Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3257/2020 19.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İlkin iddia üzrə İddiaçı1, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı1 Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbi barədə ilkin iddiasına; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı mənzilin açıq hərracda satılması, əldə olunan vəsaitin paylara müvafiq olaraq bölünməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə İddiaçı1 Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı mənzilin açıq hərracda satılması, əldə olunan vəsaitin paylara müvafiq olaraq bölünməsi tələbi barədə qarşılıqlı iddiasına İlkin iddia üzrə İddiaçı1 məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiadan imtina etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 qarşı mənzilin açıq hərracda satılması, əldə olunan vəsaitin paylara müvafiq olaraq bölünməsi tələbinə dair qarşılıqlı iddiadan imtina etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia üzrə iddiaçının ilkin iddiadan, qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddiadan imtina edilməsi barədə ərizələri əsaslı hesab edilərək məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İlkin iddia üzrə İddiaçı1 Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbi barədə ilkin iddiasına; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı mənzilin açıq hərracda satılması, əldə olunan vəsaitin paylara müvafiq olaraq bölünməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3257/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3257/2020
19.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver