Məhkəmə qərarları › İş №2(011)-3248/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3248/2020

12.10.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3248/2020 12.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X2, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) Cavabdehnə qarşı əmək xəsarəti nəticəsində sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) Cavabdehnə qarşı əmək xəsarəti nəticəsində sağlamlığa vurulmuş zərərin əvəzi olaraq cavabdeh “SOCAR” Cavabdehndən iddiaçıya vurulmuş 60,766,56 manat zərərin və iddiaçının müalicəsi ilə bağlı xərclərin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Socar Cavabdehnə qarşı iddia ərizəsində qeyd etdiyi iddiaçıya hər ay 843,98 AZN aylıq ödəncin ödənilməsi tələbini nəzərə alaraq bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında göstərdi ki, İddiaçı 1997-ci il 21 iyul tarixində “Azərdənizneftinşaat” trestinin 3 saylı ixtisaslaşdırılmış X4 suvaqçı-rəngsaz peşəsinə qəbul olunmuşdur. 2007-ci il 14 mart tarixində ARDNŞ-nin əmri ilə “Azərdənizinşaat” tresti ilə “Xəzərdənizneftqaz” tresti birləşərək onların bazasında Cavabdeh (bundan sonra cavabdeh) yaradılmışdır. İddiaçının işlədiyi 3 saylı TQİ-də 7 saylı X7 adlandırılmışdır. O, 2012-ci il 22 may tarixində 4 saylı yük bazasında quraşdırma işlərində takelajçı vəzifəsinə keçirilmişdir. O, 2013-cü il 23 noyabr tarixində saat 17:00 radələrində 4 saylı yük bazasında xidməti vəzifəsini yerinə yetirərkən, yəni boruları maşınlardan yükləyən zaman həmin borulardan biri onun sağ ayağının üstünə düşmüş və o, ağır xəsarət almışdır. Yalnız, onun təkidlərindən sonra hadisə nəticəsində istehsalatda bədbəxt hadisə haqqında 1 saylı akt tərtib edilmişdir. O, aldığı xəsarətdən sonra bir neçə saat köməksiz vəziyyətdə qalmışdır. Daha sonra iş yoldaşlarının köməkliyi ilə helikopter çağırılmış və o, ağır vəziyyətdə gecə saat 02-də Mərkəzi Klinikaya çatdırılmışdır. Xəstəxanada onun sağ ayağı dizdən yuxarı amputasiya edilmişdir. Bundan sonra o, 20 nömrəli TSEK-də müayinələrdən keçmişdir və ona TSEK-nin rəyinə əsasən 2014-cü il 15 iyul tarixədək istehsalatda baş verən bədbəxt hadisə nəticəsində peşəkar əmək qabiliyyətinin 85 % itirməklə birinci qrup, TSEK-nin 2015-ci il 28 aprel tarixli rəyinə əsasən isə peşəkar əmək qabiliyyətinin 80 % itirilməklə müddətsiz ikinci qrup əlillik dərəcəsi verilmişdir. TSEK-nin rəyləri ilə iddiaçının sağ ayağının protezə və müalicəyə, eləcə də onun kənar şəxsin köməyinə ehtiyacı olduğu qeyd edilmişdir. İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirdiyi və müqavilə üzrə əmək funksiyalarım yerinə yetirə bilmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2014-cü ildə xitam verilmişdir. İddiaçının 4 nəfərdən ibarət olan ailə üzvlərinin (özü, həyat yoldaşı və 2 uşağı) heç biri işləmir. Onun ailəsinin heç bir yerdən gəliri yoxdur. TSEK-nin rəyində o, oturaq ambardar, kassir, mühasibatıq işlərində işləyə bildiyi qeyd edilmişdir. İddiaçı həmin sənədə əsaslanaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə müvafiq olaraq yüngül işlə təmin olunması üçün müraciət etmiş, lakin müraciətlərinə heç bir cavab verilməmişdir. Bundan başqa, iddiaçının sağlamlığına vurulmuş zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş ödəncin (itirdiyi qazancın, çəkdiyi əlavə xərclərin əvəzinin və hər ay ödənilməli olan aylıq ödəncin) ona ödənilməsi üçün cavabdehə 2020-ci il 20 fevral tarixli ərizə ilə rəsmi müraciət etmişdir. Lakin müraciətinə imtina cavabı verilmişdir. Buna görə də o, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən verilmiş 2014-cü il 24 may tarixli arayışa əsasən, iddiaçıya hesablanmış orta aylıq əmək haqqı 1054,98 manatdır. Buna uyğun olaraq aylıq ödəncin məbləği 843,9 manat təşkil edir (1054,98x80:100=843,98). Burada 1054,98 - iddiaçının orta aylıq əmək haqqı, 80 iddiaçının xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizidir. Qanunvericiliyə əsasən, aylıq ödəncin məbləği iddiaçının orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. Aylıq ödəncin məbləği 843,98 manat olduğu halda, iddiaçı əmək qabiliyyətini 2013-cü il 23 noyabr tarixdən itirdiyi üçün həmin tarixdən 2020-ci ilin may ayınadək (72 ay) iddiaçıya ödənilməli olan ödəncin məbləği 60,766,56 manat təşkil edəcək. Beləliklə,.2013-cü il 23 noyabr tarixdən 2020-ci ilin may ayınadək ona əmək xəsarətinə görə ödənilməmiş 60,766,56 manat ödənilməlidir. Bundan başqa, bədbəxt hadisə nəticəsində iddiaçının müalicəyə və dərmanların alınmasma görə əlavə xərci çıxıb. Onun bu növlü xidmətlərə və qulluğa ehtiyacının olması TSEK-nın rəyləri ilə təsdiq olunur. Bundan başqa, həmin rəylərdə onun ayağının protezə də ehtiyacının olduğu qeyd edilmişdir. Ona əmək xəsarətinə görə çəkdiyi əlavə xərclərin məbləği də cavabdeh tərəfindən ödənilməlidir. Bundan başqa, istehsalatda əmək xəsarətinə görə cavabdeh tərəfindən iddiaçıya hər ay 843,98 manat aylıq ödənc də ödənməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçının nümayəndəsi və vəkili məhkəmədən xahiş edir ki, əmək xəsarəti nəticəsində iddiaçının sağlamlığına vurulmuş zərərin əvəzi olaraq cavabdeh “SOCAR Cavabdehndən 60,766,56 manat (altmış min yeddi yüz altmış altı manat 56 qəpik) və müalicəsi ilə bağlı xərclərə görə hər ay 843,98 manat aylıq ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilin verdiyi izahata uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 2013-cü il 23 noyabr tarixində 4 saylı yük bazasında baş vermiş bədbəxt hadisə nəticəsində İddiaçı xəsarət almışdır. Bunun nəticəsində iddiaçı əmək qabiliyyətinin 80 faiz itirməklə müddətsiz ikinci qrup əlillik dərəcəsini almışdır. Cavabdeh və “X21” ASC arasında bağlanmış 0093-11 nömrəli xx xxxx 2011-ci il tarixli müqaviləyə əsasən trestin bütün işçiləri sözügedən sığorta növü üzrə sığortalanırlar. Həmin müqavilənin 1-ci bəndinə əsasən işçilərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı sığorta ödənişinin verilməsi öhdəliyi götürmüşdür. Həmin müqaviləyə əsasən “X21” ASC tərəfindən Cavabdehnə təqdim edilmiş C-CPA № 039/2014 nömrəli sığorta aktının surətinə və sözügedən sığorta aktına edilmiş xx.xx.2014cü il tarixli Əlavə №01, xx.xx.2014-cü il tarixli Əlavə №02, xx.xx.2015-ci il tarixli Əlavə №03 və xx.xx.2015-ci il tarixli Əlavə №04 sənədlərinin surətlərinə əsasən, iddiaçıya xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək aylıq 783,07 manat, protezləşmə üçün 4179 manat, qulluğa görə iki il müddətinə hər ay 65,00 manat və sonuncu dəfə birdəfəlik 94902,43 manat məbləğində sığorta ödənişləri aparılmışdır. Bu səbəbdən də onun, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli 3 nömrəli qərarına istinad etməyi əsassızdır. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” (xx xxx 2010-cu il tarixli 999-İİİQ nömrəli) Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2010-cu il tarixli 192 nömrəli qərarının 2-ci bəndində birbaşa qeyd olunmuşdur ki, yuxarıda qeyd olunan qanun qüvvəyə mindiyi (xx xxx 2010-cu il) tarixədək istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli 03 nömrəli qərarı ilə tənzimlənir. Odur ki, cavabdeh SOCAR-ın Cavabdeh nümayəndəsi məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəldi ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan “Socar” Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa, SOCAR ilə “X21” ASC arasında imzalanmış əməkdaşlıq sazişinə uyğun olaraq, Cavabdeh və “X21” ASC arasında bağlanmış 0093-11 nömrəli xx xxxx 2011-ci il tarixli müqaviləyə əsasən trestin bütün işçiləri sözügedən sığorta növü üzrə sığortalanırlar. Həmin müqavilənin 1-ci bəndinə əsasən işçilərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı sığorta ödənişinin verilməsi öhdəliyi götürmüşdür. “X21” ASC tərəfindən Cavabdehnə təqdim edilmiş C-CPA № 039/2014 nömrəli sığorta aktının surətinə və sözügedən sığorta aktına edilmiş xx.xx.2014-cü il tarixli Əlavə №01, xx.xx.2014-cü il tarixli Əlavə №02, xx.xx.2015-ci il tarixli Əlavə №03 və xx.xx.2015-ci il tarixli Əlavə №04 sənədlərinin surətlərinə əsasən, ona xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək aylıq 783,07 manat, protezləşmə üçün 4179 manat, qulluğa görə iki il müddətinə hər ay 65,00 manat və sonuncu dəfə birdəfəlik 94902,43 manat məbləğində sığorta ödənişləri təmin edilmişdir. Bu səbəbdən də onun, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli 3 nömrəli qərarına istinad etməyi əsassızdır. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” (xx xxx 2010-cu il tarixli 999-İİİQ nömrəli) Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2010-cu il tarixli 192 nömrəli qərarının 2-ci bəndində birbaşa qeyd olunmuşdur ki, yuxarıda qeyd olunan qanun qüvvəyə mindiyi (xx xxx 2010-cu il) tarixədək istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli 03 nömrəli qərarı ilə tənzimlənir. İş materiallarında olan AR Əmək və X10 Nazirliyinin Ağsu rayon 20 nömrəli X17 Komissiyasının arayışına əsasən İddiaçı istehsalat zədələnməsi nəticəsində 2-ci dərəcəli müddətsiz əlildir, sağ ayağının protezə və müalicəyə ehtiyacı var. İş materiallarında olan AR Ağsu rayon İcra Hakimiyyəti başçısının Padar kənd ərazi dairəsi üzrə nümayəndəliyinin arayışına əsasən İddiaçı Ağsu rayonu Padar kəndində qeydiyyatdadır, hal-hazırda heç bir yerdə işləmir və ailə üzvləri: arvadı X8, qızı X6, oğlu X11 vardır. İş materiallarında olan AR Əmək və X10 Nazirliyi yanında Dövlət X12 Ağsu rayon şöbəsinin arayışına əsasən İddiaçı 2-ci dərəcəli əlil kimi (ömürlük) 464,12 manat əmək pensiyası alır. İş materiallarında olan ARDNŞ Cavabdeh 7 saylı X3 İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 nömrəli aktına əsasən xx xxxxxx 2013-cü ildə saat 17:00 radələrində 4 saylı yük bazasında xidməti vəzifəsini yerinə yetirərkən, yəni boruları maşınlardan yükləyən zaman həmin borulardan biri İddiaçı Fəxrəddin oğlunun sağ ayağının üstünə düşmüş və o xəsarət almışdır. X20 Xəstəxanasında sağ ayağı diz nahiyəsindən yuxarı amputasiya olunmuş və hazırda müalicəsi davam edir. İş materiallarında olan, Pensiya hesablanması üçün əmək haqqı barədə arayışın surətindən görünür ki, İddiaçı pensiya hesablanması üçün nəzərə alınan iki illik əmək haqqı 22196,81 manat olmuşdur. İş materiallarında olan X1 surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə İddiaçı sağ dizüstü amputasiya, xx.xx.2013-cü illərdə yumşaq toxuma əməliyyatlar icra etmişdir. İş materiallarında olan X19 Mərkəzinin xx.xx.2020-ci il tarixli arayışına əsasən İddiaçı xx.xx.2020-ci il tarixində Memorial Klinik MMC-də verdiyi Anti-HBc total analizinin nəticəsinin müsbət olması hepatit B virusunun keçirilməsini təsdiq edir. İş materiallarında olan “Sığortaçı” adlanacaq “X21” ilə “Sığortalı” adlanacaq ARDNŞ Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”-nə əsasən Sığortalının qanunvericiliklə müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqaviləsi əsasında xam neft və təbii qazın hasilatı, tikinti quraşdırma və təmir işlərinə, habelə avadanlıq, qurğu və materialların istehsalı fəaliyyətinə cəlb edilmiş fiziki şəxslərin (bundan sonra müqavilənin mətni üzrə “sığorta olunanlar”) həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə Sığortaçı qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür. İş materiallarında olan ARDNŞ Cavabdeh xx.xx.2020-ci il tarixli Əmək haqqı və digər gəlirlər haqqında arayışına əsasən Cavabdeh keçmiş 7 saylı X3 7 saylı tikinti quraşdırma sahəsində ƏÖD-4 olan quraşdırma işlərində takelajçı peşəsində işləmiş İddiaçı noyabr 2012-ci il tarixindən oktyabr 2013-cü il tarixinədək 11085,16 manat məbləğdə əmək haqqı hesablanmışdır. Orta aylıq əmək haqqı 11085,16/12=923,76 (doqquz yüz iyirmi üç manat 76 qəpik) təşkil edir. İş materiallarında olan “X21” ASC-nin xx.xx.2019-cu il tarixli **********00039/06 nömrəli Sığorta aktı və aktın alavələrindən görünür ki, İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisəyə görə 94902,43 manat məbləğində sığorta ödənişi aparılmışdır. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Həmin maddənin 3-cü hissəsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Həmin maddənin 5-ci hissəsinə əsasən bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. “İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra – icbari sığorta) – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir. Sığorta olunan – xeyrinə icbari sığorta müqaviləsi bağlanılan və bu Qanunla müəyyən olunmuş hallarda sığorta ödənişi verilməli olan bu Qanunun 3-cü maddəsində göstərilən şəxslər. Faydalanan şəxs – bu Qanuna uyğun olaraq sığorta müqaviləsindən faydalanan (sığorta ödənişi verilməli olan) şəxsdir. 16-cı maddəsinə əsasən bu qanuna uyğun olaraq faydalanan şəxslərə aylıq sığorta ödənişi, birdəfəlik sığorta ödənişi və əlavə sığorta ödənişi verilir. Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır. Birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə verilir. Əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə görə verilən pul təzminatıdır. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” (2010-cu il 11 may tarixli 999- İİİQ nömrəli) Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarının 2-ci bəndində birbaşa qeyd olunmuşdur ki, yuxarıda qeyd olunan qanun qüvvəyə mindiyi (2010-cu il11 may) tarixədək istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 09 yanvar tarixli 03 nömrəli qərarı ilə tənzimlənir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunduğundan və sığorta şirkəti tərəfindən iddiaçıya itirilmiş aylıq əmək haqqı əvəzində və iddiaçının müalicəsi, dərmanların alınması, protezləşdirməyə görə 94902,43 manat məbləğində sığorta ödənişi verildiyindən iddiaçının işəgötürən SOCAR Cavabdehndən olduğu halda, iddiaçı əmək qabiliyyətini 2013-cü il 23 noyabr tarixdən 2020-ci ilin may ayınadək (72 ay) iddiaçıya ödənilməli olan 843,98 manat məbləğində aylıq ödənclərə görə ümumilikdə 60,766,56 manat məbləğində zərərin və gələcəkdə hər ay 843,98 manat məbləğində aylıq ödənclərin aparılması ilə bağlı əsassızdır. Digər tərəfdən məhkəmə iddiaçının müalicəsi ilə bağlı xərclərin tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbinə hüquqi qiymət verərək belə qənaət gəlir ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçının müalicəsi ilə bağlı zərərin ödənilməsini tələb etsə də, o zərərin məbləğini müəyyən etməmiş və tələbi əsaslandırmaq üçün məhkəməyə hər hansı bir dəlil və ya sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi ilə bağlı formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) Cavabdehnə qarşı əmək xəsarəti nəticəsində sağlamlığa vurulmuş zərərin əvəzi olaraq cavabdeh “SOCAR” Cavabdehndən iddiaçıya vurulmuş 60,766,56 manat zərərin, iddiaçının müalicəsi ilə bağlı xərclərin və hər ay 843,98 manat aylıq ödəncin ödənilməsi tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) Cavabdehnə qarşı cavabdehdən əmək xəsarəti nəticəsində sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi üzrə hər ay 843,98 AZN aylıq ödəncin ödənilməsi və əmək xəsarəti nəticəsində sağlamlığa vurulmuş 60,766,56 manat zərərin və müalicə ilə bağlı xərclərin tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar