Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-345/2024 04.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə rəsmi qaydada xx.xx.2009-cu il tarixdə Bakı şəhər Xətai Rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan üç uşaqları - xx.xx.2010-cu il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X13 anadan olmuşlar. Cavabdeh ilə onlar bir müddət mehriban yaşamışlar. Lakin aralarında narazılıqların artması onların tamamilə başqa-başqa adamlar olmalarını sübut etmişdir. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsində ona qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Halhazırda boşanma işi Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmaqdadır. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi atası X7 adına olmuşdur. Həmin fərdi yaşayış evində onlar uzun illər yaşamışlar. Lakin yaşadıqları və qeydiyyatda olduqları ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 2014-cü ildə Ağ şəhər layihəsinə düşdüyü üçün elə həmin ili, yəni 2014-cü ildə sökülmüşdür. Həmin fərdi yaşayış evi plan üzrə söküləndə bütün ailə üzvəliri həmin evdə qeydiyyatda olmuşlar. Yaşadıqları ev plana düşdükdən sonra həmin evə görə 120.600 manat kompensasiya verilmişdir. Həmin kompensasiyadan onun payına 43.000 ABŞ dolları düşmüş və ona düşən 13.000 ABŞ dolları kompensasiya pulu ilə 2014-cü ildə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini almışdır. Həmin fərdi yaşayış evi öztikili kimi ilkin sənəd İddiaçı Atay oğlunun adına qeydiyyatdan keçmişdir. Hal-hazırda ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində iddiaçı olaraq, onun həyat yoldaşı Cavabdeh, övladları X12 və X11 pasport qeydiyyatındadırlar. Cavabdeh ilə ailə münasibətləri pozulana qədər iddiaçı da həmin evdə yaşamış, lakin 2023-cü il may ayından Cavabdeh yaşadığı və qeydiyyatda olduğu ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən onu məcburi şəkildə çıxarmışdır. Halhazırda bütün əşyaları evində qalmışdır. Cavabdeh 2023-cü il may ayından iddiaçını öz evində yaşamağa imkan vermir. Cavabdeh tərəfindən evin qapısının açarları dəyişdirilərək onun evə daxil olmağı və evdən istifadə hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən də, evindən çıxarıldığından, o, məcbur qalaraq küçələrdə qalır. Cavabdehin bu hərəkətləri nəticəsində iddiaçı işdən çıxarılmışdır. Cavabdeh olan həyat yoldaşı ilə indiki zamana qədər aralarında heç vaxt narazılıq olmamışdır və həyat yoldaşı ilə yaşadığı dövrdə mehriban olmuşdur. Bütün bunları nəzərə alaraq məcbur olub məhkəməyə müraciət etməli olur. Hal-hazırda gəliri olmadığı üçün kirayə haqqını ödəməyə heç bir imkanı çatmır və bu səbəbdən də, kirayə ev tuta bilmir. İddiaçı sonradan məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 18,9 kv.metr, 8,3 kv.metr, 20.9 kv.metr, 14.2 kv.metr, 5,3 kv metr və 1,7 kv metr yaşayış sahələrindən ibarət yaşayış sahəsinə köçürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi atası X7 adına olmuşdur. Həmin fərdi yaşayış evində uzun illər yaşamışlar. Lakin həmin ev 2014-cü ildə Ağ şəhər layihəsinə düşdüyü üçün elə həmin ili, yəni 2014-cü ildə sökülmüşdür. Yaşadıqları ev plana düşdükdən sonra həmin evə görə 120.600 manat kompensasiya verilmişdir. Həmin kompensasiyadan onun payına 43.000 ABŞ dolları düşmüşdür və ona düşən kompensasiya pulu ilə 2014-cü ildə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini almışdır. Həmin fərdi yaşayış evi özbaşına tikilidir, MKİS-də onun adına qeydiyyatdan keçmişdir. Hal-hazırda həmin evdə Cavabdeh ilə övladları yaşayırlar. Cavabdeh ilə ailə münasibətləri pozulana qədər iddiaçı da həmin evdə yaşamışdır, lakin 2023-cü il may ayından Cavabdeh yaşadığı və qeydiyyatda olduğu ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən onu məcburi şəkildə çıxarmışdır. Hal-hazırda gəliri olmadığı üçün kirayə haqqını ödəməyə heç bir imkanı çatmır və bu səbəbdən də, kirayə ev tuta bilmir. Bildirir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin bir hissəsini cavabdehlə birgə yaşadığı dövrdə Samir adlı şəxsə satmaq istəsə də, satmamışdır. Sonradan ona məluma olmuşdur ki, evin bir hissəsi onun xəbəri olmadan Cavabdeh satmışdır. O, evin satılmasından hər hansı pul almamışdır. O, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, koçürülmək istədiyi sahə onun xəbəri olmadan X8 və X2 sahəyə aid deyil. O, daha əvvəl yaşadığı, Cavabdeh övladları ilə birgə yaşadığı sahəyə köçürülmək istəyir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, hazırda iddiaçı mübahisəli fərdi yaşayış evinin cavabdehin uşaqları ilə birlikdə yaşadığı hissəsinə köçürülmək istəyir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, mübahisəli evin əldə olunması ilə bağlı iddiaçının dedikləri doğrudur. Belə ki, tərəflər əvvəl iddiaçının atasına məxsus evdə yaşayıblar. Daha sonra həmin ev plana düşmüşdür və birgə nikahları dövründə mübahisəli ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi alınmışdır. Aldıqdan sonra həmin evdə yenidənqurma işləri aparılmışdır və evin sahəsi artırılmışdır. O bildirmişdir ki, evin bir hissəsi Samir adlı qohumuna satılmışdır. Daha sonra isə qohumu həmin sahəni X8 və X1. O mübahisəli evin bir hissəsini iddiaçıdan icazəsiz kiməsə satmamışdır və buna dair hər hansı pul vəsaiti almamışdır. İddiaçı özü fərdi yaşayış evinin bir hissəsini, iki otaq olmaqla artırmışdır və Samir adlı qohumuna satmışdır. O bildirmişdir ki, iddiaçının onun yaşadığı evə köçürülməsinə etiraz edir. Həmin evin ümumi razılaşmaya əsasən satılmasına və ayrıayrılıqda yaşamaqlarına etiraz etmir, lakin birlikdə yaşamaqları qeyri-mümkündür. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatında göstərmişdir ki, hazırda yaşadığı evi yoldaşı X20 adlı şəxsdən almışdır. Onların yaşadığı ev Cavabdeh öz övladları ilə yaşadığı evdən çəpər vasitəsilə ayrılmışdır, ayrıca giriş-çıxışları vardır. Onlar Cavabdeh ilə qonşudurlar. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında digər üçüncü şəxslə eyni izahatı vermişdir və Cavabdeh ilə qonşu olduqlarını, evlərinin ayrı-ayrı evlər olduğunu, ayrıca giriş-çıxışlarının olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilən arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan 66 saylı MKİS tərəfindən təsdiq edilmiş plan-sxemin surətindən görünür ki, Aşıq Qurban küçəsi 25 saylı ünvanda yerləşən fərdi yaşayış evinin sahibi İddiaçıdur, fərdi yaşayış evi 3 yaşayış otağından ibarətdir və evdə İddiaçı, Cavabdeh, X12 və X11 yaşayırlar. İş materiallarında olan 66 saylı MKİS tərəfindən təsdiq edilmiş plan-sxemin surətindən görünür ki, Aşıq Qurban küçəsi 25/5t saylı ünvanda yerləşən fərdi yaşayış evinin sahibi X6r, fərdi yaşayış evi 2 yaşayış otağından ibarətdir və evdə X9 və X8 yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi, ev 25 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 5227/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan xx.xx.2009-cu il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 28 may 2010-cu il təvəllüdlü X12, 25 iyul 2011-ci il təvəllüdlü X11 və 08 fevral 2016-cı il təvəllüdlü X10 yetkinlik yaşlarına çatanadək iddiaçı Cavabdeh himayəsində saxlanılmaları, cavabeh İddiaçı 28 may 2010-cu il təvəllüdlü X12, 25 iyul 2011-ci il təvəllüdlü X11 və 08 fevral 2016-cı il təvəllüdlü X10 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininxx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış evinin faktiki vəziyyətinin iş materiallarında olan 66 saylı MKİS tərəfindən təsdiq edilmiş həmin evin planına uyğun olmadığı müəyyən edilir. Yaşayış evinin faktiki vəziyyətdə mövcud olan sərhədləri və ölçüləri rəyə əlavə edilmiş plansxemdə ətraflı göstərilmişdir. Tədqiq olunan ünvanda yenidənqurma işləri aparılaraq 2ci yaşayış evinin inşa edildiyi və həmin evlərə küçədən ayrıca (müstəqil şəkildə) girişçıxış qapılarının olduğu müəyyən edilmişdir. Cavabdeh istifadəsində olan yaşayış evinin yerləşməsi və ölçüləri həmçinin evlərin sərhədləri rəyə əlavə edilmiş plan-sxemdə ətraflı göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Həmin rəyə əlavə edilmiş plan-sxemdən görünür ki, mübahisəli ərazidə olan iki fərdi yaşayış evi aşağıdakı tikililərdən ibarətdir: 1) birinci tikili 18,9 kv.metr, 8,3 kv.metr, 20.9 kv.metr, 14.2 kv.metr, 5,3 kv metr və 1,7 kv metr ölçüdə olan tikililərdən ibarətdir; 2) sonradan inşa olunan ikinci tikili 11,0 kv.m, 10,2 kv.m, 2,0 kv.m və həyətyanı sahədən ibarətdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmış, xx.xx.2023-cü il tarixdə nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahları dövründə 2014-cü ildə ünvan 4 ünvanında əldə edilmişdir. Ev özbaşına tikilidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evinin olduğu ünvanda hazırda iki yaşayış evi vardır. Birinci yaşayış evi 18,9 kv.metr, 8,3 kv.metr, 20.9 kv.metr, 14.2 kv.metr, 5,3 kv metr və 1,7 kv metr ölçüdə olan tikililərdən ibarət olmaqla əvvəllər İddiaçı ilə Cavabdeh istifadəsində olmuşdur. Hazırda həmin evdə övladları ilə birgə Cavabdeh yaşayır. İddiaçı qeyd olunan evə köçürülməsini tələb edir. Sonradan inşa edilmiş ikinci yaşayış evi isə iki otaqlı olmaqla 11,0 kv.m, 10,2 kv.m, 2,0 kv.m və həyətyanı sahədən ibarətdir və hazırda üçüncü şəxslər X3 və X4 istifadəsindədir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, keçmiş həyat yoldaşının və övladlarının yaşadığı köhnədən mövcud olmuş tikiliyə köçürülməsini xahiş edir. Onun üçüncü şəxslər X3 və X4 yaşadıqları qonşu evə köçürülməsinə dair iddiası yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1.-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası) Azərbaycan Respublikası MPM-in 13.4 və 13.5-ci maddələrinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Məcəllənin 27.-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Belə ki, Konstitusiyanın 43-cü maddəsi ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülmə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?. İşin faktiki hallarını araşdırarkən məhkəmə müəyyən etmişdir ki, iddiaçı mübahisəli yaşayış evini 2014-cü ildə əldə etmiş, cavabdehlə nikah münasibətləri pisləşənədək həmin evdə yaşamışdır. Tərəflərin arasında mübahisələr baş vermişdir və iddiaçı hazırda mübahisəli evdə yaşamır. Cavabdeh iddiaçının mübahisəli evə köçməsinə etiraz edir. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı sahədən məhrum olunması qanunsuzdur. Belə ki, məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin hazırki iş üzrə cavabdehin mübahisələndirilən evə iddiaçıya münasibətdə hər hansı üstün hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Əksinə, tərəflərin izahatları və iş materialları ilə təsdiq olunur ki, mübahisəli sahə özbaşına tikili olmaqla birgə nikah dövründə iddiaçının valdeynlərinə məxsus evin özgəninkiləşdirilməsindən əldə edilmiş vəsait hesabına alınmaqla tərəflərin nikahı dövründə onların birgə istifadəsində olmuşdur. Tərəflərin mübahisəli sahəyə dair əmlak hüquqları dövlət qeydiyyatına alınmamışdır. Odur ki, iddiaçının yaşayış sahəsində yaşamaq hüququ bərpa edilməklə iddia tələbləri təmin edilməlidir. Məhkəmə qeyd edir ki, yaşayış binasının özbaşına tikili olması özü-özlüyündə müvafiq yaşayış sahəsi kimi istifadə olunan tikiliyə iddiaçının köçürülməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının bu əsasla həmin evə köçürülməsindən imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi, 25 saylı ünvanda yerləşən 18,9 kv.metr, 8,3 kv.metr, 20.9 kv.metr, 14.2 kv.metr, 5,3 kv metr və 1,7 kv metr yaşayış sahələrindən ibarət olan fərdi yaşayış evinə köçürülsün. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-345/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-345/2024
04.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver