Məhkəmə qərarları › İş №2(011)-3268/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3268/2023

11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3268/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi X5 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Ərizəçi X5 “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçinin hüquqi varisi X14 “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, baba-nənəsinin nikah şəhadətnaməsində, atasının, bacısının və qardaşlarının doğum şəhadətnamələrində babasının adının Ağaəli olmasını, qonşu və qohumların bu faktı təsdiq etməsini nəzərə alaraq, babasının ad, soyad, ata adının “X23” olması faktının tanınması, “X23”nun doğum haqqında akt qeydinin müəyyən edilməsi faktının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin hüquqi varisi X14 09 dekabr 1982-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X2 xx xxxx 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atasının ailəsi 6 nəfərdən ibarət olmuşdur. X4 (1917-ci il doğumlu) və nənəsi X3 (1924-cü il doğumlu) 1946-cı il tarixdə nikaha daxil olmuşlar. Bu nikahdan 2 qız, 2 oğul övladları anadan olmuşdur: X24 - 15 mart 1947-ci il tarixində anadan olmuş, Bakı şəhəri, Qala qəsəbəsində qeydiyyatda olan, 05 aprel 2012-ci il tarixində vəfat edən; Bağırova (Hüseynova) Tamilla Ağaəli qızı – 12 aprel 1951-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan; Məmmədova (Hüseynova) Nailə Ağaəli qızı – 08 iyul 1953-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, İçəri şəhərdə qeydiyyatda olan; X15 – xx xxxx 1956-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan, 02 sentyabr 2022-ci il tarixdə vəfat etmiş. Ərizəçinin hüquqi varisinin X4 09 noyabr 2003cü ildə 86 yaşında vəfat etmişdir. Babası vəfat edərkən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yaşamışdır. Babası vəfat edərkən onunla həmin ünvanda P.Hüseynovanın X2, anası X26, P.Hüseynova özü, bacısı X16 və qardaşı X17 yaşamışdır. P.Hüseynovanın babası vəfat etdikdə onun adına olan əmlakla bağlı heç bir notariat orqanında vərəsəlik işi açılmamış, vərəsəlik şəhadətnaməsi verilməmişdir. Babası vəfat etdikdən sonra sonuncunun doğum haqqında şəhadətnaməsinin harada olduğunu müəyyən edə bilməmişlər. P.Hüseynovanın atasının, bibilərinin və əmilərinin şəhadətnamələrində babasının ad, soyad və ata adı X7 qeyd edilmişdir. Baba və nənəsinin nikah haqqında şəhadətnaməsində də eynilə babasının ad, soyad və ata adı X7 qeyd edilmişdir. P.Hüseynovanın atasının atası X1 “doğum haqqında şəhadətnamənin verilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Təqdim edilən sənədlərdən bəlli olmuşdur ki, P.Hüseynovanın babasının adı X20r. P.Hüseynovanın babasının doğum haqqında şəhadətnamədə adı X8, ana adı isə Hüseynova Xanımana kimi müəyyən olunmuşdur. 24 may 2022-ci il tarixində X18 doğum haqqında şəhadətnaməsinin dublikatının verilməsi barədə müraciət edilmişdir. Buna cavab olaraq müracitə imtina cavabı verilmişdir. Daha sonra ərizəçi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, 15 mart 1917-ci il tarixdə anadan olmuş X10 doğumunun qeyd edilməsi faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X27 öz izahatında bildirdi ki, mərhum onun babası olmuşdur. Onun nə vaxt vəfat etməsi barədə məlumatı yoxdur. Şəxsiyyət vəsiqəsində babasının doğum tarixi 15 mart, adı Ağa Əli, şəxsiyyət vəsiqəsində isə adı Ağa Əmi olaraq qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X21 öz izahatında bildirdi ki, o, mərhumun gəlini olmuşdur. Mərhumun əsl adı Ağa Əli olmuşdur. Bu mübahisə mərhumun adı ilə bağlı yaranmışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən X26 öz izahatında bildirdi ki, X23 09 sentyabr 2003-cü il tarixdə vəfat etmişdir. Mərhum onun qayınatası olmuşdur. Sonuncunun doğum haqqında şəhadətnaməsində anadan olduğu tarix 15 mart 1917-ci il kimi qeyd edilmişdir. Sonuncunun atasının adı Vahab, anasının adı X19 olmuşdur. X23 vəfat etdikdə yanında o, həyat yoldaşı, uşaqları olmuşdur. Doğum haqqında şəhadətnamə onun baldızına verilmiş, bundan sonra şəhadətnamə itmişdir. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin babası olan X18 ad, soyad və ata adı müxtəlif sənədlərdə fərqli cür qeyd edilmişdir. Belə ki, • 19 aprel 1951-ci il tarixdə tərtib olunmuş nikah haqqında arayışda X22; • evlənmə haqqında akt qeydində X22; • ölüm haqqında akt qeydində Hüseynov Ağa-Əmi Vahib oğlu; • oğlu X6 doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnaməsində X22; • oğlu X6 şəxsiyyət vəsiqəsində ata adı olaraq Ağa Əli; • digər oğlu X11 doğum haqqında şəhadətnaməsində X22 kimi qeyd edilmişdir. Bu məsələnin aradan qaldırılması üçün ərizəçi müxtəlif dövlət orqanlarına müraciət etmiş, babasına aid doğum haqqında şəhadətnamənin olmadığına görə sənədlərə düzəliş etmək mümkün olmamışdır buna görə də o, son olaraq babasının doğumunun qeyd edilmə faktının tanınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən müvafiq dövlət orqanlarına sorğular verilmiş və X9 məxsus doğum akt qeydinin surəti əldə edilmişdir. İstinad olunan sənəddən görünür ki, X6 ata qrafasında qeyd edilən ad X7 qeyd edilmişdir. İstinad olunan sənəddən 28 aprel 1956-cı il tarixə sonuncunun 39 yaşı olduğu və aşpaz vəzifəsində çalışdığı görünür. İş materiallarına əlavə edilmiş 19 aprel 1951-ci il tarixdə tərtib olunmuş nikah haqqında arayışdan görünür ki, X22 ilə X3 arasında nikah bağlanmışdır. İş materiallarındakı ölüm haqqında akt qeydinin surətindən görünür ki, Hüseynov Ağa-Əmi Vahib oğlu 19 sentyabr 2003-cü ildə vəfat etmişdir. Onun doğum tarixi olaraq 15 mart 1917-ci il qeyd edilmişdir. İstinad olunan sənədə əsasən onun ölümü barədə xəbəri verən şəxsin adı Hüseynova Vəfa (gəlini) olmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırma zamanı təhlil edilmiş sübutlara, şahid ifadələrinə və işin digər hallarına qiymət verərək hesab edir ki, X10 doğumunun qeyd edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Belə ki, araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, X10 adı həyatının ilk dövrlərində mövcud olan sənədlərdə “X48” kimi qeyd edilsə də, sonradan şəxsiyyət vəsiqəsində adı “Ağa-Əmi Vahib oğlu” kimi qeyd edildiyindən onun ölüm haqqında şəhadətnaməsində də ad, soyad və ata adı vəsiqədəki kimi qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə verdiyi sorğuya cavabdan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Bakı şəhəri Qala kənd məscidinin 1915-1919-cu illərə dair doğum aktlarının qeydiyyat kitablarında X12 və eyni doğum tarixli X10 doğum tarixlərinə dair heç bir məlumat aşkar olunmamışdır. İşin hallarından müəyyən edilir ki, sənədlərdə ad və ata adının düzgün qeyd olunmaması nəticəsində, eyni zamanda nə dövlət arxivində, nə vətəndaşlıq vəziyyəti aktlarının reyestrində X22 barəsində məlumatlar aşkar olunmamışdır. Onun ailə üzvlərinin də sonuncuya aid doğum haqqında şəhadətnaməsini itirməsi nəticəsində sənədlərində düzəliş etmək mümkün deyildir. Odur ki, X10 doğumunun qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilməli, doğum akt qeydində “uşaq adı” qrafasında “X22”, “ata adı” qrafasında “X25”, “ana adı” qrafasında “X19”, “milliyyət” qrafasında “azərbaycanlı” kimi qeyd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi X36 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 15 mart 1917-ci il tarixdə anadan olmuş X10 doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydində “uşaq adı” qrafasında “X22”, “ata adı” qrafasında “X25”, “ana adı” qrafasında “X19”, “milliyyət” qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar