Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3313/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ("xxxx" Mənzil Tikinti Kooperativinin mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. "xxxx" Mənzil Tikinti Kooperativinin, sonralar "xxxx" adlanacaq, Şirkətin nizamnaməsinə əsasən hərəkət edən onun sədri X8 və ünvan 1 ünvanında yaşayan, sonralar "Sifarişçi" adlanacaq vətəndaş İddiaçı arasında "Kooperativ mənzil tikintisi haqqında" 16 saylı xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən "xxxx"ya ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə ünvanında "Sifarişçilərin vəsaiti hesabına inşa ediləcək yaşayış binasının A-1 qiriş blokunun 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 82,7 kv.m. olan, 3 saylı nömrə altında olan mənzilin İddiaçı mənzilin tam dəyərini ödədikdən sonra ayrılmasını üzərinə öhdəlik kimi götürmüşdür. İddiaçı tərəfindən almalı olduğu mənzilin dəyərini tam ödədikdən sonra ona xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı binanın A- 1 girişi, 4-cü mərtəbəsində ümumi sahəsi 82.7 kv.m olan 2 otaqlı, 3 saylı mənzilin pay dəyəri tam ödənilməsinə dair "X38" MTK sədri H.S. Yigitdöl tərəfindən möhürlənmiş maliya arayışı verilmişdir. İcraçı "X39" MTK 2009-ci ildən 2017-ci ilədək sifarişçi İddiaçı üzərinə götürdüyü öhdəliyi, yəni Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə ünvanında "Sifarişçilərin vəsaiti hesabına inşa ediləcək yaşayış binasının A-1 qiriş blokunun 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 82,7 kv.m. olan, 3 saylı nömrə altında olan mənzili verə bilmədiyindən onların arasında digər müqavilə bağlanmışdır.
2. Bundan sonra xx.xx.2017-ci il tarixdə "X38" MTK (sonradan "Kooperativ adlandırılacaq) Hikmət Yigitdöl şəxsində bir tərəfdən, İddiaçı (AZE********) (sonradan "Payçı" adlandırılacaq) digər tərəfdən müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən "X38" MTK-ya Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə ayrılmış ərazidə inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra, (xx.xx.2009-cu il tarixli müqavilə ləğv edilir və əvəzində) C blokunun 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 95 kv.m təşkil edən yaşayış sahəsini "Kooperativ" "Payçı"ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, "Payçı" isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşlər. Qeyd olunan Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə "X38" MTK tərəfindən inşa edilən yüksək mərtəbəli binanın "C" blokunun 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 95 kv.m təşkil edən 82 saylı yaşayış sahəsi İddiaçı məxsus olması və xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən mənzilin pay dəyəri tam ödənilməsinə dair MTK-nın sədri tərəfindən möhürlə təsdiq olunmuş və imzalanmış maliyə arayışı verilmişdir.
3. Həmin müqavilənin şərtləri "X38" MTK tərəfindən icra olunmadığından İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "pul tələbinə dair" iddia ilə Bakı şəhəri, Xətai rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "pul tələbinə dair" iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində 22 iyun 2018-ci il tarixdə (X30 Namiq Kamal qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi ilə) açıq məhkəmə iclasında baxılmışdır.
4. Müəyyən edilmişdir ki, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən "xxxx" MTK ilə (rəhbəri Türkiyə Respublikasının vətəndaşı Hikmət Yığıtdöl) MTK-nın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında tikintisinin apardığı həmin ünvandakı binanın A-1 girişi, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 82.7 kv.metr olan 3 saylı mənzilin ona satılması barədə razılaşmışlar. Həmin 3 saylı mənzilin haqqı onun tərəfindən tam ödənilmişdir. 3 saylı mənzilə görə isə 82700 manat ödəmişdir. "xxxx" MTK-nın rəhbəri Hikmət Yığıtdöl imzaladığı 02 mart 2009-cu il tarixli maliyyə arayışlarında ödənişin onun tərəfindən tam aparılması öz təsdiqini tapır. Keçən müddət ərzində dəfələrlə MTK-nın rəhbəri Hikmət Yığıtdölə müraciət etsə də, o, müxtəlif bəhanələr gətirərək vədlər versə də, bu günə qədər heç bir nəticə olmamışdır. Artıq o, tam müəyyən etmişdir ki, Hikmət onu aldatmışdır. Bundan əlavə əldə etdiyi məlumatlardan müəyyən etmişdir ki, Hikmət Yığıtdöl tək onu yox, Bakı şəhərində xeyli sayda insanları aldadaraq guya onlara mənzil verəcək və bu məqsəd üçün böyük məbləğdə pullarını almışdır. Onun insanları aldatması barədə mətbuatda xeyli sayda məlumatlar vardır. Bundan əlavə "xxxx" MTK 3 saylı mənzil üçün 82700 manatı alarkən vergi qanunvericiliyi ilə tələb olunan qəbzi ona verməmiş və bu hərəkəti ilə bu məbləğə görə ödənilməli olan dövlət vergisini ödəməkdən yayınmışdır. İddiaçı yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15,17, 157,567 və 1117-ci maddələrini nəzərə alaraq, cavabdeh "xxxx" MTK-nın rəhbərliyi ilə bağladıqları müqavilə şərtlərinə əməl etmədiyinə görə ona satılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yaşayış binasının A -1 girişi, 4-cü mərtəbəsindəki ümumi sahəsi 82.7 kv.metr olan 3 saylı mənzil üçün ödədiyi 82700 manatın ona qaytarılması barədə qətnamə çıxarılmasın məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli (X30 Namiq Kamal qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi ilə) iddiya qismən təmin edilmişdir. Cavabdeh "xxxx" MTK-dan İddiaçı xeyrinə 82700 manat pul vəsaiti tutulması qət edilmişdir.
5. İddia tələbi qalan hissədə, yəni "mənəvi ziyana görə 20000 manat məbləğində təzminatın ödənilməsi və məhkəmə xərci olaraq 1000 manatın, həmçinin vergidən yayındığına görə dövlətə ödəyəcəyi verginin ödənilməsi" hissəsində təmin edilməmişdir.
6. Məhkəmənin qətnaməsi icra olunmadığı üçün Azərbaycan Pespublikası Auditorlar Palatasının və ABŞ X11 İnstitutunun üzvü, AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində İstintaqı aparılan ********* saylı Cinayət işinin istintaqına kömək məqsədi ilə təyin olunmuş Auditor (mütəxəssis) X9, "X40" MTK-nın qanuni təmsilçisi və təsisçisi - Türkiyə vətəndaşı (TCNC ser: Pİİ №211954 TC kimlik No **********8) X10, türk və azərbaycan dillərini sərbəst bilən X13, "X38" təsisçiləri X26, X27 və "xxxx" MTK-nın qanuni təmsilçisi X3 şəriki "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X24 AR vətəndaşş AZE №********) arasında xx.xx.2018-ci il tarixdə müqavilə tərtib edilmişdir. Həmin müqavilə 6 saylı notarius ofisinin notariusi X29 tərəfindən təsdiq olunmuş və reyesterdə 1S-22467 nömrə altında qeyd edilmişdir.
7. Həmin Müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005ci il tarixli Sərəncamına əsasən "xxxx" MTK-nın qanuni təmsilçisi Türkiyə vətəndaşı (TCNC ser: Pll №211954 T.C.kimlik No **********8) X4 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A-1 və A-2 blokları arasında yerləşən mərtəbəli binadan (2) mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixil Sərəncamına əsasən Cavabdeh MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X24 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK-ya MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclar X4 şəriki "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X14 qəbul etməsindən Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarət olmuşdur. Həmin müqavilənin 2-ci bəndinə görə müxtəlif vaxtlarda tərtib olunmuş müqavilələrə əsasən "X38" MTK-nın təsisçisi və qanuni təmsilçisi X4 rəsmi şəriki "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X24 aşağıda qeyd olunan öhdəliklərin icrasını öz üzərinə götürmüşdür. Müqavilənin 2.1-ci maddəsinə əsasən "X38" MTK-nın təsisçisi və qanuni təmsilçisi X8 tərəfindən ayrı-ayrı şəxslərə təkrar satılmış Audit rəyində öz əksini tapacaq həcmlərdə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi öhdəliyinin "xxxx" MMC-yə keçməsini və həmin Cəmiyyət tərəfindən vurulmuş ziyanın ödənilməsi prosesinin qısa müddətdə icra edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin Mühüm işlər üzrə Müstəntiqi, İ dərəcəli hüquqşünas X6 icraatında olan ********* saylı Cinayət İşinin istintaqına kömək üçün qəbul etdiyi xx.xx.2018-ci il tarixli "Mütəxəssis təyin edilməsi haqqında" Qərarına əsasən audit araşdırma aparılmışdır. 21 fevral 2019-cu il tarixli Auditor rəyinə əsasən müəyyən edilmişdir ki, maliyyə çətinliyi ucbatından "X38" MTK-nın təsisçisi və qanuni təmsilçisi X8 maliyyə köməkliyin olunması məqsədi ilə "xxxx" MMC-nın təsisçisi və qanuni təmsilçisi X15 müraciət edilmişdir. Bundan sonra müəyyən razılığa gəlinərək, xx.xx.2013-cü il tarixli "X23-Satqı Müqaviləsi bağlanılmış və həmin Müqaviləyə əsasən "xxxx" MTK-nın nizamnamə kapitalında olan, rəsmi dövlət qeydiyyatından keçmiş, MTK-nın təsisçisi və qanuni təmsilçisi X7 məxsus 696 (altı yüz doxsan altı) payın 240 (iki yüz qırx) payı onun tərəfindən X1. Bundan sonra "xxxx"MMC tərəfindən müvafiq Sərəncama uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanda inşa edilməkdə olan kompleks üzrə binaların tikintisinə, qaz, su, işiq sisteminin quraşdırılmasına dair müvafiq olaraq aidiyyatı orqanlardan texniki şərtlərin, icazələrin alınması, işlərin və öhdəliklərin yerinə yetirilməsi davam etdirilmişdir. Hal-hazırda, bu məsələlərin həll olunması məqsədi ilə "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X24 tərəfindən tədbirlərin keçirilməsi davam etdirilir. "xxxx" MTK-nın hal hazırkı hüquqi varisi "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X24 tərəfindən Auditə təqdim olunmuş məlumata əsasən aparılmış Audit zamanı müəyyən edilmişdir ki, A-1 blokunda layihə üzrə mövcud olan 8.832,1 kv.m yaşayış sahəsinə qarşı "xxxx" MTK-nın və onun hal-hazırki hüquqi varisi "xxxx" MMC-nin təsisçiləri və qanuni təmsilçilərinin şəxsində X8 və X24 tərəfindən vətəndaşlara xx.xx.2019-cu il tarixə faktiki olaraq, 1 nömrəli Cədvəldə göstərildiyi kimi 15.792,6 kv.m yaşayış sahəsinin satılması sənədləşdirilmiş, onlarla müvafiq müqavilələr bağlanılmış və onlara müvafiq maliyyə arayışları təqdim edilmiş, nəticədə, həmin binada layihə üzrə mövcud olmayan 6.960 (altı min doqquz yüz altmış) kv.m yaşayış sahəsi əlavə olaraq vətəndaşların adlarına rəsmiləşdirilmişdir. "xxxx" MTKnın təsisçiləri X26, X27, "xxxx" MTK-nın təsisçisi və qanuni təmsilçisi X10, "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X24 və Auditorun iştirakı ilə bağlanılmış 28 avqust 2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında "xxxx" MTK-nın təsisçisi və qanuni təmsilçisi X10 tərəfindən inşa edilmiş 21 mərtəbəli (iki mərtəbəsi zirzəmi olmaqla) A-İ, A-l və A-2 blokları arasında yerləşən 6 mərtəbəli binadan yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satılması nəticəsində, aparılan Auditlə müəyyən olunmuş zərər çəkənlərin Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı Sərəncamına əsasən "İnter” MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında onun təsisçisi və qanuni təmsilçisi X24 tərəfindən tikilməkdə olan C, D bloklarındakı sahələrə tələb olunan qaydada köçürülməsi, köçürülmə proseslərinin sənədləşdirilməsi, həmin MTK və MMC-nin Auditinin başa çatdığı tarixə müəyyən olunmuş debitor və kreditor borclarının X5 şəriki, "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X20 qəbul etmiş və Auditin başa çatdırıldığı tarixədək yaranmış audit aktında qeyd edilmiş digər müvafiq problemlərin, şikayətlərin həlli məsələlərinə onun tərəfindən baxılmışdır.
8. Beləliklə, auditor rəyindən göründüyü kimi, 28 avqust 2018-ci il tarixdə "xxxx" MTK-nın və "xxxx" MMC arasında bağlamış müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 21 mərtəbəli (iki mərtəbəsi zirzəmi olmaqla) A-İ, A-l və A-2 blokları arasında yerləşən 6 mərtəbəli binadan yaşayış, qeyri yaşayış sahələrinin digər vətəndaşlara təkrar satılması nəticəsində, aparılan auditlə müəyyən olunmuş zərər çəkənlərin Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı Sərəncamına əsasən "İnter” MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında onun təsisçisi və qanuni təmsilçisi X24 tərəfindən tikilməkdə olan C, D bloklarındakı sahələrə köçürülməsi, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsi X5 şəriki, "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X21 qəbul etmişdir və Auditin başa çatdırıldığı tarixədək yaranmış Audit Aktında qeyd edilmiş digər müvafiq problemlərin, şikayətlərin həlli məsələlərinə onun tərəfindən baxılması nəzərdə tutulmuşdur. Auditor rəyinin nəticəsi ilə müəyyən edilmişdir ki, (xx.xx.2019-cu il tarixə dəqiqləşdirilmiş) "xxxx" MTK-nın təsisçisi və qanuni təmsilçisi X4 və sonradan şərikliyə qəbul etdiyi, hal-hazırda tərəflər arasında bağlanmış müvafiq müqaviləyə əsasən MTK-nın hüquqi varisi olan "İnter” MMC-nin təsisçisi və qanuni təmsilçisi X24 ilə birgə fəaliyyətləri nəticəsində "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanda tikilməkdə olan yüksəkmərtəbəli yaşayış kompleksi üzrə yaşayış və qeyri-yaşayış sahələri əlavə olaraq vətəndaşlara satılması rəsmiləşdirilməlidir. Beləliklə, iş materiallarının təhlilindən görünür ki, İddiaçı və "xxxx" MTK- arasında 16 saylı xx.xx.2009-cu il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə ünvanında inşa edilən yaşayış binasının A-1 qiriş blokunun 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 82,7 kv.m. olan, 3 saylı nömrə mənzilin iddiaçıya verilməsi, lakin müqavilə icra olunmadığından yenədə həmin şəxslərin arasında 16 saylı xx.xx.2009-cü il tarixli müqavilə ləğv edilməklə tərəflər arasında yenidən xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən "X38" MTK-ya Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə ayrılmış ərazidə inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra C blokunun 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 95 kv.m təşkil edən yaşayış sahəsininin iddiyaçıya verilməsi nəzərdə tutulmuş, ancaq bu müqavilə də yerinə yetirilmədiyi üçün iddiaçının iddia ərizəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa etdimiş yaşayış binasının A -İ girişi, 4-cü mərtəbəsindəki ümumi sahəsi 82.7 kv.metr olan 3 saylı mənzil (əvəzində- C blokunun 16cı mərtəbəsində yerləşən və ümumi sahəsi 95 kv.m təşkil edən yaşayış sahəsininin) üçün ödədənilən 82700 manatın iddiaçıya qaytarılması qət edilmişdir. Qeyd olunan müqavilələr və qərar icra olunmadığından maliyyə çətinliyi ucbatından "X38" MTK-nın təsisçisi və qanuni təmsilçisi X8 maliyyə köməkliyinin olunması məqsədi ilə "xxxx" MMC-nın təsisçisi və qanuni təmsilçisi X15 müraciət edilmişdir. Həmin şəxslərin arasında xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən tərtib edilmişdir. Həmin müqaviləyə görə "X38" MTK-nın vətəndaşlar qarşısında götürdyü bütün öhdəliklər o cümlədən İddiaçı qarşısında olan öhdəliyi "xxxx" MMC-nın təsisçisi və qanuni təmsilçisi X24 öz üzərinə götürmüşdür. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, "xxxx" MMC-nın "X38" MTK-nın qarşısında götürdüyü öhdəliyin icrası ilə əlaqədar "İnter” MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi olan X24 tərəfindən tikilməkdə olan binaların birində İddiaçı sahəsi 95 kv.m olan 3 otaqlı mənzil verilməli, bu mümkün olmadıqda 82600 manat pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir.
İddiaçının tələbi:
9. İddiaçı "xxxx" MMC-nin "X38" MTK-nın qarşısında götürdüyü öhdəliyin icrası ilə əlaqədar həmin MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə (təsisçi və qanuni təmsilçi X24) "xxxx" MMC tərəfindən tikilməkdə olan binaların birindən İddiaçı sahəsi 95 kv.m olan 3 otaqlı mənzilin verilməsi, bu mümkün olmadıqda 82700 manat pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiada nəzərdə tutulan pul tələbinə dair hissədən imtina edərək mənzilin verilməsi tələbinin saxlanılmasını xahiş etmişdir.
Cavabdehin iddia tələbinə münasibəti:
11. Cavabdeh iddia tələbinə yazılı etiraz ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı iddia tələbində onunla "xxxx" MTK arasında olan xx.xx.20218-ci il tarixli müqaviləni əsas gətirərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş, 22 iyun 2018-ci il tarixli qətnaməyə əsasən, "xxxx" MTK tərərfindən ona ödənilməli olan 82700 manat pulu və yaxud da onlar tərəfindən tikilməkdə olan binalarda sahəsi 95 kv.m olan 3 otaqlı mənzilin ona verilməsini məhkəmədən xahiş edir. Hesab edirik ki, iddia tələbi qanunsuz və əsassızdır və buna görə də rədd olunmalıdır. Əvvəla qeyd edir ki, "xxxx" MTK sədri olan Hikmət Yigitdöl, iddiaçıya da verməli olduğu mənzilin yerləşdiyi A 1 adlana yaşayış binasında və A 1 və A 2 adlanan blokları arasında yerləşən 4 mərtəbəli qeyri-yaşayış binasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrini təkrar-təkrar bir neçə vətəndaşa sataraq onların əmlakını ələ keçirmişdir. Bu zaman Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, Hikmət Yigitdölün barəsində cinayət işi başlanıldı. Həmin vaxt onları da zərərçəkmişlərin sırasına daxil etməklə sözügedən layihəni başqa bir şəxsə tamalanması üçün vermək istəmişlər. Lakin onlar bildirmişdir ki, qeyd oluana cinayət işi üzrə olan zərərçəkmişləri yerləşdirməyə hazırdırlar, çünkü onların başqa çıxış yolu olmamışdır. Çünki onunla "xxxx" MTK arasında heç bir bağlılıq olmamış, baxmayaraq ki, iddaçı yalnış olaraq onların direktoru olan Əliyev Qabilin 240 paya sahib olduğunu və onların "xxxx" MTK-nın hüquqi varisi olduğunu bildirir. Amma bunlar həqiqəti əks etdirmir. Əgər belə olmasaydı iddiaçı buna dair hər hansı sübutu məhkəməyə təqdim edərdi. Belə ki, onlara vurulmuş ziyan, qeyd olunan cinayət işi üzrə olan zərərçəkmişlərin ziyanından qat-qat artıq olmuşdur Məlum olduğu kimi, Cavabdeh MMC olaraq tərəflərindən, Hikmət Yigitdölün vətəndaşlara vurduğu ziyanın qarşılığı olaraq, 10.000 kv.m-dən artıq sahə təmənnasız və heç bir ödəniş etmədikləri halda, Hikmət Yigitdölün ziyan vurduğu vətəndaşlara verilmişdir ki, həmin ziyanın halhazırki bazar dəyəri, 20.000.000 (iyirmi milyon) manatdan artıqdır. Dövlətin onlar qarşısında qoyduğu bu böyük və taleyüklü məsələni, yəni zərərçəkənlərin itirdiyi və aldadıldğı yaşayış və qeyri-yaşayış sahələrini Cavabdeh MMC-tərəfindən öz hesablarına tikilən binada təmin etmişlər. Habelə, Hikmət Yigitdöl tərəfindən tikilən, "xxxx" MTK-ya məxsus olan A1 blokunun fasadının üzlənməsi, liftlərin quraşdırılması, su, elektrik, qazlaşma ilə bağlı məsələləridə Cavabdeh MMC tərəfindən həllinin tapmışdır. Bütün bu işlər hamısı Cavabdeh MMC-nin hesabına təmin edilmişdir. Qeyd olunanların hamısı, Hikmət Yigitdöl barəsində olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2020 saylı, 11 noyabr 2020-ci tarixli hökmündə öz əksini tapmışdır. Artıq qeyd olunan zərərçəkənlər, tərəflərindən onlara verilmiş yaşayış və qeyri-yaşayış sahələrində yaşayırlar. Qeyd olunanlara əsasən, Hikmət Yigitdölün ittiham olunduğu, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2020 saylı, 11 noyabr 2020-ci tarixli hökmünə əsasən, zərərçəkmişlərə dəymiş ziyan ödənildiyinə görə, Hikmət Yigitdölə 1 (bir) il şərti cəza verilmişdir. Qeyd olunan xx.xx.2018-ci il tarixli müqavilə də həmin tərəfələ imzalandı ki, qeyd olunan cinayət işi üzrə olan zərərçəkmişləri və ziyanı müəyyən olunmuş şəxslər onlar tərəfindən, tikdikləri binalarada yerləşdirilməli idi. İddiaçı isə həmin cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tanınmayıb və qeyd olunan hökmlə və yaxud da hər hansı bir məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə iddiaçıya onlar tərəfindən hər hansı mənzilin və yaxud da pulun verilməsi öhdəliyi qoyulmayıb. İddiaçının özünün də təqdim etdiyi tələbdə qeyd olunduğu kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş, 22 iyun 2018-ci il tarixli qətnaməsi var. Həmin qətnamə üzrə bu gün də icra icraatı davam etdirilir. Qeyd edir ki həmin qətnaməyə əsasən verilmiş icra vərəqəsində borclu "xxxx" MTK-dır. İddiaçının həmin qətnamə üzrə olan tələbi onlardan tələb etməsi hüquqa ziddir. Göründüyü kimi, iddiaçının iddia tələbinin sözügedən hissəsi məhz qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədlərinə əsasən ödənilməli borc məbləğlərinin ondan tələb edilməsidir. Bir mülki iş üzrə sübuta yetirilmiş hallar başqa məhkəmə icraatı zamanı mübahisələndirilmir və yenidən sübut edimir. Qanuni qüvvəyə minmiş məhkəmə aktına digər məhkəmələr tərəfindən müdaxilə edilməsi isə yolverilməz olmaqla hüquqi müəyyənlik prinsipinə ziddir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası ilə bağlı yaranmış münasibətlərə başqa məhkəmə aktları ilə aydınlıq gətirilmir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Buna görə də Sizdən xahiş edirik ki, İddiaçı bizə qarşı olan iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edsiniz.
Tərəflərin izahatı:
12. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil oğlu öz izahatında qeyd etmişdir ki, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, cinayət işi başlayan zaman iddiaçı Amerkada magistratura pilləsində təhsil aldığından Azərbaycanda onun hüquqlarını müdafiə edən olmamış və bu səbəbdən zərərçəkmiş şəxs qismində tanına bilməmişdir. Bu səbəbdən pulun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və qətnamə qəbul edilmişdir.
13. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
14. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən "xxxx" MTK-nın qanuni nümayəndəsi X8 öz izahatında iddiaçının evi olduğunu, həmin evi 2017-ci il tarixdə Azər adlı şəxsə şəxsə 80000 manata satdığını, həmin pul vəsaitinin 15000 manatını özünün götürdüyünü, 65000 manatının isə Cavabdeh MMC-nin yeni ev verməsi üçün aldığını bildirmişdir. O 15000 manatı Günel adlı xanıma verdiyini, belə ki, Cavabdeh MMC-nin və “X38” MTK-nın ona borcu olduğunu bildirmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
15. xx.xx.2009-cu il tarixli, №16 saylı “Kooperativ Mənzil Tikintisi Haqqında” Müqaviləyə əsasən “X38” Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında müqavilə bağlanmışdır.
16. xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı ev İddiaçı məxsusdur. Bu bina A1 girişli, 4 mərtəbəsində ümumi sahəsi 82,7 kv.m olan 2 otaqlı, 3 saylı mənzilin dəyəri tam ödənilmişdir.
17. “X38” Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sarancamına əsasən «Hom-Paş Prestij MTK Bakı şəhəri Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra (xx.xx.2009-cu il tarixli müqavilə ləğv edilir və əvəzində) C blokunun 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 95 m² təşkil edən yaşayış sahəsini «Kooperativ» «Payçı »ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, «Payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.
18. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh "xxxx" MTK-dan İddiaçı xeyrinə 82700 manat pul vəsaiti tutulmuşdur.
19. X2 Palatasının və ABŞ X12 İnstitutunun üzvü, AR Baş prokuroru yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində istintaqı aparılan ********* saylı Cinayət işinin istintaqına kömək məqsədi ilə təyin olunmuş Auditor (mütəxəssis) X9, "X38" MTK-nın qanuni təmsilçisi və təsisçisi - Türkiyə vətəndaşı (TCNC ser: Pİİ N№211954 T.C.kimlik NO **********8) X10, türk və azərbaycan dillərini serbest bilən X13, "X38 MTK-nın təsisçiləri X28, X27 ve "X38" MTK-nın qanuni təmsilçisi Yigitdõi Hikmet Süleyman oğlunun şəriki Cavabdeh MMC-nin təsisçisi və qanuni təmsilçisi X24 (ARVS ser: AZE №********), arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Serancamına əsasən "xxxx" MTK-nın qanuni təmsilçisi Türkiyə vətəndaşı (TCNC ser: Pİİ №211954 T. C.kimlik NO **********8) X4 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 ve A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müyyən olunacaq zərərçəkmiş şəxslərin Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015- ci il tarixil Sərəncamına əsasən Cavabdeh MMCyə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X24 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, hemin MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X4 şəriki Cavabdeh MMC-nin təsisçisi və qanuni təmsilçisi X14 qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir.
20. Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2019-cu il tarixli auditor rəyi.
21. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-78/2020 saylı hökü.
22. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər .
405. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: 25.Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
26. Belə ki, işin mübahisəsiz halları onda ibarətdir ki, xx.xx.2009-cu il tarixli, №16 saylı “Kooperativ Mənzil Tikintisi Haqqında” Müqaviləyə əsasən “X38” Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında müqavilə bağlanmışdır. xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı ev İddiaçı məxsusdur. Bu bina A1 girişli, 4 mərtəbəsində ümumi sahəsi 82,7 kv.m olan 2 otaqlı, 3 saylı mənzilin dəyəri tam ödənilmişdir. “X38” Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sarancamına əsasən «Hom-Paş Prestij MTK Bakı şəhəri Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra (xx.xx.2009-cu il tarixli müqavilə ləğv edilir və əvəzində) C blokunun 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 95 m² təşkil edən yaşayış sahəsini «Kooperativ» «Payçı »ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, «Payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. Daha sonra İddiaçı “X38” MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsini ilə məhkəməyə müraciət edərək cavabdeh “X38” MTK-nın rəhbərliyi ilə bağladıqları müqavilə şərtlərinə əməl etmədiyinə görə ona satılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 üvanında inşa etdiyi yaşayış binasının A1 girişi, 4-cü mərtəbəsindəki ümumi sahəsi 82.7 kv.metr olan 3 saylı mənzil üçün ödədiyi 82700 manatın ona qaytarılması, verdiyi mənəvi iztiraba görə 20000 manat məbləğində təzminatın ödənilməsi və məhkəmə xərci olaraq 1000 manatın həmçinin vergidən yayınmağa görə dövlətə ödəyəcəyi verginin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MTK-dan İddiaçı xeyrinə 82700 manat pul vəsaiti tutulması qət edilmişdir.(§18)
27. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
28. İddiaçı cavabdehdən "xxxx" MMC-nin "X38" MTK-nın qarşısında götürdüyü öhdəliyin icrası ilə əlaqədar həmin MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə (təsisçi və qanuni təmsilçi X24) "xxxx" MMC tərəfindən tikilməkdə olan binaların birindən İddiaçı sahəsi 95 kv.m olan 3 otaqlı mənzilin verilməsini tələb edir.
29. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi baxımından tərəflər arasında hansı hüquq münasibətinin yaranmasının müəyyən edilməsi zəruridir.
30. Yuxarıda adı çəkilən müddəaların məzmunundan göründüyü kimi öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hansısa bir hüquq münasibəti yaranmalı və bu münasibət qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər, müqavilədən əmələ gələn öhdəliklər, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür.
31. Adından da göründüyü kimi digər iki öhdəlik növündən fərqli olaraq, müqavilə öhdəliyinin yaranması üçün onun tərəfləri arasında müqavilənin bağlanması (qanun müəyyən etdiyi halda yazılı, yaxud şifahi formada) mütləq şərtdir. Qanun tərəflərə imkan verir ki, onlar müqavilə bağlayaraq bununla özlərinin əmlak mənafelərini, hüquq və vəzifələrini, onların yaranması, dəyişməsi və xitamı qaydasını, habelə azad surətdə onun məzmununu, şərtlərini, icra edilməsi məsələlərini müəyyən etsinlər (§ 23).
32. Digər iki növ (müqavilədən kənar və qanundan irəli gələn öhdəliklər) öhdəliklər isə hər hansı müqavilə ilə deyil, onun iştirakçısı olan şəxlərin qanuna zidd müəyyən hərəkətləri və ya hərəkətsizliyinin nəticəsi olaraq yaranır.
33. İşin yuxarıda qeyd edilən faktiki halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir öhdəlik münasibəti yaranmamışdır. Belə ki, iddiaçı “X38” MTK ilə müqavilə bağlamış, “X38” MTK öhdəliklərinin icrasından yayındığında İddiaçı Mirqası oğlu mülki qaydada hüquqlarının müdafiəsi məqsədi ilə məhkəmə müraciət etmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MTK-dan İddiaçı xeyrinə 82700 manat pul vəsaiti tutulması qət edilmişdir. İddiaçının istinad etdiyi müqavilə üzrə vurulmuş zərər tələb edilmiş, məhkəmənin bu müqavilə elə bağlı hüquqi qüvvəyə minmiş qətnaməsi mövcuddur. Beləliklə tərəflər arasında mövcud olan müqaviləyə xitam verilmiş və tərəflər arasındakı münasibət məhkəmə qətnaməsi ilə tənzimlənmişdir. Cavabdeh “X38” MTK-nın hüquqi varisi olması, mübahisə predmeti olan əmlakla bağlı öhdəlik daşıması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
34. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının “X38” MTK-dan vəzifəsinin icrasını tələb etmək hüququ mövcud olmuş, iddiaçı bu hüquqdan istifadə etmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MTK-dan İddiaçı xeyrinə 82700 manat pul vəsaiti tutulması qət edilmişdir. Hazırki mülki iş üzrə Cavabdeh iddiaçı qarşısında belə bir öhdəliyi mövcud olmadığı kimi iddiaçının da cavabdehdən "xxxx" MMC tərəfindən tikilməkdə olan binaların birindən İddiaçı sahəsi 95 kv.m olan 3 otaqlı mənzilin verilməsini tələb etmək hüququ mövcud deyildir.
35. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə bağlanmadığından, bununla da cavabdehin iddiaçı qarşısında ona tikilməkdə olan binaların birindən İddiaçı sahəsi 95 kv.m olan 3 otaqlı mənzil verilməsi ilə bağlı öhdəliyi yaranmadığından iddia təmin edilməməlidir.
Məhkəmə xərcləri:
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən və iddiaçının bununla bağlı tələbi mövcud olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ:
1. İddia rədd edilsin.
2. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova