahəsi Cavabdeh ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) tərəfindən İddiaçı təhvil verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdehndən ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən) tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdehnə ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə) qarşı öhdəliyin icra edilərək mənzillərin və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış ünvan 2 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binadan xx.xx.2012-ci il tarixli 2-ci blok, 13-cü mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 70 saylı mənzilin alqı-satqısına dair, xx.xx.2012-ci il tarixli 2-ci blok, 14-cü mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 76 saylı mənzilin alqı-satqısına dair, xx.xx.2012-ci il tarixli 1-ci blok, 5-ci mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilin alqı-satqısına dair, xx.xx.2012-ci il tarixli 1-ci blok, 8-ci mərtəbə, 120 kv.m sahəli, 3 otaqlı, 38 saylı mənzilin alqı-satqısına dair, xx.xx.2012-ci il tarixli 3-cü blok, 2-ci mərtəbə, 114.83 kv.m sahəli, 3 otaqlı, 13 saylı mənzilin alqı-satqısına dair, xx.xx.2012-ci il tarixli binasının 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilələr üzrə öhdəliklərin icra edilərək ünvan 2 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blok, 13-cü mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 70 saylı mənzilin, 2-ci blok, 14-cü mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 76 saylı mənzilin, 1-ci blok, 5-ci mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilin, 1-ci blok, 8-ci mərtəbə, 120 kv.m sahəli, 3 otaqlı, 38 saylı mənzilin, 3-cü blok, 2-ci mərtəbə, 114.83 kv.m sahəli, 3 otaqlı, 13 saylı mənzilin, 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 002427 saylı, xx.xx.2002-ci il tarixli şəhadətnaməyə əsasən Xırdalan şəhəri, Axundov küçəsi, ev 39 ünvanında yerləşən hamam mülkiyyət hüquqları üzrə İddiaçı tərəfindən alınmışdır. xx.xx.2008-ci il tarixdə Bakı şəhər 27 saylı Notariat Kontorunda bağlanmış 3m-293 nömrə ilə reyestrdə qeydə alınmış öhdəlik müqaviləsinə əsasən iddiaçı Xırdalan şəhəri, Axundov küçəsi, ev 39 ünvanında yerləşən hamamın yerləşdiyi 3444 kv.m torpaq sahəsini yaşayış binasının tikilməsi üçün Cavabdeh MMC-yə verməsini öhdəsinə götürmüş, Cavabdeh MMC isə tikiləcək binadan İddiaçı 1011,16 kv.m yaşayış sahəsi verəcəyini öhdəsinə götürmüşdür. İddiaçıya məxsus Xırdalan şəhəri, Axundov küçəsi, ev 39 ünvanında yerləşən hamamın yerləşdiyi 3444 kv.m torpaq sahəsində Cavabdeh MMC tərəfindən yaşayış binası tikilmiş, 2012-ci il tarixdə qarşılıqlı razılaşmaya əsasən iddiaçıya cavabdeh tərəfindən 520 kv.m yaşayış sahəsi, 202 kv.m qeyri-yaşayış sahəsi verilmişdir. Cavabdeh MMC-nin ünvan 2 ünvanında inşa etdiyi 15 mərtəbəli yaşayış binasından Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış və cəmiyyətin direktoru X1 imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 2 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasının 2-ci blokunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 95.75 kv.m olan 2 otaqlı, 70 saylı mənzili hər kv.m üçün 500 manata, ümumi məbləği 47.875 manata iddiaçıya satmışdır. xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 2 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasının 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 95.75 kv.m olan 2 otaqlı, 76 saylı mənzili hər kv.m üçün 500 manata, ümumi məbləği 47.875 manata iddiaçıya satmışdır. xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 2 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 93.50 kv.m olan 2 otaqlı, 22 saylı mənzili hər kv.m üçün 500 manata, ümumi məbləği 46.750 manata iddiaçıya satmışdır. xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 2 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasının 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 120 kv.m olan 3 otaqlı, 38 saylı mənzili hər kv.m üçün 500 manata, ümumi məbləği 60.000 manata iddiaçıya satmışdır. xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 2 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasının 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 114.83 kv.m olan 3 otaqlı, 13 saylı mənzili hər kv.m üçün 500 manata, ümumi məbləği 57.415 manata iddiaçıya satmışdır. xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 2 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasının 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyri-yaşayış sahəsini, hər kv.m üçün 1.000 manata, ümumi məbləği 202.000 manata iddiaçıya satmışdır. Müqavilələrin 3.1-ci bəndindən görünür ki, satıcı müqavilənin 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini 24 ay müddəti ərzində tamamlayıb alıcıya təhvil verir. Qeyd edilən mənzillərə və qeyri yaşayış sahələrinə görə Cavabdeh MMC-nin iddiaçıya təqdim etdiyi xx.xx.2012-ci il və xx.xx.2012-ci il tarixli öhdəliklərdən müəyyən olunur ki, ünvan 2 ünvanında inşa edilən yaşayış binasında yerləşən mənzillərə və qeyri- yaşayış sahəsinə görə İddiaçı qalıq borcu yoxdur. Bu müqavilə tikintinin torpağı ilə əvəzləşdirilmişdir. Göründüyü kimi, hazırda Cavabdeh MMC iddiaçı ilə aralarında olan müqavilələr əsasında üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir, müqavilədə göstərilən mənzilləri və qeyri-yaşayış sahəsini iddiaçının istifadəsinə vermir. Cavabdeh MMC-nin iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Cavabdeh MMC-yə bildiriş göndərilərək, 1. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış ünvan 2 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binadan a. xx.xx.2012-ci il tarixli 2-ci blok, 13-cü mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 70 saylı mənzilin alqı-satqısına dair, b. xx.xx.2012-ci il tarixli 2-ci blok, 14-cü mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 76 saylı mənzilin alqı-satqısına dair, c. xx.xx.2012-ci il tarixli 1-ci blok, 5-ci mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilin alqı-satqısına dair, d. xx.xx.2012-ci il tarixli 1-ci blok, 8-ci mərtəbə, 120 kv.m sahəli, 3 otaqlı, 38 saylı mənzilin alqı-satqısına dair, e. xx.xx.2012-ci il tarixli 3-cü blok, 2-ci mərtəbə, 114.83 kv.m sahəli, 3 otaqlı, 13 saylı mənzilin alqı-satqısına dair, f. xx.xx.2012-ci il tarixli binasının 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilələr üzrə öhdəliklərin icra edilməsi, 2. ünvan 2 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blok, 13-cü mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 70 saylı mənzilinin, 2-ci blok, 15-ci mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 76 saylı mənzilinin, 1ci blok, 5-ci mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilinin, 1-ci blok, 8-ci mərtəbə, 120 kv.m sahəli, 3 otaqlı, 38 saylı mənzilinin, 3-cü blok, 2-ci mərtəbə, 114.83 kv.m sahəli, 3 otaqlı, 13 saylı mənzilinin, 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzilə olan alıcı, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, 3. ünvan 2 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blok, 13-cü mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 70 saylı mənzilinin, 2-ci blok, 15-ci mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 76 saylı mənzilinin, 1-ci blok, 5-ci mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilinin, 1-ci blok, 8-ci mərtəbə, 120 kv.m sahəli, 3 otaqlı, 38 saylı mənzilinin, 3-cü blok, 2-ci mərtəbə, 114.83 kv.m sahəli, 3 otaqlı, 13 saylı mənzilinin, 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyriyaşayış sahəsindən İddiaçı istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması xahiş olunmuşdur. Lakin cavabdeh tərəfindən bildirişə yazılı cavab verilməmiş, razılıq əldə olunmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh MMC Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış bütün müqavilələr 2012-ci il tarixdə imzalanmışdır. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Göründüyü kimi bağlanmış müqavilə daşınmaz əmlakının alqı-satqısı müqaviləsi olduğu halda mülki qanunvericiliyə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə Mülki Məcəllənin 394-cü maddəsinə əsasən notariat qaydasında təsdiqlənməli idi. Lakin iş materiallarında belə bir sənəd mövcud deyil və məhkəmədə bu fakta ümumiyyətlə münasibət bildirməmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi tərəflər arasında mülki qanunvericiliyə uyğun olaraq mənzilin tikilib təhvil verilməsi barədə podrat müqaviləsi deyil, yalnız alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki qanunvericiliyə uyğun olaraq hər hansı bir əsasla tərəflər arasında bir öhdəliyin yaranması üçün hüquq münasibəti mövcud olub bu halda bir neçə məsələyə diqqət yetirilməlidir; Əvvəla təşkilati hüquqi formasından da göründüyü kimi Cavabdeh MMC məhdud məsuliyyətli cəmiyyət olub ki hazırda da belə fəaliyyətini (Hasil-2022 MMC kimi) davam etdirir və bu halda isə tərəflər arasında daşınmaz əmlaka dair bağlanmış müqavilə qanunvericiliyin tələbinə əsasən yalnız notarial qaydada təsdiq edilməli idi. Göründüyü kimi, tərəflər arasında bağlanmış 2012-ci il tarixli müqavilələr əhəmiyyətsiz olduğu üçün bağlandığı andan etibarsız hesab edilməlidir. Yəni bu müqavilənin etibarsızlığı üçün onun mübahisələndirilməsinə heç bir hüquqi cəhd göstərilməsinə ehtiyac yoxdur. Belə ki, Mülki Məcəllənin 144.1-ci maddəsinin mətninə görə “Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir”. Hazırkı iş materiallarına əlavə edilmiş müqavilədən və “öhdəlik”dən görünür ki, daşınmaz əmlakın alqı-satqısına dair müqavilə notairat qaydada bağlanmalı olduğu halda iddiaçı fiziki şəxslə cavabdeh hüquqi şəxs bu müqaviləni adi yazılı qaydada bağlamışdır. Lakin təşkilati hüquqi forması MMC olan hüquqi şəxslər öz balanslarında olan əmlakı adi müqavilə ilə deyil, notariat qaydada alqı-satqı müqaviləsi bağlamaq yolu ilə özgəninkiləşdirə bilərlər. Bunun üçün onlar öncə həmin mənzil üzərində mülkiyyət hüquqlarını Məhdud Məsuliyyətli Cəmiyyətin adına daşınmaz əmlakın dövlət reyestində qeydiyyata aldırmalı, daha sonra isə onun üzərində sərəncam verərək onu sata bilərlər. Lakin iş materiallarından da göründüyü kimi cavabdeh əmlakın üzərində öz mülkiyyət hüququnu qeydiyyat aldırmamış, yəni əmlak üzərində faktiki və hüquqi olaraq mülkiyət hüququ yaranmamış ona sərəncam vermiş və sərəncam hüququ notairat qaydada reallaşdırılmamışdır. Bu halda müqavilə mövcud mülki qanunvericiliyə əsasən bağlandığı andan, mübahisələndirilib-mübahisələndirilməsindən asılı olmayaraq əhəmiyətsiz olduğu üçün etibarsızdır. Müqavilə bağlanmadığı halda öhdəliyin yaranması üçün mülki qanunvericilik yalnız zərər vurulma və əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində öhdəliyin əmələ gəlməsini mümkün sayıb. Cavabdeh vəzifəli şəxsləri tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qeyrilərinin vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmələrində və xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində köməkçi qismində iştirak etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 308.2, 32.5, 308.2, 32.4, 312.1, 313 və 35.4, 313-cü maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 nömrəli hökmü ilə təqsirli bilinmişlər. Göründüyü kimi “Hasil MMC” ilə mənzil alqı-satqısı haqqında müqavilə bağlanarkən cavabdeh və qeyriləri aldadılaraq və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişlər. Bu baxımdan iddiaçı ilə “Hasil MMC” arasında mənzil və qeyri-yaşayış sahəsinə dair müqavilələr bağlanarkən həmin daşınmaz əmlakların mövcud olmadığını məhkəmə qətnaməsinin 4-cü səhifəsinin 1-ci abzasında iddiaçı özü həmin daşınmaz əmlakları aldıqları vaxt mövcud olmadığını yəni binanın tikilmədiyi qeyd etmələrinə baxmayaraq, məhkəmə nəzərə almamışdır ki, məhdud məsuliyyətli cəmiyyət inşa edilməmiş binada yəni konkret olaraq layihəsi belə həmin dövrdə mövcud olmayan binanın müxtəlif mərtəbələrində mənzil və qeyri yaşayış sahələrini hansı əsasla sata bilərdi. Göründüyü kimi ənazından məhkəmə tərəflərin vəsatəti və yaxud öz təşəbbüsü ilə inşası hələ də bitməmiş həmin binaya yerində baxış keçirib həmin binada iddiaçı ilə bağlanmış müqavilələrdə qeyd edilən sahələrin həqiqətən (həmin mərtəbələrdə həmin ölçülərdə həmin nömrəli mənzillərin) mövcud olub olmamasını araşdırmalı idi. Məhkəmə qeyri-müəyyən tələblə bağlı iddia tələbini araşdırmadan gələcəkdə icrası mümkün olmayan qərar qəbul etməklə vətəndaşla müəyyən dövlət və digər qurumları qarşı qarşıya qoyan qanunsuz qərar qəbul etmişdir ki, bu da vətəndaşın ağlabatan müddətdə hüquqlarının məhkəmə qaydasında təmin olunmasında çətinliklər yaratmışdır. Hazırki iş üzrə iddianın obyektiv və qanuni həlli baxımından qeyd edilənlərin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir ki, məhkəmə bu faktla bağlı qanunla üzərinə düşən vəzifəni icra etməmişdir. Üçüncüsü Mülki Məcəlləni 135-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər. Həmçinin Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göründüyü kimi isə daşınmaz əmlakla bağlı müqavilə notarial qaydada təsdiq edilməmiş və məhkəmə isə bu fakta heç bir münasibət bildirməmişdir. Dördüncüsü: bildirir ki, məhkəmə 22 saylı mənzilə Çinarə Quliyeva adlı vətəndaşın hüquqlarının tanınması ilə bağlı Ali Məhkəmənin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci tarixli 2(012)-498/2021 nömrəli qərarının mövcud olduğunu bildiyi halda həmin (qərarda göstərilən) 22 saylı mənzilin iddia ərizəsində qeyd edilən 22 saylı mənzillə eyni olmasını qeyd etməsinə baxmayaraq, güya mərtəbə fərqi olması bəhanəsi ilə hazırki mübahisə predmetini təşkil etmədiyini qeyd etmişdir. Lakin hamıya bəlli olan halların sübuta ehtiyacı yoxdur fikrini rəhbər tutaraq bildirmək istəyir ki, eyni binanın eyni girişində həm 5-ci həm də 7-ci mərtəbədə 22 saylı mənzilin mövcud olması mümkün deyil. Lakin bu faktı məhkəmə özü bilə-bilə yanlış subyektiv mövqe nümayiş etdirərək nəzərə almamışdır. İddiaçı 2012-ci il tarixli müqavilələrə istinad edərək mənzillərin və qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə iddia ərizəsi ilə hazırda məhkəməyə müraciət etməsi ilə bağlı bildirir ki, bu tip işlər üzrə mülki qanunvericiliklə tənzimlənən iddia müddətini iddiaçı ötürmüşdür. Lakin məhkəmə qətnaməsindən göründüyü kimi məhkəmə yalnız işə aidiyyəti olmayan qanunvericilik aktlarını sadalamaqla qətnaməsini hüquqi cəhətdən əsaslandırmağa çalışmış, lakin yekunda tamamilə əsassız və qanunsuz qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Qətnamənin 4-cü səhifəsinin İ abzasında məhkəmə iddiaçıya məxsus torpaq sahəsinin cəmiyyətin gələcəkdə inşa edəcəyi binada olan mənzillərlə əvəzləşdirəcəyi barədə ifadəsinə dair yerli baxış keçirmədən ünvan 3 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 95.75 kvadrat.metrdən ibarət olan, 2 otaqdan ibarət 70 saylı mənzilin, 15 mərtəbəli yaşayış binasının 2- ci blokunun, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 95.75 kvadrat.metrdən ibarət olan, 2 otaqdan ibarət 76 saylı mənzilə dair, 15 mərtəbəli yaşayış binasının 1-ci blokunun, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 93.50 kvadrat.metrdən ibarət olan, 2 otaqdan ibarət 22 saylı mənzilə dair, 15 mərtəbəli yaşayış binasının 1-ci blokunun, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 120 kvadrat.metrdən ibarət olan, 3 otaqdan ibarət 38 saylı mənzilə dair, 15 mərtəbəli yaşayış binasının 3-cü blokunun, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 114.83 kvadrat.metrdən ibarət olan, 3 otaqdan ibarət 13 saylı mənzilə dair və 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun, 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kvadrat metrdən ibarət olan qeyri-yaşayış sahəsinin mövcud olub-olmamasını müəyyən etməmişdir. Bununla da məhkəmə düzgün nəticəyə gəlməmiş, gələcəkdə icrası mümkün olmayan qərar qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı ilə Cavabdeh arasında 17 oktyabr 2008-ci il və xx.xx.2012-ci il tarixli müqavilələrin bağlanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia öhdəliyin icra edilərək mənzillərin və qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbi barədədir. İşdən göründüyü kimi tərəflər arasında bağlanmış 17 oktyabr 2008-ci il tarixli öhdəlik müqaviləsinə əsasən iddiaçı 3444,0 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsini yaşayış binası tikilməsi məqsədilə Cavabdeh MMC-yə vermiş, sonuncuda öz növbəsində 1011,16 kv.m yaşayış sahəsini İddiaçı təhvil verməyi öhdəsin götürmüş və bu müqavilə notarial qaydada təsdiqlənmiş, daha sonra tərəflərin xx.xx.2012-ci il tarixdə bağladıqları müqavilələrə əsasən Cavabdeh MMC 5 (beş) yaşayış və 1 (bir) qeyri-yaşayış sahəsini İddiaçı torpaqla əvəzləşdirilməklə təhvil verilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı əmlakı Cavabdeh MMC yaşayış binası tiklməsi üçün verməsi və qarşılığında ona təhvil verilməsi razılaşdırılmış sahələri notarial qaydada təsdiqlənmiş müqavilə əsasında müəyyənləşdirilməklə, 2012-ci ildə bağlanmış podrat müqaviləsi ilə və həmin müqavilələrə əlavə edilmiş öhdəliklərdə tikintinin torpaqla əvəzləşdirilməsi açıq şəkildə göstərilmişdir. Lakin Cavabdeh MMC tikinti işlərini müqavilə müddətində başa çatdırmaqla yaşayış və qeyri-yaşayış sahəsini İddiaçı təhvil verməli olduğu halda, cavabdeh üzərinə düşən bu öhdəliyi icra etmədiyindən, iddiaçı həmin yaşayış və qeyriyaşayış sahəsinin ona verilməsini tələb etmiş, Cavabdeh MMC isə mənzilərin və ya qeyriyaşayış sahəsinin əvvəlcə MMC-nin mülkiyyətinə keçirilməklə satılmalı olduğunu, müqavilələrin bağlandığı dövrdə binanın tikintisinin aparılmasına dair müvafiq icazələrin alınmadığını, tərəflər arasında bağlanmış öhdəlik müqaviləsinin mövcud olmadığı, iddiaçının tələb etdiyi 4 mənzillə bağlı razılğa gəldiklərini, 202 kv.m qeyri-yaşayış sahəsi ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aydınlaşdırıldıqdan sonra ödənilə biləcəyini, digər (1-ci blok, 5-ci mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilə) bağlı yekun məhkəmə aktının mövcudluğunu bildirərək iddiaya etiraz edir. Cavabdeh MMC-nin mübahisəli əmlaklar üzərində əvvəlcə mülkiyyət hüquqlarını qeydə aldırmaqla adi müqavilə ilə deyil, notariat qaydada təsdiqlənməklə reallaşdırmalı olması, Mülki Məcəllənin 394-cü və 144.1-ci maddələrinə uyğun belə bir müqavilənin, o cümlədən inşa edilməmiş binada layihəsi həmin dövrdə mövcud olmayan binanın müxtəlif mərtəbələrində mənzil və qeyri-yaşayış sahələrin satılmasının xx.xx.2012-ci il tarixli müqavilələrin əhəmiyyətsiz olduğu barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, tərəflər arasında bağlanmış mövcud müqavilələr alqı-satqı deyil, Mülki Məcəllənin 752-ci maddəsində nəzərdə tutulan podrat müqaviləsidir. Həmin maddənin dizpozisiya şərtinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Beləliklə, podrat müqaviləsinə əsasən, iştirakçılardan biri (podratçı) digərinin (sifarişçinin) istəyi ilə müəyyən iş görür və onun maddiləşdirilmiş nəticəsini sifarişçiyə verir. Məlum olduğu kimi, Mülki Məcəllənin 394-cü maddəsində isə daşınmaz əşyanın özgəninkiləşdirilməsi, yəni bir şəxsin mülkiyyətindən başqa şəxsin mülkiyyətinə verilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi qaydası müəyyənləşdirilmişdir. Nəzərə alınmalıdır ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Həmin prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Müqavilə azadlığı prinsipinə görə mülki hüququn subyektləri müqavilə bağlamaqda azaddırlar, yəni tərəfdaş seçməkdə, müqavilənin şərtlərini müəyyən etməkdə və müqavilə əlaqələrinin formasını seçməkdə müstəqildirlər. Qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinin yaranması əsaslarından daha çox tətbiq ediləni müqavilədir və müqavilə mülki hüquq və vəzifələr doğuran əsas hüquqi faktdır. Ona görə də, Mülki Məcəllənin 14.2.1 və 390-ci maddələri qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələrin və başqa əqdlərin bağlanmasına imkan verir. Müqavilə azadlığı mülki hüququn prinsipi olub, ilk dəfə Mülki Məcəllənin 6.1.5-ci maddəsində təsbit olunmuşdur. Bu prinsipin əsasını Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsi təşkil edir. Belə ki, azad iqtisadi fəaliyyət, bazar münasibətləri mülki dövriyyədə müqavilə azadlığını ehtiva edir. Mülki Məcəllənin 390-cı maddəsində müqavilə azadlığı prinsipinin təsbit olunması onun tətbiqini realllaşdırır. Eyni zamanda Mülki Məcəllənin 14.2.8-ci maddəsi mülki dövriyənin iştirakçılarına imkan verir ki, onlar mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar doğuran istənilən hərəkətləri etsinlər. Bu sərbəstlik müqavilə bağlamaqda ifadə olunan hərəkətlərə aiddir. Qeyd olunmalıdır ki, iradə sərbəstliyi və müqavilə azadlığı öz-özlüyündə əqdləri və o cümlədən müqavilələri hansı şəkildə (formada) bağlamaq baxımından bir azadlıq və sərbəstliyi təmin edir. Subyektlər öz şəxsi maraqlarını təmin etmək üçün öz aralarında qurduqları mülki münasibətə kənardan müdaxilə edərək məcburi forma şərtinin qoyulması ictimai mənafe və şəxsiyyətin qorunması üçün zərurət olmadıqca yolverilməzdir. Qanunvericiliyin məqsədi və bu məqsədə xidmət etmək üçün nəzərdə tutulan “iradə sərbəstliyi” və “müqavilə azadlığı” prinsiplərinin təzahürü olan Mülki Məcəllənin “müqavilələrin forması” başlıqlı 406-cı maddəsində də xüsusi qeyd olunmuşdur ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Podrat münasibətlərini tənzimləyən Mülki Məcəllədə isə bu müqavilələr üçün məcburi forma nəzərdə tutulmamışdır. Bu müqaviləsinə əsasən, iştirakçılardan biri (podratçı) digərinin (sifarişçinin) istəyi ilə müəyyən iş görür və onun maddiləşdirilmiş nəticəsini sifarişçiyə verir. Podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Göründüyü kimi, podrat müqaviləsi öhdəlik əmələ gətirən digər qarşılıqlı müqavilələrdə olduğu kimi, onun tərəfləri üçün də tələb hüquq ilə yanaşı öhdəlik əmələ gətirir. Odur ki, podrat münasibətlərində podratçının mütləq mülkiyyətçi olması ilə bağlı imperativ norma mövcud deyil. Əks yanaşma, Mülki Məcəllənin məqsədlərinə (mülki dövriyyə azadlığının təmin edilməsi) və prinsiplərinə (iradə sərbəstliyi və müqavilə azadlığı), “iqtisadiyyatın bazar münasibətləri əsasında inkişafı” və “azad sahibkarlığa təminat verilməsi” ilə bağlı konstitusion göstərişlərin məqsəd və hüquqi funksiyalarına zidd olmaqla yanaşı, gündəlik həyat ehtiyacları uzlaşmır. Bu baxımdan məhkəmə kollegiyası cavadehin nümayəndəsinin yuxarıda göstərilən dəlillərini əsassız hesab edir. Mövcud xx.xx.2012-ci il tarixli müqavilələrdən görünür ki, cavabdeh yaşayış və qeyriyaşayış sahəsini həmin müqavilənin 1.1-ci, 2.1.1-ci və 3.1-ci bəndlərinə uyğun iddiaçıya təhvil verməsini öhdəsinə götürmüşdür. Baxılan iş üzrə birinci instansiya məhkəməsində, eləcə də apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi razılaşmalarına əsasən MMC tərəfindən iddiaçıya yalnız 4 (dörd) mənzilin verilə bilcəyini, digər 202 kv.m. qeyriyaşayış sahəsinin isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aydınlaşdırıldıqdan sonra ödənilə biləcəyini qeyd etmişdir. Apellyasiya baxışında barışıqla bağlı cavabdehin nümayəndəsinin vəsatəti əsasında məhkəmə iclası təxirə salınsa da, növbəti məhkəmə iclasında iştirak edərək iddiaçının nümayəndəsi cavabdehlə razılığa əldə edə bilmədiklərini, buna səbəb cavabdeh tərəfin ona 4 mənzilin müqabilində, 1 mənzil və digər qeyri-yaşayış sahəsindən imtina etməli olduğunu bildirməsidir. Məhkəmə kollegiyası hesab edir ki, dörd mənzilin iddiaçıya təhvil verildiyi halda belə, həmin müqavilə öhdəliyinin tam yerinə yetirilməsi anlamına gəlmir. Mövcud öhdəliyin tam icrası üçün qalan 1 mənzilin və qeyri-yaşayış sahəsində iddiaçıya təhvil verilməsi müqavilə öhdəliyinin tam icrası üçün zəruridir. Mülki Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Həmin Məcəllənin 399.1-ci maddəsində müqavilənin qüvvəyə minməsinin hüquqi nəticəsi onun tərəflər üçün məcburi olması kimi müəyyən olunmuşdur. Müqavilənin tərəflərə məcburi olması onlar üçün hüquq və vəzifələr yaratmasını nəzərdə tutur. Tərəflər müqavilə üzrə vəzifələrini könüllü yerinə yetirmədikdə məhkəmə qaydasında buna məcbur edilirlər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Mülki Məcəllənin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə icra etməlidirlər. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1. maddəsi). Qeyd olunmalıdır ki, müqavilədən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Cavabdehin nümayəndəsinin istər birinci instansiya məhkəməsində icraat zamanı 15 noyabr 2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında, istərsə də apellyasiya şikayətində iddiaçının təhvil verilməsini tələb etdiyi 1-ci blok, 5-ci mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilin qüvvədə olan məhkəmə qərarına əsasən başqa şəxsə məxsus olduğu və bu məqsədlə cavabdeh tərəfindən iddiaçıya yalnız 4 mənzil verilə bilməsi barədə dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə X2 təhvil verilməli olan ümumi sahəsi 93,50 kv.m. olmaqla 2 otaqdan ibarət 22 saylı mənzil Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının tələb etdiyi 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzil həmin binanın 1-ci blokunun 5-ci mərtəbəsində yerləşməklə qeyd olunan mənzillə eynilik təşkil etmir. Odur ki, Çinarə Quliyevanın mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlili ilə də məhkəmə kollegiyası razılaşmayaraq hesab edir ki, həmin mənzillə mövcud tələbdə göstərilən mənzil arasında eynilik olmadığından, başqa sözlə mərtəbə fərqi olduğundan, mövcud tələbə baxılması Çinarə Quliyevanın hər hansı bir mənafeyini pozmadığından, sonuncunu bu iş üzrə cəlb edilməsi zərurəti yoxdur. Müqavilədə göstərilən sahələrin mövcudluğunun yoxlanılması üçün yerli baxış keçirilməsi barədə şikayətin dəlili ilə bağlı da qeyd olunmalıdır ki, cavabdeh müqavilədə göstərilən istər mənzil, istirsə də qeyri-yaşayış sahələrinin mövcud olmadığı barədə hər hansı bir sübut (layihə və s.) məhkəməyə təqdim etməmişdir. Halbu ki, MPM-nin 77.1-ci maddəsinə əsasən öz tələb və etirazının əsası kimi istinad etdiyi halları cavabdeh sübut etməlidir. Əksinə mübahisə ilə bağlı iddiaçı ilə razılığa gəlmək üçün (tələb olunan 4 mənzilin təhvil verilməsi) məhkəmə iclasının təxirə salınmasını xahiş etməsi və sonda mənzillərin mövcud olmadığına görə deyil, məhz digər 1 mənzil və qeyri-yaşayış sahəsindən iddiaçının imtina etmədiyi səbəbindən baş tutmaması, məhz tələb olunan həmin sahələrin mövcudluğunu bir daha təsdiq etməklə, apellyasiya baxışı zamanı həmin sahəyə baxışın keçirilməsi zərurəti aradan qaldırır. Cavabdehin apellyasiya şikayətinin daha bir dəlili isə cinayət işi üzrə zərərçəkmişlərin tələblərinin təmin edilməsi məqsədilə binanın faktiki layihəsində dəyişikliklər edildiyi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Həmin Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Nəzərə alınmalıdır ki, mübahisəli mənzillərin sayı mövcud müqavilələrin 1.1 və 2.2.1ci bəndlərində (5 mənzilin və 1 qeyri-yaşayış sahəsi) açıq şəkildə nəzərdə tutulmuşdur. Mövcud müqavilələr hüquqi baxımdan qüvvədə olmaqla, dəyişdirilmədiyi müddətcə mütləq icra olunmalıdır. İşdən göründüyü kimi xx.xx.2008-ci il tarixdə bağlanmış öhdəlik müqaviləsinə əsasən 3444.0 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin əvəzində çoxmənzilli yaşayış binasının tikilməsi, mənzil və qeyri-yaşayış sahəsinin verilməsi mövzusunda bağlanmış xx.xx.2012-ci il tarixli müqavilələrə əsasən, iddiaçı cavabdeh tərəfə 3444.0 kv.m torpaq sahəsində yerləşən əmlakı vermiş və müqavilənin 1.1 və 2.2.1-ci bəndlərinə uyğun olaraq bunun müqabilində ona 5 ədəd yaşayış (mənzil) və 1 ədəd qeyri-yaşayış sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Bu öhdəlik konkret və şərtsiz şəkildə ifadə olunmuş, tərəflər arasında şübhə doğurmayacaq formada razılaşdırılmışdır. Bu müqavilələrdə tikilinin layihəsində dəyişikliyin aparılması, sahənin azaldılması və sair kimi hallarının mənzillərin sayına təsir edəcəyi heç bir formada nəzərdə tutulmamışdır. Bu isə o deməkdir ki, cavabdeh tərəf öhdəliyini tam şəkildə icra etməlidir. Cavabdeh tərəfin birtərəfli iradəsinə əsasən müqavilə öhdəliyinin dəyişdirilməsi müqavilə münasibətlərinin sabitliyinə zərbə vurmaqla, hüquqi baxımdan qəbuledilməzdir. Çünki tərəflər arasında razılaşdırılmış müqavilə şərtləri tərəflərin razılığı olmadan dəyişdirilə bilməz. Bu dəyişiklik yalnız yeni müqavilə və ya dəyişiklik protokolu ilə rəsmiləşdirilə bilərdi. Belə sənəd isə təqdim edilməmişdir. Tərəflərin arasında bağlanmış öhdəlik müqaviləsinin iş materiallarında olmaması barədə cavabdehin şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, notarial qaydada təsdiq olunmuş 17 oktyabr 2008-ci il tarixli öhdəlik müqaviləsi mülki işin 9-cu səhifəsinə əlavə edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq tərəflər arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi birinci instansiya məhkəməsində yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.İ.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarı). B.Mürsəlovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 2020-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışdırsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahiş əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər. Bu halda, apellyasiya instansiya məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir (Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli və L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli qərarları). Qanunvericilin tələbindən göründüyü kimi iddia müddətinin tətbiqi barədə ərizə yazılı formada yalnız birinci instansiya məhkəməsində təqdim olunmalıdır, bundan istisnaya o halda yol verilir ki, həmin şəxsin barəsində aparılan məhkəmə icraatından məlumatlı olmasın. Lakin cavabdehin nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etsə də, sonuncu tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə yazılı ərizə verilməmişdir. Cavabdehin nümayəndəsinin “AZEMİS” elektron məhkəmə informasiya sisteminə yükləmiş olduğu ərizə münasibətdə isə aydın olur ki, həmin ərizə hazırkı işlə bağlı deyil, Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-2962/2024 nömrəli başqa mülki işlə əlaqədar təqdim edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etməməsi barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Göründüyü kimi üzərinə öhdəlik götürmüş cavabdeh podratçı olaraq razılaşdırılmış işi görməmiş və onun maddiləşdirilmiş nəticəsini iddiaçıya verməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-468/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-468/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver