Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2434/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X9, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi əmlakda payın artırılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Nəsrəddin Tusi küçəsi, ev 19, mənzil 103 üzərində iddiaçının payının 23150 manat təmir xərcinə mütənasib artırılması və iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi cavabdehlərin hər birindən 1000 (min) manat, cəmi 3000 (üç min) manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsrəddin Tusi küçəsi, ev 19, mənzil 103 vərəsəlik hüququ əsasında 4 nəfərin ümumi paylı mülkiyyətindədir: İddiaçı - 48/12 Cavabdeh1 - 48/12 Cavabdeh3 - 48/4 Cavabdeh2 - 48/20. İddiaçı həmin mənzilin təmiri üçün 23150 manat xərc çəkmişdir. Cavabdehlərin mülkiyyətdəki paylarına uyğun olaraq həmin xərcin əvəzini iddiaçıya ödəməsi üçün məhkəmədə iddia qaldırmışdır. Məhkəmə təmirin olmasını və məbləğini təsdiq etsə də, təmirin digər mülkiyyətçilərin razılığı olmadan həyata keçirildiyini əsas gətirərək iddianı rədd etmişdir. İddia rədd olunsa da, hər bir halda iddiaçının etdiyi təmir ümumi əmlakın qiymətini ən azı təmir xərci qədər artırmışdır. Ona görə də mənzildə iddiaçının payı təmir xərcinə mütənasib artırılmalıdır. İddianın hüquqi əsası kimi Mülki Məcəlləsinin 214.3-cü maddəsinə istinad edir. Həmin maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Digər tərəfdən digər mülkiyyətçilər təmir xərcini ödəməməklə ona mənəvi zərər vurmuşlar. İddiaçı onlara yaxşılıq etmək üçün mənzili təmir etsə də, onlar bu yaxşılığı qiymətləndirmədilər. Bu isə iztirab keçirməsinə səbəb olur. Vurulmuş mənəvi zərər ölçüyə gəlməsə də, hazırkı iddianın məqsədləri üçün onu 3000 manat məbləğində qiymətləndirir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, bildirmişdir ki, mənzilin təmir işlərinə zərurət yarandığından mənzilə dəyə biləcək zərərin qarşısını almaq üçün görülməli tədbirləri digər mülkiyyətçilərin hesabına müstəqil, yəni onların razılığı alınmadan həyata keçirilməlidir, Şahid tərəfindən göstərilən səbəblər iddiaçının özbaşına digər hüquq sahiblərinin razılığı olmadan evi tam təmir etdirməsinə əsas vermir. Əgər mənzilin hər hansı hissəsində problem mövcud idisə, İddiaçı yalnız problem mövcud olan otağı təmir etdirə bilərdi və ya şahidin qeyd etdiyi kimi su borusunda problem mövcud idisə, yalnız su borusunu təmir etdirə bilərdi, Yəni Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd etdiyi kimi İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili bütünlükdə tam təmir etdirməsinə zərurət olmamışdır. Digər tərəfdən, cavabdeh X2 ünvan 1 ünvanında yerləşən mənzilin bir hissəsinə mülkiyyət hüququ evin təmiri zamanı yaranmamışdır. İddiaçı vəsiyyətnamənin olmasına baxmayaraq süni yollarla mirasın açılmasına maneçilik törədirdi. Bununla da X2 ünvan 1 ünvanında yeriəşən mənzil üzərində evin təmiri illərində sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsi mümkün olmamışdır, iddiaçı isə mirasın açıldığı vaxtdan həmin evdə yaşayır və yaşamaqda da davam edir. Digər tərəfdən, iddiaçı mübahisəli mənzilindən artıq neçə ildlərdir istifadə edir. Həmin təmir illər əvvəl edillib və indi yarasız hala salınmışdır. Cavabdeh2 mənzildə payının olması nəzərə alınsa, o, payı olduğu mülkiyyətdən istifadə edə bilməmişdir. Buna görə də iddia tələbini qəbul etmir, əsassız olduğundan rədd olunmasını xahiş edir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-256/2014 nömrəli 20.10.2014-cü il tarixli Qətnaməsinin surətinə iddiaçılar X3 və Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı, maraqlı şəxs ‘'Magistral Ekspress” ASC-nə və müstəqil tələb İrəli sürməyən 3-cü şəxs Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna qarşı miras əmlakın müəyyən edilməsi, miras əmlakdakı payların vərəsəlik və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh2 miras əmlakdakı, yəni Bakı şəhəri, Xətai rayonu, N.Tusİ küçəsindəki 19 saylı evin 103 saylı mənzilin 5/16 (on altıda beş) payı və “Maqistral Ekspress" ASC-də X10 məxsus 270882 ədəd səhmlərin 5/16 (on altıda beş) payı, yəni 84650 ədəd səhm üzərində vərəsəlik və mülkiyyət hüququnu tanınması, Cavabdeh3 miras əmlakdakı, yəni Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsindəki 19 saylı evin 103 saylı mənzilin 1/16 (on altıda bir) payı və "xxxx" ASC-də X10 məxsus 270882 ədəd səhmlərin 1/16 (on altıda bir) payı, yəni 16930 ədəd səhm üzərində vərəsəlik və mülkiyyət hüququnun tanınması qət edilmişdir; Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-256/2014 nömrəli 30.12.2014-cü il tarixli Qətnaməsinin surətinə əsasən İddiaçı oğiuhun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı vərəsəlik hüququ barədə, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İddiaçı qarşı vərəsəlik hüququ barədə və digər qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Həbİbuliayeva X21 və Cavabdeh3 cavabdehlər Cavabdeh1 və İddiaçı qarşı vərəsəlik hüququ barədə iddia tələblərinə dair ilk və qarşılıqlı iddialar qismən təmin edilərək, X11 Şamaxı rayonu, Çobanı kəndində yerləşən fərdi yaşayış evinin yarısı (1/2-ikidə biri) və sayqa markalı ov tüvənginin yarısı (1/2- ikidə biri) üzərində mülkiyyət hüququ tanınması, X7 miras qalmış Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 19 saylı evin 103 saylı mənzilinin, "xxxx" ASC-də olan 270882 ədəd (59,7524 faiz) səhmlərin, Şamaxı rayonu, Çobanı kəndində yerləşən fərdi yaşayış evinin (inventar işinin nömrəsi 533, qeydiyyat nömrəsi 274 və qeydiyyat tarixi 04 avqust 1992-ci il olan), sayqa markalı ov tüvənginin və X24, Bakışəhəri, Qala kəndində açıq hava muzeyində və “Şirvanşahlar” sarayında yerləşdirilmiş ümumi sayı 2867 ədəd qədim əşyanın 1/2-nin (ikidə birinin) 1/3 (üçdə bir) hissəsi, yəni həmin əmlakın 1/6 (altıda bir) hissəsi üzərində İddiaçı vərəsəlik və mülkiyyət hüququ tanınması, İddiaçı iddia tələbi qalan hissədə təmin edilməməsi, X7 miras qalmış Şamaxı rayonu, Çobanı kəndində yerləşən fərdi yaşayış evinin (inventar işinin nömrəsi 533, qeydiyyat nömrəsi 274 və qeydiyyat tarixi 04 avqust 1992-ci il olan) və sayqa markalı ov tüvənginin ½ hissəsinin (ikidə birinin) 1/3 (üçdə bir) hissəsi, yəni həmin əmlakın 1/6 (altıda bir) hissəsi üzərində Cavabdeh1 vərəsəlik və mülkiyyət hüququ tanınması, Cavabdeh1 qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməsi, X7 miras qalmış Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 19 saylı evin 103 saylı mənzilinin, "xxxx" ASC-də olan 270882 ədəd (59,7524 faiz) səhmlərin, Şamaxı rayonu, Çobanı kəndində yerləşən və qeydiyyat tarixi 04 avqust 1992-ci il olan fərdi yaşayış evinin, sayqa markalı ov tüvənginin və X24, Bakı şəhəri, Qala kəndində açıq hava muzeyində və “Şirvanşahlar” sarayında yerləşdirilmiş ümumi sayı 2867 ədəd qədim əşyanın 1/2-nin (ikidə birinin) 1/3 (üçdə bir) hissəsi, yəni həmin əmlakın 1/6 (altıda bir) hissəsi üzərində X8 vərəsəlik və mülkiyyət hüququ tanınmaqla həmin ümumi əmlakın 1/6 (altıda bir) hissəsinin 1/8 (səkkizdə bir) hissəsi üzərində, yəni ümumi əmlakın 1/48 (qırx səkkizdə bir) (1/6:4=1/24, 1/24:2=1/48) hissəsi üzərində Cavabdeh3 və ümumi əmlakın 1/6 (altıda bir) hisəsinin 5/8 (səkkizdə beş) hissəsi üzərində, yəni ümumi əmlakın 5/48 (qırx səkkizdə beş) (1/6:4=1/24, 1/24:2=1/48, 1/6-(1/48+1/48+1/48)=5/48) hissəsi üzərində Cavabdeh2 vərəsəlik və mülkiyyət hüquqlan tanınması, X6 miras qalmış Şamaxı rayonu, Çobanı kəndində yerləşən fərdi yaşayış evinin (inventar işinin nömrəsi 533, qeydiyyat nömrəsi 274 və qeydiyyat tarixi 04 avqust 1992-ci il olan), sayqa markalı ov tüvənginin və X24, Bakışəhəri, Qala kəndində açıq hava muzeyində və “Şirvanşahlar” sarayında yerləşdirilmiş 2867 ədəd qədim əşyanın 1/2 (ikidə birinin) 5/8 (səkkizdə beş) hissəsi, yəni həmin əmlakın 5/16 (on altıda beş) hissəsi üzərində Cavabdeh2 vərəsəlik və mülkiyyət hüququ tanınması, X6 miras qalmış Şamaxı rayonu, Çobanı kəndində yerləşən və qeydiyyat tarixi 04 avqust 1992-ci il olan fərdi yaşayış evinin, sayqa markalı ov tüvənginin və X24, Bakı şəhəri, Qala kəndində açıq hava muzeyində və “Şirvanşahlar” sarayında yerləşdirilmiş 2867 ədəd qədim əşyanın qədim əşyanın 1/2 (ikidə birinin) 1/8 (səkkizdə bir) hissəsi, yəni həmin əmlakın 1 / 1 6 (on altıda bir) hissəsi üzərində 1 / 1 6 hissəsi üzərində Cavabdeh3 vərəsəlik və mülkiyyət hüququ tanınsın. X6 miras qalmış və İddiaçı saxlanılan 60 ədəd samovarın 1/8 hissəsi üzərində Cavabdeh3 və 5/8 hissəsi üzərində Cavabdeh2 vərəsəlik və mülkiyyət hüququ tanınması qət edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3249/2018 nömrəli 26.09.2018-ci il tarixli Qətnaməsinin surətinə əsasən İddiaçı cavabdehlər X5 və Cavabdeh3 qarşı ümumi mülkiyyətdə olan əmlaka çəkilmiş xərcin tutulması tələbinə dair iddiası təmin edilmiş, X1 9885 (doqquz min səkkiz yüz səksən beş) manat, X12 1921 (bir min doqquz yüz iyirmi bir) manat İddiaçı xeyrinə tutulması qət edimişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8559/2019 nömrəli, 25.07.2019-cu il tarixli Qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(005)-3249/2018 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(005)- 3249/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavahdehlər X4 və X14 qsrşı “ümumi əmlaka çəkilmiş xərcin tutulması” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “Femida” vəkil Bürosunun sorğusuna 26.04.2021-ci il tarixli cavab məktubuna əsasən Bakı şəhəri, N.Tusi küçəsi, ev 19, 103 nömrəli mənzil (8/48 hissə açıq qalır) X8, (4/48 hissə) Cavabdeh1, (4/48 hissə) Cavabdeh3, (20/48) hissə) Cavabdeh2, (12/48 hissə) İddiaçı mülkiyyətindədir; "xxxx" MMC-nin 26.04.2018-ci il tarixli, 078/Mİ/18 nömrəli ekspet rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış təhlil və hesablamalara əsasən ünvan 2 ünvanında yerləşən mənzilə çəkilən təmirinə çəkilən xərclərin 23150 (iyirmi üç min yüz əlli) manat təşkil edir; "xxxx" MMC-nin 15.07.2021-ci il tarixli, 230/KS/21 nömrəli ekspet rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış təhlil və hesablamalara əsasən ünvan 3 ünvanında 6 mərtəbəli köhnə tikili binanın 3-cü mərtəbəsində yerləşən 5 otaqlı, 103 saylı mənzilin hazırki bazar dəyərini və həmin ərazidə təmirsiz 5 otaqlı mənzilin 15.07.2021-ci il tarixinə bazar qiyməti 145.000 manat, həmin ərazidə təmirsiz 5 otaqlı mənzillərin 110.000-115.000 manat təşkil edir; "xxxx" MMC-nin 23.07.2021-ci il tarixli, 249/KS/21 nömrəli ekspet rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış təhlil və hesablamalara əsasən ünvan 2 ünvanında yerləşən mənzilə çəkilən təmirinə çəkilən xərclərin 23150 (iyirmi üç min yüz əlli) manat təşkil edir; Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında başqa mülki mübahisə olmuş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8559/2019 nömrəli, 25.07.2019-cu il tarixli Qətnaməsi ilə müəyyən edilmişdir ki, mənzilin dəyərinin əvvəlki vəziyyətdə saxlanılması üçün təmirə ehtiyac olduğu halda da, ıddiaçj həmin təmiri- Özü yerinə yetirib, pulu qarşı tələb etmək hüququna malik deyildir. Qanunvericiliyə əsasən İddiaçı bununla əlaqədar qabaqcadan məhkəməyə müraciət etməli, məhkəmənin qətnaməsinə əsasən digər mülkiyyətçilərin mənzilin təmirində iştirakını tələb edə bilərdi. Mənzildə təmir təxminən 2013-2014-cü illərdə edilmiş və həmin vaxtdan bazırdək mənzildən yalnız iddiaçı istifadə edir. 5 il əvvəl edilmiş, yalnız iddiaçının istifadəsit üçün nəzərdə tutulmuş təmirin onun aşınması, istifadəsi nəticəsində keyfiyyətinin aşağı düşməsi nəzərə alınmadan, dəyərindən cavabdehlərə düşəən payının tam şəkildə tutulmasını tələb etməklə, iddiaçı hüquq və vəziyələrini vicdanla həyata keçirilməli olmasından ibarət mülki qanunvericiliyin prinsipini pozmuşur. Məhkəmə hesab edir ki, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Nəsrəddin Tusi küçəsi, ev 19, mənzil 103 üzərində iddiaçının payının 23150 manat təmir xərcinə mütənasib artırılmasıni iddiaçı tələb etsə də, qüvvəyə münmiş məhkəmə aktları ilə aparılmış təmirin digər mülkiyyətçilərin razılığı olmadan aparılması artıq müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Bununla yanaşı qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 214.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə İsə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Məcəllənin 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər; 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Məcəllənin 217.1-ci maddəsinə əsasən paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən mülkiyyətçilərdən birinin zərurət olmadan və qalan mülkiyyətçilərin razılığını almadan çəkdiyi xərclərin əvəzi qalan mülkiyyətçilər tərəfindən ödənilməməlidir. Bu zaman yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Məcəllənin 217.4-cü maddəsinə əsasən əşyanın dəyərini artırmaq və yə sərfəliyini və işlənməyə yararlığım yüksəltmək məqsədi ilə aparılan təzələmə və yenidənqurma işləri üçün eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı zəruridir. Əşyanın əvvəlki təyinatı üzrə işlədilməsini və ya İstifadəsini iştirakçılardan biri üçün əhəmiyyətili dərəcədə və həmişəlik çətinləşdirən və ya sərfəsiz edən dəyişikliklər onun razılığı olmadan aparıla bilməz. Əgər dəyişiklik İştirakçıların birindən onun imkanları xaricində olan, o cümlədən payının əmlak dəyəri ilə tənasübsüzlüyünə görə İmkanları xaricində olan xərclər tələb edirsə, dəyişiklik onun razılığı olmadan yalnız o halda həyata keçirilə bilər ki, qalan iştirakçıların hamısı onun payına düşən məsrəfləri, bunlar onun üçün mümkün olan məbləğdən çoxdursa, öz öhdələrinə götürsünlər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi ididaçı tərəf iddia tələbinin qanuni əsası olaraq Mülki Məcəllənin 214.3-cü maddəsinə istinad etsə də, əmlakın mülkiyyətçisinin ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə həyaata keçirilməsi halı mövcud olduğu halda öz payının müvafiq surətdə artırılması hüququ müəyyən edilmişdir. Ona görə də, iddia tələbi məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İddiaçı öz payının təmir xərci nəzərə alınmaqla müvafiq surətdə artırılmasını tələb etsə də, onun ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməsi sübut olunmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Nəsrəddin Tusi küçəsi, ev 19, mənzil 103 üzərində iddiaçının payının 23150 manat təmir xərcinə mütənasib artırılması hissədə rədd edilməlidir. Digər tərəfdən, iddia tələbinin «iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi cavabdehlərin hər birindən 1000 (min) manat, cəmi 3000 (üç min) manat tutulması » hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin digər hissəsi qeyd olunan tələbdən asılı olduğundan mənəvi zərərin tutulması tələbi də əsassızdır, rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi əmlakda payın artırılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi əmlakda payın artırılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-2434/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2434/2021
28.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver