Məhkəmə qərarları › İş №2(011)-3213/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3213/2023

05.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3213/2023 05.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - Ərizəçi, Maraqlı şəxs qismində cəlb edilməklə, “torpaq sahəsinə mülkiyyət hüququnun və sərəncamın tanınması” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Bakı şəhəri, Xətai rayon İcra hakimiyyəti tərəfindən xx.xx.2000-ci il tarixli 271 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 0,03 ha torpaq sahəsində mülkiyyət hüququnu və 271 saylı sərəncamın tanınması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərərk hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Ərizəçi ərizəsində qeyd edir ki, Bakı şəhəri, Xətai rayon İcra hakimiyyəti tərəfindən xx.xx.2000-ci il tarixli 271 saylı sərəncamı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evi tikilməsi üçün müstəsna hal kimi ona 0,03 ha torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsində fərdi yaşayış evi tikilməsi üçün Bakı şəhəri Xətai rayon İcra hakimiyyətinə rəsmi qaydada müraciət ettmiş, Rayon İcra Hakimiyyətinin memarı Əhməd Məmmədov həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə süni maneələr yaratmaqla torpaq sahəsinin yerləşmə cizgisin təsdiq etməkdən imtina etmişdir. Əhməd Məmmədov xx.xx.2000-ci il tarixli 271 saylı sərəncamı əsassız hesab edərək bildirir ki, həmin sərəncam köhnə İcra Başçisi tərəfindən verilib və ona görə qeyd edilən sərəncam əsassızdır. Beləliklə, X1 öz vəzifə səllahiyyətindən istifadə edərək Azərbaycan Resapublikasının qanunvericiliyini kobud şəkildə pozmaqla qanun çərçivəsində ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə maneələr yaradaraq torpaq sahəsinin yerləşmə cizgisini təsdiq etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllədə işlərə baxılmasının 2 icraat növü nəzərdə tutulmuşdur. Bunlar iddia icraatı və xüsusi icraat adlanır. Xüsusi icraat qaydasında MPM-nin 305.1-ci maddəsində sadalanan işlərə baxılır ki, həmin icraatda baxılan işlərdən bir qrupu da hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi (MPM-nin 307-ci maddəsi) ilə bağlıdır. Lakin iddiaçı torpaq sahəsinə dair sərəncamın tanınması ilə bağlı tələb irəli sürsə də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini nəzərdə tutan MPM-nin 307-ci maddəsində belə bir iddia növü nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinə xüsusi icraat qaydasında baxılmalı olmadığından yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə torpaq sahəsinin yerləşmə çizgisini təsdiq etməkdən imtina edən orqanın hərəkətsizliyindən inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı torpaq sahəsinin ölçü və planın müəyyən edilməsi, təsdiq edilməsi, yaxud bundan imtina edilməsi buna səlahiyyəti olan inzibati orqanın yerinə yetridiyi inzibati fəaliyyətlə əlaqədardır. İnzibati orqan yerinə yetirdiyi fəaliyyətlə inzibati aktlar qəbul edir. Qanun müyyən edir ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (“İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi”). Ərizəçinin tələbində göstərdiyi mübahisənin həlli Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə bağlıdır. Bu halda hazırkı iddia tələbinə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. AR İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”na əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqan hesab edilir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarında məhkəmə aidiyyəti ilə bağlı aşağıdakılar göstərilmişdir: “Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir”. Həmin Qərarının 15.4-cü bəndində göstərilir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi torpaq sahəsinə mülkiyyət hüququnun və sərəncamın tanınması tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Ərizəçiyə hazırkı mübahisə üzrə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar