Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3439/2022 26.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı – Xətai rayonu, İEM-X X1 Sahəsinin balansında olan İlqar Zülfüqarov küçəsi 1, məhəllə 2942 A, 1 saylı istilik məntəqəsinin zəbt olunmuş həyətyanı sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış və tərkibinə daxil olan strukturlar vasitəsilə istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatını həyata keçirir. Cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri “Dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli 586 saylı Fərmanının tələblərindən irəli gələn vəzifələrin, o cümlədən Cəmiyyətin sərəncamında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanılması və dövlət əmlakından suiistifadə hallarının qarşısının alınması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu vəzifələrin icrası ilə bağlı Bakı şəhərində və respublikanın regionlarında əhəmiyyətli işlər görülmüş, Cəmiyyətin sərəncamında olan dövlət əmlakının və onun verləşdivi torpaq sahələrinin qorunub saxlanılması, hər hansı bir müdaxiləyə qarşı dərhal mövcud qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi təmin edilir. Xətai rayonu, İEM-X X1 Sahəsinin balansında olan İlqar Zülfüqarov küçəsi 1, məhəllə 2942 A, 1 saylı istilik məntəqəsinin həyətyanı sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdur. "xxxx" ASC tərəfindən istilik məntəqəsinin həyətyanı sahəsinin zəbt olunmasının qarşısının alınması ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə, Mənzil Kommunal Təsərrüfatı Birliyi və Polis İdarəsinə yazılı şəkildə müraciət olunmasına baxmayaraq bu günə kimi zəbt olunmuş torpaq sahəsi boşaldılmamışdır. İddiaçı ASC-yə məxsus 19 çox mənzilli yaşayış binası və digər sosial obyektləri istilik enerjisi ilə təchiz edən 1 saylı istilik məntəqəsinin həyətyanı sahəsi zəbt olunaraq digər məqsədlər üçün istifadə olunduğundan məcburiyyət qarşısında məntəqənin fəaliyyəti mümkünsüz olacaqdır. Bundan əlavə Bakı İstilik Elektrik Mərkəzinin (Bakı İEM) istismarının zərərlə nəticələnməsi, təmiri və yenidən qurulmasının səmərəsizliyini nəzərə alaraq onun fəaliyyətini dayandırılması və bununla əlaqədar Bakı İEM-dən qidalanan istilik təchizatı infrastrukturunun yenidən qurularaq Xətai rayonunda müasir tələblərə cavab verən qazanxanalara çevrilməsi barədə qərar verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 21 iyul 2008 ci il tarixli 05-1/6536 saylı məktubuna əsasən monitorinqlərə və daxil olmuş məlumatara görə bir sıra hallarda Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 313 saylı Fərmanının 2.2 bəndinin tələblərinə zidd olaraq dövlət müəssisə və təşkilatların istifadəsində olan, habelə onların mühafizə və sanitar zonalarına, kommunikasiya xətlərinə aid dövlət mülkiyyətində olan torpaq sahələri yerli icra hakimiyyətləri və bələdiyyələr tərəfindən kənar şəxslərin icarəsinə və ya xüsusi mülkiyyətinə verilir, bu da onların qanunsuz və əsassız özgəninkiləşdirilməsinə səbəb olur ki, belə halların qarşısının alınması məqsədi ilə dövlət müəssisə və təşkilatlarının dövlət mülkiyyətində olan torpaq sahələrində yerləşdiyini, həmin torpaq sahələrinin qorunub saxlanılması və təyinatı üzrə istifadə edilməsinin təmin olunması üçün, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin razılığı olmadan tikinti, yenidənqurma, quraşdırma və sair işlərin aparılmasının qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədə müvafiq hesab edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 1, məhəllə 2942 A-da yerləşən Cəmiyyətin balansında olan 1 saylı istilik məntəqəsindən və həyətyanı sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məluamat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Rauf Nəsirov, Ərəstun Əsgərov və Ruslan Ələkbərov tərəfindən imzalanaraq tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Xətai rayonu, İEM-X X1 Sahəsinin balansında olan İlqar Zülfüqarov küçəsi 1, məhəllə 2942 A, 1 saylı istilik məntəqəsinin həyətyanı sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdur. İddiaçı ASC-yə məxsus 19 çox mənzilli yaşayış binası və digər sosial obyektləri istilik enerjisi ilə təchiz edən 1 saylı istilik məntəqəsinin həyətyanı sahəsi Cavabdeh tərəfindən zəbt olunaraq digər məqsədlər üçün istifadə olunduğundan məcburiyyət qarşısında məntəqənin fəaliyyəti dayandırılacaqdır. İş materiallarında olan Xətai rayon İcra Hakimiyyətinin başçısı cənab Rafiq Quliyevə ünvanlanmış xx.xx.2021-ci il tarixli 18/233-04 saylı məktubun surətindən görünür ki, X7 rayonu, İlqar Zülfüqarov küçəsi 1 ünvanında, məhəllə 2942 A-da İddiaçı ASC-yə məxsus 19 çox mənzilli yaşayış binası və digər sosial obyektləri istilik enerjisi ilə təchiz 1 saylı istilik məntəqəsinin həyətyanı sahəsi zəbt olunaraq digər məqsədlər üçün istifadə olunduğundan məcburiyyət qarşısında məntəqənin fəaliyyətinin dayandırılmasına səbəb olacağı bildirilmiş və istilik sistemlərinin fəaliyyətinin sosial əhəmiyyətini nəzərə alaraq mövcud problemin həllində səlahiyyətləri daxilində köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi cənab Fəxrəddin Məmmədova ünvanlanmış xx.xx.2021-ci il tarixli 18/233-06 saylı məktubun surətindən görünür ki, X2 rayonu, İlqar Zülfüqarov küçəsi 1 ünvanında, məhəllə 2942 A-da İddiaçı ASC-yə məxsus 19 çox mənzilli yaşayış binası və digər sosial obyektləri istilik enerjisi ilə təchiz 1 saylı istilik məntəqəsinin həyətyanı sahəsi zəbt olunaraq digər məqsədlər üçün istifadə olunduğundan məcburiyyət qarşısında məntəqənin fəaliyyətinin dayandırılmasına səbəb olacağı bildirilmiş və istilik sistemlərinin fəaliyyətinin sosial əhəmiyyətini nəzərə alaraq mövcud problemin həllində səlahiyyətləri daxilində köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Xətai rayon Polis İdarəsinin rəisi polis polkovniki cənab İlqar Məmmədova ünvanlanmış xx.xx.2021-ci il tarixli 18/233-05 saylı məktubun surətindən görünür ki, X6 rayonu, İlqar Zülfüqarov küçəsi 1 ünvanında, məhəllə 2942 Ada İddiaçı ASC-yə məxsus 19 çox mənzilli yaşayış binası və digər sosial obyektləri istilik enerjisi ilə təchiz 1 saylı istilik məntəqəsinin həyətyanı sahəsi zəbt olunaraq digər məqsədlər üçün istifadə olunduğundan məcburiyyət qarşısında məntəqənin fəaliyyətinin dayandırılmasına səbəb olacağı bildirilmiş və istilik sistemlərinin fəaliyyətinin sosial əhəmiyyətini nəzərə alaraq mövcud problemin həllində səlahiyyətləri daxilində köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 97 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli №325 saylı arayışından görünür ki, vətəndaş Cavabdeh Xətai rayonu, İEM-X X1 Sahəsinin balansında olan İlqar Zülfüqarov küçəsi 1, məhəllə 2942 A, 1 saylı istilik məntəqəsinin həyətyanı sahəsində qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli №**********03 saylı məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən 1 saylı istilik məntəqəsinin və torpaq sahəsinin qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan 1 saylı istilik məntəqəsinin Texniki Pasportunun təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 97, məhəllə 2942A ünvanında yerləşən 1 saylı istilik məntəqəsi İddiaçı ASC-nin qanuni istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27İs nömrəli xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhərinin Xətai rayonunda mövcud istilikpaylayıcı məntəqələrin və yüksəldici nasos stansiyasının müasir tipli qazanxanaya çevrilməsi üçün tikinti-quraşdırma işlərinin aparılması, məhəllədaxili istilik xətlərinin və binalarda aşağı paylama istilik sistemlərinin layihələndirilməsi və yenidən qurulması üzrə sifarişçi funksiyaları İddiaçı ASC-nə həvalə edilmişdir. Beləliklə, məhkəmə araşdırılması Cavabdeh İddiaçı ASC-yə məxsus ünvan 6 (Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 97, məhəllə 2942A) ünvanında yerləşən 1 saylı istilik məntəqəsini və həyətyanı sahəsini qanunsuz olaraq zəbt etməsi işin materialları ilə tam şəkildə sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 6 ünvanında yerləşən İddiaçı ASC-nin istifadəsində olan 1 saylı istilik məntəqəsindən və həyətyanı sahəsindən məcburi qaydada çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-3439/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3439/2022
26.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver