Məhkəmə qərarları › İş №2(011)-3454/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3454/2023

06.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3454/2023 06.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh Havryenko Tetiananın, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Havryenko Tetianaya qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5ı evin 111 saylı mənzilin ½ hissəsinə dair 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 2V-96 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında Cavabdeh1 adına olan Çıxarışın; sözügedən mənzilin ½ hissəsinə dair 5 saylı “ASAN Xidmət”mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-639 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022ci il tarixli 2V-203 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında Havrylenko Tetiananın adına olan Çıxarışın ləğv edilməsi; anası X13 vəfatından sonra miras qalmış əmlakına, o cümlədən ünvan 5ı evin 111 saylı mənzilə dair onun vərəsəlik hüquqularının tanınması və vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçının anası X22 05 avqust 2019-cü ildə vəfat etmişdir. Vəfat edən günə kimi iddiaçının anası xüsusi mülkiyyətində olan ünvan 5ı evin 111 saylı mənzilində yaşamışdır. Həmin mənzil iddiaçının anasına atası X6 vəfatından sonra qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən keçmişdir. AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda bildirilir ki, “ünvan 5ı evin İll saylı mənzilin ½ hissəsi 5 saylı “ASAN xidmət” mərkəzində notarist ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 2V-96 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzilin ½ hissəsi 5 saylı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-639 reyesir nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 2V-203 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə Havrylenko Tetiananın adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.” İddiaçının anası X8 vəfatından sonra miras qalmış əmlakına, o cümlədən ünvan 5ı evin 111 saylı mənzilinə dair, onun da digər vərəsələr kimi vərəsəlik hüquqları var və X14 məxsus əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi qanuna müvafiqdir. Lakin cavabdehlər tərəfindən iddiaçının vərəsəlik hüquqları pozulmuş, X3 əmlak iki övlad arasında bölünmüş, iddiaçının payına düşən hissəsini cavabdehlər əldə etmişdirlər. Hal-hazırda ünvan 5ı evin 111 saylı mənzilinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən cavabdehlərə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın DÖvlət Reyesteri Xidməti tərəfindən Çıxarışlar verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası ilə vərəsəlik hüququna təminat verilir, buna görə də anasından qalan mirasdan pay almaq iddiaçının hüququdur. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Havryenko Tetiananın nümayəndəsi və vəkili Vəkil3 xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək və ona uyğun izahat verərək bildirmişdir ki, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisindən və Bakı şəhəri 18 saylı notariat ofisindən alınan və mülki işə əlavə edilməsi üçün məhkəməyə təqdim edilən notariat işlərinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu M.Rüstəmov küçəsində ki, 12 saylı evin 111-ci mənzili X10 məxsus olmuş, o, vəfat etdikdən sonra X23 əri Valeriydən miras qalmış əmlaka dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və bunun əsasında texniki invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən ona 1027 nömrəli reyestr kitabında 154206-cı səhifədə 30/154206 nömrə ilə qeydə alınmış MH seriyalı 177691 nömrəli xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. X22 xx.xx.2019-cu ildə vəfat etmişdir. İrinanın qızı Cavabdeh1 21 fevral 2020-ci il tarixdə ərizə ilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək 05 avqust 2019-cu ildə vəfat etmiş anası X9 miras qalmış Bakı şəhəri, Xətai rayonu M.Rüstəmov küçəsində ki, 12 saylı evin 111-ci mənzilini qəbul etdiyini, ondan başqa X5 vərəsə olduğunu bildirmişdir. Həmin notarius tərəfindən Cavabdeh1 xx.xx.2020-ci il tarixdə reyestrdə 2V-96 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnaməyə əsasən o miras əmlak olan ünvan 3-dən ½ hissədə pay almalıdır. İrinanın oğlu Aydın Sadıxov xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4mış miras əmlak olan ünvan 1 ünvanında mənzili qəbul etdiyini , ondan başqa digər vərəsələrin – Cavabdeh1 olduğunu bildirmişdir. Həmin notarius tərəfindən X7 xx.xx.2021-ci il tarixdə reyestrdə 2v-639 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnaməyə əsasən Aydın Sadıxov ünvan 1 ünvanındakı miras əmlakdan ½ hissə pay almalıdır. Aydın Sadıxova DƏDRX tərəfindən reyestrdə nömrəsi **********67-05101-093106 olan xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. İddiaçı anası vəfat etdikdən sonra mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmişdir. Aydın Sadıxova verilmiş xx.xx.2020-ci il tarixli çıxarışda Bakı şəhəri, Xətai rayonu M.Rüstəmov küçəsi 12 saylı evin 111-ci mənzilinin ½ hissəsinin Aydın Sadıxovun, ½ hissəsinin isə Cavabdeh1 mülkiyyətində olduğu göstərilir. Vərəsəlik işində olan Xətai Rayon 75 saylı MKİS-nin verdiyi xx.xx.2020-ci il tarixli 37 nömrəli arayışında X11 vəfat etdiyi günə kimi qızı Cavabdeh1 və oğlu X19 ilə birgə yaşayıb qeydiyyatda olduğu qeyd edilmişdir. X19 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun birinci növbə vərəsəsi olan arvadı Havrylenko Tatiane xx.xx.2022-ci ildə Bakı şəhəri 18 saylı notariart ofisinə ərizə ilə müraciət edərək ünvan 2 ünvanda yaşamış xx.xx.1979-cu il təvəllüdlü əri X5 xx.xx.2022-ci il tarixdə öldüyünü bildirərək mirasın tərkibinə daxil olan əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən Havrleyonko Tatiananın miras əmlakdan tam hissədə pay almalı olduğu barədə xx.xx.2020-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X7 verilmiş **********67-05101-093106 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 66 kv/m olan mənzilin ½ hissəsindən ibarətdir. İddiaçı ünvan 4 ünvanda yaşayır. Anasının vəfat etməsindən xəbəri olmuş, lakin mirası qəbul etmək üçün qanunla müəyyən olunmuş müddət ərzində notariat ofisinə müraciət etməmişdir. Həmçinin iddiaçı mərhum Aydın Sadıxovun birinci növbə vərəsəsi deyil və sonuncudan miras qalmış əmlaka dair Havrylenko Tatianeyə qarşı tələb irəli sürə bilməz. Havryenko Tetiananın nümayəndəsi və vəkili Vəkil3 iddiaçının “iddia ərizəsinin baxılmamış saxlanılması” ilə ərizəsinə münasibət bildirərək işin mahiyyəti üzrə baxılması və iddia tələbinin rədd edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Havryenko Tetiana məhkəmə iclasında nümayəndəsi və vəkilinin izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 Valeri qızı məhkəməyə ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir, anası X22 05 avqust 2019-cü ildə vəfat etmişdir. Anası vəfat edənə qədər o və X28 anası ilə birlikdə qeyd olunan ünvanda qeydiyyatda olmaqla yaşamışdırlar. ünvan 5ı evin 111 saylı mənzil anasının xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Anasının vəfat etdiyini öyrənən kimi bacısı İddiaçıy qızı xaricdən gələrək anasının yas mərasimində iştirak etmişdir. Anasının vəfatından sonra onlar üç övlad: o, bacısı İddiaçıy qızı və qardaşı X19 analarından qalan mirası aralarında bölüşdürməyə razılaşdırmışlar. X28 da həyatda olarkən hər zaman mirasın üç bərabər yerə bölünməli olduğunu deyirdi. Lakin ünvan 5ı evin 111 saylı mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin alınması üçün vaxt tələb olunurdu. X1 ailəsi xaricdə olduğu üçün onun gözləməyə imkanı olmamış və bacısı vərəsəlik hüquqlarının rəsmiləşdirilməsini onlara tapşırmışdır. O notariat orqanlarında bacısının payın müəyyən olunmasını bildirmişdir. O, ASAN Xidmətdə notariusa üç övlad olduqlarını, ondan əlavə bir qardaşı və bir bacısının olduğunu demişdir. Notariusda evdə neçə nəfərin qeydiyyatda olduğunu ondan soruşmuşlar, o isə qardaşı və onun qeydiyyatda olduğunu, bacısının xaricdə olduğunu bildirmişdir. Lakin ona məlum olmayan səbəblərdən notarius tərəfindən bacısının vərəsilik hüquqlarının tanınması rəsmiləşdirilməmişdir. Onlar hər üçü doğma qardaş-bacıdırlar, eyni ana-atadan dünyaya gəlmişdirlər, buna görə də hər üçünün miras əmlakda bərabər hüquqları tanınmalıdır. Baxmayaraq ki bacısı hazırda xaricdə yaşayır, lakin o gec-tez vətənə qayıdacaq və öz evidnə yaşamaq istəyəcək. Bu ev bacısının da doğulduğu, böyüdüyü evdir, onun da vərəsə kimi tanınmaq haqqı var. Anasının vəfat etməsindən bir müddət sonra X28 Ukrayna vətəndaşı olan Havryenko Tetiana ilə evlənmişdir. Onlar evləndikdən beş ay sonra qardaşı vəfat etmişdir, qardaşının səhhətində heç bir problemi olmamışdır, qəfil vəfat etmişdir. Qardaşının vəfatından sonra onun arvadı Havryenko Tetiana qardaşının əmlakının vərəsəsi olmuşdur, baxmayaraq ki Havryenko Tetiana həmin ünvanda qeydiyyatda olmamışdır. X28 Havryenko Tetiana ilə evlənərkən gəlin özü ilə heç bir cehiz və s. gətirməmişdir. İndi qardaşının arvadı olmuş Havryenko Tetiana özünü elə aparır ki, sanki onun bacısı İddiaçıy qızı ögeydir və bu evlə heç bir əlaqəsi olmamışdır. X21 özü bu evdə cəmi dörd-beş ay yaşamışdır, özünü evin qırx illik sahibi kimi aparır və mənzilin üç yerə bölünməyinə qarşı çıxır. Biz isə istəyirik ki, mənzil üç yerə bölünsün və üç çıxarış verilsin. Hal-hazırda bacısı İddiaçıy qızının “vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında verilmiş Çıxarışların ləğv edilməsi və vərəsəlik hüquqların tanınması tələbinə dair” iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin və vəkillərinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 12, 111 saylı mənzil 144389 nömrəli xx.xx.1977-ci il tarixli orderə, Xətai rayon İcra Hakimiyyəti başçısının 1261 nömrəli xx.xx.1997-ci il tarixli sərəncamına, 556 nömrəli xx.xx.1998-ci il tarixli forma 2 arayışına, keçmiş Şaumyan rayon X25 İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli qərarına əsasən ilkin olaraq xx.xx.1999-cu il tarixdə X8 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzilin ½ hissəsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 2V-96 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzilin ½ hissəsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-639 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 2V-203 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə Havrylenko Tetiananın adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan AZ seriyalı 030135 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-T seriyalı 199479 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuşdur və atası X15, anası X16. İş materiallarında olan AZ seriyalı 868652 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuşdur və atası X15, anası X16. İş materiallarında olan 419436 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X27 xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuşdur və atası X15, anası X16. İş materiallarında olan DSX-nın Sərhəd Nəzarəti tərəfindən göndərilmiş xx.xx.2023cü il tarixli 3-38-33/2-2302/2 nömrəli məktubundan görünür ki, İddiaçı sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Türkiyəyə çıxışı barədə məlumat qeydə alınmışdır. İş materiallarında olan 293199 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 12, 111 saylı mənzil üzərində Cavabdeh1 və X5 ½ hissədə mülkiyyət hüququ vardır. İş materiallarında olan 75 saylı MKİS-i tərəfindən verilmiş Arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 12, 111 saylı mənzildə yaşamış X26 xx.xx.2019-cu il tarixli şəhadətnaməyə əsasən vəfat edib. Vəfat etdiyi tarixə qədər X19 və Cavabdeh1 ilə birgə yaşayıb və qeydiyyatda olub. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, X19 Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 12, 111 saylı mənzilə dair xx.xx.2019-cu il tarixdə vəfat etmiş X18 vərəsəsi kimi tanınmış və həmin əmlakdan ½ hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 12, 111 saylı mənzilə dair xx.xx.2019-cu il tarixdə vəfat etmiş X18 vərəsəsi kimi tanınmış və həmin əmlakdan ½ hissədə payı müəyyən edilmişdir. İş materiallarında AZ-İİ seriyalı 463298 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 və Havryenko Tetiana xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşdurlar. İş materiallarında AZ-İİ seriyalı 287406 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrdən görünür ki, Havryenko Tetiana Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 12, 111 saylı mənzilin ½ hissəsi və “Kia Sportage” minik markalı **-CG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi kimi tanınmış və həmin əmlaklara tam payı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 101 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, X22 xx.xx.2019cu il tarixdə ölmüşdür, İddiaçı, Cavabdeh1 və X19 onun övladlarıdır, mübahisəli Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 12, 111 saylı mənzilə dair mərhum X8 mülkiyyət hüququ müvafiq dövlət reyesterində qeydiyyata alınmışdır, həmin mənzil miras əmlakdır və X8 xx.xx.2019-cu il tarixdə ölməsi ilə miras açılmışdır, İddiaçı, Cavabdeh1 və X19 miras qoyanın övladları olmaqla birinci növbəli vərəsələr olmuşlar, miras açıldıqdan sonra İddiaçı onun yas mərasimində iştirak etmiş, sonradan miras əmlak olan mənzildə yaşamamaqla daimi yaşadığı xarici ölkəyə getmişdir, həmçinin o, miras əmlakın qəbul edilməsi ilə bağlı notariat orqanına ərizə verməmişdir, Cavabdeh1 və X19 isə miras əmlak olan evdə yaşamağa davam etməklə miras əmlaka faktiki sahiblik etmiş və bundan sonra miras əmlakın qəbul edilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmişlər, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş Vərəsəlik hüququ haqqında Şəhadətnamələrə əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 12, 111 saylı mənzil üzərində Cavabdeh1 ½ hissədə, X5 - ½ hissədə payı müəyyən olunmuşdur, xx.xx.2022-ci il tarixdə X19 vəfat etmiş və onun Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 12, 111 saylı mənzil üzərindəki ½ hissə pay üzərindəki mülkiyyət hüququ qanun üzrə vərəsəlik əsasında onun həyat yoldaşı Tetiana Havryenkonun mülkiyyətinə keçmişdir. Bununla belə, miras əmlakın iddiaçı tərəfindən faktiki qəbul edilməsini (miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək) təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır. Belə ki, mübahisəli mənzilə dair digər vərəsələrin miras əmlka üzərində paylarının müəyyən olunması ilə tam mülkiyyət hüququnun rəsmi reyestrdə dövlət qeydiyyatına alındığı, iddiaçının özünün isə mirasın açılmasından vaxtında xəbərdar olmasına baxmayaraq qanunla nəzərdə tutulan müddət ərzində vərəsəliklə bağlı müvafiq orqana müraciət etmədiyi bir vəziyyətdə, həmin əmlakın faktiki qəbul edilməsinə dair sübutetmə vəzifəsi yaranır. Lakin iş materriallarından da göründüyü kimi, iddiaçı buna dair sübutları məhkəməyə təqdim etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 18 iyul tarixli Qərarı ilə formalaşdırılmış hüququi mövqeyə əsasən, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun digər hüquqi mövqeyinə görə (T. Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 5 dekabr 2011-ci il Qərarı) “mirasın qəbul edilməsi müddəti vərəsəlik institutun vacib aspektlərindən biridir. Belə ki, mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir” Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “ünvan 5ı evin 111 saylı mənzilin ½ hissəsinə dair 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 2V-96 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında Cavabdeh1 adına olan Çıxarışın; sözügedən mənzilin ½ hissəsinə dair 5 saylı “ASAN Xidmət”mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-639 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 2V-203 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında Havrylenko Tetiananın adına olan Çıxarışın ləğv edilməsi; anası X13 vəfatından sonra miras qalmış əmlakına, o cümlədən ünvan 5ı evin 111 saylı mənzilə dair onun vərəsəlik hüquqularının tanınması və vərəsələr arasında bərabər bölünməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 101 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar