Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3424/2023 06.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin qanuni təmsilçisi X2, nümayəndəsi və vəkili Vəkil2 Oktay oğlunun iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı – cavabdeh tərəfindən iddiaçıya 259.992 ABŞ dolları, həmin pulun bu günə olan məzənnəsi ilə 441.988 manat məbləğinin və 13 il ərzində gecikdirilmiş vaxt üçün illik beş faizdən hesablanmaqla 168.995 ABŞ dollarının, həmin pulun bu günə olan məzənnəsi ilə 287,292 manat məbləğinin əldən çıxmış fayda kimi ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, alıcı İddiaçı satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi F.Əkbərov ilə xx.xx.2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B26 tipli 105 nömrəli villanın satıcı tərəfindən ona satılması ilə bağlı 005 nömrəli satış müqaviləsi bağlamışdır. İddiaçıya satılan həmin villa Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyində yerləşir. Satıcı ümumi layihəyə uyğun olaraq “Villa Badam” şəhərciyinin salınması, onun müasir standartlara və bu müqavilədə göstərilən şərtlərə uyğun tikilməsini təşkil edir və alıcı ilə əvvəlcədən razılaşdırılmış villanı bu müqavilə ilə müəyyən edilmiş müddətdə təhvil verir. Onunla satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi F.Əkbərov arasında bağlanan xx.xx.2007-ci il tarixli 005 nömrəli satış müqaviləsinin 2.3-cü bəndinə əsasən, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B26 tipli 105 nömrəli villanın ümumi qiyməti 445.500 ABŞ dollarıdır. Həmin müqaviləyə görə, ödəniş, depozit ödəniləndən sonra, 18 ay müddətində hər ayın 15-nə qədər ödənilməsi şərti ilə alıcı “FİP" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B26 tipli 105 nömrəli villanın satıcı tərəfindən ona satılması ilə bağlı 005 nömrəli satış müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi bugünə qədər yerinə yetirməmiş, B26 tipli 105 nömrəli villanı tikib ona təhvil verməmişdir. Buna baxmayaraq iddiaçı həmin villanın tikilib ona təhvil verilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 289.993 ABŞ dolları, həmin pulun bu günə olan məzənnəsi ilə 492.988 manat pul ödəmişdir. Bunu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənişlərinin qeyd edildiyi kassa mədaxil orderinin qəbzləri də təsdiq edir. Həmin puldan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona 2021-ci il tarixdə 51.000 manat pul geri qaytarmışdır. Hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona 259.992 ABŞ dolları, həmin pulun bu günə olan məzənnnəsi ilə 441.988 manat pul borcludur. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7.-ci maddəsinə görə, gecikdirilmiş vaxt üçün illik (gecikdirilmiş müddət 13 il hesab edilməklə) 5 faiz olmaqla 168.995 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 287.292 manat əldən çıxmış fayda formasında pul ödəməlidir. Bu işlə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırılmış, lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə razılıq əldə edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 200.000 manat pulu İddiaçı geri qaytaracaqdır. Buna görə də iş Bakı şəhəri Xətai rayon Məhkəməsində baxılmamış saxlanılmışdır. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti verdiyi vədə əməl etməyərək bu günə qədər də həmin 200.000 manat pulu İddiaçı geri qaytarmamışdır. İddiaçının nümayəndəsi və vəkili X6 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərmişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanılmış müqavilə üzrə tərəflərin arasında mübahisə yarandıqda tərəflər xx.xx.2022-ci il tarixdə yazılı razılaşma imzalamışdılar. O ehtimal edir ki, cavabdeh 51.000 manat pulun iddiaçıya qaytarılmasını “iddia müddətini” tətbiq etmək məqsədi ilə danır. xx.xx.2022-ci il tarixdə yazılı razılaşmada tərəflər cəmi ödənilməli borcun 200.000 manat olacağı barədə razılaşmayıblar. Belə ki, tərəflərin razılaşmasına görə həmin pulu cavabdeh 2 ay müddətində ödəməli idi. Həmin müddətdə pul ödənilmədiyindən cavabdeh hazırki iddia tələbini (259.992 ABŞ dolları pul tələbi və gecikdirilmiş vaxt üçün illki 5 faiz olmaqla 168.995 ABŞ dolları məbləği) irəli sürür. Cavabdehin qanuni təmsilçisi X5 və nümayəndəsi və vəkili Vəkil2 Oktay oğlu məhkəmə iclasında iddiaya etiraz edərək, verdikləri etirazda göstərmişdilər ki, İddiaçı özü müqavilə üzrə öhdəlikləri pozaraq, yerinə yetirməmişdir. Müqavilə üzrə ödənişləri müəyyən edilmiş vaxtda MMC-nə ödəmişdir. Hal-hazırda iddiaçıya villanı təhvil alması təklif edilsə də, lakin iddiaçı villanı da təhvil almır. Müqavilə üzrə isə artıq 3 illik iddia müddəti ötürülmüşdür. Odur ki, göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. Sual-cavab zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Oktay oğlu bildirmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanılmış müqavilə üzrə tərəflərin arasında mübahisə yarandıqda tərəflər xx.xx.2022-ci il tarixdə yazılı razılaşma imzalamışdılar. Həmin razılaşmaya görə cəmi borc 200.000 manat idi. 51.000 manat məbləğində pul iddiaçıya qaytarılmamışdır, həmin məbləğ cavabdeh təşkilatın digər müştərisi olan X4 ödənilmişdir. X1 da nümayəndəsi X7 olmuşdur. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Oktay oğlu iddia tələblərinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, “F.İ.P" MMC ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixli 005 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Ş.Novruzvun iddia ərizəsində özünün də qeyd etdiyi kimi onun tərəfindən Saray qəsəbəsi, “Villa Badam” şəhərciyində 297 kv.m olan villaya görə 18 ay müddətində, yəni xx.xx.2008-ci il tarixə qədər (müqavilədə səhvən xx.xx.2008ci il qeyd edilmişdir) 445.500 ABŞ dolları məbləğində pul ödənilməli idi. Lakin İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bu günə qədər icra etməməkdə davam edir. Cavabdeh MMC tərəfindən isə müqavilə üzrə öhdəliklər uzun müddətdir ki, icra edilmişdir və villa təhvil verilməsi üçün tam hazır vəziyyətdədir. Lakin dəfələrlə həm şifahi qaydada, həm telefon vasitəsi ilə İddiaçı müqavilə üzrə öhdəliklərin icra edilməsi xahiş olunsa da, o öhdəliklərini icra etməmişdir. İddiaçı tərəfindən hazırki vaxtadək hissə-hissə Cavabdeh MMC-yə villiya görə cəmi 289.993 ABŞ dolları pul ödənilmişdir. Yerdə qalan məbləğ, yəni 155.507 ABŞ dolları məbləğində pul hazırki vaxtadək ödənilməmişdir. Bu hal onu göstərir ki, alqı-satqı müqaviləsi üzrə öhdəliyi yerinə yetirməyən şəxs İddiaçı özüdür. Bu səbəbdən hesab edir ki, müqavilə üzrə öhdəliklər Cavabdeh MMC tərəfindən deyil, əksinə İddiaçı tərəfindən yerinə yetirilmədiyi üçün, Cavabdeh MMC tərəfindən isə villa tam tikilib təhvil verilməsi üçün hazır olduğu üçün, İddiaçı irəli sürdüyü tələb tam əsassızdır. Digər tərəfdən İddiaçıla Cavabdeh MMC arasında xx.xx.2022-ci ildə razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh MMC tərəfindən İddiaçı mübahisəli villiaya görə xx.xx.2007-ci ildə bağlanmış müqaviləyə əsasən İddiaçı ödədiyi 289.993 ABŞ dolları məbləğində pulun əvəzində 200.000 manat pul ödəyir. Yəni faktiki olaraq tərəflər belə razılığa gəlmişdilər ki, İddiaçı müqavilə üzrə öhdəliklərinə tam və vaxtında icra edə bilmədiyi üçün “F.İ.P" MMC onun ödədiyi pulu əvəzinə 200.000 manat ödəyir, Ş.Noruzov isə həmin şərtlə razılaşır. Göründüyü kimi İddiaçı özü müqavilə tərəf kimi götürülmüş öhdəliyi icra etmək qabiliyyətində olmadığından Cavabdeh MMC ilə razılaşmış və faktiki olaraq vililadan imtina etmişdir. Qeyd olunmalıdır ki, xx.xx.2007-ci il tarixli satış müqaviləsinin 5.4-cü bəndinə əsasən əgər Alıcı bu müqavilə ilə öhdəsinə götürdüyü müddət ərzində vaxtı- vaxtında villanın dəyərini ödəmədikdə və bu ödəniş 30 gündən artıq gecikdikdə “Satıcı” müqavilənin birtərəfli qaydada ləğv edilməsi hüququna malikdir. Həmçinin Alıcı gecikdirdiyi ödənişin hər gün üçün 0,1% məbləğdə penya ödəməlidir. Nəzərə alsaq ki, İddiaçı tərəfindən hazırki vaxtadək müqavilə üzrə 289.993 ABŞ dolları ödəniş edilmiş, ödənilməmiş qalmış öhdəliyi isə 155.507 ABŞ dolları təşkil edir, bu halda penya borcu ödənilməmiş borca mütənasib olaraq hesablanmalıdır. Cavabdeh axırıncı dəfə xx.xx.2008-ci ildə ödəniş etmişdir. Həmin vaxtdan hazırki vaxtadək isə onun tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Həmin vaxtdan hazırki vaxtadək olan dövr 156 ay təşkil edir. Nəzərə alsaq ki, gecikdirilən hər gün üçün cavabdehin ödəməli olduğu penya borcu 155 ABŞ dolları təşkil edir (ödənilməyən 155.507 ABŞ dolları borcun 0,1 faizi), bu halda cavabdehin ödəməli olduğu penya borcu - 155 ABŞ dolları vurulmalıdır 156 ayın gününə. Yəni (156 ay *365 gün) üçün ümumi penya məbləği əslində 8.825.700 ABŞ dolları təşkil etməlidir. Bununla belə Cavabdeh MMC humanistlik göstərərək ondan öhdəliklərini vaxtında yerinə yetirilməməsinə görə qeyd edilən pul məbləğini tələb etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında xx.xx.2007-ci il tarixdə 005 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badamı” şəhərciyində yerləşən 105 nömrəli villanı alıcıya satır. Satıcı əmlakı standart, təmirsiz halda layihənin təsdqi olunduğu tarixdən 18 ay müddətində təhvil verilməlidir. Müqavilənin 2.3-cü maddəsinə əsasən villanın ümumi qiyməti 445.500 ABŞ dolları müəyyən edilmiş və həmin məbləğin alıcı tərəfindən xx.xx.2008-ci il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 6-cı bəndində göstərilir ki, alıcı müqaviləni birtərəfli qaydada ləğv etmək istədikdə ödədiyi pul yalnız villa başqa şəxsə satıldıqdan sonra alıcıya qaytarılır. İş materiallarında olan kassa mədaxil qəbzlərinin təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı 005 nömrəli müqavilə üzrə Cavabdeh MMC-nə xx.xx.2008-ci ildə 25.000 ABŞ dolları, xx.xx.2008-ci ildə 25.000 ABŞ dolları, xx.xx.2007-ci ildə 25.000 ABŞ dolları, xx.xx.2008-ci ildə 25.000 ABŞ dolları, xx.xx.2008-ci ildə 25.000 ABŞ dolları, xx.xx.2007-ci ildə 25.000 ABŞ dollarına ekvivalent olaraq 21.260 manat, xx.xx.2007-ci ildə 100.000 ABŞ dollarına ekvivalent olaraq 86.510 manat, xx.xx.2007-ci ildə 20.000 ABŞ dollarına ekvivalent olaraq 16.970 manat pul vəsaitləri ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli, 005 saylı müqaviləyə əlavə olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə 100.000 ABŞ dolları ödəmişdir və borc 345.500 ABŞ dolları idi, xx.xx.2007-ci il tarixdə 19.993 ABŞ dolları ödəmişdir və borc 325.507 ABŞ dolları idi, xx.xx.2007-ci il tarixdə 20.000 ABŞ dolları ödəmişdir və borc 305.507 ABŞ dolları idi, xx.xx.2007-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 280.507 ABŞ dolları idi, xx.xx.2007-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 255.507 ABŞ dolları idi, xx.xx.2008-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 230.507 ABŞ dolları idi, xx.xx.2008-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 205.507 ABŞ dolları idi, xx.xx.2008-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 180.507 ABŞ dolları idi, xx.xx.2008-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 155.507 ABŞ dolları idi. Cəmi ödəniş 289.993 ABŞ dolları, borc 155.507 ABŞ dollarıdır. Villanın qiyməti 445.500 ABŞ dolları, ödəniş müddəti 18 ay, aylıq ödəniş 100.000 ABŞ dollarıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı ilə Cavabdeh MMC arasında əldə edilmiş razılaşmadan görünür ki, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badamı” şəhərciyində yerləşən 105 nömrəli villanın ona satılmasına görə ödədiyi 289.993 ABŞ dollarından 200.000 manat pulun Cavabdeh MMC tərəfindən ona geri ödənilməsi barədə razılığa gəlmişdirlər. X7 da razılaşmanı imzalamışdır. İş materiallarından görünür ki, Cavabdeh MMC iş üzrə iddia müddətinin ötürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı etibarnamə üzrə nümayəndəsi olmuşdur, ona daşınmaz əmlak alqısatqısında köməklik etmişdir. Hüquqşunas kimi fəaliyyət göstərir. O, həmçinin, Cavabdeh MMC bağlanılmış müqavilə üzrə ödənilmiş pulun iddiaçıya geri qaytarılmasında sonuncuya yardım göstərirdi. İddiaçının Cavabdeh MMC-yə ödədiyi pullardan 51.000 manat hissəsi iddiaçıya qiymətli daşlar şəklində geri qaytarılmışdır. Hər iki tərəf həmin qiymətli daşların 51.000 manat məbləğinə olması barədə razılaşmışlar. Tərəflərin razılaşmasına görə qalan məbləğ aralarında bağlanılmış yazılı razılaşmaya əsasən 200.000 manat məbləğində olmaqla iddiaçıya ödənilməli idi. Həmin məbləğ oktyabr-noyabr aylarında ödənilməlidi idi və bununla da 200.000 manat məbləğinin ödənilməsi ilə mübahisə bitməli idi. O, özü şəxsən qeyd edilmiş razılaşmanın imzalanmasında iştirak edib. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, o, cavabdeh təşkilatın digər müştərisi olan X1 da nümayəndəsi olmuşdur. Lakin, N.Nağıyevin işi başqa işdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC (bundan sonra MMC) arasında xx.xx.2007-ci il tarixdə satış müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, satıcı 18 ay müddətinə Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badamı” şəhərciyində yerləşən 105 nömrəli villanı tikərək təhvil verir və alıcı villanın dəyəri olan 445.500 ABŞ dolları pul vəsaitini xx.xx.2008-ci ilə qədər ödəməlidir. İddiaçı həmin məbləğdən xx.xx.2008-ci il tarixədək 289.993 ABŞ dolları pul vəsaiti ödəmişdir. 289.993 ABŞ dolları məbləğinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi işin mübahisəsiz halıdır. İddiaçı iddia ərizəsində göstərir ki, ödədiyi məbləğdən 51.000 manat pulu cavabdeh MMC 2021-ci ildə ona qaytarmışdır. Bundan başqa işin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış satış müqaviləsi üzrə öhdəliklər sonadək icra edilməmişdir. Belə ki, təhvil verilməsi nəzərdə tutulan villa faktiki olaraq iddiaçıya təhvil verilməmiş, alıcı isə nəzərdə tutulan müddətdə ödəməli olduğu pulu tam şəkildə cavabdehə ödəməmişdir. Nəticədə tərəflər arasında mübahisə yaranmışdır və bununla bağlı tərəflər arasında danışıqlar aparılaraq xx.xx.2022-ci il tarixdə yazılı razılaşma bağlanılmışdır. Razılaşmaya görə cavabdeh iddiaçının ödədiyi 289.993 ABŞ dollarının qarşılığı olaraq 200.000 manatı iddiaçıya ödəməli idi. Ödənişin icra müddəti razılaşmada qeyd edilməmişdir. İddiaçının izahatı və şahidin ifadəsinə görə həmin müddət 2 ay kimi razılaşdırımışdır. İddiaçının ödədiyi məbləğlərin qarşılığında iddiaçıya 200.000 manat məbləğinin qaytarılması ilə bağlı razılaşmanın əldə edilməsi məhkəmə iclasında verilmiş şahid ifadəsində də öz təsdiqini tapır. Tərəflər arasında 2007-ci ildə bağlanmış müqavilə üzrə öhdəliklər icra edilmədiyindən, iddia tələbləri həmin müqavilədən irəli gələn öhdəliklərin icrası üçün bağlanılmış xx.xx.2022-ci il tarixli razılaşmanın müddəaları tətbiq edilməklə yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, sözügedən razılaşmanın şərtlərinə görə cavabdehdən iddiaçının xeyrinə cəmi 200.000 manat pul vəsaiti tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, həmçinin cavabdehin iddia müddətinin ötürülməsi barədə ərizəsinə hüquqi qiymət verərək, hesab edir ki, tərəflər arasında 2007-ci ildə bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə 2022-ci ildə tərəflər arasında razılaşma əldə edildiyindən, iddia müddəti ötürülməmişdir. Belə ki, MM-nin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İddia tələbi irəli sürülənədək pretenziya qaydasına riayət olunmaması ilə bağlı cavabdehin etirazına münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi xx.xx.2007-ci il tarixli müqavilə üzrə tərəflərin arasında mübahisə yarandıqda xx.xx.2022-ci il tarixli razılaşma imzalanmışdır. Belə ki, xx.xx.2007-ci il tarixli müqavilə üzrə tərəflərin məhkəməyədək danışıqları baş tutmuşdur və xx.xx.2022-ci il tarixli razılaşmanın imzalanması ilə nəticələnmişdir. Məhkəmə formal yanaşmadan çəkinərək qeyd edir ki, xx.xx.2007-ci il tarixli müqavilədən irəli gələn mübahisə üzrə tərəflərin məhkəməyədək pretenziya qaydasına riayət etmələri iş materialları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, 250,50 (iki yüz əlli manat əlli qəpik) dövlət rüsumu Cavabdehndən alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. 200.000 (iki yüz min) manat pul məbləği və 250,50 (iki yüz əlli manat əlli qəpik) dövlət rüsumu Cavabdehndən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-3424/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3424/2023
06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver