Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3424/2021 08.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qadir qızına qarşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qadir qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, Qızıl qum məhəlləsi, ev 3 ünvanında yerləşən 16 saylı mənzildən cavabdehlər keçmiş mülkiyyətçi Cavabdeh1 və onun ailə üzvü Cavabdeh2 çıxarılmaqla həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi mülki işin aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının iddia ərizəsində cavabdehlərin istifadə hüququna xitam verilməsini və boşaldılmasını tələb etdiyi ünvan-ünvan 1rləşir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mövcud iddia tələbi müstəsna aidiyyət qaydalarına əsasən mübahisəli daşınmaz əmlakın yerləşdiyi əraziyə görə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olan iddia tələbidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinə əmlakın yerləşdiyi yer üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia məhkəməyə aidiyyəti üzrə yanlış verildiyindən və aidiyyət qaydaları pozulduğundan, hazırkı mülki iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qadir qızına qarşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün ərzində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3424/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3424/2021
08.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver