Məhkəmə qərarları › İş №e-2(011)-5719/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5719/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5719/2024 11.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı "xxxx" MTKnın müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “əmlakın təhvil verilməsi və sair” tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “əmlakın təhvil verilməsi və sair” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-5513/2017 saylı qətnaməsindən göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A-2 blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 124,7 kv.m təşkil edən 29 saylı 3 otaqlı mənzilə və 123,4 kv.m təşkil edən 30 saylı 3 otaqlı mənzilə eləcə də, həmin ünvanda B-1 blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 120 kv.m, 2-ci mərtəbəsində yerləşən sahəsi 120 kv.m olan qeyri yaşayış sahələrinə dair “X19” MTK ilə İddiaçı arasında xx.xx.2007 tarixdə bağlanmış müqaviləyə əsasən, qeyd edilən 2 ədəd yaşayış səhəsi və 2 ədəd qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməsi vəzifəsinin “X19” MTK-ya həvalə edilməsi, “X19” MTK-dan 45000 manatın İddiaçı xeyrinə tutulmasına dair birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “X19” MTK (təsisçi və qanuni təmsilçisi X5) ilə Cavabdeh1 MMC (təsisçi və qanuni təmsilçisi X17) Bakı şəhəri, Xocalı prospekti 32, 1181 məhəllə ünvanında yüksək mərtəbəli binanın tikintisini şərikli olaraq icra etmişlər. Vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində qeyd etdiyi MTK-nın və MMC-nin fəaliyyəti barədə ********* saylı cinayət işi üzrə araşdırma aparılmış, audit yoxlaması keçirilmişdir. Sonra, “X19” MTK ilə Cavabdeh1 MMC arasında xx.xx.2018-ci il tarixdə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1 MMC “X19” MTKnın müəyyən öhdəliklərini, o cümlədən bütün debitor və kreditorlarının icra olunmasını öz üzərinə götürmüşdür. Həmin dövrdə “X19” MTK ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanan müqavilə ləğv edilərək, xx.xx.2018-ci il tarixdə Cavabdeh1 MMC (“Kooperativ”) ilə İddiaçı (“Payçı”) arasında yeni müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Bakı şəhəri, Xocalı prospekti 1181 məhəllə ünvanında inşa edilən yüksək mərtəbəli binada “X19” MTK tərəfindən İddiaçı adına verilmiş A-2 blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m və 124,7 kv.m təşkil edən mənzillərin əvəzinə, eyni ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra C blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62,7 kv.m, 11-ci mərtəbəsində 62,7 kv.m və 16-cı mərtəbəsində 106 kv.m olan yaşayış sahələrini “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini,“Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi oz öhdəsinə götürmüşlər. Müqavilənin “Tərəflər arasında hesablaşmalar”a aid 3-cü bəndində göstərilmişdir ki, C blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62,7 kv.m, 11-ci mərtəbəsində 62,7 kv.m və 16-cı mərtəbəsində 106 kv.m olan yaşayış sahələrinin 1 kv.m-i 850 mnat olmaqla ümumi dəyəri 196690 manat təşkil etdiyindən, əvvəlki müqavilələrdə göstərilən 248,1 kv.m əvəzləşdirməklə qalan 16,7 kv.m əskik olan yaşayış sahəsinə görə “Kooperativ” “Payçı”ya 14195 manat borcundan, qeyri yaşayış sahəsinə görə verilmiş xx.xx.2018-ci il tarixli Müqavilənin 3.2 bəndində qeyd edilmiş 1667 manat borcu çıxmaqla (14195-1667= 12528 manat) qalan 12528 manat təşkil etdiyi üçün “Kooperativ” “Payçı”ya olan qalıq borcunu xx.xx.2019-cu il tarixinədək ödəməyi öz öhdəsinə götürmüşdür. “X19” MTK ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, əvəzləşdirilmiş qeyri-yaşayış sahəsinə görə MTK-nın iddiaçıya 45000 manat pul borcu da icra edilməmişdir. xx.xx.2018-ci il tarixdə imzalanmış müqavilə ilə Cavabdeh1 MMC, “X19” MTK-nın bütün debitor və kreditorlarının icra olunmasını öz üzərinə götürdüyünə görə, həmin pul məbləğinin ödənilməsi vəzifəsi də məhz Cavabdeh1 MMC-nin üzərinə qoyulmalıdır. Binanın tikintisinin başa çatmağına və İddiaçı tərəfindən həmin sahələrin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ödəməyinə baxmayaraq, müqavilədə qeyd edilən əmlakları “Kooperativ” hələ də “Payçı”ya təhvil verməmiş, pul borcunu ödəməmişdir. Cavabdeh1 MMC bu dövrdə yalan vədlər və məlumatlar verərək, qəsdən üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir və nəticədə, iddiaçı müqavilələrin şərtlərinə uyğun olaraq həmin əmlaklara sahib ola bilməmişdir, onlardan gəlir əldə etmək üçün istifadə etmək hüququndan məhrum olmaqla, müəyyən gəlirini itirmişdir. Belə ki, "xxxx" Qiymətləndirmə Şirkətinin verdiyi rəyə görə, 3 illik icarə haqqının əvəzimüəyyən olunur: 1. 240 kv.m qeyri-yaşayış sahəsinə görə - 3000 man*36 ay=108000 (yüzsəkkiz min) manat 2. 2 ədəd 62,7 kv.m yaşayış sahəsinə görə - (800+800)man*36 ay=57600 (əlli yeddimin altı yüz) manat 3. 106 kv.m yaşayış sahəsinə görə - 1200 man.*36 ay=43200 (qırx üç min iki yüz) manat İddiaçı hesab edir ki, Cavabdeh1 MMC-nin qanunsuz hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulduğu üçün, məhkəmə tərəfindən bu məsələyə hüquqi qiymət verilməsi vacibdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Xocalı prospekti 1181 məhəllə ünvanında inşa edilən yüksək mərtəbəli binanın C blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62,7 kv.m, 11-ci mərtəbəsində 62,7 kv.m və 16-cı mərtəbəsində 106 kv.m olan yaşayış sahələrinin Cavabdeh1 MMC-dən alınıb İddiaçı təhvil verilməsi, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın B-1 blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 120 kv.m və 2-ci mərtəbəsində yerləşən sahəsi 120 kv.m olan qeyri-yaşayış sahələrinin Cavabdeh1 MMC-dən alınıb İddiaçı təhvil verilməsi, daşınmaz əmlakın əvəzləşdirməsinə görə yaranan 45000 manat və 12528 manat pul borcu, əldən çıxmış faydaya görə icarə haqları əvəzinə 208800 manat pul məbləğini, qiymətləndirmə rəyinə görə xərclənmiş 200 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 557 manat dövlət rüsumu, ümumilikdə 267085 manat pul vəsaitinin Cavabdeh1 MMC-dən alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xocalı prospekti 1181 məhəllə ünvanında inşa edilən yüksək mərtəbəli binanın C blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62,7 kv.m, 11-ci mərtəbəsində 62,7 kv.m və 16-cı mərtəbəsində 106 kv.m olan yaşayış sahələrinin Cavabdeh1 MMC-dən alınıb İddiaçı təhvil verilməsi, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın B-1 blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 120 kv.m və 2-ci mərtəbəsində yerləşən sahəsi 120 kv.m olan qeyri-yaşayış sahələrinin Cavabdeh1 MMCdən alınıb İddiaçı təhvil verilməsi, daşınmaz əmlakın əvəzləşdirməsinə görə yaranan 45000 manat və 12528 manat pul borcun, əldən çıxmış faydaya görə icarə haqları əvəzinə 208800 manat pul məbləğinin, qiymətləndirmə rəyinə görə xərclənmiş 200 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 557 manat dövlət rüsumunun, ümumilikdə 267085 manat pul vəsaitinin Cavabdeh1 MMC-dən alınaraq İddiaçı xeyrinə tutulması, Bakı şəhəri, Xocalı prospekti 1181 məhəllə ünvanında inşa edilən yüksək mərtəbəli binanın C blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62,7 kv.m, 11-ci mərtəbəsində 62,7 kv.m və 16-cı mərtəbəsində 106 kv.m olan yaşayış sahələrinin Cavabdeh1 MMC-dən alınıb İddiaçı təhvil verilməsi ilə yanaşı, həmin mənzillərin boşaldılmasına və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması, 26 sentyabr 2024-cü il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında və 21 noyabr 2024-cü il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanan alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən qətnamədə qeyd edilən əmlakların iddiaçıya təhvil verilməsi ilə bağlı barışıq təklif edilmiş, lakin bununla bağlı heç bir hərəkət olmamışdır. İddiaçının nümayəndəsi əvvəlki qətnamə üzrə icraata xitam verilmədiyini təsdiq edərək bildirmişdir ki, məhkəmə gedişatında da qətnamənin icrası ilə bağlı danışıqlar olmuş, icra şöbəsinə müraciət olunmuşdur. Hətta İddiaçı tərəfindən Qabil Əliyevin nümayəndəsinə icrada olan bütün işlərin aparılması üçün etibarnamə də verilmişdir. Lakin son bir neçə gündür ki, İddiaçı həmin mənzillərin verilməsinin mümkün olmadığı və həmin mənzillərdə başqa şəxslərin yaşadığı bildirilmişdir. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz etməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iş materiallarından da açıq-aşkar olaraq görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(103)-5513/2017 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A-2 blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 124,7 kv.m təşkil edən 29 saylı 3 otaqlı mənzilə və 123,4 kv.m təşkil edən 30 saylı 3 otaqlı mənzilə, eləcə də, həmin ünvanda B-1 blokunun 1ci mərtəbəsində yerləşən sahəsi 120 kv.m, 2-ci mərtəbəsində yerləşən sahəsi 120 kv.m olan qeyri yaşayış sahələrinə dair “X19” MTK ilə İddiaçı arasında 03 iyul 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, qeyd edilən 2 ədəd yaşayış səhəsi və 2 ədəd qeyriyaşayış sahəsi İddiaçı təhvil verilməsi vəzifəsinin “X19” MTK-ya həvalə edilməsi, “X19” MTK-dan 45000 manatın İddiaçı xeyrinə tutulmasına dair birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi yuxarıda qeyd edilən məhkəmə qərarı “X19” MTK-nın üzərinə müəyyən öhdəliklər qoymuşdur. İddiaçı sözügedən məhkəmə qərarına əsaslanaraq qeyd etmişdir ki, guya ki “X19” MTK ilə Cavabdeh1 MMC Bakı şəhəri, Xocalı prospekti 32, 1181 məhəllə ünvanında yerləşən yüksək mərtəbəli binanın tikintisini şərikli olaraq icra etmişlər. Vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində MTK-nın və MMC-nin fəaliyyəti barədə ********* saylı cinayət işi üzrə araşdırma aparılmış, audit yoxlaması keçirilmişdir. Sonra “X19” MTK ilə Cavabdeh1 MMC arasında 28 avqust 2018-ci il tarixdə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1 MMC “X19” MTK-nın müəyyən öhdəliklərini, o cümlədən bütün debitor və kreditorlarının icra olunmasını öz üzərinə götürmüşdür”. İş materiallarına iddiaçı tərəfindən əlavə edilən Cavabdeh1 MMC ilə “X19” MTK arasında imzalanmış 28 avqust 2018-ci il tarixli Sazişin 2.6-cı bəndinə diqqət yetirildiyi halda müəyyən edilir ki, Cavabdeh1 MMC-nin təsisçisi və qanuni təmsilçisi X17 A2 blokunun vergi, kommunal (qaz, işıq, su, lift, kanalzasiya, su anbarı, transformator) və digər məsələlərlə bağlı mövcud olan və gələcəkdə yarana biləcək bütün öhdəlikləri, o cümlədən bütün debitorları və kreditorları istisna olmaqla, “X19” MTK-nın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa etdiyi digər binalarla bağlı olan bütün öhdəliklərinin, vergi borclarının, o cümlədən bütün debitor və kreditorlarının icra olunması öhdəliyi üzərinə götürmüşdür. Göründüyü kimi Cavabdeh1 MMC-nin təsisçisi və qanuni təmsilçisi X10 üzərinə götürdüyü öhdəlik A2 blokunu ümumiyyətlə əhatə etmir. Halbuki iddiaçının istinad etdiyi 17 avqust 2018-ci il tarixli müqavilədə Cavabdeh1 MMC ilə İddiaçı arasında məhz A2 blokunun 9-cu mərtəbəsində yerləşən 123.4 kv.m və 124.7 kv m olan yaşayış sahələrinin əvəzlənməsi nəzərdə tutulur. Təbii ki, qeyd edilən 28 avqust 2018- ci il tarixli Saziş əsasında bu müqavilənin imzalanmasının mümkünsüz olduğu artıq hər kəsə aydın olur. Həmçinin Cavabdeh1 MMC ilə “X19” MTK arasında qarşılıqlı öhdəliklərini müəyyən edən Saziş 28 avqust 2018-ci il tarixdə imzalanmışdır. Lakin iddiaçının istinad etdiyi hər iki müqavilə 17 avqust 2018-ci il tarixdə imzalanmışdır (ikinci qeyri-yaşayış sahələri ilə bağlı müqavilə elektron məhkəmə sisteminə əlavə edilmiş sənədlər arasında aşkar edilməmişdir). Göründüyü kimi Cavabdeh1 MMC-nin sözügedən müqavilələri imzalamağa ümumiyyətlə səlahiyyəti olmamışdır. Çünki AR Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələblərinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər arasında 17 avqust 2018-ci il tarixdə müqavilənin imzalanması Cavabdeh1 MMC-nin vacib əhəmiyyətli yanılmanın təsiri altında olması halında baş vermişdir. Belə ki, iş materiallarından da görünür ki, “X19” MTK-nın qanuni təmsilçisi Hikmət Yiğitdöl barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 78/2020 saylı, 11 noyabr 2020-ci il tarixli hökmü ilə AR CM-nin 178.3.2, 29, 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd edilən müqavilənin imzalanması da iş üzrə istintaq hərəkətlərinin aparılması müddətinə təsadüf etmişdir. Cavabdeh1 MMC-nin qanuni təmsilçisi X17 binadan ev almış şəxslərin ifadələrini əsas tutaraq onların pozulmuş hüquqlarının bərpasını həyata keçirməyə cəhd etmişdir. Lakin sonradan məlum olmuşdur ki, məhz iddiaçıya məxsus mənzillərin ona təhvil verilməsi ilə bağlı öhdəlik “X19” MTK-nın səlahiyyətlərinə aiddir və mənzillər məhz “X19” MTK tərəfindən verilməlidir. Bu səbəbdən də 15 oktyabr 2018-ci il tarixdə cavabdeh tərəfindən İddiaçı aralarında bağlanılan müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı bildiriş göndərilmişdir. Halbuki Cavabdeh1 MMC ilə “X19” MTK arasında qarşılıqlı öhdəliklərini müəyyən edən 28 avqust 2018-ci il tarixli Saziş imzalandığı andan zatən Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanılmış müqavilənin etibarsız əqd olduğu aydın olmuşdur. Qeyd edilən 17 avqust 2018-ci il tarixli müqavilənin qarşılıqlı öhdəliklərini müəyyən edən 28 avqust 2018-ci il tarixli sazişdən əvvəl imzalanması, həmin müqavilə imzalanan zaman ümumiyyətlə Cavabdeh1 MMC-nin bu müqaviləni imzalamağa səlahiyyətinin olmaması və Cavabdeh1 MMC-nin “X19” MTK ilə ümumiyyətlə qarşılıqlı öhdəliklərin hansı qaydada tənzimləməsi barədə məlumatsız olması nəticədə vacib əhəmiyyətli yanılmanın təsiri altında 17 avqust 2018-ci il tarixli müqavilənin imzalanmasına səbəb olmuşdur. Təbii ki, AR MM-nin 337.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinin tələblərinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İddia tələbinə etirazın əsası tərəflər arasında imzalanmış 17 avqust 2018-ci il tarixli müqavilənin etibarsız əqd olması ilə bağlı olduğundan əlavə irəli sürülən maddi tələblər də cavabdeh tərəfindən qəbul edilmir. Belə ki, Cavabdeh1 MMC-nin haqlı olaraq hər hansı öhdəlik daşımadığı halda iddiaçının mənzilsiz qalmağına görə məsuliyyət daşıması istisna edilir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh2 ona qarşı irəli sürülmüş iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh həmçinin qeyd etmişdir ki, həyat yoldaşı hərbçi olmuş, ona Prezident tərəfindən verilmiş mənzili satdıqdan sonra “A1” blokunun 8-ci mərtəbəsində yerləşən 35 saylı mənzili almış, ödənişi də tam şəkildə olunmuşdur. Həmin mənzil təmirsiz olmuş, həyat yoldaşı təmir etmişdir. Hazırda həmin mənzildə 5 nəfər olmaqla yaşayırlar. Məhkəmə iclasında çıxış edən Cavabdeh3 ona qarşı irəli sürülmüş iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, “A1” blokunun 11-ci mərtəbəsində yerləşən, 59 saylı mənzil ona məxsusdur. Mənzilin ödənişi tam şəkildə edilmişdir. 3-4 aydır ki, cavabdeh həmin mənzildə yaşayır. “X19” MTK barəsində aparılan cinayət işi zamanı həmin sənədlərdə 59 saylı mənzilə aid heç bir qeyd olmamışdır. Məhkəmə iclası barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-ya məhkəmə iclası barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi hazırkı məhkəmə iclasına iştirak etməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5513/2017 saylı, 06 iyun 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-923/2017 saylı 22 fevral 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməsi” tələbi qismən təmin edilmiş, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A2 blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 124,7 kv.m təşkil edən 29 saylı 3 otaqlı mənzilə dair “X19” MTK ilə İddiaçı Mirzəli oğlu arasında bağlanmış 03 iyul 2007-ci il tarixli müqavilədə payçının atasının adının Mirzəli əvəzinə Mirəli kimi düzəliş edilməsi, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A-2 blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 124,7 kv.m təşkil edən 29 saylı 3 otaqlı mənzilə dair "Hom-Paş Prestij” MTK-nın 03 iyul 2007-ci il tarixli şəxsi vərəqəsində payçının atasının adının Mirzəli əvəzinə Mirəli kimi düzəliş edilməsi, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda inşa edilən yüksək mərtəbəli binanın A-2 blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m təşkil edən 30 saylı 3 otaqlı mənzilə dair ‘‘X19” MTK ilə İddiaçı Mirzəli oğlu arasında bağlanmış 03 iyul 2007-ci il tarixli müqavilədə payçının atasının adının Mirzəli əvəzinə Mirəli kimi düzəliş edilməsi, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A-2 blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m təşkil edən 30 saylı 3 otaqlı mənzilə dair "xxxx" MTK-nın 03 iyul 2007-ci il tarixli şəxsi vərəqəsində payçının atasının adının Mirzəli əvəzinə Mirəli kimi düzəliş edilməsi, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A-2 blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 124,7 kv.m təşkil edən 29 saylı 3 otaqlı mənzilin, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A-2 blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 123.4 kv.m təşkil edən 30 saylı 3 otaqlı mənzilin, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın B-1 blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 120 kv.m, 2-ci mərtəbəsində yerləşən sahəsi 120 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsinin Hom-Paş Prestij MTK-ya həvalə edilməsi, Hom-Paş Prestij MTK- dan 45000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 45030 manatın İddiaçı xeyrinə tutulması, iddia ərizəsi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-923/2017 saylı, 22 fevral 2017-ci il tarixli qətnaməsi cavabdeh "xxxx" MTK-ya münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan “Kooperativ” - Cavabdeh1 MMC ilə “Payçı” - İddiaçı arasında bağlanılmış 17 avqust 2018-ci il tarixli müqavilənin mahiyyətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin 443 saylı 23 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh1 MMC-nin Bakı şəhəri Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesab tikilir. "xxxx" MTK tərəfindən İddiaçı adına verilmiş A-2 blokunun 9-cu mərtəbəsində yerləşən 123.4 m2 təşkil edən və 124.7 m2 olan yaşayış sahələrinə görə verilmiş 03 iyul 2007-ci il tarixli müqavilələr ləğv edilir, onun əvəzində Bakı şəhəri, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra C blokunun 8-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 62.7 m2, 11-ci mərtəbəsində 62.7 m2 və 16-cı mərtəbəsində 106 m2 olan yaşayış sahələrini “Kooperativ” payçıya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşdürlər. Həmin müqavilənin 3.1-ci bəndində qeyd edilmişdir ki, payçı tikiləcək C blokunun 8-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 62.7 m2, 11-ci mərtəbəsində 62.7 m2 və 16-cı mərtəbəsində 106 m2 , cəmi 231.4 m2 olan yaşayış sahələrinin 1 m2-i 850 manat olmaqla ümumi dəyəri 196690 manat təşkil edir. Əvvəlki müqavilələrdə göstərilən 248.1 kv.m əvəzləşdirilməklə qalan 16.7 kv.m əskik olan yaşayış sahəsinə görə “Kooperativ” “Payçıya” 14195 manat ödəməlidir. Beləliklə, “Kooperativ” “Payçıya” 14195 manat borcundan, qeyriyaşayış sahəsinə görə verilmiş 17 avqust 2018-ci il tarixli müqavilənin 3.2-ci bəndində qeyd edilmiş 1667 manat borcu çıxıldıqda (14195-1667=12528 manat) qalan borc 12528 manat təşkil edir və “Kooperativ” “Payçıya” olan qalıq borcunun 30 dekabr 2019-cu il tarixinədək ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Auditorlar Palatasının və ABŞ X9 İnstitutunun üzvü, AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində istintaqı aparılan ********* saylı Cinayət işinin istintaqına kömək məqsədilə təyin olunmuş X1, "xxxx" MTK-nın qanuni təmsilçisi X7 və Cavabdeh1 MMC-nin təsisçisi və qanuni təmsilçisi X17 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, bu müqavilənin mahiyyəti Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı 12 oktyabr 2005-ci il tarixli Sərəncamına əsasən "xxxx" MTK-nın qanuni təmsilçisi X2 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2-ci mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2-ci mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı 23 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh1 MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X17 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X2 şəriki Cavabdeh1 MMC-nin təsisçisi və qanuni təmsilçisi X10 qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir. Həmçinin həmin müqavilə ilə müəyyən edilir ki, Cavabdeh1 MMC-nin təsisçisi və qanuni təmsilçisi X17 A2 blokunun vergi, kommunal (qaz, işıq, su, lift, kanalizasiya , su anbarı, transfarmator) və digər məsələlərlə bağlı mövcud olan və gələcəkdə yarana biləcək bütün öhdəlikləri, o cümlədən bütün debitorları və kreditorları istisna olmaqla "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa etdiyi digər binalarla bağlı olan bütün öhdəliklərinin, vergi borclarının, o cümlədən bütün debitor və kreditorlarının icra olunmasını öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən İddiaçı verilmiş 03 iyun 2024-cü il tarixli 08 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 B-1, ünvanında və yaxın ərazidə yerləşən sahəsi 240 m2 olan qeyri yaşayış sahələrinin orta bazar kirayə qiymətinə dair müvafiq rəyin verilməsinə dair yazılı sorğu əsasında mütəxəssislər (qiymətləndiricilər) tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanunun 9-cu (Qiymətləndiricinin hüquqları) maddəsinə, Milli Qiymətləndirmə Standartlarının 2.3-cü iQiymətləndirici-qiymətləndirməni həyata keçirmək üçün müvafiq ixtisasa, bacarığa və təcrübəyə malik olan şəxsdir. Onun ixtisasını təsdiq edən sənəd (diplom) və ya qiymətləndiricilərin peşəkar birliyi tərəfindən verilən sertifikatdır) bəndinə AR Mülki Prosessual Məcəlləsinin 207-ci (Mütəxəssis məsləhəti) maddəsinə əsasən baxılmış və müxtəlif mənbələrdən (daşınmaz əmlak bazarı üzrə fəaliyyət göstərən şəxslərdən, daşınmaz əmlak bazan üzrə internet saytlarından və s.) əldə edilmiş rəsmi və qeyri-rəsmi məlumatlara görə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 B-1, ünvanında və yaxın ərazidə yerləşən sahəsi 240 m2 olan qeyri yaşayış sahələrinin orta bazar kirayə qiyməti texniki və digər göstəricilərdən asılı olaraq 2500-3000 manat arası təşkil etməsi müəyyən edilmişdir. Yuxarıda göstərilən qiymət "xxxx" MMC-nin mənzil bazarında aylıq topladığı məlumat bazasına əsaslanmışdır. İş materiallarında olan "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən İddiaçı verilmiş 03 iyun 2024-cü il tarixli 07 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə, C bloku ünvanında və yaxın ərazidə yerləşən sahəsi 62.7 m2 olan mənzillərin orta bazar kirayə qiymətinə dair müvafiq rəyin verilməsinə dair yazılı sorğu əsasında mütəxəssislər (qiymətləndiricilər) tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanunun 9-cu (Qiymətləndiricinin hüquqları) maddəsinə, Milli Qiymətləndirmə Standartlarının 2.3-cü iQiymətləndirici-qiymətləndirməni həyata keçirmək üçün müvafiq ixtisasa, bacarığa və təcrübəyə malik olan şəxsdir. Onun ixtisasını təsdiq edən sənəd (diplom) və ya qiymətləndiricilərin peşəkar birliyi tərəfindən verilən sertifikatdır) bəndinə AR Mülki Prosessual Məcəlləsinin 207-ci (Mütəxəssis məsləhəti) maddəsinə əsasən baxılmış və müxtəlif mənbələrdən (daşınmaz əmlak bazan üzrə fəaliyyət göstərən şəxslərdən, daşınmaz əmlak bazarı üzrə internet saytlarından və s.) əldə edilmiş rəsmi və qeyri-rəsmi məlumatlara görə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə, C bloku ünvanında və yaxın ərazidə yerləşən sahəsi 62.7 m2 olan mənzillərin orta bazar kirayə qiyməti texniki və digər göstəricilərdən asılı olaraq 700- 850 manat arası təşkil etməsi müəyyən edilmişdir. Yuxarıda göstərilən qiymət "xxxx" MMC-nin mənzil bazarında aylıq topladığı məlumat bazasına əsaslanmışdır. İş materiallarında olan "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən İddiaçı verilmiş 03 iyun 2024-cü il tarixli 09 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə, C bloku ünvanında və yaxın ərazidə yerləşən sahəsi 106 m2 olan mənzillərin orta bazar kirayə qiymətinə dair müvafiq rəyin verilməsinə dair yazılı sorğu əsasında mütəxəssislər (qiymətləndiricilər) tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanunun 9-cu (Qiymətləndiricinin hüquqları) maddəsinə, Milli Qiymətləndirmə Standartlarının 2.3-cü iQiymətləndirici-qiymətləndirməni həyata keçirmək üçün müvafiq ixtisasa, bacarığa və təcrübəyə malik olan şəxsdir. Onun ixtisasını təsdiq edən sənəd (diplom) və ya qiymətləndiricilərin peşəkar birliyi tərəfindən verilən sertifikatdır) bəndinə AR Mülki Prosessual Məcəlləsinin 207-ci (Mütəxəssis məsləhəti) maddəsinə əsasən baxılmış və müxtəlif mənbələrdən (daşınmaz əmlak bazan üzrə fəaliyyət göstərən şəxslərdən, daşınmaz əmlak bazarı üzrə internet saytlarından və s.) əldə edilmiş rəsmi və qeyri-rəsmi məlumatlara görə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə, C bloku ünvanında və yaxın ərazidə yerləşən sahəsi 106 m2 olan mənzillərin orta bazar kirayə qiyməti texniki və digər göstəricilərdən asılı olaraq 1100- 1300 manat arası təşkil etməsi müəyyən edilmişdir. Yuxarıda göstərilən qiymət "xxxx" MMC-nin mənzil bazarında aylıq topladığı məlumat bazasına əsaslanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin Mühüm İşlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X4 icraatında olan 82026064 saylı Cinayət işinin istintaqına kömək üçün qəbul etdiyi 22 iyun 2018-ci il tarixli “Mütəxəssis təyin edilməsi haqqında” Qərarının icra edilməsi məqsədilə keçirilmiş Auditin nəticələrinə dair 21 fevral 2019-cu il tarixli Auditor rəyindən müəyyən edilir ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanda inşa edilmiş yüksəkmərtəbəli yaşayış binalarından yaşayış və qeyri-yaşayış sahəsi almış vətəndaşlardan biri olan İddiaçı MTK-nın qanuni təmsilçisi X3 ona satdığı yaşayış və qeyri-yaşayış sahələrinin bir neçə şəxsə satılması barədə auditora da müraciət etmiş və müvafiq köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan “Podratçı” Cavabdeh1 MMC ilə “Sifarişçi” Cavabdeh2 arasında bağlanmış Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 30 noyabr 2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı 23 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən, müqavilə üzrə “Podratçı” adlanan Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanda tikilən yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələndirilmişdir. Buna əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanda tikilmiş yüksək mərtəbəli binanın “A1” blokunun 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62.7 m2 təşkil edən 35 saylı yaşayış sahəsini, müqavilə ilə müəyyən edilmiş dəyəri tam ödənildikdən sonra “Podratçı” “Sifarişçi”yə verməsini, “Sifarişçi” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Tərəflərin razılığına əsasən müqavilənin qiyməti 124500 manat olmaqla dəyişməz olaraq qalır. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli arayışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 7 ünvanda tikilmiş binanın “A1” blokunun 8-ci mərtəbəsindəki ümumi sahəsi 62.7 m2 olan 35 saylı yaşayış sahəsi Cavabdeh2 məxsusdur. Mənzilin dəyəri 124500 manat tam ödənilmişdir. Qalıq borcu yoxdur. İş materiallarında olan “Podratçı” Cavabdeh1 MMC ilə “Sifarişçi” Cavabdeh3 arasında bağlanmış Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi 26 sentyabr 2024-cü il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı 23 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən, müqavilə üzrə “Podratçı” adlanan Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanda tikilən yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələndirilmişdir. Buna əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanda tikilmiş yüksək mərtəbəli binanın “A1” blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 62.7 m2 təşkil edən 59 saylı yaşayış sahəsini, müqavilə ilə müəyyən edilmiş dəyəri tam ödənildikdən sonra “Podratçı” “Sifarişçi”yə verməsini, “Sifarişçi” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Tərəflərin razılığına əsasən müqavilənin qiyməti 175000 manat olmaqla dəyişməz olaraq qalır. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən verilmiş 26 sentyabr 2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh3 tərəfindən müqavilə əsasında Bakı şəhəri, ünvan 7 ünvanda tikiləcək binanın “A1” blokunun 11-ci mərtəbəsindəki ümumi sahəsi 62.7 m2 olan 59 saylı yaşayış sahəsi üçün 175000 manat tam ödənilmişdir. Qalıq borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən İddiaçı verilmiş 15 oktyabr 2018-ci il tarixli 22 nömrəli məktubun surətindən görünür ki, "xxxx" MTK-nın rəhbəri X8 tərəfindən imzalanmış, İddiaçıla bağlanılmış və təsdiq olunmuş 03 iyul 2007-ci il tarixli və 05 noyabr 2012-ci il tarixli müqavilələrlə İddiaçı satılmış yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MTKnın Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvanda tikdiyi yaşayış kompleksinin A2 blokuna aiddir. Bu fakt eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsilə də təsdiq olunmuşdur. Həmin müqavilələrin əvəzinə, "xxxx" MTK-nın hal-hazırkı hüquqi varisi Cavabdeh1 MMC tərəfindən həmin ünvanda tikilən C blokunun 8-ci mərtəbəsindəki 62.7 m2, 11-ci mərtəbəsindəki 62.7 m2 və 16-cı mərtəbəsindəki 106 m2 olan yaşayış sahələrindən ibarət və həmin binanın 1-ci mərtəbəsində 9-9 oxu və 8-8 oxu, D-D oxu və F- F oxu arasında 120.4 m2 və 2-ci mərtəbəsində 9-9 oxu və 8-8 oxu, D-D oxu və F-F oxu arasında 120.4 m2 cəmi 240.8 m2 təşkil edən qeyri-yaşayış (ofis) sahələrinin İddiaçı satılması barədə bağlanılmış 17 avqust 2018-ci il tarixli 2 ədəd müqavilələr birtərəfli qaydada ləğv edilmişdir. Ona görə də, ləğv edilmiş həmin 2 ədəd müqavilələrin İddiaçı olan nüsxəsi etibarsız hesab edildiyindən Cavabdeh1 MMC-yə qaytarılmalıdır. Həmin müqavilələrin geri qaytarılması, əvəzində qətnamədə göstərilən müqavilələrin Cavabdeh1 MMC-dən təhvil götürülməsi xahiş edilmişdir. Ona görə də, həmin məhkəmə qətnaməsinin icra edilməsi məqsədilə köməklik göstərilməsi üçün Azərbaycan Respublikası Auditorlar Palatasının ABŞ X9 İnstitutunun üzvü, AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə təyin olunmuş Auditor (mütəxəssis) A.A.Əliyevə müraciət etməsi xahiş olunmuşdur. İcra işi materiallarında olan Xətai rayon İcra şöbəsinin 04 oktyabr 2017-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-923/2017 saylı, 22 fevral 2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu "xxxx" MTK-ya icranı 10 gün müddətində könüllü təmin etməsi təklif olunmuşdur. İcra işi materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 30 noyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 923/2017 saylı, 22 fevral 2017-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A-2 blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 124,7 kvadrat metr təşkil edən 29 saylı 3 otaqlı mənzilə dair "xxxx" MTK ilə İddiaçı Mirzəli oğlu arasında bağlanmış 03 iyul 2007-ci il tarixli müqavilədə payçının atasının adı Mirzəli əvəzinə Mirəli kimi düzəliş edilməlidir. Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A- 2 blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 124,7 kvadrat metr təşkil edən 29 saylı otaqlı mənzilə dair "xxxx" MTK ilə İddiaçı Mirzəli oğlu arasında bağlanmış 03 iyul 2007-ci il tarixli şəxsi vərəqəsində payçının atasının adı Mirzəli əvəzinə Mirəli kimi düzəliş edilməlidir. Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A2 blokunun 9cu mərtəbəsində yerləşən ümumi sahəsi 124,7 kvadrat metr təşkil edən 30 saylı 3 otaqlı mənzilə dair "xxxx" MTK ilə İddiaçı Mirzəli oğlu arasında bağlanmış 03 iyul 2007-ci il tarixli şəxsi vərəqəsində payçının atasının adı Mirzəli əvəzinə Mirəli kimi düzəliş edilməlidir. Bakı şəhəri Xocalı prospekti32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A-2 blokunun 9cu mərtəbəsində yerləşən ümumi sahəsi 124,7 kvadrat metr təşkil edən 29 saylı 3 otaqlı mənzilin, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A-2 blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 124,7 kvadrat metr təşkil edən 30 saylı 3 otaqlı mənzilin, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın B-1 blokunun 10-cu mərtəbəsində yerləşən sahəsi 120 kvadrat metr, 2ci mərtəbəsində yerləşən sahəsi 120 kvadrat metr olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsi "xxxx" MTK-ya həvalə edilməlidir. "xxxx" MTK-dan 45000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 45030 manat İddiaçı xeyrinə tutulmalıdır. Sözügedən icra sənədi Xətai rayon İcra şöbəsinin icraatına 04 oktyabr 2017-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. 07 dekabr 2017-ci il tarixdə borclu "xxxx" MTK-ya məxsus hər hansı nəqliyyat vasitəsinin olub-olmaması, nəqliyyat vasitəsi aşkar edilərsə üzərinə həbs qoyulması üçün özgəninkiləşdirilməsi barədə məlumat verilməsilə bağlı AR DİN Baş Dövlət Yol Polis İdarəsinə sorğu ünvanlanmışdır. 14 iyun 2019-cu il tarixdə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının tikinti layihəsini, tikinti lahiyəsinin ekspertiza rəyini, müfəssəl planını Xətai rayon İcra Şöbəsinə göndərilməsi və qərarın icrası ilə bağlı mütəxəssisin ayrılmasına göstəriş verilməsi ilə bağlı AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə qərar məlumat göndərilmişdir. 04 avqust 2019-cu il tarixdə AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X11 rayon İcra şöbəsinə ünvanladığı cavab məktubuna əsasən yaşayış binasına vizual texniki baxış keçirilmişdir. 29 oktyabr 2020-ci il tarixdə borclu "xxxx" MTK-ya icra ödənişinin tutulması ilə bağlı qərar, bildiriş göndərilmişdir. Daha sonra 29 oktyabr 2020-ci il tarixdə borcluya məxsus bank hesablarının olub-olmaması, olduğu aşkar olunduğu halda üzərinə həbs qoyulması ilə bağlı müvafiq banklara məktub ünvanlanmışdır. Daha sonra Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A-2 blokunun 9-cu mərtəbəsində yerləşən 29 saylı ünvana baxış keçirilmiş və mənzil giriş qapılarını açan olmamışdır. Bu barədə 27 aprel 2021-ci il tarixli akt tərtib edilmişdir. İcraatda olan məhkəmə qərarının icrası ilə bağlı müvafiq icra tədbirləri davam etdirilir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) müəyyən edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (385.1-ci maddə) Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.( 389.1-ci maddəsi) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsi) Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.(769-cu maddə) Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (567-ci maddə) Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (568.1-ci maddə) Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. (575-ci maddə) Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. (452-ci maddə) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitama yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 29 dekabr 2015-ci il tarixli Qərarda Plenum xüsusilə vurğulamışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Rəhmanova Azərbaycana qarşı iş üzrə 10 iyul 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, mülki mübahisədə tərəflərin maddi hüquq normalarının tətbiqində toqquşan baxışlara malik olmaları qaçılmazdır. Daxili məhkəmələr onların dəlillərini ədalətli və çəkişməli tərzdə araşdırmalı və iddiaya dair öz qiymətləndirmələrini etməlidirlər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-923/2017 saylı, 22 fevral 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı tələbi əsasında Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A-2 blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 124,7 kv.m təşkil edən 29 saylı 3 otaqlı mənzilin, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A-2 blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 123.4 kv.m təşkil edən 30 saylı 3 otaqlı mənzilin, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın B-1 blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 120 kv.m, 2-ci mərtəbəsində yerləşən sahəsi 120 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsinin Hom-Paş Prestij MTK-ya həvalə edilməsi, Hom-Paş Prestij MTK- dan 45000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 45030 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5513/2017 saylı, 06 iyun 2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bununla yanaşı iddiaçının tələbindən və iş materiallarında olan “Kooperativ” - Cavabdeh1 MMC ilə “Payçı” - İddiaçı arasında bağlanılmış 17 avqust 2018-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin 443 saylı 23 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh1 MMC-nin Bakı şəhəri Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesab tikilir. "xxxx" MTK tərəfindən İddiaçı adına verilmiş A-2 blokunun 9-cu mərtəbəsində yerləşən 123.4 m2 təşkil edən və 124.7 m2 olan yaşayış sahələrinə görə verilmiş 03 iyul 2007-ci il tarixli müqavilələr ləğv edilir, onun əvəzində Bakı şəhəri, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra C blokunun 8-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 62.7 m2, 11-ci mərtəbəsində 62.7 m2 və 16-cı mərtəbəsində 106 m2 olan yaşayış sahələrini “Kooperativ” payçıya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşdürlər.Həmin müqavilənin 3.1-ci bəndində qeyd edilmişdir ki, payçı tikiləcək C blokunun 8-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 62.7 m2, 11-ci mərtəbəsində 62.7 m2 və 16-cı mərtəbəsində 106 m2 , cəmi 231.4 m2 olan yaşayış sahələrinin 1 m2-i 850 manat olmaqla ümumi dəyəri 196690 manat təşkil edir. Əvvəlki müqavilələrdə göstərilən 248.1 kv.m əvəzləşdirilməklə qalan 16.7 kv.m əskik olan yaşayış sahəsinə görə “Kooperativ” “Payçıya” 14195 manat ödəməlidir. Beləliklə, “Kooperativ” “Payçıya” 14195 manat borcundan, qeyri-yaşayış sahəsinə görə verilmiş 17 avqust 2018-ci il tarixli müqavilənin 3.2-ci bəndində qeyd edilmiş 1667 manat borcu çıxıldıqda (14195- 1667=12528 manat) qalan borc 12528 manat təşkil edir və “Kooperativ” “Payçıya” olan qalıq borcunun 30 dekabr 2019-cu il tarixinədək ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla yanaşı Azərbaycan Respublikası Auditorlar Palatasının və ABŞ X9 İnstitutunun üzvü, AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində istintaqı aparılan ********* saylı Cinayət işinin istintaqına kömək məqsədilə təyin olunmuş X1, "xxxx" MTK-nın qanuni təmsilçisi X7 və Cavabdeh1 MMC-nin təsisçisi və qanuni təmsilçisi X17 arasında bağlanmış 28 avqust 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, bu müqavilənin mahiyyəti Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı 12 oktyabr 2005-ci il tarixli Sərəncamına əsasən "xxxx" MTK-nın qanuni təmsilçisi X2 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2-ci mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2-ci mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı 23 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh1 MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X17 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X2 şəriki Cavabdeh1 MMC-nin təsisçisi və qanuni təmsilçisi X10 qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir. Həmçinin həmin müqavilə ilə müəyyən edilir ki, Cavabdeh1 MMC-nin təsisçisi və qanuni təmsilçisi X17 A2 blokunun vergi, kommunal (qaz, işıq, su, lift, kanalizasiya , su anbarı, transfarmator) və digər məsələlərlə bağlı mövcud olan və gələcəkdə yarana biləcək bütün öhdəlikləri, o cümlədən bütün debitorları və kreditorları istisna olmaqla "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa etdiyi digər binalarla bağlı olan bütün öhdəliklərinin, vergi borclarının, o cümlədən bütün debitor və kreditorlarının icra olunmasını öz üzərinə götürmüşdür. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iddiaçı tələbində Cavabdeh1 MMC ilə aralarında bağladıqları 17 avqust 2018-ci il tarixli müqaviləyə istinad etsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin müqavilə bağlanan zaman Cavabdeh1 MMC ilə "xxxx" MTK arasında əməkdaşlıqla bağlı müqavilə mövcud olmamış, Cavabdeh1 MMC-nin həmin müqaviləni bağlamağa səlahiyyəti olmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi əməkdaşlıqla bağlı müqavilə 28 avqust 2018-ci il tarixdə bağlanılmış və həmin müqavilədə Cavabdeh1 MMC iddiaçının tələbində göstərdiyi A2 bloku ilə bağlı heç bir öhdəliyi öz üzərində götürməmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanılmış müqavilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-923/2017 saylı, 22 fevral 2017-ci il tarixli qətnaməsində iddiaçıya təhvil verilməli olan əmlakların əvəzinə müqavilədə göstərilmiş və hazırda iddiaçının tələb ediyi əmlakların verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh1 MMC tərəfindən İddiaçı verilmiş 15 oktyabr 2018-ci il tarixli 22 nömrəli məktubun surətindən görünür ki, "xxxx" MTK-nın rəhbəri X8 tərəfindən imzalanmış, İddiaçıla bağlanılmış və təsdiq olunmuş 03 iyul 2007-ci il tarixli və 05 noyabr 2012-ci il tarixli müqavilələrlə İddiaçı satılmış yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvanda tikdiyi yaşayış kompleksinin A2 blokuna aiddir. Bu fakt eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsilə də təsdiq olunmuşdur. Həmin müqavilələrin əvəzinə, "xxxx" MTK-nın hal-hazırkı hüquqi varisi Cavabdeh1 MMC tərəfindən həmin ünvanda tikilən C blokunun 8-ci mərtəbəsindəki 62.7 m2, 11-ci mərtəbəsindəki 62.7 m2 və 16-cı mərtəbəsindəki 106 m2 olan yaşayış sahələrindən ibarət və həmin binanın 1-ci mərtəbəsində 9-9 oxu və 8-8 oxu, D-D oxu və F-F oxu arasında 120.4 m2 və 2-ci mərtəbəsində 9-9 oxu və 8-8 oxu, D-D oxu və F-F oxu arasında 120.4 m2 cəmi 240.8 m2 təşkil edən qeyri-yaşayış (ofis) sahələrinin İddiaçı satılması barədə bağlanılmış 17 avqust 2018-ci il tarixli 2 ədəd müqavilələr birtərəfli qaydada ləğv edilmişdir. Ona görə də, ləğv edilmiş həmin 2 ədəd müqavilələrin İddiaçı olan nüsxəsi etibarsız hesab edildiyindən Cavabdeh1 MMC-yə qaytarılmalıdır. Həmin müqavilələrin geri qaytarılması, əvəzində qətnamədə göstərilən müqavilələrin Cavabdeh1 MMC-dən təhvil götürülməsi xahiş edilmişdir. Ona görə də, həmin məhkəmə qətnaməsinin icra edilməsi məqsədilə köməklik göstərilməsi üçün Azərbaycan Respublikası Auditorlar Palatasının ABŞ X9 İnstitutunun üzvü, AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işi üzrə təyin olunmuş Auditor (mütəxəssis) A.A.Əliyevə müraciət etməsi xahiş olunmuşdur. Eyni zamanda məhkəmə tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 923/2017 saylı, 22 fevral 2017-ci il tarixli icra sənədi üzrə icra işi materialları araşdırılmış və müəyyən edilmişdir ki, həmin icra sənədi üzrə icra hərəkətləri davam etdirilir və icraata xitam verilməmişdir. Digər tərəfdən iddiaçı Bakı şəhəri, Xocalı prospekti 1181 məhəllə ünvanında inşa edilən yüksək mərtəbəli binanın C blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 62,7 kv.m, 11-ci mərtəbəsində 62,7 kv.m və 16-cı mərtəbəsində 106 kv.m olan mənzillərin boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması, 26 sentyabr 2024-cü il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında və 21 noyabr 2024-cü il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanan alqı-satqı müqaviləsinin etibarsız sayılmasını tələb etsə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, həmin müqavilələrin predmeti olan mənzillərlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-923/2017 saylı, 22 fevral 2017ci il tarixli icra sənədi üzrə iddiaçıya təhvil verilməsi nəzərdə tutulan mənzillərin fərqli mənzillər olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarına və mülki işdə olan sübutlara əsaslanaraq, belə qənaətə gəlir ki, iddiaçı qüvvədə olan məhkəmə qətnaməsinin icrasını "xxxx" MTKdan tələb etməli olduğu halda, Cavabdeh1 MMC-yə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsassız olduğundan, həmçinin iddiaçının 26 sentyabr 2024cü il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında və 21 noyabr 2024-cü il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanan alqı-satqı müqavilələrini mübahisələndirməklə bağlı subyektiv hüququ mövcud olmadığından iddia tələbləri təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın təhvil verilməsi və sair” tələblərinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 557 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar