Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3260/2025 11.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, xx.xx.1958-ci ildə Zəngilan rayonu Yuxarı Yeməzli kəndində anadan olmuşdur, hal-hazırda ünvan 1 ünvanda yerləşən mənzildə yaşayır. O, xx.xx.1981-ci il tarixində X6 ilə Zəngilan rayon Yeməzli icra nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Həyat yoldaşı X6 xx.xx.2024cü il tarixində Bakı şəhərində vəfat etmişdir. Hal-hazırda vərəsəlik işləri ilə bağlı Asan Xidmət mərkəzinə müraciət etmiş, Asan Xidmət Mərkəzindən ərizəçidən mərhum həyat yoldaşı X3 doğum haqqında şəhadətnaməsini tələb etmişlər. Mərhum həyat yoldaşı X6 xx.xx.1960-cı il tarixində Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuşdur. Mərhumun atası X4, anası isə X11 olmuşdur. X6 Ermənistan Respublikası, Qafan rayonundan köçən zaman sənədləri Ermənistanda yaşadıqları evdə qalmış və sənədləri götürə bilməmişdir. Ərizəçi 6 saylı Bakı Asan xidmət Mərkəzi Qeydiyyat şöbəsinə mərhum həyat yoldaşı X6 üçün təkrar doğum haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir. Lakin ərizəçiyə imtina edilərək aidiyyəti üzrə məhkəməyə müraciət etməyi bildirilmişdir. Ərizəçi qeyd olunanlara əsasən, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş xx.xx.1960-cı il təvəllüdlü mərhum həyat yoldaşı X3 Ermənistan Respublikası, Qafan rayonunda doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatına, şahid ifadələrinə və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 17799410 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 22 may 1960-cı il tarixdə Ermənistan Respublikasında Qafan rayonunda anadan olmuşdur. İş materiallarında olan Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidməti tərəfindən verilmiş 18 fevral 2011-ci il tarixli 05/2-173-01 nömrəli arayışın surətindən görünür ki, X9 və X5 nikahı haqqında 25 iyun 1981-ci il tarixdə 3 nömrəli at qeydi tərtib edilmişdir. İş materiallarında olan Xətai rayon Mənzil Kommunal Təsərrüfatl Birliyinin 6 saylı MKİS-i tərəfindən verilmiş 313 nömrəli 28 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev-6A, mənzil 62 ünvanında yaşayır, arvadı X6 20 noyabr 2024-cü il tarixdə vəfat etmiş, vəfat edən günə kimi əri ilə birlikdə yaşamış və qeydiyyatda olmuşdur. Dəfn mərasimi əri tərəfindən keçirilmişdir. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 459554 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20 noyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi verilmiş 26 fevral 2025-ci il tarixli 3-16-5/7-Q-227/2025 saylı məktubdan görünür ki, Ərizəçi arvadı-X3 doğum haqqında akt qeydinin bərpa olunması haqqında xx.xx.2025-ci il tarixli ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”-ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 14cü bəndinə, əsasən, itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Hazırkı halda doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən müvafiq sənədlər təqdim olunmadığı üçün müraciətin icrası imkan xaricindədir. Bununla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi 28 aprel 2025-ci il tarixli 1255/2025 saylı məktubdan görünür ki, Ərizəçi xx.xx.2024-cü il tarixdə vəfat etmiş arvadı X2 miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə xx.xx.2025-ci il tarixdə notariat ofisinə daxil olmuş ərizəyə baxılmış və bildirilmişdir ki, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq lünasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlanılır. Sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, mirasın qoyan X3 doğum haqqında şəhadətnaməsi “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmamışdır. Bu səbəbdən də hal-hazırda Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyri-mümkündür. Hazırkı halda doğum haqqında akt qeydi təqdim edilmədiyi üçün doğum akt qeydiyyatı aktının məhkəmə qaydasında bərpa olunması tövsiyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, o, ərizəçinin qaynıdır. X1 1960-cı ildə Qafan rayonunda anadan olmuşdur. Şəhruz Məmmədov və bacısı X15 oxuyub, orada məktəbə getmişdirlər. Ermənistandan çıxanda Şəhruz Məmmədov və bacısı Adilə Məmmədovanın doğum haqqında şəhadətnaməsi itmişdir. Bacısı 2024-cü ilin noyabr ayında rəhmətə getmişdir, dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, o, ərizəçinin qaynıdır. X1 1960-cı ilin may ayında Qafan rayonunda anadan olmuşdur. Qafandan köçəndə doğum haqqında şəhadətnaməsi itmişdir. Qafandan köçüb Zəngilan rayonuna yerləşmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə belə qənaətə gəlir ki, X3 22 may 1960-cı il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğulmasını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar və şahid ifadələri vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, X3 22 may 1960-cı il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi X3 22 may 1960-cı il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3260/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3260/2025
11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver