Məhkəmə qərarları › İş №2(011)-3246/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3246/2024

03.06.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3246/2024 03.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “X3” X7rşı işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı cavabdeh “X3” X7rşı “X3” X8 iddiaçının işdən azad olunmağı barədə xx.xx.2023-cü il tarixli 18-1-9/3-1-1393/2023 saylı əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu il tarixdə X1 "Endoskopik cərrahiyyə və diaqnostika" şöbəsinə tibb bacısı vəzifəsində işə başlamışdır. xx.xx.2011-ci il tarixdə Cərrahiyyə mərkəzinin 1-ci hissəsinə 06 dərəcəli tibb bacısı vəzifəsinə keçirilmişdir. xx.xx.2011-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Cərrahiyyə və orqan transplantasiyası Mərkəzinə 06 dərəcəli tibb bacısı vəzifəsinə keçirilmişdir. xx.xx.2012-ci il tarixdə Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin tibb bacısı vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinon) kifayət dərəcədə olmadığma görə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 14 ilə yaxındır tibb bacısı işləyir və indiyə qədər vəzifəsini layiqincə yerinə yetirmişdir. İddiaçıyla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən xitam verilsə də, işəgötürən tərəfindən nəzərə alınmamışdır ki, o 14 ilə yaxındır tibb bacısı işləyir, indiyə qədər vəzifəsini layiqincə yerinə yetirmiş və onun peşəkarlıq səviyyəsinin yoxlanmasına dair heç bir attestasiya keçirilməmişdir. Azərbaycan Respulikasının Əmək qanunvericiliyinə əsasən işçinin peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə attestasiyası keçirilməlidir. Lakin, cavabdeh tərəfindən iddiaçının hüquqları kobud şəkildə pozularaq barəsində peşəkarlıq səviyyəsinin yoxlanmasına dair heç bir attestasiya keçirilmədən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən xitam verilmişdir. xx.xx.2023-cü il tarixli 18-1-9/3-1- 1393/2023 saylı əmri iddiaçı xx.xx.2023-cü il tarixdə almışdır, xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklifi cavabdehə göndərmişdir. Cavabdeh mediasiya təklifini xx.xx.2023-cü il tarixdə almışdır, bundan sonra "Mediasiya haqqında" qanunun 21.8- ci maddəsinə əsasən 10 gündən sonra, xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2023-cü il tarixdə mediasiya sessiyasında iştirak ilə əlaqədar arayış verildi. Cavabdehin etirazının dəlilləri: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi daha əvvəlki məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşin halları İddiaçı xx.xx.2010-cu il tarixdə X1 "Endoskopik cərrahiyyə və diaqnostika" şöbəsinə tibb bacısı vəzifəsində işə başlamışdır. xx.xx.2011-ci il tarixdə Cərrahiyyə mərkəzinin 1-ci hissəsinə 06 dərəcəli tibb bacısı vəzifəsinə keçirilmişdir. xx.xx.2011-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Cərrahiyyə və orqan transplantasiyası Mərkəzinə 06 dərəcəli tibb bacısı vəzifəsinə keçirilmişdir. xx.xx.2012-ci il tarixdə Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin tibb bacısı vəzifəsinə keçirilmişdir. “X3” X8 xx.xx.2023-cü il tarixli 18-1-9/3-1-1393/2023 saylı əmrinə əsasən X1 “Ümumi cərrahiyyə və orqan transplantasiyası” şöbəsinin tibb bacısı İddiaçı ilə bağlanmış Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə) xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-28/2- 668/2023 saylı məktubundan görünür ki, orta ixtisas tibb təhsili haqqında diplomu yoxlanılarkən İddiaçı 1 nömrəli Bakı Tibb Kollecində təhsil almadığı və ona AB-İ seriyalı 008900 nömrəli diplomun verilmədiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-28/2- 3201/2024 saylı məktubundan görünür ki, sertifikasiya imtahanı ilə əlaqədar müraciət edən İddiaçı sənədləri araşdırılarkən müəyyən olunmuşdur ki, onun tibb təhsili ilə bağlı təqdim etdiyi sənədlər nömrəli Tibb Kolleci tərəfindən verilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentlyinin xx.xx.2024-cü il tarixli, 3-29-68/2-698/2024 saylı məktubundan görünür ki, aparılan araşdırma zamanı “Tələbə-Məzun” X4 Sistemində AB-İ seriyalı 008900 nömrəli haqqında dövlət sənədi aşkar edilməmişdir. İddia tələbinin hüquqi əsası Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublıkasının Qanunu

Maddə 46. Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ

Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. ixtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrindəhazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər

Maddə 49-1. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli, 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X2”na əsasən “Tibb bacısı (qardaşı)” peşəsi üzrə səhiyyə ixtisas qrupuna daxil olan tibb bacısına aid ixtisas tələbi kimi işi, müalicə işi, tibbi profilaktika ixtisaslarından biri üzrə orta ixtisas təhsili müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) Sertifikasiyası Qaydası” 2.10. Tibb mütəxəssisləri tərəfindən sertifikasiyadan keçmək üçün Nazirliyə aşağıda göstərilən sənədlər rəsmi qaydada təqdim edilir: 2.10.1. Nazirlik tərəfindən müəyyən edilmiş formada ərizə; 2.10.2. şəxsiyyət vəsiqəsi və onun surəti; 2.10.3. ali və ya orta tibb təhsili haqqında sənəd (diplom) və onun surəti; 2.10.4. əmək kitabçası və onun notarial qaydada və yaxud kadrlar şöbəsində təsdiq edilmiş surəti; 2.10.5. kadrlar uçotunun şəxsi vərəqəsi; 2.10.6. ixtisasartırma kurslarını keçməsi barədə sənəd və onun surəti; 2.10.7. sağlamlıq haqqında arayış; 2.10.8. 3x4 ölçüdə 2 ədəd fotoşəkil.

22.11. Nazirlik sənədlərin tamlığını, düzgünlüyünü və qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğunluğunu yoxlayır və ərizələrin qəbulu jurnalında qeydiyyata alır.

2.12. Bu Qaydanın tələblərinə uyğun olmayan sənədlər qəbul edilmir və ərizəçiyə aşkar olunmuş çatışmazlıqlar (bu Qaydanın 2.10-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) barədə rəsmi qaydada cavab verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər yenidən təqdim edilə bilər.

Məhkəmənin mövqeyi:

Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad edilən müddəalarının tələblərini nəzərə alaraq və mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin həqiqi hallarını təhlil edərək məhkəmə belə qənaətə gəlir ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə tutduğu vəzifədən azad edilməsinə dair əmrin verilməsinə əsas mövcud olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı “X3” X6 “Tibb bacısı (qardaşı)” peşəsi üzrə fəaliyyət göstərmiş və onun peşəsi üzrə orta ixtisas təhsili tələbi müəyyən edilmişdir. Tibb mütəxəssisləri tərəfindən sertifikasiyadan keçmək üçün Nazirliyə təqdim edilməli sənədlərdən biri də ali və orta tibb təhsili haqqında sənəd (diplom) və onun surəti olduğu halda, onun tibb təhsili ilə bağlı təqdim etdiyi sənədlərin 1 nömrəli Tibb Kolleci tərəfindən verilmədiyi, eyni zamanda ümumiyyətlə onun təqdim etdiyi AB-İ seriyalı 008900 nömrəli diplomun mövcud olmadığı aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən qanunvericiliyin müddəalarına görə qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna yalnız Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış və müvafiq diploma malik olan şəxslər malikdirlər. Belə olan halda, İddiaçı orta ixtisas təhsili haqqında müvafiq sənədinin olmaması və təqdim etdiyi sənədin aidiyyəti orqan tərəfindən hüquqi sənəd sayılmaması, onun tibbi fəaliyyətlə məşğul olmasını istisna edir. Qeyd edilən hal onun ixtisasının tutduğu vəzifəyə uyğun olmaması kimi qiymətləndirilməlidir. Belə olan halda, “X3” X10 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə) xitam verilməsi qanuni və əsaslı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “X3” X10 tərəfindən İddiaçı ilə əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndi ilə xitam verilməsi barədə əmri qanunvericliyin tələblərinə uyğun olaraq verildiyindən qanuni və əsaslıdır, ona görə də İddiaçı “X3” X8 iddiaçının işdən azad olunmağı barədə xx.xx.2023-cü il tarixli 18-1-9/3-1-1393/2023 saylı əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa olunmağı və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə iddiası əsassız hesab edilərək rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı “X3” X8 iddiaçının işdən azad olunmağı barədə xx.xx.2023-cü il tarixli 18-1- 9/3-1-1393/2023 saylı əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar