Məhkəmə qərarları › İş №2(011)-3345/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3345/2020

17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3345/2020 17.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, bacım xx.xx.1982-ci il təvəllüdlü X12 tərəfindən xx.xx.2015-ci ildə İraq Respublikasında bir oğlan uşağının doğulması faktının müəyyən edilməsi, uşaq barədə məlumat qrafasında soyadının “Əliyev”, adının “İbrahim”, ata adının “İlqar oğlu” kimi, valideynlər qrafasında isə atası “X13”, anası “X12”, milliyyəti “azərbaycanlı” kimi qeyd edilərək doğum haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin bacısı xx.xx.1982-ci il təvəllüdlü X12 xx.xx.2007-ci ildə X13 ilə nikaha daxil olmuşdur. Bu nikahdan 3 övladı dünyaya gelmişdir. Bacısı X12 həyat yoldaşı ilə İraq Respublikasına getmiş və geri qayıtmamışdır. İlk vaxtlar tez-tez mobil telelon vasitəsi ilə əlaqə saxlasalar da, daha sonra əlaqə yaranmaqda çətinlik çəkmişlər. Daha sonra bacısı xx.xx.2015-ci ildə İraq Respublikasında bir oğlan uşağı dünyaya gətirmişdir. İraqa getdikdən bir müddət sonra həyat yoldaşı müharibədə vəfat etmişdir. İraq Respublikasında anadan olan uşaq, digər bacı qardaşları ilə birlikdə dövlətimizin köməkliyi ilə Azərbaycan Respublikasına gətirilmişdir. xx.xx.2020-ci ildə Xətai rayon İcra Hakimiyyəti Başçısının 68 saylı Sərəncamına əsasən tam valideyin hüquqlarından məhrum edilmiş xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 qəyyumluğu ərizəçiyə verilmişdir. xx.xx.2015-ci il təvəllüdlü X4 doğumun qeydə alınması və bu barədə müvafiq şəhadətnamənin alınması məqsədilə xx.xx.2020-ci il tarixdə yaşadığı ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xətai rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Xətai rayon qeydiyyat şöbəsi xx.xx.2020-ci il tarixli ona ünvanlanmış cavab məktubunda doğumunu təsdiq edən tibbi şəhadətnamənin və ya məhkəmə qətnaməsinin olmaması səbəbindən ərizəni təmin etməkdən imtina etmiş və doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Bununla da bacısı oğlu X4 doğum haqqında şəhadətnaməsi olmadığı üçün onun hüquqlarının həyata keçirilməsində çətinlik yaranmışdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Xətai Rayonu İcra Hakimiyyəti Başçısınınxx.xx.2020-ci il tarixli 68 nömrəli Sərəncamdan Çıxarışa əsasən Yetkinlik yaşına çatmayanlar xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 üzərində Ərizəçi qəyyum təyin edilməsinə dair “Qəyyumluq və Himayəçilik Komissiyası”-nın razılığı nəzərə alınması, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Ərizəçi hazırda faktiki olaraq tam valideyn himayəsindən məhrum olmuş xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X4 üzərinə qəyyum təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-1006 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"-nın 2.5.4 və 2.6- cı bəndinə əsasən, doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin, müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Doğum faktını təsdiq edən tibbi sənəd olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının İraqdakı Səfirliyinin AA0148232 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinə əsasən X9 xx.xx.2015-ci il tarixdə İraqda doğulmuşdur. Doğum haqqında AZ-T seriyalı 106688 nömrəli şəhadətnaməyə əsasən X6 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X13, anası X7r. Doğum haqqında AZ-T seriyalı 106686 nömrəli şəhadətnaməyə əsasən X10 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X13, anası X7r. Doğum haqqında AZ-T seriyalı 106693 nömrəli şəhadətnaməyə əsasən X11 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X13, anası X7r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçinin anasıdır, ərizədə sözügedən X8 onun nəvəsidir, həmçinin xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X5 qardaşıdır. X8 xx.xx.2015-ci il tarixdə İraqda anadan olmuşdur. Beləliklə, ərizəçinin izahatı, şahid ifadəsi və işin digər materialları ilə xx.xx.2015-ci ildə anadan olmuş X4 İraqda anadan olduğu, atasının milliyəti azərbaycanlı olan X13, anasının milliyəti azərbaycanlı olan X12 olduğu və milliyyəti azərbaycanlı olduğu tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Yuxarıda istinad edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktları təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 xx.xx.2015-ci il tarixdə İraqda doğulduğu, atasının X13, anasının X12, milliyətinin isə azərbaycanlı olduğuna dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğumun qeydə alınması zamanı uşağın soyadı “Əliyev”, adı “İbrahim”, ata adı “İlqar oğlu”, atası “X13”, anası “X12” kimi qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar