Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-331/2022 08.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Yunis oğluna qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Yunis oğluna qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 14 ünvanında yerləşən 104 saylı mənzil onun xüsusi mülkiyyətində olmaqla ona məxsusdur. Xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda olan iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun övladlarıdır. Onlar ailə qurduqdan sonra onun məzilindən köçmələrinə və bundan sonra həmin mənzildə yaşamamalarına baxmayaraq, bu günə qədər mənzilində pasport qeydiyyatında qalmaqdadılar. Belə ki, qızları Cavabdeh1 1993-cü ilin əvvəllərində ərə gedərək həmin vaxtdan ərinə məxsus olan evdə yaşamağa başlamışdır. Sonradan xx.xx.1993-cü ildə onun Cavabdeh3 adlı övladı dünyaya gəlmiş və həmin vaxt qızı Cavabdeh1 öz övladı Cavabdeh3 onun mənzilinə pasport qeydiyyatına saldırmışdır. Sonradan qızı Vəfanın xx.xx.1996-cı ildə Cavabdeh4 və xx.xx.1999-cu ildə Cavabdeh5 Yunis oğlu adlı övladları anadan olmuş və Vəfa həmin uşaqlarını da ona məxsus olan mənzilə pasport qeydiyyatına saldırmışdır. Bununla kifayətlənməyən qızı Cavabdeh1, ondan xəbərsiz və rəsmi razılığı olmadan öz qızı Cavabdeh3 övladı olan xx.xx.2018-ci ildə anadan olmuş X4 da ona məxsus mənzilə pasport qeydiyyatına saldırmışdır. Cavabdeh1 övladları və nəvəsi ona məxsus olan mənzildə heç bir zaman yaşamamış və onunla birgə təsərrüfat aparmamışlar. Onun digər qızı Cavabdeh2 isə, 2000-ci ilin əvvəllərindən ona məxsus olan mənzildən ərə getdiyindən köçmüş və həmin vaxtdan onun mənzilində yaşamır. Qeyd olunmalıdır ki, o, dəfələrlə cavabdehlərə yaşadıqları və öz ailələrinə məxsus olan mənzillərinə pasport qeydiyyatına düşmələrini, onun mənzilindən qeydiyyatdan çıxmalarını istəsə də, onlar onun xahişlərini yerinə yetirməmişlər. Cavabdehlərin onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmaları onun həmin mənzillə bağlı hər-hansısa əqdlərin bağlanmasına maneələr törədir, əlavə kommunal haqların ödənilməsinə gətirib çıxarır ki, bunun nəticəsində də onun qanunla qorunan mülkiyyət hüquqları kobud surətdə pozulur. O, öz mülkiyyətində olan mənzilin barəsində sərəncam verə bilmir, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilmir ki, bu da onun digər hüquqlarının pozulması deməkdir. xx.xx.2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası SSR-nin Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Göründüyü kimi, onun qızları Cavabdeh1 və Cavabdeh2 pasport qeydiyyatında olduqları onun xüsusi mülkiyyətində olan mənzildən xx.xx.2000-ci ildən əvvəl köçdüklərindən, onların həmin mənzildə olan istifadə hüquqları itirilmişdir. Digər cavadehlər xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh4, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh5 Yunis oğlu və xx.xx.2018-ci il təvəllüdlü X6 xüsusi mülkiyyətində olan mənzildə pasport qeydiyyatnda olsalar da, onlar həmin mənzildə ümumiyyətlə yaşamadıqlarından, onların mənzildə istifadə hüquqları ümumiyyətlə yaranmamışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 14 ünvanında yerləşən 104 saylı mənzilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh5 Yunis oğlunun, Cavabdeh3, azyaşlı övladı X2 adı çəkilən mənzildə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Yunis oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, müvafiq qeyd aparılaraq bildirişlər məhkəməyə geri qaytarılmış, məhkəmə bildirişləri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 104 saylı mənzil xüsusi mülkiyyət kimi xx.xx.1995-ci il tarixdən İddiaçı adına hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında 4391689№-li arayışdan görünür ki, ünvan 2 ünvanında Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 Yunis oğlu, Cavabdeh3 və X6 qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsi ev 14, 104 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən ünvan 3 ünvanda yuxarıda göstərilən tarixdən (Cavabdeh1 1993-cü ildən, Cavabdeh2 isə 2000-ci ildən) Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 14, 104 saylı mənzildə yaşamırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən ünvan 4 ünvanlanmış 26 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1 xx.xx.2005-ci il tarixdən hazırki vaxtadək, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh2 Oqtay qızı xx.xx.1994-cü il tarixdən hazırki vaxtadək, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh3 xx.xx.2017-ci il tarixdən hazırki vaxtadək, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh4 xx.xx.2013-cü il tarixdən hazırki vaxtadək, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh5 Yunis oğlu xx.xx.2014-cü il tarixdən hazırki vaxtadək, ünvan 5 ünvanında qeydiyyatdadırlar. xx.xx.2018-ci il təvəllüdlü X6 26 aprel 2019-cu il tarixdən hazırki vaxtadək Masallı rayonu, Tüklə kəndində qeydiyyatdadır. İş materiallarında olan X1, X3 və X8 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X1, X3 və X8 hər biri ayrı-ayrılıqda Cavabdeh1 Oktay qızının 1993-cü ilin yanvar ayından, Cavabdeh2 2000-ci ilin fevral ayından İddiaçı məxsus olan ünvan 5 ünvanda yaşamadıqlarını, onların övladları Cavabdeh3 xx.xx.1993-cü il, Cavabdeh4 xx.xx.1996-cı il, Cavabdeh5 Yunis oğlunun xx.xx.1999-cu il, həmçinin nəticəsi X2 xx.xx.2018ci il, qeydiyyata alındığı tarixdən həmin ünvanda yaşamadıqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X8 hər biri ayrı-ayrılıqda X1, X3 və X8 hər biri ayrı-ayrılıqda Cavabdeh1 Oktay qızının 1993-cü ilin yanvar ayından, Cavabdeh2 2000ci ilin fevral ayından İddiaçı məxsus olan ünvan 5 ünvanda yaşamadıqlarını, onların övladları Cavabdeh3 xx.xx.1993-cü il, Cavabdeh4 xx.xx.1996-cı il, Cavabdeh5 Yunis oğlunun xx.xx.1999-cu il, həmçinin nəticəsi X2 xx.xx.2018-ci il qeydiyyata alındığı tarixdən həmin ünvanda yaşamadıqlarını bildirmişlər. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000ci ilədək qeydiyyata alındığı üçün mübahisənin həlli əvvəlki 1964-cü ildən 28 dekabr 1999-cu il tarixədək qüvvədə olan Mülki Məcəllənin, habelə 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Eyni zamanda 123-cü maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Əksinə həmin məcəllənin 60-cı maddəsi müəyyən edir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanmasının şərtlərini müəyyən edən 60-cı maddəsi isə müəyyən edir ki, İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddət saxlanıldığı hallar da müəyyən edilmişdir. Belə ki, İcarədar və ya onun ailə üzvləri 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələri, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i.a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə; 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə; 7) həbs olunduqda; habelə 10) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə onların yaşayış sahəsi daha uzun müddət saxlanılır. Əvvəlki 1964-cü ildən 28 dekabr 1999-cu il tarixədək qüvvədə olan Mülki Məcəllənin 17ci maddəsi müəyyən edirdi ki, vətəndaşın daimi və ya daha çox yaşadığı yer, onun yaşayış yeri hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı Qərarlarında verdiyi şərhlərdə dəfələrlə vurğulamışdır ki, Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1 xx.xx.2005-ci il tarixdən hazırki vaxtadək, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh2 Oqtay qızı xx.xx.1994-cü il tarixdən hazırki vaxtadək, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh3 xx.xx.2017-ci il tarixdən hazırki vaxtadək, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh4 xx.xx.2013-cü il tarixdən hazırki vaxtadək, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh5 Yunis oğlu xx.xx.2014-cü il tarixdən hazırki vaxtadək, ünvan 5 ünvanında qeydiyyatdadırlar. xx.xx.2018-ci il təvəllüdlü X6 26 aprel 2019-cu il tarixdən hazırki vaxtadək Masallı rayonu, Tüklə kəndində qeydiyyatdadır. Eyni zamanda mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh1 Oktay qızı 1993-cü ilin yanvar ayından, Cavabdeh2 2000-ci ilin fevral ayından İddiaçı məxsus olan ünvan 5 ünvanda yaşamırlar, onların övladları Cavabdeh3 xx.xx.1993-cü il, Cavabdeh4 xx.xx.1996-cı il, Cavabdeh5 Yunis oğlu xx.xx.1999-cu il, həmçinin X6 xx.xx.2018-ci il qeydiyyata alındığı tarixdən həmin ünvanda yaşamamışdır. Məhkəmə hesab edir ki, əvvəlki Mənzil Məcəlləsinin tələbləri nəzərə alınmaqla, cavabdehlər artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadığından və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı cavabdehlərə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən iddia təmin olunmalı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməlidir. Bnunla yanaşı Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2005-ci il tarixdən həmin mənzildə qeydiyyata alınsa da, faktiki 1993-cü ilin yanvar ayından ordan köçdüyündən, həmin vaxt artıq həmin mənzildə yaşamamışdır. Cavabdeh3 xx.xx.2017-ci il tarixdə, Cavabdeh4 xx.xx.2013-cü il tarixdə, Cavabdeh5 Yunis oğlu xx.xx.2014-cü il tarixdə mübahisəli mənzildə qeydiyyata alınsalar da, onlar, həmçinin həmin vaxt onların valideyni həmin mənzildə mülkiyyətçi ilə birgə yaşamamışdır. Həmçinin xx.xx.2018-ci il təvəllüdlü X6 valideyni Cavabdeh3 ilə həmin mənzildə heç vaxt yaşamamışdır. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh5 Yunis oğlunun, Cavabdeh3 və azyaşlı övladı X2 adı çəkilən mənzildə istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Yunis oğluna qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh5 Yunis oğlunun, Cavabdeh3 və azyaşlı övladı X2 ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının olmaması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-331/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-331/2022
08.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver