Məhkəmə qərarları › İş №e-2(011)-6291/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6291/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6291/2023 14.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - İddiaçı “müqavilə üzrə öhdəliyin icrası” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlə aralarında xx.xx.2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatmış həmin binanın C blokunda yaşayışın 17-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 750 kv.m təşkil edən yaşayış sahəsinin və Cavabdeh2 MTK ilə aralarında xx.xx.2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın C blokunda 01-ci mərtəbə 130 m2, 1-ci mərtəbədə 130 m2, 2-ci mərtəbə 130m2, 3-cü mərtəbə 130 m2, 4-cü mərtəbə 130 m2 olan və ümumi sahəsi 650 m2 təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh1 MMC tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçı eyni cavabdehlərə qarşı, eyni tələb və eyni əsasla iddia ərizəsi ilə Bakı şəhər Xətai rayon Məhkəməsinə müraciət etmiş, həmin iş 2(011)-6186/2023 nömrə ilə Məhkəmənin digər hakimi Aynur Abdullayevanın icraatına verilmişdir. Şərh edilənlərdən də göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin (hakimin) icraatında iş olmasına baxmayaraq, iddiaçı hazırki iş üzrə eyni cavabdehlərə qarşı, eyni tələblə və eyni əsasla yenidən məhkəməyə müraciət etmiş və hazırkı iş də 2(011)-6291/2023 nömrəsi ilə hakim Pərviz Xamanlının icraatına verilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Bundan başqa, iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumun ödənilməsi barədə qəbz əlavə etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən tələb etdiyi əmlakın dəyərinə uyğun olaraq qanunvericilikdə müəyyənləşdirilmiş məbləğdə dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.2-ci maddəsinə əsasən əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Həmin Məcəllənin 112.5-ci maddəsinə əsasən iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı “müqavilə üzrə öhdəliyin icrası” tələbi barədə iddia ərizəsi, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar