Məhkəmə qərarları › İş №2(011)-3424/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3424/2025

18.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3424/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi1, Ərizəçi2 iştirakları ilə Ərizəçi1, Ərizəçi2 – doğum faktının tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi1, Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi1 və Ərizəçi2 doğum faktının müəyyən edilməsi və onlara doğum haqqında şəhadətnamənin verilməsi və Ərizəçi1 və Ərizəçi2 X4 (doğum tarixi: 1931; ölüm tarixi: xx.xx.2013) və X3 (doğum tarixi: 1945; ölüm tarixi: xx.xx.1996) oğlu (övladı) olması faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamədə “valideynlər” qrafasında qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi1, Ərizəçi2 icraatda olan 2(011)-3424/2025 saylı mülki iş üzrə iddia tələblərini dəqiqləşdirərək, məhkəmədən Ərizəçi1 xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonu, Toxluca qəsəbəsində və Ərizəçi2 xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonu, Toxluca qəsəbəsində doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, həmçinin Ərizəçi1 və Ərizəçi2 X4 və X3 övladları olması faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin “valideynlər” qrafasında qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1, xx.xx.1970-ci ildə keçmiş Ermənistan SSR Krasnoselo rayonunun Toxluca qəsəbəsində dünyaya gəlmişdir. X2 (təvəllüd: 1931) və X1 (təvəllüd: 1945) da keçmiş Ermənistan SSR Krasnoselo rayonunun Toxluca qəsəbəsində dünyaya gəlmişlər. Ölüm haqqında şəhadətnamələrə əsasən, ərizəçinin X2 xx.xx.2013-cü ildə, X1 isə xx.xx.1996-cı ildə vəfat etmişlər. Ərizəçi1 bacısı - X15 xx.xx.1963-cü ildə, bacısı - X7 xx.xx.1967-ci ildə, bacısı - X8 xx.xx.1976-cı ildə, qardaşı - X10 xx.xx.1985-ci ildə, keçmiş Ermənistan SSR Krasnoselo rayonunun Toxluca qəsəbəsində dünyaya gəlmişlər. Lakin 90-cı illərinin əvvəllərində baş vermiş müharibə səbəbindən ərizəçi ailəsi ilə birgə qaçqın olaraq Azərbaycan ərazisinə gəlmiş və ünvan 1 ünvanında qeydiyyata alınaraq yaşamışlar. Müharibə səbəbindən ərizəçi ailəsi ilə birgə məcburi evi tərk etdiyindən sənədlərin əksəriyyəti, o cümlədən ərizəçinin doğum haqqında şəhadətnaməsi itirilmişdir. Hazırda ərizəçiyə şəxsiyyət vəsiqəsi verilsə də, doğum haqqında şəhadətnamənin olmaması səbəbindən valideynlərinin kimliyini təsdiq etmək, eləcə də yuxarıda qeyd edilən atasından qalmış əmlakın vərəsəlik işini aparmaq mümkün olmamışdır. Odur ki, tərəflərindən Bakı şəhəri Maraqlı şəxsnə “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbi ilə müraciət edilmişdir. Lakin Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli № 3-16-5/8-15-M-15-23 nömrəli məktub ilə, doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığından akt qeydinin bərpa edilməsi üçün yaşadığı rayonun məhkəməsinə müraciət etməyi tövsiyə olunmuşdur. Hazırda xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları Ərizəçi1 məhkəmə iclasında izahatında doğum haqqında şəhadətnamənin itməsi ona problem yaratdığını bildirərək məhkəmədən ərizənin təmin olunmasaını xahiş etmişdir. xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonu, Toxluca qəsəbəsində doğulmuşdur.X2, X1 olmuşdur. Ərizəçi2 doğum haqqında şəhadətnaməsinin itdiyini bildirərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonu, Toxluca qəsəbəsində doğulmuşdur, bacı-qardaşları var. X2, X1 olmuşdur. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1970-ci il tarixdə Ermənistanda doğulmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1972-ci il tarixdə Ermənistanda doğulmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi1 doğumu haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığından akt qeydinin bərpa edilməsi üçün yaşadığı rayonun məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi2 doğumu haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığından akt qeydinin bərpa edilməsi üçün yaşadığı rayonun məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan, 26 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1976-cı ildə Ermənistan Respublikası Krasnoselo rayonu, Toxluca qəsəbəsində doğulmuş, ata adı qrafasında X17, ana adı qrafasında X12 göstərilmişdir. İş materiallarında olan, 25 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1967-ci ildə Ermənistan Respublikası Krasnoselo rayonu, Toxluca qəsəbəsində doğulmuş, ata adı qrafasında X17, ana adı qrafasında X12 göstərilmişdir. İş materiallarında olan, 77 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1963-cü ildə Ermənistan Respublikası Krasnoselo rayonu, Toxluca qəsəbəsində doğulmuş, ata adı qrafasında X17, ana adı qrafasında X12 göstərilmişdir. İş materiallarında olan, 5 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.1963-cü il tarixdə X17 və X12 birgə nikaha daxil olmuşlar. İş materiallarında olan, 77 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.1985-ci ildə Ermənistan Respublikası Krasnoselo rayonu, Toxluca qəsəbəsində doğulmuş, ata adı qrafasında X17, ana adı qrafasında X12 göstərilmişdir. İş materiallarında olan, 1432 nömrəli, xx.xx.2013-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan, 704 nömrəli, xx.xx.1996-cı il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.202016-cı il tarixli ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, ərizəçilər onun doğma qardaşlarıdır, Ərizəçi1 xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonu, Toxluca qəsəbəsində və Ərizəçi2 xx.xx.1972-ci il tarixdə Toxluca qəsəbəsindədoğulmuşdurlar. Ata və anaları eynidir. Özünün doğum haqqında şəhadətnaməsi var, lakin qardaşlarının yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçilər onun qardaşlarıdır. Özü 1967-ci ildə doğulub. X1, X2dur, qardaşları ilə ana və atası eynidir. Məhkəmədə şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, ərizəçilər onun qayınlarıdır. Özü, X5 həyat yoldaşıdır. Qaynana və qaynatasını görmüşdür. Ərizəçilər Ermənistan Respublikası Krasnoselo rayonu, Toxluca qəsəbəsində doğulublar. Məhkəmədə şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, ərizəçilərdən biri sinif yoldaşıdır və digəri isə onun qardaşıdır. Atalarının adı Mirzədir. Ərizəçilərin ata və anasını tanıyırdı. Ərizəçilər Ermənistan Respublikası Krasnoselo rayonu, Toxluca qəsəbəsində doğulublar. Məhkəmədə şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, ərizəçilər onun əmisi oğludurlar. X1, X2dur, Ermənistan Respublikası Krasnoselo rayonu, Toxluca qəsəbəsində doğulublar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Göründüyü kimi, doğum faktını təsdiq edən həkim şəhadətnaməsi olmadıqda, doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalarının 14-cı bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 12 .04.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərabaycan Respublikasının Ali Məhkəməsi Plenumunun Qərarınının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçilərin izahatını və şahidlərin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi1 və Ərizəçi2 doğum faktının müəyyən edilməsinin vərəsəlik eləcə də, hər hansı bir sənədləşmə aparılmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin Ərizəçi1 və Ərizəçi2 adına doğum qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, doğum faktını qeydə almalı olan yeganə orqan qeydiyyat şöbəsi doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi1 və Ərizəçi2 doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi1 və Ərizəçi2 doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçilər doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi1 xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonu, Toxluca qəsəbəsində və Ərizəçi2 xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonu, Toxluca qəsəbəsində anadan olması, atalarının X14, analarının X6 olması ərizəçilərin izahatları ilə, şahidlərin ifadəsi ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi1 xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonu, Toxluca qəsəbəsində və Ərizəçi2 xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikası Krasnoselo rayonu, Toxluca qəsəbəsində anadan olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin, doğum haqqında şəhadətnamənin “valideynlər” qrafasında atalarının X14, analarının X6 olması qeyd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar