Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3451/2022 22.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Balakişi oğlunun xx.xx.1985-ci ildən xx.xx.2000-ci ilə kimi Bakı Baş Tikinti İdarəsinin nəzdində olan 3 nömrəli tikinti idarəsində həqiqətən işləməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək və ərizəyə uyğun ifadə verərək bildirdi ki, xx.xx.1961-ci ildə Masallı rayonu Güllütəpə kəndində anadan olmuşdur, 1978-ci ildə orta məktəbi bitirdikdən sonra ilk dəfə əmək-faliyyətinə 1979-cu ilin mart ayının birindən o, vaxtkı “M. Əzizbəyov adına Sumqayıt kimya istehsalat birliyi"- də operator peşəsi üzrə işə başlamışdır, 1980-1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, hərbi xidməti başa vurduqdan sonra yenidən əvvəl işlədiyi kollektivə qayıdaraq xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə kimi M. Əzizbəyov adına kimya istesalatı birliyi"- də operator peşəsində çalışmışdır, xx.xx.1983-cü ildən eyni müəssisədə nəzarət ölçü cihazları üzrə 4cü dərəcəli çilingər peşəsinə təyin edilmişdir, xx.xx.1985-ci ildə Bakı şəhərində aldığı təhsil ilə əlaqədar olaraq işdən çıxıb xx.xx.1985-ci ildə Bakı şəhərində yerləşən "Bakı Baş Tikinti" idarəsinin nəzdində oları 3 nömrəli tikinti idarəsində 43 nömrəli əmrə əsasən fəhlə peşəsi üzrə işə qəbul edilmişdir, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilə kimi fəhlə peşəsi üzrə, 01,09.1985-ci ildən xx.xx.2000-ci ilə kimi isə "BakıBaşTikinti" idarəsinin 3 nömrəli tikinti idarəsində bənna peşəsi üzrə 3-cü dərəcəli usta kimi fəaliyyətini davam etdirmişdir, hal-hazırda 61 yaşı var, 57 yaşı tamam olduqda uzun müddət zərərli işlərdə və peşələrdə çalışdığı üçün "güzəştli şərtlərlə əmək pensiyasi" təyin edilməsi məqsədilə DSMF-nin "Xüsusi şərtlərlə pensiya idarəsi"-nə müraciət etmişdir, lakin 14T- İ ******* №-li əmək kitabçasında xx.xx.2000-ci il tarixində BBTİ-nin 3 nömrəli tikinti idarəsinin rəhbərliyi tərəfindən (əmək məcəlləsinin 70 "a" maddəsinin tələblərinə əsasən) işdən çıxması barədə lazımi qeydlərin (konkret olaraq əmrin) yazılmaması onun həmin idarədə işlədiyi dövrdə iş stajının təyin olunmasında müəyyən çətinliklər yaradır, işlədiyi BBTİ-nin 3 nömrəli tikinti idarəsinin hal-hazırda mövcud olub olmamasını və ya sözügedən idarənin arxiv sənədlərinin harada saxlandığını müəyyən etmək məqsədilə 2021-2022-ci illərdə bir çox orqana - Azərbaycan Respublikası Milli Arxiv idarəsinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsi yanında "Bakı şəhər Memarlıq Baş idarəsi"-nə, Azərbaycan Respublikası "Bakı şəhər icra hakimiyyəti"-nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında "Əmlak Məsələləri Dövlət Xidməti"-nə o cümlədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidməti"- nə etdiyi müraciətlərə baxmayaraq heç bir məlumat əldə edə bilməmişdir, son olaraq yaranmış problemin məhkəmə qaydasında həllini seçmişdir, həmin idarənin mövcud olması, həmin dövrdə işləyən işçilərin - şahidlərin ifadələri ilə də təsdiq olunur, Fondun nümayəndəsinin bildirdiyi orqan isə onların işlədiyi orqan deyildir, belə ki, Bakı şəhərinin hər bir rayonun öz 1,2,3 və s. nömrəli tikinti idarələri olmuşdur, Fondun qeyd etdiyi isə Suraxanıda yerləşən idarədir, onların işlədiyi orqan Bakı şəhər İcra hakimiyyətinin nəzdində olmuş və Bakı şəhərində yerləşmişdir, idarənin adı əvvəlvə SU-3 Tresti olsa da, sovet dövründən sonra adı dəyişilərək 3 nömrəli Tikinti İdarəsinə çevrilmişdir, Fond belə bir idarənin olmadığını bildirsə də, iş materiallarında olan internet çıxarışından görünür ki, Əlimuxtar Hüseynzadə Bakı Baş Tikinti İdarəsinin 3 nömrəli Tikinti İdarəsində iş icraçısı, müdiri olmuşdur, lakin buna dair sənədlər arxivdə yoxdur, o işə qəbul olunduqda - 1985-ci ildə müdir Ramiz Qədirov olmuşdur, 2000-ci ilədək isə Mahmud bəy, ən son isə Məmmədəli Əhmədov idarədə müdir vəzifəsində işləmişdirlər, bu da onu göstərir ki, belə bir idarə mövcud olmuşdur, həmçinin Bakı şəhər İcra hakimiyyəti tərəfindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan da görünür ki, 3 saylı Tikinti idarəsi 2000-ci ildə Dövlət Əmlak Nazirliyinin sərəncamına verilmişdir və dindirilmiş şahidlərin əmək kitabçalarından görünür ki, həmin işçilər 2000-ci ildə işdən azad olunmuşdurlar, iş materiallarından və şahid ifadələrindən də göründüyü kimi belə bir müəssisə mövcud olmuşdur, lakin ona dair sənədlər arxivdə saxlanılmamışdır, lakin bu səbəbdən onun hüquqları pozula bilməz, bu düzgün deyildir, o, həmin idarədə 15 il əziyyətlə bənna işləmiş, ailəsini dolandırmışdır, iş stajı olmasına baxmayaraq, pensiya alması zamanı həmin iş stajı nəzərə alınmır. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Ərizəçi-in həmin idarədə işləməsi ilə bağlı sənədlər maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunda yoxdur, belə ki, Fondda olan arxiv idarəsindən göndərilmiş Bakı Baş Tikinti idarəsinin iş qovluqlarında yalnız “SU-3” adlı idarənin mövcud olması, həmin idarənin 1996-cı ildən sonra mövcud olan sənədləri vardır, lakin bu idarənin ərizəçinin qeyd etdiyi tikinti idarəsi olub-olmadığını deyə bilməz, bu dəqiq deyildir və bu barədə Fondda məlumat yoxdur, bu səbəbdən Ərizəçi orada işləməsi ilə bağlı şübhələr vardır. Sonda maraqlı şəxsin nümayəndəsi Nümayəndə qeyd etdiklərinin nəzərə alınmasını və ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, habelə şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında xx.xx.1964-cü il təvəllüdlü X11 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçini tanıyır, onunla birlikdə eyni kollektivdə neçə il bir yerdə işləmiş və iş yoldaşı olmuşdurlar, SU-3 tresti Bakı şəhərində yerləşirmişdir, özü həmin idarədə xx.xx.1981-ci ildən müxtəlif vəzifələrdə - inspektor, bənna və s. işləmişdir, buna dair əmək kitabçasında müxtəlif tarixlərdə qeydlər aparılmışdır, ərizəçi isə bənna olmuşdur, ərizəçini 1985-ci ildən tanımışdır, belə ki, o, idarədə 1985-ci ildən işləməyə başlamışdır, onunla uzun illər müxtəlif obyektlərdə çiyin-çiyinə işləmişlər, ərizəçi bütün obyektlərdə işləmişdir, onu idarədə görmüşdür, işlədikləri İdarənin adı əvvəlcə SU-3 tresti olsa da, daha sonra adı 3 nömrəli Tikinti Trestinə dəyişmişdir, əmək kitabçasında da işə qəbul olunduğu ildə idarənin adı SU-3 tresti, işdən çıxdığı vaxt isə 3 nömrəli Tikinti İdarəsi kimi qeyd olunub, xx.xx.1997-ci ildə 3 nömrəli tikinti idarəsindən 20 saylı tikinti idarəsinə köçürmə yolu ilə keçmişdir, idarənin rəhbəri əvvəlcə 1981-ci ildə Əlövsət Cabbarov, daha sonra sıra ilə, Ramiz Qədirov, Mahmud bəy, Məmmədəli Əhmədov olmuşdur, 1985-ci ildə müdir Ramiz müəllim olmuşdur, özü işdən çıxanda isə müdir Məmmədəli müəllim olmuşdur, o işdən çıxanda – 1997-ci ildə ərizəçi hələ də həmin müəssisədə işləyirdi, hazırda məhkəmədə yalan ifadə vermir, bunu etməsi üçün səbəb də yoxdur. Məhkəmə iclasında xx.xx.1964-cü il təvəllüdlü X4 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçini 1994-cü ildən tanıyır, hazırda da bir binada yaşayırlar, onunla birlikdə 3 nömrəli Tikinti İdarəsində eyni kollektivdə işləmişdirlər, idarə Bakı şəhərində yerləşir, o işləməyə başladıqda artıq ərizəçi orada işləyirdi, ərizəçi bənna olmuşdur, özü isə 1994-cü ilin may ayından həmin idarədə mühəndis kimi işləməyə başlamışdır, 1994- 2000-ci illər ərzində həmin idarədə işləmişdir, 1994-cü ildə müdir Məmmədəli bəy olmuşdur, işdən çıxanda da müdir o olmuşdur, işdən 2000-ci ilin dekabr ayında çıxmışdır. Məhkəmə iclasında xx.xx.1960-cı il təvəllüdlü X1 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçini tanıyır, onunla bir müəssisədə işləmişdirlər, onun iş yoldaşı olmuşdur, özü 1978-ci ildən bəri bənna işləyir, ərizəçini 1985-ci ildə idarəyə gəldikdən sonra tanımışdır, ərizəçi də bənna olmuşdur, onunla bir çox obyektdə birlikdə işləmişdirlər, işlədikləri İdarənin adı əvvəlcə SU-3 tresti olmuş, işə qəbul olunarkən də əmək kitabçasında adı SU-3 tresti kimi qeyd edilmişdir, lakin daha sonra idarənin adı dəyişdirilmiş 3 saylı Tikinti İdarəsi olmuşdur, işdən çıxarkən əmək kitabçasına “Bakışəhərtikintisi” 3 №-li Tikinti idarəsinin möhürü vurulmuşdur, özü idarədə 2000-ci ilə qədər işləmiş, daha sonra öz xahişi ilə 2000-ci ildə işdən çıxmışdır, bu zaman son müdir Məmmədəli Əhmədov olmuşdur, işəgötürən isə Ramiz Qədirov olmuşdur, hazırda məhkəmədə yalan ifadə vermir, bunda heç bir marağı yoxdur, sadəcə iş yoldaşının xahişi ilə gördüyü, şahidi olduğu faktları bildirir. Məhkəmə iclasında xx.xx.1955-ci il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçini 1980-ci ildən tanıyır, özü idarədə - SU-3 trestində ərizəçidən əvvəl - 1979-cu ildən bənna kimi işləmişdir, işə 1979-cu ilin noyabr ayı başlamışdır, ərizəçi isə təxmini 1985-ci ildən işə başlamışdır, o da bənna olmuşdur, bir kollektivdə işləmiş, iş yoldaşı olmuşdurlar, 2000-ci ildə isə idarə bağlanmışdır, işdən çıxarkən əmək kitabçasına “Bakışəhərtikintisi” 3 №-li Tikinti idarəsinin möhürü vurulmuşdur, belə ki, idarənin adı sonradan dəyişmişdir, bu səbəbədən işçilərin demək olar hamısı öz ərizəsi ilə işdən çıxmışdırlar, son olaraq müdir Məmmədəli Əhmədov olmuşdur, ondan əvvəl isə müdir X6muşdur. İş materiallarında olan ИT-İ seriyalı ******* nömrəli Əmək kitabçasının notarial qaydada rus dilindən azərbaycan dilinə tərcümə olunmuş surətindən görünür ki, Ərizəçi təhsili orta, peşəsi fəhlə, doldurulma tarixi 06 mart 1979-cu ildir. İş haqqında məlumatlardan görünür ki, SU-3 tr. BJS QBS xx.xx.1985-ci ildə 43/c xx.xx.1985-ci il tarixli Əmrə əsasən, 3-cü dərəcəli fəhlə kimi işə götürülmüşdür, xx.xx.1985-ci ildə 117c №-li xx.xx.1985-ci il tarixli Əmr ilə bənna işinin 3-cü dərəcəsi verilmişdir. İş materiallarında olan Bakı Baş Tikinti Mənzil Kommunal idarəsi tərəfindən verilmiş 915 nömrəli xx.xx.1997-ci il tarixli Orderin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi vəzifəsi bənna, iş yeri Tİ-3-dür. İş materiallarında olan ИT-İ seriyalı ******* saylı Əmək kitabçasının surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X11 xx.xx.1981-ci ildə SU-3 Trest idarəsində işə başlamışdır, xx.xx.1997-ci ildə 13/K saylı əmr ilə 3 saylı Tikinti İdarəsindən 20 saylı Tikinti idarəsinə köçürülmüşdür, “Bakışəhərtikinti” tresti 3 №-li Tikinti İdarəsinin möhürü vurulmuşdur. İş materiallarında olan ИT-İ seriyalı ******* saylı Əmək kitabçasını surətindən görünür ki, 1964-cü il təvəllüdlü X4 xx.xx.1994-cü ildə 3 №-li tikinti idarəsinə köçürülmə əsası ilə 40/k saylı əmr ilə işdən azad edilmiş, xx.xx.1994-cü ildə köçürmə yolu ilə iş icraçısı kimi işə qəbul edilmiş, həmin idarədən xx.xx.2000-ci ildə öz xahişi ilə işdən çıxmış, “Bakışəhərtikinti” tresti 3 №-li Tikinti İdarəsinin möhürü vurulmuşdur. İş materiallarında olan ИT-İ seriyalı ******* saylı Əmək kitabçasının surətindən görünür ki, 4 mart 1960-cı il təvəllüdlü X1 xx.xx.1978-ci ildə SU-3 trestində işə qəbul olunmuş, xx.xx.2000-ci il tarixdə 2/k əmr ilə işdən öz xahişi ilə azad olunmuş, “Bakışəhərtikinti” tresti 3 №-li Tikinti İdarəsinin möhürü vurulmuşdur. İş materiallarında olan ИT-İ seriyalı ******* saylı Əmək kitabçasının surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X2 xx.xx.1975-ci ildə SU-3 trestində işə qəbul olunmuş, xx.xx.2000-ci ildə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. İş materiallarında olan xx.xx.1972-ci il tarixli Əmək kitabçasından görünür ki, 1965-ci il təvəlüdlü X5 xx.xx.1979-cu ildə SU-3 Trestində işə qəbul olunmuşdur, xx.xx.1999-cu ildə İdarənun faəliyyəti bağlandığı üçün işdən azad olunmuş, “Bakışəhərtikinti” tresti 3 №-li Tikinti İdarəsinin möhürü vurulmuşdur. İş materiallarında olan xx.xx.1972-ci il tarixli Əmək kitabçasından görünür ki, 1955-ci il təvəllüdlü X5 SU-3 trestində xx.xx.1979-cu ildə işə qəbul olunmuşdur, xx.xx.2001-ci il tarixdə öz xahişi ilə 1/k saylı əmr ilə işdən azad olunmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ərizəçi ünvanlanmış 05 mart 2021-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun güzəştli şərtlərlə pensiya təminatı haqqında müraciətinə cavab olaraq, sonuncuya xx.xx.1985-ci il tarixdə 3 saylı Tikinti İdarəsində işə qəbul olunduğu qeyd edilsə də, işdən çıxma barəsində bir qeyd öz əksini tapmadığı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların sığorta stajının məhkəmə qaydasında müəyyən olunduğu bildirilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Respublikasında dövət əmlakının özəlləşdirilməsinin 2-ci dövlət proqramına uyğun olaraq, keçmiş Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli 130 saylı və xx.xx.2000-ci il tarixli 251-saylı əmrləri ilə Bakı şəhər İcra hakimiyyətinin özəlləşdirilməyə açıq elan edilmiş struktur bölmələrinin tabeliyində olan bütün podrat idarə və təşkilatlar, (o cümlədən müraciətdə göstərilən 3 saylı Tikinti İdarəsinin) həmin Nazirliyin sərəncamına götürüldüyü, müəssisələrin özəlləşdirilməsi barədə qərar qəbul edildiyi andan etibarən müvafiq yerli icra hakimiyyətləri orqanlarının həmin müəssisələr üzərində səlahiyyətləri öz qüvvəsini itirdiyindən, qeyd olunan Tikinti idarəsi ilə bağlı hər hansı məlumatın təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Ərizəçi ünvanlanmış 17 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, 3 saylı Tikinti İdarəsinin ayrıca özəlləşdirilməsi, səhmdar cəmiyyətinə çevrilməsi və ya hər hansı müəssisənin tərkibində özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində məlumat aşkar olunmaması bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən Ərizəçi ünvanlanmış 22 aprel 2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Baş Tikinti İdarəsi 3 saylı Tikinti İdarəsinin 1985-1998-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 6 saylı Vəkil bürosuna ünvanlanmış 19 noyabr 2021-ci il tarixli məktubun surətindən görünür ki, hüquqi şəxslərin qeydiyyatı ilə bağlı tələb olunan məlumatların əldə olunması üçün aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 6 saylı Vəkil bürosuna ünvanlanmış 9 dekabr 2021-ci il tarixli məktubun surətindən görünür ki, idarədə olan reyestrdə Bakı Baş Tikinti idarəsinin Bakı Mənzil Tikintisi Trestinin 3 saylı Tikinti idarəsi adlı kommersiya qurumu aşkar edilməməsi qeyd olunmuş, hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Bakı Baş Tikinti” İdarəsi 3 saylı Tikinti İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatında keçməsi barədə məlumat mövcud deyildir, reyestrdə oxşar adlı Bakıbaştikinti İdarəsinin 12 saylı RİTT-nin 3 nömrəli Təmir Tikinti İdarəsinin xx.xx.1995-ci il tarixdə 166 nömrə ilə dövlət qeydiyyatında keçməsi barədə məlumat mövcuddur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arxiv arayışından görünür ki, Ərizəçi 1985-2000-ci illərdə işlədiyi “Bakı Baş Tikinti İdarəsi 3 saylı Tikinti İdarəsinin” sənədləri BŞİH-nin arxivində saxlanılmır. İş materiallarında olan X12 Xidmət Bakı şəhər İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 18 mart 2022-ci il tarixli müraciətə cavab məktubundan görünür ki, araşdırma zamanı M.Ə.Sabir adına şəhər Kütləvi Kitabxanasının rəhbərliyi tərəfindən X12 Xidmətinin Bakı şəhəri idarəsinə təqdim olunmuş məktubda sonuncunun işlədiyi müddətdən 27 il keçdiyi və ona aid sənədlərin arxiv idarəsinə təhvil verildiyi, həmçinin M.Ə.Sabir adına şəhər Kütləvi Kitabxanasının əvvəlki rəhbərliyi tərəfindən natamam doldurulduğu və bu səbəbdən də əmək kitabçasında müvafiq qeydlərin aparılmasının mümkün olmadığı məktubdan bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 26 may 2022-ci il tarixli Arxiv arayışından görünür ki, Bakı Baş Tikinti İdarəsi 3 saylı Tikinti İdarəsinin 1985-2000-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, hazırki ərizə iş stajı barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədədir, faktın müəyyən edilməsi ərizəçiyə "güzəştli şərtlərlə əmək pensiyası" təyin edilməsi məqsədilə lazımdır, o, əmək stajını təsdiq edən lazımi sənədi almaq məqsədilə Azərbaycan Respublikası Milli Arxiv idarəsinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsi yanında Bakı şəhər Memarlıq Baş idarəsinə, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətinə müraciət etmişdir, Bakı şəhərində SU-3 tresti adlı müəssisə mövcud olmuşdur, müəssisə daha sonra “3 №-li Tikinti İdarəsi“ adı ilə fəaliyyət göstəmiş və keçmiş Dövlət Əmlak Nazirliyinin 2000-ci il tarixli əmrinə əsasən, həmin Nazirliyin sərəncamına götürülmüşdür, X3, X5, X1, X11, X4 müxtəlif tarixlərdə SU-3 trestində işə başlamış, “Bakışəhərtikinti” tresti 3 №-li Tikinti İdarəsinin möhürü vurulmaqla işdən azad olunmuşdurlar, ərizəçinin iş stajı onu idarədə birgə işdən tanıyan və ərizəçinin işləməsi faktını təsdiq etdikləri müddətdə (1985 - 2000) özlərinin işləmələri barədə sənədləri (əmək kitabçaları) olan dörd şahidin – R.Ü.Əbdüləzimovun (idarədə iş müddəti : 1979-2001), Ə.Ə.İsmayılovun (idarədə iş müddəti : 1978-2000), C.S.Quliyevin (idarədə iş müddəti : 1981-1997), H.M.Yazımovun (idarədə iş müddəti : 1994-2000) ifadələri ilə təsdiq olunur. Məhkəmə qeyd edir ki, Ərizəçi 1985-2000-ci il ərzində 3 saylı Tikinti idarəsində işləməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli (pensiya hüququ) olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən o, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə ərizəyə münasibətdə isə hesab edir ki, Ərizəçi 1985-ci ildən 2000-ci ilin dekabr ayınadək 3 nömrəli Tikinti idarəsində bənna vəzifəsində işləməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli və hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11,1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 1.6-cı bəndinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin Qərarın 13.3-cü bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1985-ci ildən 2000-ci ilin dekabr ayınadək 3 nömrəli Tikinti idarəsində işləməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 1985-ci ildən 2000-ci ilin dekabr ayınadək 3 nömrəli Tikinti İdarəsində işləməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3451/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3451/2022
22.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver