Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3301/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə və yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair mülki işə Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə və yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, X1 tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 033503 nömrəli order əsasında Cavabdeh1 mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə ona və onun ailə üzvlərinə (Cavabdeh2, İddiaçı1, Cavabdeh3, İddiaçı2, İddiaçı3, İddiaçı4) ünvan 6əhəllə, ev 14 ünvanında yerləşən 17 nömrəli mənzil verilmişdir. Mənzil verildikdən sonra iddiaçılar mənzilə qeydiyyata düşmüşdür və hal-hazırda həmin mənzildə qeydiyyatdadırlar. Bir müddət əvvəl mənzilin ünvanında dəyişiklik edilmişdir, mənzilin hazırkı ünvanı ünvan 1 Xətai rayonu, 1130-1133-cü məhəllə, ev 14, mənzil 17 ünvanı ilə ünvan 2zil verildikdən sonra cavabdehlər iddiaçılara mənzilə köçməyə imkan verməmişdirlər. İddiaçılar mübahisənin məhkəmədənkənar həlli ilə bağlı cavabdehlərə dəfələrlə müraciət etsələr də, buna nail ola bilməmişlər, ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçılar hesab edir ki, hazırki mübahisəyə məhz həmin dövr üçün qüvvədə olan qanunvericilik normaları əsasında baxılmalıdır, Sözügedən mənzil xx.xx.2000-ci il tarixində verildiyinə görə, yəni 2000-ci ilin sentyabr ayının 1-dən əvvəl verildiyi üçün iddiaçılar hesab edir ki, mövcud mübahisə həmin vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə tənzimlənməlidir. Beləliklə, işin müəyyən olunmuş həqiqi hallarından məlum olur ki, Cavabdeh1 ailə üzvlərinin sayı çox olduğu üçün ailə üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət tərəfindən ona 5 otaqdan ibarət mənzil verilmişdir. Həmin ailə üzvlərinin arasında iddiaçılar da olduqları üçün mənzilin verilməsi üçün əsas olan sənəddə, orderdə onların da adları göstərilmişdir. Ona görə də iddiaçıların həmin mənzilə istifadə hüququ və gələcəkdə gözlənilən mülkiyyət hüququ vardır. İddiaçılar hesab edir ki, onlar həmin mənzilə köçürülməli və onların həmin mənzilə istifadə hüququ tanınmalıdır. İddiaçılar göstərilənləri nəzərə alaraq, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Bakı şəhəri, ünvan 3 ünvanı:ünvan 4rın ünvan 5 ünvanı: ünvan 6əhəllə, ev 14, mənzil 17) ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Nümayəndə əlavə olaraq izahatında bildirmişdir ki, İddiaçı1 Cavabdeh1 oğlu, digər iddiaçılar isə Raufun ailə üzvləridir. Mübahisəli mənzil order əsasında verilmişdir, ailə üzvlərinin sayının çoxluğuna görə 2 ayrı mənzil əvəzinə, 5 otaqlı mənzil verilmişdir. Cavabdehlər sözdə iddiaçıların evdə qalmasına etiraz etməsə də, fiziki olaraq buna şərait yaratmırlar. İddiaçı cavabdehə mənzilin özəlləşdirilib, payların müəyyən olunmasını bildirsə də, cavabdehlər razı olmamışdır. Hazırda iddiaçıların yaşamağa yerləri yoxdur. Əvvəllər ailə kimi birlikdə yaşamışlar, lakin son 1-2 ildir ki, cavabdehlər iddiaçıların mənzilə köçmələrinə şərait yaratmamışdır. Məhkəmə iclası barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmənin baxış iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və eyni zamanda vəkilinin çıxışını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xətai rayon X1 tərəfindən verilmiş 033503 saylı, xx.xx.2000-ci il tarixli orderin surətindən görünür ki, Cavabdeh1 mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə ona və onun ailə üzvlərinə (Cavabdeh2, İddiaçı1, Cavabdeh3, İddiaçı2, İddiaçı3, İddiaçı4) ünvan 6əhəllə, ev 14 ünvanında yerləşən 17 nömrəli 5 otaqlı mənzil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli 14 fevral 2024-cü tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28, 17 nömrəli mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında 12 aprel 1996-cı il tarixdə nikah bağlanmış və 522 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Qeyd olunmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzildə 1997-ci ilin yanvar ayından yaşadığından hazırki, mübahisənin həlli əvvəlki Mənzil Məcəllənin normaları ilə tənzimlənməlidir. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəəyn edilmişdir ki, Bakı şəhəri, ünvan 7 ünvanı:ünvan 6əhəllə, ev 14, mənzil 17) bağlı 033503 saylı order Azərbaycan SSR Bakı şəhəri Xətai rayon X1 tərəfindən xx.xx.2000-ci il tarixdə Cavabdeh1 verilmişdir. İddiaçı1 Cavabdeh1 övladıdır. İddiaçı1 12 aprel 1996-cı il tarixdə digər İddiaçı2 ilə nikaha daxil olmuş və onların birgə nikahdan övladları - İddiaçı3, İddiaçı4 və İddiaçı5 dünyaya gəlmişdir. Mübahisəli mənzillə bağlı verilmiş orderdə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 adları qeyd olunmuş və iddiaçılar sözügedən mənzilə qeydiyyata düşmüşlər. Hazırda cavabdehlər iddiaçıların sözügedən mənzildə yaşamalarına şərait yaratmamış, iddiaçıların başqa yaşayış yerinin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə işin faktiki hallarına, işdə olan sübutlara və yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Bakı şəhəri, ünvan 9 ünvanı:ünvan 10malı və onlar həmin mənzilə köçürülməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Bakı şəhəri, ünvan 9 ünvanı:ünvan 11nınsın və onlar həmin mənzilə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3301/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3301/2024
12.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver